Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4579/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «Cavabdeh1» Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxslər X2 və İqtisadiyyat Nazirliyi yanında Dövlət və ya Xidmət Aparatının Hüquq Baş İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək mübahisəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh «Cavabdeh1» Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxslər X2 və İqtisadiyyat Nazirliyi yanında Dövlət və ya Xidmət Aparatının Hüquq Baş İdarəsi) qarşı dəymiş ziyan və s. tələbinə dair m ülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2003/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2020-ci ildə "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, onunla xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. 2. xx.xx.2021-ci il tarixli 429 nömrəli əmrlə «Cavabdeh1» MMC-nin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli protokolu əsasında xx.xx.2021-ci ildən cəmiyyətdə işləyən mühafizəçilərin və növbə rəislərinin əmək haqlarının saat hesabı ilə hesablanaraq ödənilməsi qərara alınmışdır.
3. Daxili intizam qayda larını pozduğuna görə xx.xx.2021-ci il tarixli əmrlə iddiaçıya töhmət verilmişdir.
4. İddiaçı onun əmək hüquqlarının cavabdeh tərəfindən pozulması ilə əlaqədar X1 müraciət etmiş, İddiaçı normal əmək və istirahət rejiminə riayət edilməsində, əmək haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verildiyindən “Cavabdeh1” MMC barəsində İXM-nin 192.4 və 198.1.5-ci maddələri ilə xx.xx.2021-ci il tarixli inzibatı xəta haqqında protokol tərtib edilmişdir. 5. xx.xx.2021-ci il tarixli, 731 nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi əsasına görə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci ildə 1515,15 manat məbləğində, xx.xx.2021-ci ildə isə 24,60 manat məbləğində ödəniş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh «Cavabdeh1» MMC-yə (X2 və İqtisadiyyat Nazirliyi yanında Dövlət və ya Xidmət Aparatının Hüquq Baş İdarəsi üçüncü şəxs qismində) qarşı “dəymiş ziyan və s.” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixdə imzalanmış müqavilədə əks olunan məlumatlar həqiqətə və faktiki əmək fəaliyyətinə uyğun olmadığı üçün iş rejiminin iki növbəli deyil, çox növbəli olaraq qəbul olunmasını, bu müddət ərzində çox növbəli iş rejiminə uyğun olaraq çalışmağının tanınmasını və çıxdığı əlavə axşam və gecə növbələrinə görə hesablanmayan əmək haqqının çalışdığı günlərə və qanunvericiliyə uyğu n şəkildə hesablanaraq ona təqdim edilməsi, gecə növbəsində nəzərdə tutulan vaxtdan çox çalışdırılmağına, yeni əmək müqaviləsində ondan xəbərsiz dəyişikliklər edildiyinə və 2021-ci ilin iyun ayından etibarən qabaqcadan xəbərdar etmədən yeni ödəniş sisteminə keçildiyi və müqavilə bağlanmadan çalışıdırıldığına, bu səbəblə də yeni iş tapmağa fürsəti olmadığına və itirilmiş mənfəətə görə 15.000 manat məbləğində mənəvi zərərin və əmək haqqının, mediasiya xidməti üçün ödənilən məbləğ ilə hüquq xidmətləri daxil 1759,66 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdən hazırki vaxta qədər “Cavabdeh1” MMC şirkətində mühafizəçi kimi işləyir. Şirkətdə çalışdığı müddət ərzində onun əmək hüquqları dəfələrlə pozulubdur. Bu hüquq pozuntuları onun əmək fəaliyyəti üçün nəzərdə tutulan əlavə maaşın mənimsənilməsi ilə müşahidə olunan əvəzi ödənilmədən əlavə saat çalışdırılmaq, təhlükəli işlərə yönləndirilmək və sair halları ehtiva etməkdədir. Müqavilədə iki növbəli iş rejimindən bəhs edilsə də bu həqiqəti əks etdirmir. Belə ki, mühafizəsini həyata keçirdiyi obyektlərə dağıdılmaq üzrə servis maşınları ilə alınma vaxtı 20:00, növbəyə başlama vaxtı isə 20:30-dur. Bu isə öz növbəsində çoxnövbəli rejimə uyğundur. Səhər saat 06:00 bitməli olan iş səhər saat 09:00 növbənin təhvil verilməsi ilə sonlanmaqdaydı. Şirkət eyni zamanda iddiaçının maaşını, öncədən xəbərdar etmədən və yeni əmək müqaviləsi bağlamadan, saatlıq tarifə uyğun olaraq öncəki əmək haqqından fərqli olaraq daha az tariflə hesablayaraq ödəməyə başlamışdır. Hə rçənd öncəki əmək müqaviləsinin müddətinin bitməsindən etibarən o, əmək müqaviləsi olmadan çalışmışdır. Şirkət onun üzərinə basqı edərək, onun hər hansı bir həmkarlar ittifaqına üzv olmağına və hüquqlarını tələb etməyinə hər cür maneə yaradıbdır. Bu basqı onun iş fəaliyyətinə xitam veriləcəyinə dair hədə-qorxu edilməkdə ifadə olunurdu.
9. İddiaçı əlavə olaraq bildirmişdir ki, məhkəməyə müraciət etdikdən sonra cavabdeh şirkət tərəfindən ona əlavə işlədiyi saatların əvəzi olaraq 1515,15 manat məbləğində pul ödənilmişdir. Onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin buna baxmayaraq o, 01 noyabr 2021-ci il tarixdə bütün günü işdə olmuş və əmək fəaliyyətini yerinə yetirmişdir. Məhkəmə gedişində həmin bir günün əmək haqqısı kimi 24,60 ma nat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ona ödənilmişdir.
10. Cavabdehin nümayəndəsi göstərmişdir ki, iddiaçı işə müddətli əmək müqaviləsi ilə götürülmüşdür və həmin müddət də bitdikdən sonra qanunvericiliyə uyğun olaraq işdən azad edilmişdir. İddiaçı məkhəməyə müraciət etmiş və hazırlıq iclasında məhkəmə tərəflərə barışıq üçün vaxt vermişdir. Həmin müddət ərzində şirkət tərəfindən iddiaçıya ödənilmiş əmək haqları ilə bağlı araşdırma aparılmış və bunun nəticəsində iddiaçının özünün də dediyi kimi ona əlavə işlədiyi saatların və 01 noyabr tarixində işlədiyi saatların əvəzi tam ödənilmişdir. Lakin buna baxmayaraq iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. İddiaçı əmək müqaviləsi olmadan qətiyyən işlədilməmişdir. Eyni zamanda iddiaçıya cavabdeh tərəfindən hər hansı bir basqının olmas ı halı heç vaxt baş verməmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2665/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbi rədd edilmişdir
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı onun əmək hüquqlarının cavabdeh tərəfindən pozulması ilə əlaqədar Müfəttişliyə müraciət etmiş və aparılan araşdırma zamanı iddiaçının çoxnövbəli iş rejimində çalışmadığı, gecə növbəsində işlədiyi, əlavə çalışdığı saatların əvəzinin ödənilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən şirkət barəsində inzibati xəta haqqındaq protokol tərtib edilmişdir. Bundan sonra şirkət hesablamalar aparmış və iddiaçıya ödəməli olduğu əmək haqqını ödəmişdir. Bu hal iddiaçının özü tərəfində n də etiraf edilmiş, habelə iş materiallarına əlavə edilmiş ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır.
13. İddia tələbinin “15.000 manat mənəvi zərərin cavabdehdən tutulması” və hüquqi xidmət üçün 1759,66 manat ödəniş edilməsi hissələrinə münasibətdə iddiaçı məhkəməyə bu halları təsdiq edə biləcək hər hansı bir sübutu təqdim edə bilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, 42.2, 45.1, 54.1, 89.2, 99.1, 165.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, AR Nazirlər Kabinetinin 05 aprel 2001-ci il tarixli 74 saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilmə sini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Şirkət tərəfindən hüquqlarının pozulması Məhkəmədə sübut olunmuşdur və Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(009)- 2665/2021 saylı iş üzrə qərarı qeyri-qanunidir. İş materiallarından da məlum olduğu kimi Şirkətin iddiaçıya əlavə iş və saatlar üçün ödəniş gerçəkləşdirmədikləri, həm özlərinin etirafı, həm də Əmək Müfəttişliyinin nümayəndəsinin eksprt rəyi ilə öz təsdiqini tapmışdır. Şirkət təmsilçilərinin maaşdan kəsintilərin olmasını boynuna alması, həqiqətən də iki növbəli iş rejimi yerinə çoxnövbəli iş rejiminə uyğun olaraq çalışdırıldığını və beləcə də əməyinin istismar edildiyinin sübutudur. Bundan başqa, Məhkəmə öz qərarında bildirmişdir ki, guya iddiaçı ilə şirkət arasında imzalanan müqavilənin müddəti xx.xx.2021 tarixində bitmişdir. Lakin, bu həqiqəti əks etdirmir və iddiaçı ilə Şirkət arasında imzalanan müqavilənin müddəti xx.xx.2021 tarixində yekunlaşmışdır. Beləcə də göstərilən tarixdən etibarən iddiaçı əmək müqaviləsi olmadan çalışdırılmışdır. Şirkət nümayəndələri, vergidən yayınmaq və digər korrupsiya hallarını ört-basdır etmək üçün elektron portal sisteminə eyni tarixdə başlayan, lakin müxtəlif tarixlərdə bitən müqavilələr əlavə ediblər. Bu, Şirkət tərəfindən yol verilən saxtakarlıq və cinayət əməlinin bariz nümunəsidir. Belə olduğu halda, iddiaçı həm müqaviləsiz çalışdırılmış, həm də işdən xəbərdar olunmadan uzaqlaşdırılmışdır.
17. Bundan əlavə öncədən xəbərdar edilmədən ödəniş şəklinin dəyişdirilməsi də iddiaçının hüquqlarını birbaşa pozan amillər arasındadır. Məhkəmədə dəfələrcə vurğulasa da, iddia ərizəsində göstərsə də, iddiaçının təhlükəli işlərə yönləndirilməyi, təhlükəsizlik və sanitariya şəraitinə uyğun olmayan iş şəraitində çalışdırılmağı, şirkət nümayəndələri tərəfindən ləyaqətinin alçaldılması və bununla da ona mənəvi iztirab törədilməsi məhkəmədə baxılmayıbdır və bütün müraciətləri, laqeydliklə qarşılanıbdır. Şirkət nümayəndələrinin qanuna zidd əməlləri, qeyri-insani rəftarı və ləyaqətinin alçaldılması iddiaçıya böyük mənəvi zərbə vuraraq mənəvi əzab və iztiraba səbəb olmuşdur.
18. Məhkəmənin qərarının əsassız və qeyri-qanuni olmasının bir digər sübutu da, iddiaçının hüquqi xidmətlərini sübut edə bilmədiyini göstərilməsidir. Halbuki, xx.xx.2021-ci il tarixində məhkəməyə təqdim olunan qəb zlərdə hüquqşünasa ödənilən məbləğ və notarius xərcləri göstərilməkdədir. Bundan başqa Məhkəməyə Mediasiya prosesini və bu xidmətə görə ödənilən məbləği göstərən sənəd də təqdim edilmişdir. Ancaq bu da Məhkəmənin nəzərindən yayınıbdır.
19. Məhkəmə gedişatından belə qənaətə gəlmək olardı ki, guya iddiaçının əsas pretenziyası, əmək haqqından olan kəsintilərin ödənməsi idi. Halbuki, bu, iddiaçının tələbləri arasında yer alan amillərdən biri idi. İddiaçı sadəcə əmək haqqı kəsintilərinin geri qaytarılmasını deyil, eyni zamanda onun digər hüquqlarının bərpasını da tələb edirdi. 2021-ci ilin may ayından etibarən əmək müqaviləsi yenilənmədən çalışdırımışdır (elektron portalda müxtəlif saxtakarlıqlara yol verilib), iddiaçının razılığı olmadan ödəmə rejimi dəyişdirilib və bu barədə maaş günü məlumat verilib, əmək müqaviləsinin şərtləri kobudcasına pozulubdur (iki növbəli rejim yerinə üç növbəli rejimə uyğun çalışdırılmışdır), iş yerində təhlükəsizlik qaydalarına riayət olunmayıbdır (estakadanın olmaması, çalışdığı obyektə qədər qaranlıqda yarım saat piyada getməyi və s.), sağlamlıq və gigiyena şəraitinə uyğun olmayan mühitdə çalışdırılmışdır (sanitar qovşağın, ilk yardım çantasının və s. olmaması), həmkarlar ittifaqına üzv olacağı təqdirdə və ya hər hansı digər yol ilə öz hüquqlarını tələb edəcəyi halda iddiaçının əmək fəaliyyətinə xitam verilməsi, iddiaçıya sağlamlığı və iş nüfuzu ilə bağlı hədə-qorxu gəlinməsi, şərəf və ləyaqətinin alçaldılması halları baş vermişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2003 /2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Vahid Sadıqov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2665/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının çoxnövbəli iş rejimində çalışdığı iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmçinin X2nin nümayəndəsi apellyasiya instansiyasında və birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı müraciətinə əsasən cavabdeh şirkətdə araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı əlavə çalışdığı saatların əvəzi ödənilməmişdir. Bu s əbəbdən şirkət barəsində inzibati xəta haqqındaq protokol tərtib edilmişdir. Bundan sonra şirkət hesablamalar aparmış və iddiaçıya ödəməli olduğu əmək haqqını ödəmişdir.
