Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4586/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızının İddiaçı, X3 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: evdən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızının İddiaçı, X3 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(104)-688/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızı tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehlə İddiaçı 2012-ci ildə faktiki ailə qurmuş, nikahlarını 13 mart 2014-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 05 iyun 2013-cü il təvəllüdlü Emin və 19 iyun 2016-ci il təvəllüdlü Elmir adlı iki uşaqları anadan olmuşdur. Aralarındakı münasibət pozulduğundan faktiki olaraq ayrılmışlar.
2. Mübahisəli ev xx.xx.2021-ci ildə X6 qızının adına daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmış və sonuncuya çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci in stansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək onun, 05 iyun 2013-cü il təvəllüdlü X5 və 19 iyun 2016-cı il təvəllüdlü X4 ilə birlikdə Cavabdeh istifadəsində olan Qazax rayonu Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehlə 2012-ci ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahımızı xx.xx.2014-cü ildə rəsmiləşdirmişik. Birgə nikahdan 2 uşağımız anadan olmuşdur. Ailə qurduqdan sonra cavabdehlə Qazax rayonu, Daş Salahlı kəndində birgə vəsaitimiz hesabına fərdi yaşayış evi tikərək ailəmizlə həmin evdə yaşamışıq. Cavabdeh heç bir əsas olmadan onu həmin evdən çıxarmışdır. Aralarındakı nikah pozulmamışdır.
5. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızı məhkəməyə müraciət edərək, İddiaçı ilk iddia tələbinin təmin edilməməsi və İddiaçı, X3 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızının ona məxsus Qazax rayonu Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və onun valideynləri X3 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızı qanunsuz olaraq onun mülkiyyətində olan evə daxil olmuş və orada yaşayırlar. Oğlu Vüsal 5-6 aydır ki, İddiaçı faktiki olaraq ayrılmışdır. Onların nikah münasibətləri pozulmuşdur. Cavabdeh nikahın pozulması və uşaqların himayədə saxlanılması ilə bağlı mediasiya qaydasında bildiriş də göndərmişdir.
7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra evə qayıtdığını, bir neçə aydır ki həmin evdə yaşadığını nəzərə alıb, iddiaya baxılması əhəmiyyətini itirdiyindən, onun evə köçürülmə tələbinə dair iddia ərizəsini qaytararaq mülki işi baxılmamış saxlanılmasını xahiş etmişdir.
8. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının iştirakı olmadan baxımasını təkid etmişdir.
9. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə İddiaçı iştirakı olmadan baxılmasını xahiş etmişdir.
10. Cavabdeh iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, İddiaçı ilə ailə münasibətləri pozulmuşdur. Başqa qadınla evlənmişdir. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi anası Mənsumə Allahquluyevaya məxsusdur. Onun heç bir yaşayış sahəsi yoxdur.
11. Müstəq il tələb irəli sürən üçüncü şəxs X6 qızı izahat verərək bildirmişdir ki, iddiaçı onun gəlinidir. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi mərhum əri Rafiq Allahquluyevdən miras qalmışdır, iddiaçını həmin evə köçüb yaşaması onun mulkiyyət hüquqlarını pozur.
12. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 oktyabr 2021-ci il tarixli, 2(023)-1072/2021 saylı qətnaməsi ilə (hakim N.Musayev) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş, X6 qızının İddiaçı, X3 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, İddiaçı, X1 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızının, X6 qızına məxsus Qazax rayonu Daş Salahlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdehlə İddiaçı 2012-ci ildə el adəti ilə evlənmiş, 13 mart 2014-cü idə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 05 iyun 2013-cü il təvəllüdlü Emin və 19 iyun 2016ci il təvəllüdlü Elmir adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Sözügedən ev mülkiyyət hüququ əsasında X6 qızının adına qeydə alınmışdır. Hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından İddiaçı Mənsumə Allahquluyevanın mülkiyyətində olan evə köçürülməsi mümkün deyildir. İddiaçı mübahisəli evdən öz iradə istəkləri ilə çıxmış, sonradan İddiaçı Adil Allahverdiyev və Tərlan Allahverdiyeva (Əhmədova) qanunsuz olaraq Mənsumə Allahquluyevaya məxsus evə daxil olaraq, həmin evdə faktiki olaraq yaşayı rlar. Bu isə Mənsumə Allahquluyevanın mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı, Adil Allahverdiyevin və Tərlan Allahverdiyevanın (Əhmədova) ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4-cü, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 106.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respub likası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinə iddia müddətini tətbiq etməklə iddiadan imtina barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o həmin mübahisəli evdə yaşayır. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, üçüncü şəxsin mülkiyyət hüququ 11 avqust 2021-ci il tarixdə qeydiyyata alınmışdır. O isə mübahisəli evdə 2014-cü il tarixdən yaşamağa başlamış, həmin dövrdə ev mülkiyyət hüququ əsasında qeydiyyata alınmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi əsassız olaraq onun öz istəyi ilə mübahisəli evi tərk etdiyini qeyd etmişdir. İş materiallarında həmin halı təsdiq edən sübut yoxdur.
17. Həmçinin məhkəmə onun cehiz əşyalarının həmin evdə olmasına, faktiki olaraq orada yaşamağına, üçüncü şəxsin oğlu ilə nikahlarının pozulmadığına düzgün hüquqi qiymət verməmişdir.
18. Eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırma hissəsi ilə nəticə hissəsi arasında ziddiyyət vardır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-688/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Azər Bayramov və Əlizamin Abdullayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(023)-1072/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməmiş, X6 qızının İddiaçı, X2 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olsa da, qətnamədə mübahisəyə aidiyyəti olan maddi hüquq normalarına istinad etməklə yanaşı, mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmiş, o cümlədən qətnamənin əsaslandırma hissəsi ziddiyyətli olmuşdur.
21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə qeyd etmişdir ki, iddiaçı mübahsəli evin birgə nikah dövründə inşa edilərək, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edildiyini iddia etsə də, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax rayonunun Daş Salahlı kəndində 0.962 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 84.3 kv.m olan fərdi yaşayış evi X6 qızının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən isə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
22. Həmçinin, məhkəmə kollegiyası qe yd etmişdir ki, mübahisəli evin iddiaçı ilə cavabdehin birgə vəsaitləri hesabına tikilməsinin müəyyən edilməsi ümumiyyətlə hazırkı mübahisənin predmetinə daxil olmamaqla, iddiaçı tərəfindən X6 qızının mülkiyyət hüququ kimi qeydə alınmış daşınmaz əmlakın Dövlət reyestrindəki qeyd mübahisələndirilməmiş və mübahisəli evin birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunmasına dair də iddia qaldırılmamışdır. Buna görə də iddiaçının qeyd edilən apellyasiya şikayətinin dəlili də əsassız olmuşdur.
23. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra mübahisəli evə dair çıxarış alınması ilə bağlı dəlilinə münasibətdə isə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, yaşayış sa həsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisəli evə köçüb yaşasa da, onun Mənzil Məcəlləsinin tələbi baxımından, mənzilin mülkiyyətçisi olan X6 qızının ailə üzvü hesab edilmir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının m ülki hüquq münasibətlərindən irəli gəlməklə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş qaydada mübahisəli ev üzrə mülkiyyətçi ilə yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququna dair notariat qaydasında təsdiq olunan müqavilənin olması, bununla da onun həmin mənzil üzərində qanundan və ya müqavilədən irəli gələn istifadə hüququnun yaranması müəyyən edilməmişdir.
25. Üçüncü şəxsin iddiasına münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı həmin mübahisəli evdə yaşamır, bu isə onu ehtiva edir ki, həmin şəxsin evdən çıxarılmasının hüquqi əsasları yoxdur.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.2-ci, Mənzil Məcəlləsinin 30.1-ci, MPM-nin 2.1, 14.2, 77.1, 88, 217.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Üçüncü şəxs X6 qızı kassasiya şikayəti verərək qətnamənin onun İddiaçı, X3 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı evdən çıxarılma tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qəbul etdiyi qətnaməni İddiaçı mübahisəli evdə yaşamaması ilə əsaslandırsa da, İddiaçı mübahisəli evdə yaşayıb-yaşamaması barədə heç bir araşdırma aparmamışdır. Halbuki, Qazax rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə tərəflər arasında mübahisənin olması və X6 qızının şikayətində İddiaçı, X1 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızının X6 qızına məxsus evə daxil olaraq orada yaşaması və sonuncunu öz evinə buraxmamalarının qeyd olunduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə mali kdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mənzil Məcəlləsi
32. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin him ayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mülki Prosessual Məcəllə
34. Maddə 2.1. Mülki işlər üzrə məhkəmə icraatı nın vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.4. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs X6 qızı tərəfindən onun İddiaçı, X3 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızına qarşı evdən çıxarılma tələbinin təmin edilməməsi hissəsində mübahisələnd irildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Həmin maddənin məzmunundan görünür ki, iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
48. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedur ları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğunqənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.
49. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
50. İş materiallarından göründüyü kimi, üçüncü şəxs iddiasının əsası kimi istinad etdiyi hallara, yəni İddiaçı, X1 və Allahverdiyeva (Əhmədova) Tərlan Şəfi qızının mübahisəli evdə yaşayaraq onun hüquqlarını pozduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
51. Həmçinin üçüncü şəxs kassasiya şikayətində Qazax rayon Polis şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işin başlanılmasının rədd edilməsi haqqında qərarına istinad etsə də iş materiallarına belə bir qərar əlavə edilməmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-688/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.