Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-458/2024 26.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4963/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2017-ci il tarixli, 498 k saylı əmr ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətininn Binəqədi filialının kredit şöbəsinin istehlak krediti üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli, 99 k saylı əmri ilə Səbail filialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 519 k əmri ilə Səbail filialının kredit şöbəsinin istehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 1198 k əmri ilə Səbail filialının kreditlər üzrə aparıcı mütəxəssisi vəzifəsinə keçirilmiş, xx.xx.2020- ci il tarixli, 1330 k saylı əmri ilə Bin əqədi filialının pərakəndə kreditlər üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 2769 k əmri ilə Yasamal filialına pərakəndə kreditlər üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 4590 k əmri ilə Sabunçu filialına parakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 3155 k əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müddətinin qurtarması əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanı n ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 2012-ci ildə “X1”nda mütəxəssis kimi başlamış və 2013-cü ilə kimi burada işləmişdir. 2013-2014-cü illərdə "xxxx"line MMC-də Marketinq xidmətində çalışmışdır. Bundan sonra xidməti müqavilə əsasında xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixə kimi, cavabdehin Pərakəndə Bankçılıq Departamentində satış mütəxəssisi kimi işləmişdir. Daha sonra, yəni 2017-ci il 18 sentyabr tarixindən əmək müqaviləsi üzrə "xxxx" ASC-nin Binəqədi filialının kredit şöbəsinin istehlak krediti üzrə mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2018ci il tarixində Səbail filialına mütəxəssis vəzifəsinə rotasiya olunmuş, xx.xx.2018-ci il tarixində həmin filialın kredit şö bəsinin istehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir, xx.xx.2020-ci il tarixində Yasamal filialına göndərilmiş və burada kreditlər üzrə bölmə rəhbəri vəzifəsinə məsul şəxs kimi fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixində Sabunçu filialına keçirilmiş və burada da bölmə rəhbəri məsul şəxs vəzifəsini icra etmişdir. xx.xx.2021-ci il tarixində Sabunçu filialında pərakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Sənaye filailına keçirilmiş və burada bölmə rəhbəri vəzifəsini icra etmişdir. "xxxx" ASC-də işlədiyi 8 il ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, xidməti vəzifəsinin icrası sahəsində əldə etdiyi göstəricilərə görə ona "ABB ASC-nin sədri tərəfindən H0106 saylı “fərqlilər” ser tifikatı və “ön söz imzalı” bloknotu kitabçası təqdim olunmuş və hədiyyə qismində mobil telefonla mükafatlandırılmışdır və bu müddətdə ona qarşı heç bir intizam tənbehi tətbiq edilməmişdir. Son iş yeri olan "xxxx" ASC-nin Sənaye filialında pərakəndə satış və xidmət üzrə baş mütəxəssisi vəzifəsini icra edərkən, xx.xx.2022-ci il tarixində iş vaxtı mobil telefonuna burada işlədiyi son beş ildə qüsursuz xidmətimə görə təbrik mesajı daxil olmuş və iş gününün sonuna yaxın isə əmək müqaviləsinə xitam verilməsi barədə mobil telefonuna mesaj gəlmişdir. Səhəri gün "xxxx" ASC-nin baş ofisinə getmiş və bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Burada ona Cəmiyyətin insan resurslarnın idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayevanın imzası ilə xx.xx.2022-ci il tarixli, 40-16398/ 2022 saylı “Əmək müqaviləsinə xitam verilməsi barədə” bildiriş təqdim olunmuşdur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixində bağlanmış 47/F nömrəli əmək müqaviləsinə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 il 3 ay 14 gündür və bu müqavilənin başa çatma tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç bi ri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Şərhdən aydın olunur ki, cavabdehlə iddiaçı arasında bağlanmış yuxarıda sözügedən əmək müqaviləsinə əsasən, müqavilənin başa çatma vaxtı 2026-cı ilin aprel ayının 14-ü müəyyən edilir. Qeyd olunanlara aydınlıq gətirilməsi üçün, iddiaçı "xxxx" ASC-nin rəhbərliyinə bir neçə dəfə elektron poçtla və rəsmi müraciətlər ünvanlamış və onu qəbul etmələri xahiş etsə də, bu nəticəsiz qalmışdır. Lakin, təkrar bir neçə dəfə etdiyi müraciətlərə, insan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayevanın imzası ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixli cavab məktubları ünvanına daxil olmuşdur. Baxmayaraq ki, iddiaçın ın cavabdehə ünvanladığı ərizə və müraciətlərində hansı əmək müqaviləsinə xitam verilməsinə aydınlıq gətirilməsini xahiş etsə də, cavab məktublarında bu barədə heç bir məlumat yazılmamışdır. İddiaçıya iş yerindən “Əmək kitabçası” verilərkən, cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmrini tələb etmişdir. Lakin sözügedən əmr ona təqdim edilməmişdir. Bu barədə keçən müddətdə olan ardıcıl müraciətləri də nəticəsiz qalmışdır. Həmçinin Əmək müqaviləsinə qanunda nəzərdə tutulmuş qaydada xitam verilməsinin yoxlanılması barədə yerli həmkarlar ittifaqına müraciətinə də bu günə kimi cavab verilməmişdir. Bundan sonra məhkəmədən kənar bu məsələnin həlli məqsədilə prosessual qaydalara uyğun Mediasiya Xidmətinə müraciət etmiş, xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə göndərmiş, prosessual müddət keçdikdən sonra Mediasiya Təşkilatı ilkin mediasiya hərəkətini xx.xx.2022-ci il tarixinə təyin etmişdir. İlkin mediasiya cavabdehin nümayəndəsi iştirak etmişdir. Mediatorun araşdırması zamanı hansı əmək müqaviləsi ilə işə xitam verilməsi, bu barədə tərtib olunmuş və əsaslandırılmış xx.xx.2022ci il tarixli, 3155K nömrəli əmrin təsdiq olunmuş surətləri tələb olunsa da, bu sənədlər nümayəndə tərəfindən təqdim olunmamışdır. Mediasiya hərəkətlərinin davam etdirilməsinə dair nümayəndə etirazını bildirmiş və bundan imtina etmişdir. Bundan sonra mediator ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/13-00205 saylı arayışı tərtib etmiş və təqdim etmişdir.
4. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı ilə bank arasında 18 sentyabr 2017-ci il tarixidə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə 1 illik müqavilə olmuş və hər dəfə 1 il olmaqla uzadılmışdır. Qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin 1 nüsxəsi işçiyə təqdim olunmuşdur. Bundan sonrakı müddət ərzində müqaviləyə çoxsaylı əlavə və dəyişikliklər olmuşdur ki, həmin əlavə və dəyişikliklərlə bağlı tərtib olunan sənədlər birbaşa xx.xx.2017ci il tarixli əmək müqaviləsinə istinad etmiş və işçi tərəfindən imzalanmışdır. 5 ilin tamamında müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi il əvəz olunmasını istəməyən işəgötürən işçi dən razı olmadığı üçün işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam vermişdir. İşçi ilə bu müddət ərzində sadəcə bir əmək müqaviləsi bağlanmışdır. İddiaçı tərəfinin məhkəməyə təqdim etdiyi və istinad etdiyi sənəd isə əmək müqaviləsi deyil, sadəcə “EMAS”-dan çıxarışdır. İddiaçı banka müraciət edərək bağlanmış müqaviləni tələb etdikdə, bankın əməkdaşları tərəfindən həmin çıxarış ona təqdim olunmuşdur. İddia müddətinin tətbiqi ilə bağlı ərizə məhkəməyə təqdim olunmuşdur. ƏM-nin tələblərinə əsasən işçinin öz əmək hüquqlarının pozulmasının ona məlum olduğu gün kimi ona müvafiq əmrin, əmək kitabçasının və son haqq-hesab sənədlərinin ona təqdim olunduğu gün kimi qəbul olunur. İşçiyə onun əmək kitabçası 5 oktyabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Həmi n tarixdə işçi öz əmək hüquqlarının pozulmasından xəbərdar olmuşdur. Bundan sonra onun məhkəməyə öz hüquqlarının bərpası ilə bağlı müraciət etmək hüququ var idi. İddiaçı 11 noyabrda mediasiyada iştirakla bağlı Banka təklif göndərmişdir. Burada artıq 36 gün keçmiş olur ki, bunun nəticəsində müddət 6 gün ötürülmüş hesab olunur. 5 dekabrda isə mediasiya sessiyasının baş tutmaması ilə bağlı arayış təqdim olunmuş, 9 dekabrda isə iddiaçı məhkəməyə müraciət etmişdir. Burada artıq ötürülmüş müddətin daha 4 gün olması müəyyən edilir. Beləliklə iddiaçı ümumilikdə ƏM-nin 296-cı maddəsində göstərilən müddəti 10 gün ötürülmüşdür. Bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
5. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış etiraz əri zəsində göstərilmişdir ki, cavabdeh tərəfindən “iddia müddətinin tətbiq olunmasına dair” ərizədə qeyd olunanları sübuta yetirmək üçün adı çəkilən hüquqi aktların hamısı işin hallarına düzgün tətbiq edilməmiş, təhrif olunmuş və izahı səhv şərh edilmişdir. Cavabdeh sözügedən ərizədə qeyd edir ki, onun hüququnun pozulmasının aşkar edildiyi gün xx.xx.2022-ci il tarixində ona əmək kitabçasının verildiyi tarixdən başlanır. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi əsasında müəyyən edilir. Həmin maddəyə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qa ydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia ərizəsinə əlavə olunmuş və işdə olan cavabdehə ünvanlanmış ərizələrinə əsasən məhkəmənin hazırlıq iclasına qədər, yəni xx.xx.2023-cü il tarixə kimi ƏM-nin 296-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq haqqında olan xx.xx.2022-ci il tarixli əmr və xitam verilmiş əmək müqaviləsi ona təqdim edilməmişdir və bu hal hüququmun hansı formada pozulmasını, hansı hüquqi akta əsaslandığını, müvafiq qaydada sənədləşdirilmədən biləbilə pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixində ona əmək kitabçası təqdim olunduqdan sonra, yəni xx.xx.2022-ci il tarixində “Əmək Məcəlləsinin” 292-ci maddəsinə əsasən fərdi əmək mübahisələrini həll edən orqan sayılan Cəmiyyətin Həmkarlar təşkilatına ərizə ilə müraciət etmiş, ərizəsinə qanunda nəzərdə tutulmuş müddətdə cavab verilmədiyinə görə təkrarən xx.xx.2022-ci il tarixində 2-ci ərizəni Həmkarlar təşkilatına göndərmişdir. Lakin ikinci ərizəsinə də cavab verilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində mediasiya prosesindən keçmək üçün mediatora müraciət etmişdir və proses xx.xx.2022-ci ildə başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3155K nömrəli əmri və xitam verilmiş əmək müqaviləsinin kseriokopya surətləri xx.xx.2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında təqdim olunmuş və həmin gündən, yəni xx.xx.2023-cü il tarixindən cavabdehin hüququnun pozulduğu gün hesab edilməlidir. Cavabdehin ərizəsində qeyd olunan “Mediasiya sesiyasmın nəticəsi barədə arayışın alınmasından 4 gün keçdikdən sonra onun məhkəməyə müraciət etməyi iddia müdd ətinin 4 gün ötürülməsi” fikri də əsassızdır. Belə ki, bu hal Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndi tənzimlənilir və həmin maddəyə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Cavabdehin məhkəməyə təqdim etdiyi və xitama əsas saydığı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan əmək müqaviləsi qüvvədən düşmüşdür. Belə ki, bundan sonra onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən müqavilənin müddəti xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, yə ni 4 il 3 ay 14 gün müəyyən edilmişdir. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin məlum əmrində ƏM-nin 84-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd - əmək müqaviləsi qüvvədən düşmüşdür və həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Cavabdeh "xxxx" ASC-nin “iddia müddətinin tətbiq olunmasına dair” xx.xx.2023-cü il tarixli HQ-07 saylı ərizəsinin təmin olunmaması və növbəti prosessual hərəkətlərin davam etdirilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir
6. Bakı şəh əri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-936/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC-nin Sənaye filialında parakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini və işə bərpa olunmağını tələb etmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisə etdiyi əsas sənəd (müqaviləyə dair məlumat) əmək müqaviləsi deyildir. Çünki ona təqdim olunan sənəd əsl və əsas olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi olmamaqla tərəflər arasında bağlanmış əmək müqaviləsinə dair məlumat çıxarışı olmuşdur (emas.sosial.gov.az portalından çıxarış). Qeyd olunan sənədə mobil telefon tətbiqi vasitəsilə baxış keçirilən zaman da (bar code vasitəsilə) mübahisəli sənədin yönləndirildiyi dövlət qurumu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (emas.sosial.gov.az portalı ) olmuşdur. Həmin sənəddən də görünür ki, orada müxtəlif texniki səhvliklərə yol verilmişdir. Belə ki, həmin sənəddə baş direktorun adının Aynur Süleyma nlı olması, əmək müqaviləsinin bağlanma tarixinin xx.xx.2022-ci il olması, işə götürən kimi Aynur Süleymanlının olması kimi səhvliklərə yol verilmişdir ki, bu da onun müqavilə olmadığının açıq aydın göstəricisidir. Məhkəmə bu halda belə qənaətə gəlir ki, iddiaçının mübahisə etdiyi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitmə tarixinin 4 il 3 ay 14 gün müəyyən edilməsi yuxarıdakı (31-ci abzas) hüquqi mövqeyə görə əsassızdır.
9. Məhkəmə daha sonra cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2017ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 3155 k saylı əmr ilə xx.xx.2022-ci il tarixindən xitam verilməsinin qanuniliyi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin 5 ili tamamın da bitməsi ilə xitam verilməsi tamamilə əsaslı olmuşdur.
10. Məhkəmə “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə tələbləri də əsassız hesab etmişdir.
11. Belə ki, məhkəmə, araşdırılan iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin "tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi" hissəsinin törəmə tələblər olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğvi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissələrində də təmin edilə bilm əz.
12. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təqdim edilmişdir. Məhkəmə qeyd olunan ərizəyə isə münasibətdə bildirmişdir ki, iddia tələbinin özü əsassız olduğundan iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə də münasibət bildirilməsinə zərurət qalmamışdır. Lakin, məhkəmə tərəfindən bu halın özü də araşdırılmış və qənaətə gəlinmişdir ki, əgər iddiaçı tərəfindən verilmiş iddia əsaslı olsaydı belə iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti keçirmişdir.
13. Belə ki, mülki işin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli əmri iddiaçının özü şəxsən xx.xx.2022-ci il tarixdə imza etməklə qəbul etmiş, daha sonradan isə mediasiya təşkilatına xx.xx.2022-ci il tarixində 6 gün g ecikmə ilə müraciət etmişdir ( mediasiya barədə təklifin göndərilmə müddəti). Yəni iddiaçının iddiası əsaslı olsaydı iddia müddətinin ötürülməsi qanuni olmaqla iddia tələbi bu əsasla rədd olunacaqdı.
14. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 3.5, 10, 11, 47, 68-ci maddəsinin2-ci hissəsinin “b” bəndi, 73, 292 və 296-cı, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 32.4.2, 3 5.1 və 35.2ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 76.1, 76.1, 76.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4963/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik e dən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır.
20. Məhkəmə qeyd etmişdir ki, işin hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2017-ci il tarixdə müddətli (bir il müddətinə) əmək müqaviləsi bağlanmış, 2022-ci il tarixədək hər il eyni müddətə uzadılmış, müddət 2022-ci ilin 18 sentyabr tarixdə başa çatmış, bu səbəbdən də 19 sentyabr 2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) xitam verilmişdir.
21. İddiaçının mövqeyinə görə o nunla xx.xx.2017-ci il tarixdə müddətli (bir il müddətinə) əmək müqaviləsi bağlansa da, sonradan imzalanmış “əmək müqaviləsini bağlayan tərəflər arasında məlumatlar”dan görünür ki, müqavilə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 4 il 3 ay 14 gün müddətinə bağlanmışdır. Belə olan halda isə, müqavilə xx.xx.2021-ci il tarixdən eyni müddətə uzadılmış sayılır, çünki, həmin tarixdən 7 həftə ərzində müqaviləyə xitam verilməmişdir.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisə etdiyi həmin sənəd (müqaviləyə dair məlumat) əmək müqaviləsi deyildir. Çünki ona təqdim olunan sənəd əsl və əsas əmək müqaviləsi olmamaqla tərəflar arasında bağlanmış əmək müqaviləsinə dair məlumat çıxarışı olmuşdur (emas.sosial.gov.az portalından çıxarış). Qeyd olunan sənədə mobi l telefon tətbiqi vasitəsilə baxış keçirilən zaman da (bar code vasitəsilə) mübahisəli sənədin yönləndirildiyi dövlət qurumu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (emas.sosial.gov.az portalı) olmuşdur. Həmin sənəddən də görünür ki, orada müxtəlif texniki səhvliklərə yol verilmişdir. Belə ki, həmin sənəddə baş direktorun adının Aynur Süleymanlı olması, əmək müqaviləsinin bağlanma tarixinin xx.xx.2022-ci il olması, işə götürən kimi Aynur Süleymanlının olması kimi səhvliklərə yol verilmişdir ki, buda onun müqavilə olmadığının açıq aydın göstəricidir. Bu səbəbdən də iddiaçının mübahisə etdiyi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitmə tarixinin 4 il 3 ay 14 gün müəyyən edilməsi əsassızdır.
23. Cavabdeh müddətli əmək müqaviləsinə xitam verilməsi istiqam ətində qanunvericiliyin tələblərini gözləmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir.
24. İddiaçı hazırkı iddia tələbində cavabdehin 19 sentyabr 2022-ci il tarixli, 3155K saylı əmrini mübahisələndirmiş, lakin cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddiaçı tərəfindən məhkəməyə müraciət üçün iddia müddətinin buraxıldığını qeyd etmiş, bu səbəbdən də mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
25. ƏM-in 296-cı maddəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. M`əhkəmə müraciət üçün hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasını n, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
26. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqan larına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı).
27. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən onun barəsində çıxarılmış 19 sentyabr 2022-ci il tarixli əmrdən elə həmin tarixdə məlumatlı olmuş, işdən azad edildiyini həmin vaxtdan bilmiş, həmçinin bundan əlavə əmək kitabçasını 05 oktyabr 2022-ci il tarixdə təhvil almış, əmək kitabçasında əmrlə bağlı müvafiq qeydlər olmuş, bununla da müddət axımı başlanmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, iddiaçıya son haqqı hesab və s. ödənişlər daha əvvəl, yəni 19 sentyabr 2022-ci il tarixdə və 29 sentyabr 2022-ci il tarixdə hə yata keçirilmişdir. Lakin, iddiaçı tərəfindən cavabdehə yalnız 11 noyabr 2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, artıq həmin tarixdə qanunla müəyyən olunmuş 1 aylıq müddət keçmişdir (“Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış xx.xx.2022-ci il tarixdə verilmiş, bundan sonra, yəni 09 dekabr 2022-ci il tarixdə iddiaçı işə bərpa tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə verilməli olduğundan qaytarılmış, iddiaçının hazırki iddiası isə 29 dekabr 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, işlərin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
29. Cavabdehin nümayəndəsi iddia müddətinin axımının başlanması üçün cavabdeh tərəfindən ƏM-in 296-cı maddəsində göstərilən bütün sənədlərin (əmr, əmək kitabçası, haqqhesab sənədləri) birlikdə təqdim olunmalı olmasını, sonuncu tərəfindən isə yalnız əmək kitabçasının verilməsini, bununla da iddiaçının hüquqlarının pozulmasının əvvəlinin məhz əmək kitabçasının təqdim olunduğu gündən hesa blanmasının düzgün olmamasını bildirmişdir.
30. İddiaçı tərəf birinci instansiya məhkəməsinə təqdim etdiyi, iddia müddətinin tətbiq olunması barədə ərizəyə etirazında həmçinin qeyd etmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 3155K nömrəli əmri və xitam verilmiş əmək müqaviləsinin kserokopya surətləri xx.xx.2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında təqdim olunmuş və həmin gündən, yəni xx.xx.2023-cü il tarixindən cavabdehin hüququnun pozulduğu gün hesab edilməlidir.
31. Məhkəmə kollegiyası iddiaçı tərəfin qeyd edilən dəlilləri ilə də razılaşmayaraq göstərmişdir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün hüquqlarının pozulmasını aşkar etdiyi gün ƏM-in 296-cı maddəsində göstərilən bütün sənədlərin (əmr, əmək kitabçası, haqq-hesab sənədləri) birlikdə təqdim olunduğu gün deyil, onlardan hər hansı birinin təqdim olunduğu gün hesab edilir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya əmək kitabçası 05 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir ki, ən geci həmin gün iddiaçının məhkəmə müraciət etmək üçün hüquqlarının pozulmasının aşkar olunduğu tarix hesab olunur. Çünki, işin mübahisələndirilməyən digər hallarından göründüyü kimi, mübahisələndirilən əmrin qəbul olunduğu tarixdə iddiaçının mobil telefonuna bu barədə müvafiq məlumat göndərilmiş, səhərisi gün isə iddiaçıya baş ofisdə səlahiyyətli şəxs tərəfindən əmrin qəbulu ilə bağlı müvafiq bildiriş təqdim olunmuş, əsasları bildirilmişdir. Eyni zamanda, iddiaçıya elə əmək müqaviləsinə xitam verildiyi sentyabr ayında son haqqhesab ödənişləri də həyata keçirilmişdir. Lakin, bu hallar nəzərə alınmasa belə, ən geci 05 oktyabr 2022-ci il tarixinin iddia müddətinin axımının başlandığı tarix olması ümumiyyətlə mübahisə doğurmamalıdır.
32. Bununla yanaşı ƏM-in 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
33. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin göstərilən müddəası genişləndirici şərhə yol versə də, orada nəzərdə tutulan digər hallar – obyektiv olmalıdır. Obyektiv hallar isə - şəxsdən asılı olmayan, başqa şəxslərin, ətraf mühitin və şəraitin təsiri altında yaranan hallar ba şa düşülməlidir.
34. İddiaçı tərəf buraxılmış müddətin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, qeyd edilər hallar (əmrin gec verilməsi, həmkarlar komitəsinə müraciət olunması və s.) isə müddətin axımını kəsən və ya üzrlü hallar kimi qiymətləndirilə bilməz.
35. Apellyasiya instansiyası məhkəməsi işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab etmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş müddət ərzində müvafiq tələblə məhkəmə müraciət etməmiş, iddia müddətini üzrlü səbəblər olmadan ötürmüşdür.
36. MM-in 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərar ı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
37. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, dəlillərini ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti iddia ərizəsi, işin halları və apellyasiya şikayəti ilə eynilik təşkil etmiş, əlavə olaraq onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsini həyata keçirərkən müstəqil olmamış, məhkəmə baxışını tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirməmiş, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanmış və bununla da qəbul etdiyi qətnamə qanuni və əsaslı olmamışdır. Məhkəmə işin hallarını başqa sübutlarla obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan və nəzərə almadan həmin sübutlara təsdiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. b)
40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
41. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edili r.
42. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsi
43. Maddə 2, 3-cü hissə. Bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin ic rasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır..
44. Maddə 45, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
45. Maddə 45, 5-ci hissəsi. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
46. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
47. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
48. Maddə 68, 2-ci hissə, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
49. Maddə
73. Müddətli əmə k müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
50. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
51. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sən ədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Mülki Prosessual Məcəllə
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnam ə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya in stansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
63. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərə findən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
64. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmi n Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və proses sual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4963/2023 nömrəli iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.