22. Kollegiya qeyd etmişdir ki, iddiaçı cavabdehin əlavə iş saatlarına görə hesablanmış və ödənilməmiş əmək haqqını ödədiyindən və bu hal iddiaçının özü tərəfindən də etiraf edildiyindən, habelə iş materiallarına əlavə edilmiş ödəniş tapşırığının surəti ilə öz təsdiqini tapdığından iddia tələbinin “iddiaçının çıxdığı əlavə axşam və gecə növbələrinə görə hesablanmayan əmək haqqının çalışdığı günlərə və qanunvericiliyə uyğun şəkildə hesablanaraq ona təqdim edilməsi” hissəsində əsassız hesab edilərək təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun o lmuşdur.
23. Kollegiya iddiaçının xx.xx.2021 tarixindən etibarən əmək müqaviləsi olmadan çalışdırılması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra qeyri-rəsmi olaraq cavabdeh təşkilatda işləməyə davam etməsi iddiaçı tərəfindən sübuta yetirilməmiş və bununla bağlı hər hansı sübut iş materiallarında aşkar edilməmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 15000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə 15000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
25. Məhkəmə kollegiyası iddia tələbinin mediasiya xidməti üçün ödən ilən məbləğ ilə hüquq xidmətlər də daxil 1759,66 manat pulun tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, 1759.66 manat məbləğində vəsaitin hüquq xidmətləri üçün ödənilməsi iş materialları ilə sübut edilməməklə yanaşı, mediasiya xidməti və hüquq xidmətlər üçün ödənilən məbləğ iddia tələbi rədd edildiyindən cavabdeh tərəfindən ödənilə bilməz.
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, 42.2, 45.1, 54.1, 89.2, 99.1, 165.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 124.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi ha qqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında əmək müqaviləsi 01 noyabr 2020-ci il tarixdən 01 may 2021-ci il tarixədək bağlanmışdır. Lakin sonradan iddiaçının xəbəri və razılığı olmamadan, bu barədə cavabdeh tərəfindən ona məlumat verilmədən əmək müqaviləsinin müddəti 01 noyabr 2021-ci il tarixədək uzadılmışdır.
29. Bundan başqa cavabdehin hərəkətləri nəticəsində iddiaçı arzuolunmaz vəziyyətə düşmüş, xüsusilə peşəkar fəaliyyətin davam etdirilməsinin mümkün olmaması, qanuni hüquqların və mənafelərin pozulması, 15 ildən artıq bir müddətdə Dövlət Neft Şirkətinin obyektlərinin mühafizəsi sistemində qüsursuz xidməti ilə bağlı qazandığı hörmət və nüfuzunun itirilməsi, iş yoldaşları arasında olan hörmətinə, habelə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ciddi xələl gətirilməsi nəticəsində ona mənəvi ziyan vurulmuşdur. Bu fakt məhkəmə iclaslarında araşdırılmış sübutlarla, o cümlədən iddiaçının cavabdeh təşkilat tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı X2 tərəfindən şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla və iddiaçıya şirkət tərəfindən ödənilməli olan əmək haqqının məhkəmə gedişatı zamanı şirkət tərəfindən ödənilməsinə dair sənədlərlə tam təsdiq edildiyi halda a pellyasiya və birinci instansiya məhkəmələri tərəfindən buna əhəmiyyət verilməmiş, iddia əsassız olaraq rədd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 42(2). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
32. Maddə 45(1). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
33. Maddə 45(5). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
34. Maddə 54(1). İşəgötürən əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi ni təmin etməlidir.
35. Maddə 73(1). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
36. Maddə 89(2). Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
37. Maddə 99(1). İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
38. Maddə 165(1). İşçilərə iş vaxtından artıq vaxt ərzində görülə n işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli 74 saylı Qərarı 39. gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.
2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mü nasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tər əfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. Əmək müqaviləsi xx.xx.2021-ci ilədək bağlanıldığı halda iddiaçının xəbəri və razılığı olmamadan, bu barədə cavabdeh tərəfindən iddiaçıya məlumat verilmədən əmək müqaviləsinin müddətinin 1 noyabr 20 21-ci il tarixədək uzadılması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, iş materialları ilə tərəflər arasında xx.xx.2020-ci ildən xx.xx.2021-ci ildək yəni 6 ay müddətinə əmək müqaviləsi bağlanması, əmək müqaviləsinin müddəti bitdikdən sonra da tərəflər arasında əmək münasibətlərinin davam etdirilməsi və xx.xx.2021-ci il tarixli, 731 nömrəli əmrlə əmək müqaviləsinin müddətinin bitməsi əsasına görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi öz təsdiqini tapmışdır.
54. Göründüyü kimi əmək müqaviləsinin müddəti bitdikdən sonra 1 həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş və əmək münasibətlərini davam etdirmişlər. Belə olan halda əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə yəni 6 ay müddətinə, xx.xx.2021-ci ilədək uz adılmışdır.
55. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
56. Göründüyü kimi qanunvericilik müqavilənin müddətinin Əmək Məcəlləsinin 73cü maddəsində nəzərdə tutulmuş qaydada uzadılması üçün işçiyə əlavə məlumat verilməsini nəzərdə tutmamış, uzatmanı tərəflərin müddət bitdikdən sonra 1 həftə ərzində müqaviləyə xitam verilməsini tələb etməmələri ilə şərtləşdirmişdir.
57. Bundan başqa, iddiaçı kassasiya şikayətində göstərmişdir ki, qüsursuz xidməti ilə bağlı qazandığı hörmət və nüfuzunun itirilməsi, iş yoldaşları arasında olan hörmətinə, habelə şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ciddi xələl gətirilməsi nəticəsində ona mənəvi ziyan vurulduğunu, bu faktın məhkəmə iclaslarında araşdırılmış sübutlarla, o cümlədən iddiaçının cavabdeh təşkilat tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı X2 tərəfindən şirkət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla və iddiaçıya şirkət tərəfindən ödənilməli olan əmək haqqının məhkəmə gedişatı zamanı şirkət tərəfindən ödənilməsinə dair sənədlərlə tam təsdiq edildiyi halda apellyasiya və birinci instansiya məhkəmələri tərəfindən buna əhəmiyyət verilməmiş, iddia əsassız olaraq rədd edilmişdir.
58. Həmin dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nın əmək hüquqlarının cavabdeh tərəfindən pozulması ilə əlaqədar X2 tərəfindən cavabdeh “Cavabdeh1” MMC barəsində İXM-nin 192.4 və 198.1.5-ci maddələri ilə xx.xx.2021-ci il tarixli inzibatı xəta haqqında protokol tərtib edilmiş və cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci ildə 1515,15 manat məbləğində, xx.xx.2021-ci ildə isə 24,60 manat məbləğində ödəniş edilmişdir.
59. Məhkəmə kollegiyası mənəvi zərəllə bağlı qeyd edir ki, iddiaçının mənəvi zərər tələbi onun əmək huquqlarının pozulması ilə bağlıdır. Əmək hüquqlarının pozulması halları aşkar edilmədiyi üçün həmin tələbin də rədd edilməsi məntiqlidir.
60. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, mediasiya xidməti üçün ödənilən məbləğ ilə hüquq xidmətlər də daxil olmaqla 1759,66 manat pulun tutulması tələbi o halda təmin oluna bilər ki, iddiaçının əsas tələbi təmin edilmiş olsun. Çünki MPMin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdə ödənilmiş tələb olmadığı üçün xərclərin də cavabdehə aid edilməsindən söhbət gedə bilməz.
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2003/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qətidir, qəbul edildiyi andan qüvvəyə minir.