Məhkəmə qərarları › İş №2(102)-4583/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4583/2021

28.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4583/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh-nin nümayəndəliyi və "xxxx" MMC-yə qarşı iş üzrə Azərbaycan Respublikasındakı QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştitakları ilə, İddiaçı cavabdehlər Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və "xxxx" MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, rəyin etibarsız hesab edilməsi və mənəvi zərər” tələbinə d air Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2984/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh X3”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində İqamətkahlara xidmət şöbəsində menecer assistenti vəzifəsində çalışmışdır. Onunla əmək müqaviləsinə 28 avqust 2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Onunla əmək müqaviləsinə xitam verilərkən “Victoryways audit Konsulting“ MMC-nin 28.08.2020-ci il tarixli müstəqil audit rəyi əsas götürülmüşdür. İşdən sıxarılmanın əsası kimi işçinin şirkətə zərər vurması olmu şdur. İddiaçı həmin əmrlə razılaşmayaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbi ilə 29.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş 28 avqust 2020-ci il tarixli 686/076/Ç nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək, "xxxx" MMC-nin tərtib etdiyi 28.08.2020-ci il tarixli rəyin etibarsız hesab edilməsi, Cavabdeh-nin Az ərbaycan Respublikasındakı Nümayəndəliyinin 28 avqust 2020-ci il tarixli 686/076/Ç saylı "Əmək müqaviləsinə xitam verilməsinə dair" əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, həmçinin mənəvi zərərə görə 100 000 manatın, şəxsiyyətini ləkələyərək onu iş kollektivində heç bir əsas olmadan dələduz adlandırdığına görə bu barədə yazılı təkzibin verilməsi, ödənilmiş 30 manat məhkəmə və 12 manat etibarnaməyə görə dövlət rüsumlarının cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 28 avqust 2020-ci il tarixli "Əmək müqaviləsinə xitam verilməsinə dair" Əmrinə əsasən onunla şirkət arasında 01 iyun 2013-cü il tarixində bağlanmış 686/4 saylı əmə k müqaviləsinə 28 avqust 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Aşağıdakılara əsasən həmin əmri qanunsuz hesab edir. Belə ki, iddiaçı 22 ildir ki, X3 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışır, 01.08.2006-cı il tarixli əmrlə isə menecer müavini vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə tam maddi məsul işçi olaraq hər hansı bir nöqsana yol verməmiş və otel rəhbərliyi tərəfindən cəzalandırılmamışdır. 2016-cı ilin aprel ayında X3 şirkətinə yeni təyin olunmuş Valter Qaq işlədiyi şöbədə iddiaçı və mencer vəzifəsində çalışan Bəhram Makinski ilə şəxsi qərəzlilik aparmağa başlamışdır. Belə ki, Valter onların işdən çıxmaqlarını tələb etmiş və onları 2017-ci ildə ixtisara salmağa cəhd göstərmişd ir. Buna səbəb onların yerinə öz adamlarını təyin etmək istəməsi olmuşdur. X5 buna nail ola bilməmiş, onun anasının dializ xəstəsi olduğundan onu ixtisara sala bilməmişdir. Lakin o, öz yaxın adamlarına göstəriş verərək onların işlədiyi şöbəni daimi nəzarətdə saxlamaq barədə göstəriş vermişdir. Həmin vaxtdan onların şöbəsi nəzarət altındadır və Vergilər Nazirliyi, daxili və xarici audit tərəfindən dəfələrlə yoxlamalar aparılmış lakin heç bir nöqsan aşkar edilməmişdir. Buna baxmayaraq 2020-ci ilin iyun ayının 16-da şirkətin rəhbəri Valter onları kadrlar şöbəsinə dəvət etmiş, orada ona ixtisar sənədlərini göstərərək həmin sənədləri imzalamalarını tələb etmişdir. Bu zaman iddiaçı və X4 etiraz edərək şöbəni ixtisara salmamasını və şöbənin şirkətə xeyir verdiyini demişlər. Lakin Valter qərarın ı şirkətin rəhbəri olaraq artıq qəbul etdiyini və onlara ixtisara salacağını bildirmişdir. Bu barədə onlara bildiriş xəbərdarlıq da verilmiş və onlar həmin gündən etibarən oteldən Valterin qanunsuz qərarına əsasən uzaqlaşdırılmışlar. Valterin bu qanunsuz qərarından onlar nümayəndəliyin İsveçrə dövlətində yerləşən baş ofisinə şikayət etmişlər. Baş ofisdən alınmış cavabda onlara bunun müqabilində kompensasiya ödəyəcəklərini söz vermişlər. Bundan sonra Valter Qaq onları ümumiyyətlə otelə buraxmamış, oteldə istifadə etdikləri mobil nömrələri, ofisin açarlarını onlardan məcburi almış və bir daha onlardan otelə gəlməməklərini tələb etmişdir. Onlar bu barədə şikayət edəcəklərini bildirmişlər. İddiaçının şirkətdə işlədiyi müddətdə hər hansı bir maliyyə uyğunsuzluğu olmamışdır. Buna baxmayaraq, Val ter Qaq onlara kompensasiya verməməsi üçün onlar barəsində polisə həqiqətə uyğun olmayan qərəzli və əsassız şikayət vermişdir. Yasamal RPİ-nin 24.07.2020-ci il tarixli qərarına əsasən Valter Qaqın verdiyi şikayət əsassız olduğundan rədd edilmişdir. Bundan sonra o iddiaçını 28 avqust 2020-ci il tarixli 686/076/Ç saylı "Əmək müqaviləsinə xitam verilməsinə dair” əmrinə əsasən işdən qanunsuz azad etmişdir. Bunu edərkən isə iddiaçının izahatı alınmamışdır. Əmrdən iddiaçının hansı əsasla işdən azad olunmağı məlum olmamışdır. Cavabdeh iddiaçını maliyyə yeyintisində günahlandırsa da bu ağ yalandır. İddiaçı tərəfindən vəzifə təlimatının heç bir pozuntusuna yol verilməmişdir. Cavabdeh X3 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Agent arasında xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Agent müştərini şöbəyə yönəldir, orada müştəri ilə kirayə müqaviləsi imzalanır. Maliyyə şöbəsində həmin müqavilə yoxlandıqdan sonra Agentə müştəri kirayə haqqından otelə ödədiyi puldan komission xərcləri ödənilir. Bundan sonra Agent həmin pulu öz hesabından çıxarır və bununla da müqaviləyə əsasən qazanc əldə edir. Agentin hər hansı bir qanunsuz işi olmayıb və bunun da bizə heç aidiyyatı yoxdur. Valter Qaqın bu cür qərəzli şikayət etməsinə səbəb onun kompensasiya verməmək və onların adına ləkə gətirmək niyyətinin olmasıdır. Cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi kimi onun ailəsində də söz söhbətlər yaranmış və sonda ailəsı dağılmış, onlar ayırmışlar. Övladlarından ikisi onlardan biri məktəb yaşına çatmayan olmaqla iddiaçının himayəsində qalmışdır və hazırda iddiaçı uşaqlara təkbaşına baxmaq məcburiyyətindədir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5181/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (Hakim. G.Axundova) iddia qismən təmin edilərək Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş 28 avqust 2020-ci il tarixli 686/076/Ç nömrəli əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəl lənin 337.1; Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi, 71, 72-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsi MK-nın 12.04.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli, iş No 2(103)2984/2021 saylı mülki iş üzrə) Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5181/2020 saylı 23 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmşdir.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instans iya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyİ kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxılarkən məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətb iq etməmiş, gəldiyi nəticə işin hallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçının vəkili Vəkil3 kassasiya şikayətini qəbul etməyərək qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

16. Maddə.

70. Bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfin dən ləğv edilə bilər.

17. Maddə.

71. Hissə.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

18. Maddə.

71. Hissə.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

19. Maddə.

300. Hissə.1. Əgər işəgötürən əmək müqaviləsin in bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 2

4. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə əsaslıdır.

29. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh X3”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində İqamətkahlara xidmət şöbəsində menecer assistenti vəzifəsində çalışmışdır. Onunla əmək müqaviləsinə 28 avqust 2020-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Onunla əmək müqaviləsinə xitam verilərkən "xxxx" MMC-nin 28.08.2020-ci il tarixli müstəqil audit rəyi əsas götürülmüşdür.

30. Apellyasiy a instansiya məhkəməsi iddianı əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.Təqdim edilmiş audit rəyi isə iddiaçının cavabdehə maddi ziyan vurmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Mübahisələndirilən əmrdə də Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.

31. Yasamal Rayon Prokurorluğunun 11.11.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi qərarı cinayət məhkəmə icraatı qaydasında da yoxlanılmışdır. Belə ki, həmin qərardan cavabdehin verdiyi şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli 6(004)-108/2020 nömrəli qərarı ilə təmin edilməmişdir. Cavabdehin həmin qərardan verdiyi şikayət də Bakı Apellyasiya Məhkəməsinin 13.01.2021-ci il tarixli 6(103)-4/2021 qərarı da cavabdehə münasibətdə təmin edilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin həmin qərara əsaslanması heç də cavabdehin qeyd etdiyi kimi, iddiaçı ilə əmək müqaviləsinin yalnız cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinə görə xitam verilməsi halına görə deyil, məhkəmənin istinad etdiyi hala görə də qanuni olmuşdur. Belə ki, cinayət mühakimə icraatı qaydasında araşdırma ümumiyyətlə iddiaçının yaxud digər şəxslərin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsinə görə aparılmamışdır. Əksinə iddiaçının və digər şəxslərin cavabdehə məxsus pul vəsaitlərinin mənimsənilməsinə dair məhz cavabdehin müraciəti üzrə araşdırılmışdır. Bu fakt həmin qərarın və onun qanuniliyinin yoxlanılmasına dair yuxarıda qeyd olunan birinci və apellyasiya instansiya məhkəmələrinin də qərarlarının məzmunundan da açıq-aydın görünür. Ona görə də cavabdehin şikayətində göstərilən bu dəlil əsassız olmuşdur.

32. Cavabdeh iddiaçının əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyini, həmçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğunu göstərsə də, konkret olaraq hansı öhdəliklərini yerinə yetirmədiyinə yaxud əmək müqaviləsi üzrə həqiqətən belə bir öhdəliklərinin olmasına yaxud şikayətində göstərilən vəzifələrin iddiaçının əmək funksiyasına aid olmasına, eləcə də hansı təqsirli hərəkətlərinə (hərəkətsizliyinə) görə mülkiyyətçiyə maddi ziyan vurmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və istinad etdiyi halları sübut edə bilməmişdir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşürdü. Lakin cavabdeh bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh tərəfindən Mustafayev Elmara 53844 (əlli üç min səkkiz yüz qırx dörd ) manat məbləğində ödəniş həyata keçirilməsi iddiaçının öz öhdəliklərini yerinə y etirmədiyinə görə baş verməmişdir. Qeyd olunduğu kimi, audit rəyi ilə də məhz iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində cavabdehə maddi ziyan vurulması təsdiq olunmur. Əksinə, apellyasiya şikayətinə iddiaçının verdiyi yazılı etirazda göstərilənlər iddianın təmin edilən hissəsinin əsaslı və qanuni olduğunu bir daha təsdiq etmiş olur.

33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməl idir.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2984/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar