Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4584/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; cavabdehin iddia verilməsindən əvvəl ölməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)659/2021 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisləri tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli 09 saylı qərarı ilə Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə 6,02 ha, habelə Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətinə 5,16 ha torpaq sahəsi verilmişdir.
2. Cavabdeh1 17 fevral 2004-cü il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında JN:132 KOD 30406028 saylı Torpaq Mülkiyyət Hüququna X7 əsasən həmin cavabdehə və ailə üzvlərinə məxsus 2,36 ha, Cavabdeh2 arasında JN:136 kod 30404028 saylı Torpağa Mülkiyyət Hüququna X7 əsasən həmin cavabdehə və ailə üzvlərinə məxsus 1,42 ha torpaq sahələrinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildə Sincanboyad kənd sakinləri olan cavabdehlərlə razılığa gələrək, torpaqların dəyərini ödəməklə Cavabdeh1 və ailəsinə məxsus 2,36 ha, habelə Cavabdeh2 və ailəsinə məxsus 1,42 ha torpaq sahələrini almışdır. Lakin, alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün cavabdehləri notariat kontoruna dəvət etsə də, sonuncular bəhanələr gətirərək notariat kontoruna gəlməkdən imtina etmişlər. 2004-cü ildən torpaq sahələri iddiaçının faktiki mülkiyyətində və istifadəsindədir.
5. Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci tarixli, 2(031)-1112/2017 nömrəli qə tnaməsi ilə (hakim T.Ə.Qurbanov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında JN:132 KOD 30406028 saylı Torpağa Mülkiyyət Hüququna X7 əsasən ona və ailə üzvlərinə məxsus 2,36 ha və Cavabdeh2 ilə İddiaçı arasında JN:136 kod 30404028 saylı Torpağa Mülkiyyət Hüququna X7 əsasən ona və ailə üzvlərinə məxsus 1,42 ha torpaq sahələrinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 178.1, 152.1, 152.4, 329.2, 335.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 217-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
7. Maraqlarına toxunan şəxslər Qəniyeva Səadət Barat qızı, Cavabdeh4 və X2 apellyasiya şikayəti v erərək, Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci tarixli, 2(031)1112/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçıların iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi apellyatorların mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Onlar məhkəməyə dəvət edilməmiş, qətnamədən xəbərləri olmamışdır. Cavabdeh1 2004-cü il tarixdə rəhmətə getmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)-659/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovanın və T.O.Quliyevin iştirakı ilə) maraqlarına toxunan şəxslər Qəniyeva Səadət Barat qızının, Cavabdeh4 və X1 apellyasiya şikayəti qismən təmin edilmi ş, Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli, 2(031)-1112/2017 nömrəli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı Cavabdeh1 ilə aralarında JN132 KOD 30406028 saylı Torpağa Mülkiyyət Hüquqlarına X7 əsasən ona və ailə üzvlərinə məxsus 2,36 ha torpaq sahələrinə dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, “İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152.1, 213, 214-cü maddələrinə istinad etməklə mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maraqlarına toxunan şəxslər S.B.Qəniyeva, Cavabdeh4 və Z.Ş.Qəniyevanın hüquqlarını pozmuşdur. Belə ki, Dövlət ak tından görünür ki, maraqlarına toxunan şəxslər mübahisəli torpaq sahəsinin mülkiyyətçiləridir, yəni Dövlət aktında onların da əmlak payları daxil edilmişdir və paylı mülkiyyətdə olan əmlakın satışı zamanı onların da razılığı alınmalıdır.
11. İddiaçı 14 noyabr 2017-ci ildə öldüyündən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyul 2021-ci il tarixli, 2(105)-659/2021 nömrəli qərardadı ilə X4 və Həmidov Qasım Nuhbala oğlu İddiaçı hüquqi varislər kimi tanınmışlar. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. İddiaçının hüquqi varisləri X4 və Həmidov Qasım Nuhbala oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)-659/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya in stansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 2.1, 9, 58.1, 217.1, 254.1.1, 256.0.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının hüquqi varisləri işə cəlb edilmədən mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla, ölmüş şəxsə qarşı 01 mart 2021-ci il tarixli 2(105)-659/2021 saylı qətnamə qəbul edilmişdir. Belə ki, İddiaçı adına göndərilmiş bildiriş zərfinin üzərində iddiaçının dünyasını dəyişməsi ilə bağlı qeyd olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət vermədən 15 fevral 2021-ci il tarixli iclas zamanı tərəflərdən İddiaçı iştirakı olmadan iclasın davam etdirilməs i barədə apellyatorların fikirlərini soruşmuş, sonuncuların xahişi ilə iclas başqa vaxta keçirilmiş və formal olaraq İddiaçı yenidən 01 mart 2021-ci il tarixli iclasla bağlı formal bildiriş göndərmişdir. Eyni hal 01 mart 2021-ci il tarixli yekun iclasda da baş vermişdir. Apellyasiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əhəmiyyət verilmədən 01 mart 2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Kassatorların apellyasiya məhkəməsində keçirilən məhkəmə proseslərindən məlumatları olmamış, iştirakları təmin edilməmişdir. Torpağa mülkiyyət hüququna dair JN 132 KOD 30406028 nömrəli Dövlət aktına əsasən 2,36 ha torpaq sahəsinə İddiaçı adına 31 oktyabr 2010-cu il tarixli **********94 nömrəli çıxarış verilmiş, sonuncu 01 dekabr 2020ci il tarixdə dünyasını dəyişdikdən sonr a Həmidov Qasım Nuhbala oğlu və X3 adına 27 may 2021-ci il tarixli 2V-259 və 2V-277 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri və sonuncuların adına 31 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Nəticə etibarı ilə Şabran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı adına verilmiş 31 oktyabr 2010-cu il tarixli **********94 nömrəli çıxarış, Həmidov Qasım Nuhbala oğlu və X3 adına verilmiş 27 may 2021-ci il tarixli 2V-259 və 2V277 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri və sonuncuların adına verilmiş 31 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar etibarsız hesab edilmişdir.
14. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. 1
5. Maraqlarına toxunan şəxs Qəniyeva Səadət Barat qızı kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. İş üzrə Cavabdeh1 2004-cü ildə ölmüşdür. İddiaçının məhkəməyə təqdim etdiyi Torpağa mülkiyyət hüququna dair Aktda Cavabdeh1 ilə yanaşı onun ailə üzvlərinin adları olmuş, lakin birinci instansiya məhkəməsi onların iştiraklarını təmin etmədən, torpağın satılmasına dair razılıq ərizələri olmadan əqdi etibarlı hesab etmişdir. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Yuxarıda qeyd olunduğu kimi, iddia birinci instansiya məhkəməsi tərəfindən cav abdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin olunsa da, həmin qətnamə apellyasiya qaydasında yalnız Cavabdeh1 aid hissədə mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü tələblər iddia icraatı qaydasında baxıla bilməz, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxmaqla, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni ləğv etsə də, yeni qətnamə qəbul etməklə prosessual hüquq normalarını pozmuşlar.
21. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiada cavabdeh qis mində göstərilən şəxs Cavabdeh1 17 fevral 2004-cü ildə ölmüşdür.
22. Həmçinin müəyyən olunur ki, hazırki iş üzrə iddia ərizəsi məhkəməyə 12 may 2017-ci il tarixdə verilmişdir.
23. Beləliklə, müəyyən olunur ki, iddia məhkəməyə verilərkən cavabdeh qismində göstərilmiş şəxs artıq vəfat etmiş və bu səbəbdən onun işdə tərəf olması, mülki hüquq və vəzifələr daşıması, tərəf statusu qazanması mümkün olmamışdır.
24. Digər tərəfdən, torpaq sahəsinin digər mülkiyyətçilərinə, o cümlədən maraqlarına toxunan şəxslər kimi apellyasiya şikayəti verilmiş şəxslərə qarşı iddia tələbləri irəli sürülməmişdir.
25. Məhkəmə kollegiyası izah edir ki, ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq yolverilməzdir və belə işə məhkəmədə baxıla bilməz. Belə halda iddia icraata qəbul oluna bilməz, qəbul olunduğu halda isə i craata MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların hüquqi varislərinin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının hüquqi varislərinin cavabdehin vərəsələrinə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada iddia vermək hüquqları izah olunmalıdır.
27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının hüquqi varisləri X3 və Həmidov Qasım Nuhbala oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)-659/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddiası üzrə icraata Cavabdeh1 qarşı olan hissədə məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.