Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4585/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4585/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 07 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Vnın və cavabdeh 1nun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3281/2021 nömrəli iş üzr ə 15 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh 1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 21788,46 manat əsas borc, 3964,29 manat faiz borcu, 28464,58 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.06.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 3175,46 manat olmaqla, cəmi 57392,79 manat borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və 30 manat ödənilmiş dö vlət rüsumunun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, İddiaçı ASC ilə aralarında 26.12.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə sonu ncu ödənişin 05.04.2016-cı il tarixdə edildiyini, hazırkı iddia ərizəsinin 07.10.2019-cu il tarixdə daxil olduğunu, bununla da, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş üç illik iddia müddətinin 6 ay 2 gün ötürüldüyünü göstərmiş, məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə, illik 25% olmaqla 60000 manat kreditin verilməsinə dair 26 dekabr 2013-cü il tarixli, 1116-13 saylı kredit müqaviləsi bağlanmışdır. Ödəniş qrafikinə əsasən Cavabdeh 60000 manat pulu və 25858 manat faiz məbləğini 26.12.2016-cı il tarixədək aylıq 2386 manat olmaqla ödəməyi öhdəsinə g ötürmüşdür. İddiaçı ASC ilə Cavabdeh arasında 26 dekabr 2013-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq bağlanmış 26 dekabr 2013-cü il tarixli, İPİ 1116-13 saylı ipoteka müqaviləsinə əsasən RX seriyalı, ******* saylı çıxarış əsasında cavabdehin mülkiyyətində olanvə ipoteka müqaviləsi bağlanarkən bazar qiyməti 130.000 manat məbləğində qiymətləndirilən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzil ipoteka ilə yüklü edilmişdir və ipoteka yüklülüyü 28.12.2013-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. 21.06.2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh 13.06.2019-cu il tarixə banka olan borcu 21788,46 manat əsas borc, 3964,29 manat faiz borcu, 28464,58 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13.06.2 019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 3175,46 manat olmaqla, cəmi 57392,79 manat təşkil edir. İddiaçı ASC 13.09.2019-cu il tarixdə ərizə ilə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmişdir və həmin bildiriş ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Cavabdeh bank qarşısında öhdəliklərini vaxtında icra etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 dekabr 2019-cu il tarixli, 2(004)-6591/2019 saylı qərardadı ilə (hakim Fərid Əyyubov) kompleks qaydada məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Məhkəmə Eksper tizası Mərkəzinə, əmlakın qiymətləndirilməsi ekspertizasının aparılması "xxxx" MMC-yə tapşırılmışdır. "xxxx" MMC-nin 08.01.2020-ci il tarixli qiymətləndirməyə dair hesabat rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilin bazar dəyəri 220.000 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2020-ci il tarixli rəyinə əsasən, Cavabdeh 26 dekabr 2013-cü il tarixli, 1116-13 saylı kredit müqaviləsi üzrə 26 dekabr 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 21827,23 manat, faiz borcu üzrə 3958,06 manat, əldən çıxmış fayda illik faizlə 13.06.2019-cu il tarixinə əsas borc üzrə 21827,23 manat, faiz borcu üzrə 6647,05 manat məbləğində müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(004)-319/2020 saylı qərardadı ilə (hakim Fərid Əyyubov) kompleks qaydada təkrar məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edilmiş, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə, əmlakın qiymətləndirilməsi ekspertizasının aparılması "xxxx" MMC-yə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2020-ci il tarixli rəyinə əsasən, Cavabdeh 26 dekabr 2013-cü il tarixli, 1116-13 saylı kredit müqaviləsi üzrə 26 dekabr 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) iddiaçı "xxxx" ASC-yə olan borcu əsas borc üzrə 22.415,34 manat, faiz borcu üzrə 4.062,78 manat, 13.06.2019-cu il tarixinə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bit dikdən sonra illik 5%-lə hesablanmaqla) əsas borc üzrə 22.415,34 manat, faiz borcu üzrə 6.824,22 manat məbləğində müəyyən olunmuşdur. "xxxx" MMC-nin 08.06.2020-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilin real bazar qiyməti 180.000 manat təşkil edir. Birinci instansiya məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(004)-319/2020 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 21788,46 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 3964,29 manat faiz borcu,1000 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.06.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 3175,46 manat olmaqla, cəmi 29928,21 manat borcun, ipo teka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilə yönəldilərək, ilkin satış qiyməti 200.000 manat müəyyən edilməklə mənzilin açıq hərracdan satılması və həmin mənzilin satışından əldə edilən vəsaitin ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilə tutuma yönəld ildikdə və o satıldıqda Cavabdeh tərəfindən 1 ay müddətində boşaldılması, iş üzrə aparılmış 270 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh iş üzrə aparılmış 300 manat mütəxəssis xərcinin tutularaq "xxxx" Prime MMC-nin və 300 manat mütəxəssis xərcinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi qismən təmin edilməli, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etmədiyinə görə banka ödənilməmiş 21788,46 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 3964,29 manat faiz borcu,1000 manat məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.06.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün i llik 5 faiz olmaqla 3175,46 manat, cəmi 29928,21 manat borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilə yönəldilməli, ilkin satış qiyməti 200000 manat müəyyən edilməklə ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, tutma satışdan əldə olunmuş pula yönəldilməli, mənzilə tutma yönəldikdə və o satıldıqda Cavabdeh həmin mənzildən çıxarılmalı və mənzil ən geci bir ay ərzində İddiaçı ASC-nə təhvil verilməlidir. Belə ki, məhkəmə hesab edir ki, borclu öhdəliklərini lazimi qaydada icra etməmişdir. Həmçinin iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.9 m2, yaşayış sahəsi 57.4 m2 olan, 3 otaqdan ibarət 1 saylı mənzilin real bazar qiyməti "xxxx" MMC-nin qiymətləndirməyə dair hesabat rəyinə əsasən 220000 manat, "xxxx" MMC-nin rəyinə əsasən 180.000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə mənzilin real bazar dəyərinin 200.000 manat dəyərində qiymətləndirilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh mənzildən çıxarılmalıdır. İddia cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə münasibətdə iddiaçının buna subyektiv hüququ olmadığından həmin hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, 28464,58 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 1000 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 443.2, 443.4, 445.7, 449.3, 467, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34, 39.3, 59-cu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.12.2014-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə tam rədd edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski- sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) 15 mart 2021-ci il tarixli, 2(103)-3281/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(004)-319/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə edilən hissədə apellyasiya şikayətlərinin bir-birini istisna edən dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasi ya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın həmin hissədə tam rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. İpoteka müqaviləsində Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən evin ümumi sahəsi 202.9 kv.m olan 1 saylı mənzilin dəyəri 130000 manat göstərilmişdir. Əslində isə, həmin mənzilin hazırda real bazar dəyəri, 1 kv.m-i 1.500 manatdan olmaqla, təqribən 300.000 manat təşkil edir. Belə ki, işdən göründüyü kimi, həmin mənzilin sahəsi 202.9 kv.m təşkil edir və həmin mənzil paytaxtın mərkəzi hissəsində, Yasamal rayonu ərazisində yerləşməklə, yeni tikili, yəni “novostroyka”dır və tam təmirlidir. Bəllidir ki, paytaxtın həmin ərazisində yerləşən yeni tikilidə (novostroykada), yaşayış sahəsinin təmirindən asılı olaraq 1 kvadratı 1400-1500 manat arasında dəyişir. İşdən göründüyü kimi, həmin mənzil real dəyərindən dəfələrlə, yəni ən azı 3 dəfə ucuz qiymətə sənədləşdirilmişdir. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilibyönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricini n rəyi əsasında müəyyən edilə bilər. Bundan başqa, birinci instansiya məhkəməsi işin tam, işin tam, hərtərəfli və obyektiv araşdırılması mədsədilə mübahisə predmeti olan mənzilin real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatəti də təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, 21.01.2020-ci il tarixli 30849 saylı rəy verilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının 21.01 2020-ci il tarixli rəyi ilə əsas borca hesablanmış faiz borcu düzgün hesablanmamış, şişirdilmişdir. Apelyasiya məhkəməsi isə apelyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə et iraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 15 mart 2021-ci il tarixli, 2(103)-3281/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı on a daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməs i) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində ipoteka predmetinin ilkin satış qiyməti ilə razılaşmadığı göstərib, təkrar ekspertiza təyin edilməli olduğu halda apelyasiya kollegiyasının təkrar ekspertiza təyin etmədiyini bildirsə də, Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinin tələblərində təkrar ekspertiza təyin edilməsinin əsasları müəyyən edilmişdir ki, həmin hallar da hazırki iş üzrə mövcud olmamışdır. Bu səbəbdən apelyasiya kollegiyası iş üzrə təkrar ekspertiza təyin etməməkdə haqlı olmuşdur. Digər tərəfdən isə, cavabdeh təkrar ekspertiza keçirilməsini zəruri edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin kasasiya şikayətinin faiz və cərimə borcu ilə bağlı dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr və cərimə borcunu müəyyən edərkən əldə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etmişlər ki, cavabdeh qiymətləndirmə rəyində olduğu kimi ekspert rəyinin də bu hissə üzrə əsassızlığı barədə hər hansı sübuta istina edə bilməmiş və ya hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3281/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.