Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-458/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil və Cavabdeh iştiraki ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10414/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cav abdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən X5 saylı pay torpağı üçün verilmiş və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 nəfər Qarabağ müharibəsi əlillərinə X5 tərəfindən 2005-ci ildə Sabunçu rayonu, Ləhiş bağları ərazisində pay torpaq bağ sahələri ayrılmışdır. Həmin ərazidə ona xx.xx.2005-ci il tarixli 36610 saylı müqavilə əsasında X5 nömrəli bağ sahəsi ayrılmışdır. Bağ sahələri bölüşdürüldükdən sonra onlar hasar tikmək üçün həmin ərazilərə tikinti materialları gətirməyə başlamışlar. Bu zaman bir qrup Nardaran vətəndaşları həmin əraziyə gələrək onlara maneəçilik törətməyə başlamışlar. Onlar həmin sa kinlərə bağların sənədlərini göstərdikdə sakinlər “bura onların ulu babalarının torpaqlarıdır və burada heç kimə hasar çəkdirməyə imkan verməyəckələrini” bildirmişlər. Hətta, bəzi əlillərin tikilmiş hasarlarını uçurmağa başlamışlar. Bir sözlə, həmin sakinlər onlara tikinti işləri aparmağa icazə verməmişlər, həmçinin onun torpağına tökdürdüyü 3 maşın mişar daşını oğurlayıb aparmışlar. Problemlə bağlı Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə, rayon prokurorluğuna, Prezident Aparatına və Ombudsmana müraciət etmişlər. Bundan sonra o, edilən təzyiqlər üzündən bağ sahəsinə getməmiş, həmin torpağa çıxarış ala bilməmişdir. Dövlət orqanlarının təsiri nəticəsində həmin cinayətkar qruplar zərərsizləşdirildi və bəziləri isə həbs edilmişdir. Yaxın zamanda o bağ sahəsinə baş çəkdikdə bağın bir hissəsinin C avabdeh tərəfindən hasara alınaraq zəbt edildiyinin şahidi olmuşdur. O, cavabdehə bağın sənədlərini göstərdikdə, cavabdeh ona həmin bağın başqası tərəfindən satıldığını bildirmişdir. O, cavabdehə torpağın boşaldılmasını xahiş etmişdir. Lakin heç bir nəticə olmamışdır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 2(008)960/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və Elşad Şamayev) xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10414/2019 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-960/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 201 8-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi işi hərtərəfli, obyektiv, sübutlar əsasında və qərəzsiz araşdırmaq əvəzinə təqdim edilmiş mötəbər sübuta qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmənin araşdırmadığı mübahisəsiz faktlardan məlum olmuşdur ki, iddiaçıya məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla bağlı iş materiallarında cinayət işinin başlanmasının rədd edilməsi barədə ləğv edilməmiş qərarı da m övcuddur. Həmin qərarda açıq-aşkar qeyd edilmişdir ki, Ləhiş bağlarında yerləşən X5 saylı bağ sahəsini Cavabdeh zəbt etmişdir. Bununla da, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cavabdeh cinayət əməlini törətmiş olsa da, o cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin qərarın 2-ci vərəqəsinin 5-ci abzasında göstərilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilmədiyini qeyd etmişdir. Amma nədənsə apellyasiya instansiya məhkəməsi cinayət təqibi orqanının qərarını görməzdən gəlmişik səthi şəkildə formal yanaşma ilə tələsik qərar qəbul etmişdir. Bundan baş qa, o 1-ci məhkəmə iclasında Azərbaycan Respublikasının ərazisində olmayacağını bildirməklə teleqram vurmağına baxmayaraq apellyasiya instansiyası məhkəməsi işi qısa müddətə təxirə salmaqla onun iştirakını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası birinci instansiya məhkəməsi kimi, iş üzrə toplanmış materialları, sübutları, faktları, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, işə baxılarkən işin hallarına və sübutlara hüquqi qiymət verməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməsi prinsiplərinə əməl etməmiş, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, İddiaçı X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 36610 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş X5 saylı bağ sahəsinin və Cavabdeh Sabunçu rayon İcra Haki miyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin Sərəncamından verilmiş xx.xx.2008-ci il tarixli, 1/45 saylı çıxarışa əsasən ayrılmış 0.1200 ha torpaq sahəsinin hüdudları məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı cavabdehin onun torpaq sahəsini zəbt etdiyini iddia etsə də, məhkəməyə cavabdehin zəbt etdiyini iddia etdiyi torpaq sahəsinin koordinatlarını və ölçüsünü təsdiq edə biləcək mötəbər sübut təqdim etməmişdir. Cavabdehin məhkəmə iclasında bildirdiklərinə əsasən isə onun istifadəsində olan torpaq sahəsi ilə iddia ərizəsində qeyd edilən torpaq sahəsi üst-üstə düşməməklə aralarında 10 metrdən daha çox məsafə vardır. Həmçinin də, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozis iya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi və maddi və prossesual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən əsaslı və qanuni sayıla bilməz. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, X5 tərəfindən verilmiş 36610 saylı xx.xx.2005-ci il tarixli bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş bağları ərazisində İddiaçı 0,12 ha torpaq sahəsindən ibarət X5 saylı bağ sah əsi ayrılmışdır. Həmin bağa dair xx.xx.2006-cı ildə sxem tərtib edilmiş və sxemdə torpaq sahəsinin uzunu 48 metr, eni 25 metr olmaqla, X5 saylı bağlarla qonşu olduğu, bir tərəfdən isə yol olmaqla yerləşdiyi göstərilmişdir. Sözügedən Birlik tərəfindən verilmiş 94 saylı, xx.xx.2006-cı il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli 18/924 nömrəli və xx.xx.1988-ci il tarixli 6/333 nömrəli Qərarlarına əsasən İddiaçı icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verilmişdir. İddiaçı isə iddia tələblərinə və apellyasiya şikayətinin dəlillərinə əsasən ərazidə ona xx.xx.2005-ci il tarixli 36610 saylı müqavilə əsasında X5 nömrəli bağ sahəsi ayrılmışdır. Bağ sahələri bölüşdürüldükdən sonra onlar hasar tikmək üçün həmin ərazilərə tikinti materialları gətirməyə baş lamışlar. Bu zaman bir qrup Nardaran vətəndaşları həmin əraziyə gələrək onlara maneəçilik törətməyə başlamışlar. Onlar həmin sakinlərə bağların sənədlərini göstərdikdə sakinlər “bura onların ulu babalarının torpaqlarıdır və burada heç kimə hasar çəkdirməyə imkan verməyəckələrini” bildirmişlər. Cavabdehin mübahisə predmeti olan torpaq sahəsinə dair qanunsuz hərəkətləri ilə bağlı polis araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, lakin həmin vaxtdan 2 il müddət keçdiyinə görə o cinayət məsuliyyətinə cəlb edilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu hallarına düzgün qiymət verməmişdir. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ek spertizasının xx xxx 2018-ci il tarixli, 8142 saylı rəyi ilə İddiaçı adına olan xx xxxxxx 2005-ci il tarixli 36610 saylı müqavilənin üz tərəfindəki “X5” rəqəmi ilə həmin müqavilədəki digər rəqəmi yazılar-eyni şəxs tərəfindən icra olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-texniki ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 21070 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı X5 tərəfindən verilmiş xx.xx.2005ci il tarixli 36610 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş X5 saylı bağ sahəsinin və Cavabdeh Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin Sərəncamından verilmiş xx.xx.2008-ci il tarixli, 1/45 saylı çıxarışa əsasən ayrılmış 0.1200 ha torpaq sahəsinin heç bir çıxarış, texniki kadastr sənədi təqdim edilmədiyi üçün (miqyası, koordinatları, hər- hansı istinad nöqtəsindən məsafə və ölçüləri göstərilməklə sxemi və ya cizgi planı) X5 saylı bağ sahəsinin sxematik planına uyğun olaraq künc nöqtələrinin koordinatlarını və dəqiq olaraq sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Həmin rəylə nəticə olaraq belə qənaətə gəlinmişdir ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********12 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim edilmiş Yerqurluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış mütəxəssis rəyində konkret olaraq məlumat olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci ma ddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza rəylərinə sadalanan qanunvericilik normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməyərək iddiaçının cavabdehin onun torpaq sahəsini zəbt etdiyini iddia etsə də, məhkəməyə cavabdehin zəbt etdiyini iddia etdiyi torpaq sahəsinin koordinatlarını və ölçüsünü təsdiq edə biləcək mötəbər sübut təqdim etməməsinə dair əsaslandırılmış nəticəyə gəlmişdir. Belə ki, ekspert rəyində istinad olunan mütəxəssis rəyinə əsasən İddiaçı naturada göstərdiyi torpaq sahəsi ilə bağlı el ektron kadastr baza məlumatlarına əsasən iddia olunan 0,0214 ha sahənin bir hissəsi (dövlət qeydiyyatından keçmiş) 5842 saylı bağın, bir hissəsi isə (dövlət qeydiyyatından keçmiş) 5822 saylı bağın ərazisinə düşür. Həmin rəylə nəticə olaraq belə qənaətə gəlinmişdir ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********12 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim edilmiş Yerqurluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış mütəxəssis rəyində konkret olaraq məlumat olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin ətrafında yerləşən dövlət qeydiyyatından keçmiş 5842 bağın koordinatlarından çıxış edərək və işin 7-ci vərəqində olan bağın sxemində 5842 saylı bağın iddiaçıya məxsus bağın yan qonşusu olduğu nəzərə alaraq mübahisələndirilən X5 saylı sahənin yerində koordinatlarının müəyyən edilməsinin mümkünlüyü ilə bağlı əlavə suallar qoyulmaqla təkrar ekspertiza keçirilməsinin zəruriliyini müzakirə etməmişdir. İşin materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində Sabunçu rayonu, Ləhiş bağları ərazisində İddiaçı 0,12 ha torpaq sahəsindən ibarət X5 saylı bağ sahəsi ayrılmasına dair hüquqmüəyyənedici sənədlər mövcuddur, başqa sözlə həmin bağ sahəsinin mövcudluğu təsdiq edən sənədlər İdarənin arxivindədir. Məhkəmə kollegiyası hesab edir ki, qonşu bağ sahəsi olan 5842 saylı daş ınmaz əmlakın dövlət reyestrində qeydə alınmış koordinatları mövcuddursa və iddiaçının bağının da yerləşmə sxemi İdarənin arxivində vardırsa, bu sənədlərdən istifadə edilməklə X5 saylı bağın koordinatlarını müəyyən edilməsinin mümkünlüyü müzakirə edilmədən apellyasiya instansiyası məhkəməsinin İddiaçı X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 36610 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş X5 saylı bağ sahəsinin hüdudlarının məhkəmə araşdırması zamanı müəyyən edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı sayıla bilməz. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işl ər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bundan əlavə, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi İddiaçı X5 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 36610 saylı icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş X5 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına baxmayaraq bu sahə ilə bağlı DƏDRX-nin arxivində hüquq müəyyənedici sənədləri olması ilə yanaşı, iddiaçının həmin sahəyə hüquqlarının olmasına da diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublik ası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, «mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakın qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyy ət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir» Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan və apellyasiya şikayətinin dəlillərindən biri olan mübahisəli bağ sahəsinin cavabdeh tərəfindən özbaşına zəbt edilmə faktının təsdiq edilməsinə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin xx xxxxx 2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qəbul edilmiş qərarının da mövcudluğuna da diqqət yetirməmişdir. Həmin qərarda aparılmış təhqiqat araşdırması nəticəsində İddiaçı müraciəti əsasında toplanmış materialda zəbt etmək faktı öz təsdiqini tapmışdır. Cavabdeh 12 sot torpaq sahəsi ayrılmış olsa da, o 34 sot torpaq sahəsini hasara alaraq 22 sot ərazini özbaşına zəbt etməklə Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ni törətmişdir. Lakin Azərbaycan Respublikasının CM-nin 75.1.1-ci maddəsinə əsasən onun barəsində cinayət işi başlanıla bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi ona 0.1200 ha torpaq sahəsinin ayrılması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin Sərəncamı əsasında verilmiş xx.xx.2008-ci il tarixli, 1/45 saylı çıxarışın Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin tələblərinə zidd olmasına da hüquqi qiymət verməmişdir. Belə ki, həmin maddədən aydın olur ki, torpaqların bölüşdürülməsi səlahiyyətinə dövlət fondu torpaqlarına münasibətdə yalnız icra hakimiyyəti orqanları malikdirlər ki, cavabdehə torpaq sahəsi verilərkən qanunvericiliyin bu tələbinə əməl o lunmamışdır. Apellyasiya instansiyası məhkəməsi Nardaran qəsəbə nümayəndəliyinin belə bir sərəncam vermək səlahiyyəti olmamasına, həmin sərəncam səlahiyyət həddinin aşılması ilə verilməsinə, beləliklə də, heç bir hüquqi qüvvəyə malik olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsin in qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslər ə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasə n torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 84-cü maddəsinin 1 və 3-cü bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həmçinin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azər baycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, mübahisəni yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə müvafiq surətdə araşdırmamış, iddianı rəd d edərkən cavabdehin istifadəsində olan torpaq sahəsi ilə iddia ərizəsində qeyd edilən torpaq sahəsi üst-üstə düşmədiyini və aralarında 10 metrdən daha çox məsafə olmasına dair cavabdehin hər hansı sübutla təsdiq edilməyən izahatına da istinad etməkdə haqlı olmamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyə tli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlid ir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanla rı aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10414/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi
Məhkəmə qərarları › İş №2(102)-458/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-458/2020
27.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver