Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4586/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödəməklə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, kompensasiya məbləğinin müəyyən edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-299/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.
2. Cavabdeh xxx qızı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xxx qızına bağışlanmasına 7E-21-12468 reyestr nömrəli ərizəyə əsasın razılıq vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xxx qızının (bundan sonra “cavabsdeh”) ünvan 1 ünvanınd an 2000 (iki min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qardaşı X1 arvadıdır. Cavabdeh 1996-cı ildə iddiaçının qardaşı ilə qeyri-rəsmi ailə quraraq ünvan 1 ünvanına gəlin köçmüş, elə həmin evə də rəsmi qeydiyyata alınmışdır. Cavabdehin faktiki nikah münasibətlərindən iki övladı vardır. Cavabdeh həmin vaxtdan qeyd edilən mənzildə yaşamış olsa da, mənzil iddiaçının mülkiyyətindədir.
5. İkinci övladları doğulduqdan sonra qardaşı ilə cavabdehin münasibətləri korlanmış, sonra davamlı söz söhbətlər başlamışdır. Bundan sonra qardaşı ailəsini dolandıra bilmək üçün Rusiya Federasiyasına getməli olmuş və hər ay həm qardaşı, hə m də ki, iddiaçı cavabdehə artıqlaması ilə pul göndərmişlər ki, həm uşaqlara, həm də ki, onlarla birlikdə yaşayan yaşlı analarına baxsın. 2013-cü ildə iddiaçının anası xəstələnən zaman ona ziyarət edərkən gəlib görmüşlər ki, anaları yaman gündədir, cavabdeh, ümumiyyətlə, ona baxılmır, nə təmizliyi, nə də ki, qidası yerindədir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh ona göndərilən pulları yığıb özünə ev alıb.
6. Anası sağlığında həmin evi bağışlama ilə iddiaçının adına keçirmişdir. Həmin vaxt cavabdeh həmin evdə qeydiyyatda olduğu üçün onun razılığı ilə anası tərəfindən iddiaçıya bağışlanmışdır. Bundan sonra iddiaçı köhnə tikilini söküb həmin torpaq sahəsində yeni ev inşa etmişdir.
7. İddiaçı 2013-cü ildən sonra cavabdehdən dəfələrlə evdən çıxamasını tələb etsə də, cavabdeh evdən çıxmamış, əksinə, qardaşının üzərinə hücum çəkərək onu döymüş, ona fiziki ziyan yetirmişdir. Nə iddiaçı, nə də qardaşı ata-baba yurdları olan torpaqda yerləşən evə daxil ola, həmin evdən istifadə edə bilmirlər. Cavabdeh onları evdən qovaraq iddiaçıya məxsus olan mənzilə təkbaşına yiyələnmişdir. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur.
8. Son vaxtlar ailə münaqişəsi dözülməz xarakter daşıdığından iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi qərarına gəlmişdir. İddiaçının cavabdehə 2000 manat kompensasiya verməyə imkanı şatır. Mübahisənin predmeti olan evin yerləşdiyi ərazidə mənzillərin kirayəsi 50-60 manatdır. Təklif edilən kompensasiya cavabdehə daha yaxşı şəraitli mənzildə təxminən 3 il yaşamaq imkanı verir. Evin orta bazar qiyməti isə 2500030000 manatdır.
9. Birinci ins tansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək, göstərmişdir ki, 1988-ci ildən bəri həmin evdə yaşayır və evdə böyük zəhməti olmuşdur. Uşaqlarını da həmin evdə böyüdüb boya-başa çatdırmışdır. İddiada qeyd edilən 2000 manat kompensasiya məbləği ilə razı deyildir. 25000-30000 manat arası kompensasiya ilə razılaşa bilər.
10. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Cavid Tağıyev)
11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 s entyabr 2007-ci il tarixli qərarına istinadən hesab etmişdir ki, cavabdehə 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə onun evdən istifadə hüququna xitam verildiyi təqdirdə cavabdeh yaşayış sahəsi əldə etmək imkanından məhrum olur və cavabdehə ailəsi ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 158.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsin in qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ünvan 1 küçəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəmə iddia tələbini rədd edərkən iddiaçının yalnız cavabdehə münasibətdə istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etdiyini nəzərə almamışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 2000 manat məbləğində kompensasiya ilə ailəsi ilə birgə yaşayış sahəsi əldə etmək imkanından məhrum olunur və cavabdehə ailə ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Cavabdehin ailə üzvləri onun iki övladıdır və onlar da yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətl i şəxslərdir. Yəni cavabdehin istifadə hüququna xitam verilərək mənzildən çıxarılması onun ailə üzvlərinin heç bir hüququnu pozmur. İddia yalnız cavabdehə yönəlib, övladlarına deyil. Məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehin istifadə hüququna xitam verilsə, o, təklif edilən kompensasiya məbləği ilə digər yaşayış sahəsi əldə etməkdən məhrum olur və ailə üzvləri ilə digər yaşayış sahəsi əldə edə bilmir. Bu halda da məhkəmə iddianın yalnız cavabdehə qarşı yönəldiyini nəzərə almamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən evin bazar (likvid) dəyərinin və qeyd edilən evə bərabər tutulan mənzillərin bir aylıq kirayə haqqının miqdarını müəyyən etmək məqsədilə 8 fevral 2023-cü il tarixli qərardadla ekspertiza təyin etmişdir.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1633 -9/1716 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 100000 manat (850 x 117,1) məbləğində, likvid dəyəri isə 90000 manatdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinə bərabər tutulan mənzillərin bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertizası Mərkəzində tədqiqat aparılmır.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-299/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılsın. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Ədil Məmmədov, Rəhman Muradov)
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının tələbi kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
19. İşin mübahisə olunmayan hallarına görə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçının qardaş ının keçmiş arvadı olmaqla həmin ünvana 1996-cı ildə köçməklə yaşamaq hüququ əldə etmiş, iddiaçı tərəf hətta bunu istifadə hüququnun olması kimi qiymətləndirmişdir.
20. İddiaçı cavabdehə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə əvvəl 2000 (iki min) manat kompensasiya verilməklə, sonra isə 5000 (beş min) manat kompensasiya verilməklə onun evə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxsə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi ilə bağlı yaranan mübahisədir. Bu iddia tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir və işə baxmış məhkəmə də mübahisənin həllinə bu hüquq normasını tət biq etmişdir. Birinci instansiya məhkəməsi də işin hallarına bu normanın dispozisiya şərtləri əsasında qiymət vermişdir.
21. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni, sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Mülki Məcəllənin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi barədə tələbi mülkiyyət hüququnun müdafiəsi kontekstindən qanuni və əsaslı olsa da, onun cavabdehə təklif etdiyi 5000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinin bazar (likvid) qiymətinin müəyyən edilməsi üçün məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və rəy alınmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi mötəbər sübut kimi qəbul edərək, əsaslı rəy hesab etmiş və belə nəticəyə gəlmişdir ki, cavabdehə təklif edilən 5000 manat məbləğ cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir.
24. Apellyasiya instansiyası məhkəməsinə görə “ müəyyən müddət daxilində” ifadəsinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi cavabdehə münasibətdə onu ehtiva edir ki, kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə iddia olmasaydı, onun istifadə hüququ daimi xarakter daşıyacaqdı. Yəni mübahisəli mənzildə cavabdehin istifadə hüququ müvəqqəti deyil, daimi xarakter daşıyır və onun ömrünün sonuna kimi yaşayış sahəsinə malik olmasını, mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməsini təmin edir. “Müəyyən müddət daxilində” anlayışı onu tələb edir ki, istifadə hüququna xitam verilən cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin edə bilsin və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olsun. Əks təqdirdə, məhkəmə tərəfindən qəbul edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsinə malik olmaması faktiki olaraq həmin şəxsin yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir.
25. Bu baxımdan, iddiaçının cavabdehin evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün qeyd olunan kompensasiya təklifi yetərlilik baxımından əsaslı hesab edilə bilməz. Cavabdehin uzun müddət iddiaçının mülkiyyətində olan evdə yaşaması, təsərrüfatı idarə edib həyatını həmin yurdla bağlaması və başqa yerdə yaşayış sahəsi əldə etmək imkanının məhdudluğu nəzərə alınarsa, təklif olunan kompensasiya məbləği onun məhdudlaşdırılan hüququna adekvat dey ildir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-ci və 3-cü hissələri, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 228.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarix li qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, praktikada kompensasiyanın məbləği ağlabatan müddət olaraq oxşar şəraitli mənzildə təxminən 3 il yaşamaq imkanı ilə müəyyən edilir. Evin orta bazar qiyməti 41560 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyinə əsasən mübahisəli əmlakın orta bazar qiyməti 100.000 manat, likvid dəyərinin isə 90.000 manat olduğu müəyyən edilmişdir, həmin əmlaka bərabər fərdi yaşayış evində bir aylıq kirayə haqqının nə qədər o lmasına dair Məhkəmə Ekspertiza Mərkəzində tədqiqat aparılmadığı qeyd edilmişdir. Bununla belə, iddiaçı qeyd edilən ekspertiza rəyi ilə razılaşmadığı üçün təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. Eyni zamanda, verilən ekspertiza rəyinin saxtalaşdırılması faktının müəyyən edilməsi üçün prokurorluğa da müraciət ünvanlamışdır. Bundan sonra, "xxxx" MMC-yə müraciət edərək əmlakın real bazar qiymətinin müəyyən edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli əmlakın qiymətlədirilməsinin nəticələri haqqında hesabata əsasən mübahisəli fərdi yaşayış evinin orta bazar qiyməti 41560 manat müəyyən edilmişdir. Buna görə də hesab edir ki, iddiaçının məhkəmədə təklif etdiyi 5000 manat kompensasiya cavabdehə düşəcək olan kompensasiyadan da artıq məbləğdir. Həm çinin iddiaçı paylı mülkiyyətçilərə deyil, istifadəçilərə kompensasiya təklif edib, yəni iddiaçı cavabdehə ev alıb verməli deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə qanunu və əsaslı deyildir.
34. İşdən görünür ki, iddiaçı 2000 manat kompensa siya müqabilində cavabdehin onun mülkiyyətində olan evdən istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
35. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 2000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmamasını müəyyən edərək, gəldiyi nəticəni “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
36. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının cavabdehə təklif etdiyi 5000 manat (halbuki bu barədə nə iddiaçının y azılı ərizəsi, nə də ki, ən azı apellyasiya baxışında izahatının olması iş materiallarından və məhkəmə iclas protokolundan görünmür) kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab etməmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təklif edilən kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmamasını göstərsə də, bununla yanaşı, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını da müəyyən etməmişdir.
38. Halbuki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında hüquqi mövqe belə olmuşdur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətç i məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər.
39. Hazırki işdə birinci instansiya məhkəməsi 2000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin adekvat əvəzi olmamasını müəyyən etsə də, kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olmasına aydınlıq gətirməmiş, “R.Ağalarovun şikayəti üzrə” Konstitusiya Məhkəməsini qərarına yalnız istinad etməklə kifayətlənmiş, yuxarıda qeyd edildiyi kimi apellyasiya instanasiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır. Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına görə isə iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun şəkildə müəyyən edilməlidir.
40. Məhkəmə kollegiyası vurğulayır ki, iddia ərizəsində göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi barədə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi prosessual qənaət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.
41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən evin bazar (likvid) dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edib rəy alsa da, evin bazar dəyərinin, xüsusilə də likvid dəyərinin hazırki iddia tələbi ilə nə kimi əlaqəsinin olmasını əsaslandırmamışdır. İqtisadi kateqoriya olaraq likvidlik əmlakın bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilinməsidir. Buna görə də işin halları baxımından mübahisədə adı keçən evin likvid dəyərinin müəyyən edilməsinə hansı zərurət olması, ümumiyyətlə, qeyrimüəyyəndir.
42. Həmçinin nəzərə alınmalıdır ki, analoji iddialarda kompensasiya mülkiyyət hüququnun xitamının əvəzi kimi deyil, istifadə hüququna xitamın əvəzi kimi təklif edilir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxqızının kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-299/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.