Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4582/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış evindən və torpaq sahəsindən çıxarılma, yaşayış sahəsinə qeydiyyatın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızına, Cavabde h12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 qarşı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(104)-545/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsi ilə xx.xx.2015-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 26% ödəmək şərtilə 17.000 manat məbləğində kredit verilmişdir. 2. xx.xx.2015-ci il tarixli 244micKPZi/15 saylı ipoteka müqaviləsi ilə kreditin təminatı qismində Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-3855/2017 saylı qətnaməsi ilə Cavabdeh1, X1, X3 xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borca görə 9194.56 manat, faiz borcuna görə 1513.96 manat, cərimə borcuna görə 05 manat, cəmi 10713,52 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alın araq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan və tərəflər arasında ilkin olaraq 18.000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 9194,56 manat, faiz borcuna görə 1513,96 manat, cərimə borcuna 05 manat, cəmi 10713,52 manat kredit borcu və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçiyə qaytarılması, yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşay ış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması göstərilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli, 2(104)-2941/2017 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)3855/2017 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. RX No ******* saylı Dövlət Reyestrindən çıxarışa əsasən "xxxx" KB ASC-nin ünvan 1 ünvanda sahəsi 94.5 kv.m. olan, 0.0097 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır.
6. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızının, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək G əncə İnzibati Məhkəməsinin 2-1(114)-1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı üçüncü şəxs Cavabdeh1 münasibətdə ləğv edilmiş və iddia Cavabdeh1 münasibətdə rədd edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-543/2022 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyanın 22 oktyabr 2021-ci il tarixli, 2- 1(104)576/2021 nömrəli qərarından üçüncü şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızı, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızı, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızına, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızına, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Bəhram qızının, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh17, Cavabdeh15 və Cavabdeh16 "xxxx" KB ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərin həmin fərdi yaşayış evindən istifad ə hüquqlarına xitam verilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində vəsaitin "xxxx" KB ASCnin xeyrinə müştərək qaydada cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında olan xx.xx.2015-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 26% ödəmək şərtilə 17.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3855/ 2017 saylı qətnaməsinə əsasən Cavabdeh1, X2, X3 xx.xx.2015-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 244micKPZ/15 saylı əlavə kredit müqaviləsinə əsasən əsas borca görə 9194.56 manat, faiz borcuna görə 1513.96 manat, cərimə borcuna görə 05 manat, cəmi 10713,52 manat məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 məxsus olan və tərəflər arasında ilkin olaraq 18000 manata qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait he sabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra ümumilikdə 9194,56 manat, faiz borcuna görə 1513,96 manat, cərimə borcuna 05 manat, cəmi 10713,52 manat kredit borcu və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçiyə qaytarılması, yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2(104)-2941/2017 saylı qətnaməsinə əsasən isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-3855/2017 saylı qətnaməsi iddia tələbinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış sahəsini ən gec i bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi iddia tələbinin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evinin hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ipoteka predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin etməməsini onunla əlaqələndirmişdir ki, "xxxx" KB ASC ipoteka qoyulmuş əmlakın mülkiyyətçisi deyildir və həmin əmlakın hərracda kimə satılması da məlum deyildir. "xxxx" KB ASC ilə hərrac təşkilatı arasında bağlanmış Protokola və Hə rracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqaviləyə əsasən Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASC-yə satılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş seriya RX № ******* saylı Dövlət Reyestrindən çıxarışa əsasən "xxxx" KB ASC-nin ünvan 1 fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən tərəflərindən xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərində Gəncə şəhəri Nizami Rayon Polis şöbəsinə və xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərində isə Gəncə şəhəri üzrə İcra İdarəsinə müraciət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinə tə rəflərindən rəsmi müraciət edilməsinə baxmayaraq cavabdeh orqan tərəfindən inzibati aktın qəbulu ilə bağlı hər-hansı hərəkət edilmədiyindən, qeyd edilən inzibati orqana qarşı bank tərəfindən “məcburetmə haqqında” iddia ilə xx.xx.2019-cu il tarixdə X7 Məhkəməsinə müraciət edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır və məhkəmə iddianın mümkün sayılmamasının əsası kimi öz qərardadında “məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır” göstərmişdir. Qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarix də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə “İcra məmurunun hərəkətsizliyindən” şikayətlə müraciət edilmiş və birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(044)174/2020 saylı qərardadı ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik “borclunun hüquqi vəziyyətini yaxşılaşdırmadığından geriyə şamil edilə bilməz” əsası ilə təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə mübahisələndirilən qərardaddan verilmiş şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmə kollegiyasının “normativ hüquqi aktın qüvvəyə mindiyi andan yalnız onun dərcindən sonra baş vermiş faktları və hadisələri əhatə edir” əsası ilə xx.xx.2021-ci il tarixli 8(104)-16/2021 sayli qərardadı əsasında Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(04 4)174/2020 saylı qərardadı qüvvədə qalmışdır. Həmçinin, Gəncə şəhəri Nizami Rayon Polis şöbəsinin və Gəncə Şəhər Baş Polis İdarəsinin imtina məktubu əsasında tərəflərindən xx.xx.2019-cu il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı “məcburetmə haqqında” iddia ilə Gəncə İnzibati -İqtisadi Məhkəməsinə müraciət edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Tərəflərindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilərək mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmiş və qeyd edilən məhkəmənin 2-1(114)-1253/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sonradan üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək Cavabdeh1 münasibətdə rədd edilmişdir. Məhkəmə kollegiyası 2-1(104)-675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında apelyasiya şikayətinin qismən təmin edilməsinin əsası kimi üçüncü şəxslərin yaşayış yerindən çıxarılmadan onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını göstərmişdir. Həmçinin, məhkəmə kollegiyası qərarında qeyd etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
11. Məhkəmə iclasında Cavabdeh5 izahatında bil dirmişdir ki, o, arvadı Cavabdeh8 və qızları Cavabdeh7 Qəhrəman qızı və Cavabdeh17 Gəncə şəhəri, ünvan 2 ünvana dair çıxarışları da mövcuddur. Onlar Gəncə şəhəri, ünvan 3 ünvanda qeydiyyatda həmin ünvanda olsalar da, sonra məhkəmə qərarı ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil. Belə ki, onun və ünvan 4vanda qeydiyyatda olan digər şəxslərin həmin ünvana dair istifadə hüquqları mövcuddur. Ona məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi ipoteka qoyularkən evdə yaşayan və qeydiyyatda olan digər şəxslərin razılığı alınmamışdır. Həmin şəxslərin evdə istifadə hüququ vardır və mülkiyyətçinin dəyişilmə si istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh7 Qəhrəman qızının nümayəndəsi və vəkili, həmçinin digər cavabdehlərin vəkili Nümayəndə izahatında bildirmişlər ki, iddia tələbi ilə razı deyillər. Belə ki, cavabdehlərin ünvan 4vanda qeydiyyatda olan digər şəxslərin həmin ünvana dair istifadə hüquqları mövcuddur. Ona məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi ipoteka qoyularkən evdə yaşayan və qeydiyyatda olan digər şəxslərin razılığı alınmamışdır. Həmin şəxslərin evdə istifadə hüququ vardır və mülkiyyətçini n dəyişilməsi istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Odur ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
14. Gəncə Şəhər Məhkəməsinin (hakim M.Mustafayev) 08 sentyabr 2022-ci il tarixli, 2(125)346/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehler Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 ünvan 4vandan istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 ödənilmiş 60 manat dövlət rüsumu müştərək qaydada tu tularaq iddiaçı "xxxx" KB ASC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi "xxxx" KB ASCnin xüsusi mülkiyyətindədir.
16. İddiaçı mülkiyyətçi kimi cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 çıxarılması və həmin evin boşaldılmasına dair tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
17. Həmçinin məhkəmə tərəfindən mübahisəli evə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh5, Cavabdeh7 Qəhrəman qızı, Cavabdeh8 və Cavabdeh17 mübahisəli ünvanda yaşamırlar. Cavabdeh5 öz ailəsi ilə birlikdə ünvan 6 Həmçinin cavabdehin Gəncə ş əhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 a nömrəli ünvana dair dövlət reyestrindən çıxarışı və texniki pasportu da mövcuddur. Digər cavabdehlər Cavabdeh12, Cavabdeh15, Cavabdeh10, Cavabdeh11 Bəhram qızı və Cavabdeh16 isə ünvan 4vana dair çıxarışda qeyd edilməmiş torpaqda, qanunsuz tikilidə yaşayırlar. Mübahisəli ünvan 4van onların istifadəsində deyil. ünvan 4vanda yalnız Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13 qeydiyyatda olmaqla yaşayırlar, Cavabdeh4 və Cavabdeh6 isə ünvan 4vanda qeydiyyatda olsalar da, hazırda həmin ünvanda yaşamırlar.
18. Məhkəmə iddianın cavabdehlər Cavabdeh5, Cavabdeh7 Qəhrəman qızının, Cavabdeh8, Cavabdeh17, Cavabdeh5, Cavabdeh12, Cavabdeh16, Cavabdeh11 Bəhram qızının, Cavabdeh10, evdən istifadə hüququna xitam verilməsi ilə bağlı hissəsin ə qiymət verərək, hesab edir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh8, Cavabdeh7 Qəhrəman qızı və Cavabdeh17 mübahisəli ünvanda deyil, ünvan 6 Digər cavabdehlər Cavabdeh12, Cavabdeh16, Cavabdeh11 Bəhram qızı, Cavabdeh15 və Cavabdeh10 həmin ünvanda yerləşən ipoteka qoyulmuş fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə aid olmayan torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evində yaşayırlar və mübahisəli mənzildə yaşamırlar. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh12, Cavabdeh16, Cavabdeh11 Bəhram qızı, Cavabdeh15 və Cavabdeh10 mübahisəli mənzildən istifadə hüquqları yoxdur. İddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
19. Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi 110 nömrəli fərdi yaşayış evi ******* saylı çıxarışa əsasən iddiaç ının xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4, Cavabdeh6 həmin əmlakdan çıxmadıqlarından iddiaçının mülkiyyət hüquqlarını pozmuşlar. İddiaçı qanuni əsaslarla özünə məxsus ünvan 4vandan cavabdehlərin çıxarılmasını və banka təhvil verməsini tələb etmiş, cavabdehlər həmin ünvandan çıxmamış, faktiki olaraq iddiaçının mülkiyyət hüququnu pozmuşlar.
20. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 139, 146, 157, 228, 178, 205-ci maddələrinə, Torpaq Məcəlləsinin 66-cı maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanununun 1 və 9-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 59-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4 və Cavabdeh6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Cavabdeh1 ilə iddia çı arasında ipoteka müqaviləsi bağlanarkən evdən istifadə hüququ olan şəxslərin öz əmlak hüquqlarını yüklü etməməsi onların əmlak üzərində yəni ev üzərində olan hüquqlarının itirilməsi üçün əsas ola bilməz. Hazırda mülkiyyətçinin dəyişməsi ev üzərində istifadə hüququnun itirilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Həmçinin, kredit borcunun Cavabdeh1 tərəfindən götürülməsi və kreditin ona aid olması ilə bağlı hallar sübut olunmamışdır.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) 2(104)-545/2023 saylı, 21 fevral 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəs ində dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarına əsasən müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilən vaxt evə tutma yönəldiləcəyi halda onu tərk edəcəkləri barədə notarial qaydada öhdəlik götürmüşlər. Həmçinin müəyyən edilmişdir ki, digər cavabdehlər Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4 və Cavabdeh6 mübahisə predmeti olan fərdi yaşayış evini ipoteka qoyan Cavabdeh1 ailə üzvləri olmaqla həmin evdə qeydiyyatda olmaqla orada yaşayırlar.
25. Belə olan halda isə iddianın həmin hissədə təmin olunması üçün dispozitiv şərtlər mövcuddur.
26. Digər tərəfdən mübahisəli ev, digər mülki hüquqi əqdlərdən deyil, məhz iddiaçı tərəfindən kredit müqaviləsi üzrə veril miş borc məbləğinin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin açıq hərracda realizəsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir ki, bununla da mübahisəli evin cavabdehlərin qanunsuz sahibliyində olması təsdiq olunmuşdur.
27. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 140, 152, 157, 205, 228-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59-cu maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
28. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında ipoteka müqaviləsi bağlanarkən evdən istifadə hüququ olan şəxslərin öz əmlak hüquqlarını yüklü etməməsi onların əmlak üzərində olan hüquqlarının itirilməsi üçün əsas ola bilməz. Hazırda mülkiyyətçinin dəyişməsi ev üzərində istifadə hüququnun itirilməsi üçün əsas ola bilməz. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələblərinin pozulması ilə çıxarıldığından qanuna müvafiq hesab edilə bilməz. Belə ki, məhkəmə iclaslarında cavabdehlərin iştirakını təmin etmədən tam və obyektiv araşdırma aparmayaraq qərəzli qətnamə çıxarılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə 13, İ bənd. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
32. Maddə 29, İ bənd. Hər kəsin mülkiyyət hüququ vardır.
33. Maddə 29, İİ bənd. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə
34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
35. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 3
6. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
40. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mü lkiyyət hüququnun yarandığı andan xitam verilir. Torpaq Məcəlləsi
41. Maddə 66, 2-ci hissə Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “İpoteka haqqında” Qanun
42. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar.
43. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanun
44. Maddə 9, 5-ci hissə. Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xi tam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi i lə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən qətnamənin qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi nin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasında iştirakının təmin edilməməsi, məlmuatlandırılmaması dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə iş üzrə cavabdeh tərəfi məhkəmə iclasının vaxtı və yeri barədə məluatlandırmışdır.
56. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak ed ən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzrlü səbəbi barədə sübutu təqdim etməlidir. Cavabdeh tərəf qanunun bu tələbinə əməl etməmiş, üzrlü səbəb barədə sübutu təqdim etməmişdir.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur.
58. Cavabdehlərin digər dəlili ilə bağlı qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilən vaxt evə tutma yönəldiləcəyi halda onu tərk edəcəkləri barədə notarial qaydada öhdəlik götürmüşlər. Həmçinin müəyyən edilmişdir ki, digər cavabdehlər Cavabdeh9, Cavabdeh14, Cavabdeh13, Cavabdeh4 və Cavabdeh6 mübahisə predmeti olan fərdi yaşayış evini ipoteka qoyan Cavabdeh1 ailə üzvləri olmaqla həmin evdə qeydiyyatda olmaqla orada yaşayırlar.
59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
60. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edi r ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamal ı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-545/2023 saylı, 21 fevral 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.