Məhkəmə qərarları › İş №2(102)-4586/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4586/2019

08.07.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4586/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4464/2018 nömrəli iş üzrə 25 fevral 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 25 fev ral 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 may 2018-ci il tarixli qətnaməsindən İddiaçı vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “istifadə hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan massivində yerləşən, ümumi sahəsi 0,12 ha torpaq sahəsi olan 1905 saylı bağdan istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişddir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı qızının Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, L əhiş bağ massivində yerləşən, ümumi sahəsi 0,12 ha torpaq sahəsi olan 1905 saylı bağdan istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 may 2018-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərardadı ilə kassasiya şikayəti iddiaçı tərəfindən imzalanmadığına görə geri qaytarılmışdır. İddiaçı Bakı Apell yasiya Məhkəməsinin mülki kollegiyasının 16 may 2018-ci il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir. Həmin kassasiya şikayəti üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 fevral 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Kassasiya şikayəti əsassız olaraq geri qaytarılmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 fevral 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Mülki Prosessual Məcəllənin 128, 130, 405 və 408-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 16. 05.2018-ci il tarixli qətnamə 14.08.2018-ci il tarixində İddiaçı qızı tərəfindən rəsmi qaydada imza edilməklə alınmışdır. Kassasiya şikayəti isə Baki Apellyasiya Məhkəməsinə 25.09.2018-ci il tarixdə, yəni prosessual müddət ötürülməsi ilə daxil olmuş, şikayətə buraxılmış prosessual müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Mülki Prosessual Məcəllənin 405. və 405.0.1-ci maddələrinin tələblərinə görə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsi qətnamənin iddiaçı tərəfindən 14.08.2018-ci il tarixdə imza edilməklə alındığını qeyd etmişdir. Bu barədə iş materialların a xəbərnamə əlavə edilmişdir. Belə olan halda iddiaçı qətnamədən 2 ay ərzində, yəni 14.10.2018-ci il tarixədək kassasiya şikayəti verə bilərdi. İddiaçının kassasiya şikayəti 25.09.2018-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, kassasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmədən verilmişdir. Lakin kassasiya şikayətində nöqsan olduğundan, yəni şikayəti iddiaçı tərəfindən imzalanmadığından apellyasiya instansiyası məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra iddiaçı nöqsanı aradan qaldıraraq, yəni kassasiya şikayətini imzalayaraq yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması qənaətinə gələn apellyasiya instansi yası məhkəməsi müddətin axımının hansı vaxtdan başlanmasını qeyd etməmiş, 14.08.2018-ci il tarixdə qətnamənin rəsmi qaydada alındığını və 25.09.2018-ci il tarixdə kassasiya şikayətinin verildiyini və bu səbəbdən də iddiaçının kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasını qeyd edərək əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də, qərardad ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulm ası və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4464/2018 nömrəli iş üzrə 25 fevral 2019-cu il tarixli qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar