Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4586/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kirayə müqaviləsini ləğv edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1456/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikay əti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh İddiaçı ilə bağladığı 19 mart 2019-cu il tarixli müqaviləyə əsasən özünə məxsus ünvan 1 ünvanında yerləşən 19 saylı mənzili ayda 400 manat kirayə haqqı ödəməsi şərtilə bir il müddətinə sonuncuya kirayəyə vermişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndində təsbit olunmuşdur ki, mənzil icarəçi tərəfindən korlandıqda, icarə haqqı, telefon və elektrik enerjisindən istifadə haqqı vaxtında ödənilmədikdə icarədar müqaviləni ləğv və 30 gün ərzində icarəçinin mənzili tərk etməsini tələb edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 mart 2019cu il tarixli icarə (kirayə) müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 19 saylı mənzili özünün və ailə üzvlərinin yaşaması üçün aylıq 400 manata bir il müddətinə icarəyə götürdüyünü, kirayə pulunu vaxtlı-vaxtında ödədiyini, 2020-ci ilin yanvar ayında Cavabdeh ondan kirayə pulunu tələb etdiyi zaman kirayə haqqının ayın 28-də ödənilməli olduğunu ona xatırlatdığını, bundan sonra Cavabdeh mənzilin elektrik enerjisini komendantın vasitəsilə kəsdirdiyini və mənzildə yaşamalarına maneələr törətdiyini bildirmiş, buna görə də mənzildən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, artıq xeyli müddətdir aralarında anlaşmazlıq olduğunu, hər ay kirayə pulunu n vaxtı gələndə İddiaçı çoxsaylı müraciətlər, zənglər edilməsinə baxmayaraq onun kirayə haqqını ödəmədiyini, yaxud müəyyən hissəsini ödəyib qalan hissəsini ödəməkdən müxtəlif bəhanələrlə yayındığını, sonuncu beş ay 20 gün ərzində kirayə pulunu ümumiyyətlə ödəməkdən imtina etdiyini, bununla bağlı müraciət etdiyində isə onu polisə verəcəyi ilə hədələdiyini, İddiaçı qanunsuz hərəkətləri nəticəsində mənzili üzərində mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqlarını həyata keçirə bilmədiyini irəli sürmüş, İddiaçı ilə aralarında bağlanmış 19.03.2019-cu il tarixli müqavilənin ləğv olunması, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin boşaldılması, ödənilməyən beş ay iyirmi gün üçün 2200 manat kirayə haqqının və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 19.02.2020-ci il tarixdə Cavabdeh, x1 bildiriş ünvanlayaraq kirayə haqqının ödənilmədiyini və müqavilə müddətinin 19.03.2020-ci il tarixdə başa çatacağını bildirməklə 19.03.2020-ci il tarixdə mənzilin ona təhvil verilməsi, habelə ödənilməyən aylara görə kirayə haqqının ödənilməsini xahiş etmiş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilin İddiaçı tərəfindən boşaldılması, İddiaçı 2200 manat ödnilməyən kirayə haqqının və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Məhkəmə gəl diyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı yekun tələb olaraq 19.03.2019-cu il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqaviləyə əsasən ailə üzvləri ilə yaşadığı ünvan 2 yerləşən 19 saylı mənzildən istifadəyə cavabdeh tərəfindən maneələrin aradan qaldırılmasını xahiş etmiş, lakin, qeyd olunan müqavilə üzrə öhdəliklərinin icrasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan ilkin iddia tələbinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh İddiaçı tərəfindən 19.03.2019-cu il tarixli daşınmaz əmlakın icarəyə verilməsi haqqında müqavilə üzrə öhdəliklərinin icra edilməməsi, 5 ay 20 gün üçün kirayə haqqının ödənilməməsi, bu barədə ona müvafiq bildiriş göndərildikdən sonra da, kirayə haqqını ödəməmə si müəyyən olunmuşdur. Ona görə də, qarşılıqlı iddia tələbi qismən təmin edilərək 2200 manat kirayə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, mənzil cavabdeh tərəfindən boşaldılmalıdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, işə iştirakı olmadan baxaraq mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, sübutlara düzgün hüquqi qiymət vermədiyi, kirayə müqaviləsinin müddəalarının məhz Cavabdeh tərəfindən yerinə yetirilmədiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Ape llyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 19 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ilkin iddiaçının iddiasına görə, kirayəyə verən onun mənzildən istifadəsinə maneələr yaratmaqla müqavilə öhdəliyinə əməl etməmişdir; kirayə verənin (qarşılıqlı iddiaçının) irəli sürdüyü hal isə ondan ibarətdir ki, İddiaçı kirayə haqqını ödəməmiş, bununla müqavilənin şərtlərini pozmuş, məhz bu səbəblə ona müqavilənin ləğv olunması (əslində uzadılmayacağı) barədə bildiriş göndərmişdir. Bu mənada hər iki iddia tələbinə uyğun gələn idd ia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin kirayə müqaviləsi və öhdəliklərlə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə isə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəll ənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşin hallarından görünür ki, bu halın mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir – belə ki, məhkəmənin də vurğuladığı kimi, İddiaçı kirayə müqaviləsi üzrə öhdəliklərini icra etmiş olduğuna, yəni kirayəyə verənin ödənilmədiyini iddia etdiyi 5 ay 20 günlük kiray ə haqqını ödədiyinə dair heç bir sübut təqdim etməmişdir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, hazırkı mübahisə baxımında n həmin halın mövcud olub-olmadığının xüsusi araşdırılmasına ehtiyac yoxdur – çünkü, qarşılıqlı iddiaçının tələbinin bir qanuni əsasının mövcudluğu artıq müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddiaçının hazırkı apellyasiya baxışının predmetini təşkil edən tələblərinə münasibətdə irəli sürdüyü faktiki hallar onun həmin tələblərinin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmaqdadır və birinci instansiya məhkəməsi həmin hissədə müvafiq nəticəyə gəlməkdə, buna uyğun olaraq isə ilkin iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə iddiaçının işə onun iştirakı olmadan baxıldığı barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından onun dəfələrlə məhkəməyə teleqram göndərərək məhkəmə prosesinin təx irə salınmasını istədiyi, 16.09.2020-ci il tarixdə keçirilən iclasda iştirak etdiyi, növbəti prosesə isə gəlmədiyi aydın olur – məlumatlı olduğu prosesə gəlməməsinin məsuliyyətini isə tərəf özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmun u ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 684.1. əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 689.1 kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərək ət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1456/2021 nömrəli iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədə n saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.