Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4581/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, idduaçı İddiaçı, vəkili X2, Cavabdeh2, vəkili X1 iştirakıilə, İddiaçı cavabdehlər X və X qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı cavabdehlər X və X qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov) Binəqədi rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ləığv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia təmin edilmiş, cavabdehlər X və X Bakı şəhəri, 7-ci mkr, S.S.Axundov küçəsi, ev ½, 29 saylı mənzilə istifadə hüquqularının itirilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh2 qızı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X və X qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab ed ir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisə edilməyən hallarına görə Binəqədi rayonu, S.S.Axundov küçəsi, 112 saylı evin 29 saylı mənzili X 19 avqust 1968-ci il tarixdə 57871 saylı orderlə verilmişdir. Ona verilən orderdə ailə üzvləri kimi, arvadı X, qızları Cavabdeh1, Cavabdeh2, X göstərilmişdir. X5 İddiaçı ilə 02 avqust 1984-cü ildə ailə qurmuş, həmin ünvana qeydiyyata düşməklə birgə təsərrüfat aparmışlar. 05 fevral 1997-ci ildə X vəfat etmişdir. 17 avqust 2004-cü ildə X vəfat etmişdir. 31 dekabr 2007-ci il tarixdə X vəfat etmişdir. İş materiallarından göründüyü kimi cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları 1968-ci il tarixdə yaranmışdır. Cavabdehlərdən Cavabdeh1 1978-ci ildə, Cavabd eh2 1980-ci ildə ailə qurmaqla mübahisəli mənzildən qeydiyyatdan çıxmışlar. Beləliklə, həmin tarixdən cavabdehlər daimi yaşamaq üçün başqa yaşayış yerinə köçməklə mübahisəli mənzili tərk etmiş və mənzilə istifadə hüquqlarını itirmişlər. Hüquq münasibətlərinin yarandığı dövrdə yaşayış sahəsindən istifadə hüquqlarının yaranması və həmin hüquqlara xitam verilməsi qaydaları 11 sentyabr 1964-cü il tarixdə qəbul edilmiş Azərbaycan SSR Mülki Məcəlləsi ilə tənzimlənmişdir. Həmin Məcəllənin 17.11.1986- cı il tarixədək qüvvədə olmuş 306-cı maddəsi nəzərdə tuturdu ki, mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Digər qohumlar, habelə himayədə olan əmək qabiliyyəti olmayanlar, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda kirayəçinin ailə üzvləri sayıla bilərlər. Məcəllənin 307-ci maddəsi nəzərdə tuturdu ki, kirayəçinin və ya onun ailə üzvünün İıüvəqqəti olaraq başqa yerə getdiyi hallarda və həmçinin bu vətəndaşların hamısının nüvəqqəti başqa yerə getdikləri halda, mənzildə olmayanlar üçün yaşayış mənzilindən stifadə hüququ altı ay müddətində saxlanılır. Kirayəçi və ya onun ailə üzvlərinin üzrlü əbəblərə görə altı aydan artıq mənzildə olmadıqları halda, bu müddət kirayəçi və ya onun ailə üzvlərinin ərizəsinə əsasən kirayədar tərəfindən, mübahisə olan halda isə məhkəmə ərəfindən uzadıla bilər. Cavabdehlərin iddiaya etirazı 3 dəlillə əsaslandırılır: 1) əşyaları mübahisəli mənzildə yerləşməklə hə min yaşayış sahəsindən istifadə edirlər və mənzildən daimi getməyiblər; 2) kooperativə pay haqqının ödənilməsində iştirak etdiklərindən və orderdə sadalanan digər şəxslər vəfat etdiyi üçün mübahisəli mənzilə mülkiyyət (pay) hüquqları vardır; 3) atalarının vərəsələri kimi mübahisəli mənzilə vərəsəlik hüquqları vardır. Cavabdehlərin birinci dəlili açıq-aşkar əsaslandırımayıb və hər hansı sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası heç bir sübut təqdim olunmadan təxminən 30 il əvvəl ailə quraraq başqa mənzilə köçmüş şəxslərin mübahisəli mənzili müvəqqəti tərk etdikləri barədə qənaətə gəlmək üçün heç bir əsas görmür. Apellyasiya baxışı zamanı izahat vermiş Cavabdeh2 da etiraf etmişdir ki, hazırda ailəlidir, övladları və nəvələri var, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Cavabdehlərin mövcud mənzil şəraitlərinin qənaətbəxş olmaması onların 30 il əvvəl tərk etdikləri mənzilə istifadə hüquqlarının saxlanılmasına əsas kimi qəbul oluna bilməz. İş materiallarından görünür ki, cavabdehlər bu halı təsdiq edən sübut qismində 32 saylı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş məktuba istinad edirlər. Həmin məktubda qeyd olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 14 saylı ev Mənzil-tikinti kooperativi binasıdır. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki şəxslərə mənzil-tikinti kooperativi binasında ödənilən ilkin pay haqqının miqdarında müvafiq olaraq yaşayış sahələri verilmişdir. Yaşayış sahələrinə həmin fiziki şəxslər onlara mənzilə dair verilmiş orderdə göstərilmiş şəxslərlə birgə köçürülmüşdürlər. Həmin fiziki şəxslər mənzillərə köçdükdən s onra bir müddət mənzilə dair tam paylarını ödəmək üçün ödənişlər etmişdirlər. Əvvələ nəzərə alınmalıdır ki, məktubun məzmunu qeyri-dəqiq olmaqla cavabdehlərin mübahisəli mənzilə görə pay haqqı ödədiklərini birbaşa təsdiq etmir. Digər tərəfdən cavabdehlərin atalarının adına verilmiş mənzilə ailə üzvləri kimi köçdükləri zaman müvafiq olaraq 9 və 12 yaşları olmuşdur. İş materiallarında olan əmək kitabçalarının surətlərindən görünür ki, Cavabdeh1 əmək fəaliyyətinə 1974-cü ilin dekabr ayında, Cavabdeh2 isə 1976-cı ilin avqust ayında, yəni onların mübahisəli mənzilə köçməsindən müvafiq olaraq 6 il yarıfn və 8 il sonra başlamış, bir neçə il sonra isə ailə qurmaqla mübahisəli mənzildən daimi olaraq getmişlər. Halbuki Cavabdeh2 apellyasiya baxışı zamanı mənzil ailəyə təhvil verildikdən sonrakı 20-2 5 il ərzində pay haqqının ödənlməsində iştirak etdiklərini bildirmişdir. Bu baxımdan iş üzrə cavabdehlərin mübahisəli mənzilin aid olduğu kooperativin pay hüquqlu üzvləri olduğu təsdiq edilmir. Belə ki, mübahisəli mənzil hal-hazıradək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Digər tərəfdən cavabdehlərin atası 07.09.2004-cü ildə vəfat edib, onun ölümündən sonra miras əmlakı faktiki olaraq iddiaçının əri X qəbul edib və sonuncu 31.12.2007-ci il tarixdə ölüb, iş materiallarında ötən 14 ildən artıq müddət ərzində cavabdehlərin atalarından qalış miras əmlakları faktiki qəbul etmələri və ya vərəsəliklə bağlı səlahiyyətli orqana müraciət etmələri barədə heç bir sübut yoxdur. Halbuki Mülki Məcəllənin 1246-cı maddəsinə müvafiq olaraq vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Əksinə iş materiallarından görünür ki, 24.11.2007-ci il tarixdə X notariat kontoruna yazılı ərizə təqdim edərək, mübahisəli mənzildən ona düşən paydan qardaşı X4 xeyrinə imtina etdiyini, gələcəkdə həmin mənzillə bağlı heç bir iddia qaldırmayacağını bildirmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-c u maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X8 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 yanvar 2019-cu il tarixli qətnaməsi X8 qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4581/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4581/2019
09.07.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver