Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4579/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3274/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 16.12.2014-cü il tarixli, 1523 NZF saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə Bank tərəfindən 36 ay müddətinə, illik 18 faiz hesablanmaqla 25000 manat məbləğində kredit verilmişdir. Həmin borcun təminatı olaraq ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* nömrəli, **********28-05101-093061 reyestr №-li, ********** qeydiyyat №-li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanında yerləşən 101 nömrəli mənzil 16.12.201 4-cü il tarixli, 1523 NZF saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 19911 manat əsas borc, 10715 manat faiz borcu, 16.12.2017-ci il tarixdən 13.05.2019-cu il tarixə illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 1403 manat faiz borcu, ümumilikdə 32029 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredi t, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsum məbləğinin bankın xeyrinə tutulması, tutmanın Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 2 ünvanında yerləşən 101 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün banka ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və borc haqqında məlumat verilmiş və borcun tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin 03.04.2019-cu il tarixli 28629 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 "xxxx" ASC-yə 16.07.2018-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) 20065,34 manat əsas, 9059,50 manat faiz, ümumilikdə 29124,84 manat məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən verilmiş 04.10.2019-cu il tarixli 0616/19/ATAB nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən mənzilin bazar qiymətinin 52000 manat təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim F.Mirzəyev) 27 dekabr 2019-cu il tarixli 2(007)-184/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 19911 manat məbləğində əsas borc, 1000 manat faiz borcu, ümumilikdə 20911 manat məbləğində kredit borcu, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın dəyəri 52000 manat olan, xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus, ünvan 3 ünvanda yerləşən 101 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmeti satıldıqdan bir ay sonra mənzildə yaşayan Cavabdeh1 və Cavabdeh2 mənzildən əşyaları ilə birlikdə çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit müqaviləs i üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də, məh ekspert rəyini əsas götürərək hesab etmişdir kiş 20065,34 manat əsas, 9059,50 manat faiz, ümumilikdə 29124,84 manat borc, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsum tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissədə də təmin etmiş, ipoteka premdetinin ilkin satış qiymətini məhkəməyə təqdim edilmiç rəyə əsasən 52000 manat müəyyən etmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti ve rilmiş, qətnamənin qismən, faiz borcunun tam olaraq təmin edilməməsi və illik 5% faiz dərəcəsi ilə hesablanmış borcun rədd olunması hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə nəzərə alınmamış, faiz borcu əsassız olaraq 1000 manata kimi azaldılmış, iddia illik 5% dərəcəsi ilə əsas borca hesablanmış faiz borcu hissəsində isə ümumiyyətlə rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Ziiya Şirinov, Azad İmanov) 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci in stansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 19911 manat məbləğində əsas borc, müqavilə müddəti üçün 6998,71 manat faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 faiz dərəcəsi ilə hesablanan 1403 manat faiz borcu, ümumilikdə 28312,71 manat məbləğində kredit borcu, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 25 manat rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulçası, tutmanın dəyəri 52000 manat olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşın maz Əmlakın Dövlət Reyetsri Xidmətinin RX seriyalı, ******* nömrəli, **********2805101-093061 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən 101 nömrəli mənzilə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaiti hesabına borc məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaçının “i ddia tələbinin həcminin azaldılması barədə ərizəsi” nəzərə alınmamışdır. İddia tələbinin əsas borc məbləğinə aid hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 19911 manat məbləğində əsas borcun ödənilməsini tələb etmiş, məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə isə əsas borcun məbləği 20065,34 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün məhkəmə hesab etmişdir ki, iddia təl əbi əsas borca aid hissədə iddia tələbi həcmində təmin edilməli və əsas borca görə cavabdehdən tutulmalı olan məbləğ 19911 manat müəyyən edilməlidir. İddia tələbinin faiz borcuna aid hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir: 13.05.2019-cu il tarixli maliyyə arayışına əsasən iddiaçı müqavilə müddətinin sonuna olan 10715 manat məbləğində faiz borcunu tələb edir. İş materiallarında olan 16.12.2014-16.07.2018-ci il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən məhkəmə müəyyən etmişdir ki, borc alan Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş 13.01.2016-ci il tarixdə edilmişdir. Əsas borc məbləği olan 19911 manat məbləğində kreditin gündəlik (1 gün üçün) faizləri 9.9555 manat (19911x18%/360=9.9555), həmin faizlərin hesablanmalı olduğu müddət isə 703 gün, yəni sonuncu ödənişin edildiyi 13.01.2016-ci il tarixdən müqavilə müddətinin bitdiyi 16.12.2017-ci il tarixə qədər olduğu müəyyən edilmişdir ki, bu da 6998,71 manat (9.9555x703) təşkil edir. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi faiz borcuna aid hissədə qismən təmin edilməklə, Cavabdeh1 müqavilə müddətinin sonuna tutulmalı olan faiz borcu 6998,71 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin əsas borca illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu hissəsində məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi haqlıdır və bu hissədə faiz borcu düzgün hesablanmışdır, ona görə də həmin hissədə tələb təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi s ayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normalara isitinad edərək məhkəmə hesab etmişdir ki, borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Hazırki iş üzrə isə borclu tərəfindən pul məbləğinin ödənilməsi gecikdirilmişdir. Əsas qalıq borcunun müqavilə müddəti bitdikdən sonrakı dövr üçün gündəlik faizlərin 2,7654 manat (19911x5%/360), həmin faizlərin hesablanmalı olduğu müddət isə 507 gün, yəni müqavilə müddəti bitdiyi gündən (16.12.2017) maliyyə arayışının təqdim edildiyi günədək (13.05.2019) olduğu müəyyən edilmişdir ki, bu da 140 3 manat təşkil edir (2.7654x507). Qeyd edilənərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, borcludan tələbkarın xeyrinə ödənilməli olan ümumi borcun məbləği 28312,71 manat (19911 manat əsas borc, müqavilə müddətinin sonuna 6998,71 manat, müqavilə müddəti bitdiyi vaxtdan 13.05.2019-cu il tarixə isə 1403 manat) müəyyən olunmalıdır. Məhkəmə tələbin ipoteka predmeti ilan Cavabdeh1 mülkiyyətində olan mənzilə yönəldilməsi və mənzilin açıq hərracdan satılması hissədə də tələbi əsaslşı hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın bazar qiymətinin müəyyən edilməsi üçün təyin edilmiş müstəqil qiymətləndirici tətrəfinfən mənzilin açıq hərracdan satış qiyməti 52000 manat müəyyən edilmişdir. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının təl əblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən onun iştirakını təmin etməmiş, nəticədə çəkişmə psinsipinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavadehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məh kəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsindən kassasiya şikayəti verməmişdir. Qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər i ştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov sa xlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məb ləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymət ləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəməyə məlum olan ünvanına məhkəmə icla sının vaxtı və yeri barədə bildirişlər göndərmiş və həmin bildirişlərin cavabdehin ünvanından qəbul edilməsi barədə xəbərnamə iş materiallarına əlavə edilmişdir. Bundan başqa məhkəmə cavabdehin istifadəsində olan mobil nömrəsinə elektron infromasiya sistemindən istifadı edərək “SMS” bildiriş də gəndərmişdir. Lakin cavabdeh məhkəməyə iclasına gəlməmiş və bunun səbəbələrin barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. MPM-nin 376.2-ci madddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3274/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.