Məhkəmə qərarları › İş №2(102)-4588/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4588/2022

06.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4588/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəgötürən tərəfindən işçinin əmək funksiyalarının icrasına yaradılmış maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmək funksiyalarının icrasına yaradılmış maneələrin aradan qaldırılması və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 2(103)-2477/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-nin (bundan sonra – cavabdeh və ya ASC) Qərb RETSİ-nin Göygöl EŞ-nin rəisi vəzifəsində işləyərkən səhhətində yaranmış problemlərlə əlaqədar məzuniyyətə buraxılmış və ASC-nin sədrinin xx.xx.2020-ci il tarixli, k/20-04456 nömrəli əmri ilə onun vəzifəsinin icrası həmin tarixdən müvəqqəti olaraq (xəstəlik müddətinə) Nərimanov RETSİ-nin Enerji Satış şöbəsinin aparıcı mühəndisi X1 həvalə edilmişdir.

2. İddiaçı iş qabiliyyətinin tam bərpa olunduğunu bildirərək, xx.xx.2021-ci il tarixdən vəzifəsinin icrasına buraxılması barədə Qərb RETSİ-nin rəisi E.Mahmudova ərizə ilə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli cavab məktubu ilə Şəmkir rayonunda yaşaması, Göygöl rayonu ilə yaşayış yerinin bir-birindən aralı olması, həmçinin səhhəti ilə bağlı ona Şəmkir EŞ-də aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, səhhəti tam bərpa olunduqdan sonra işinə davam etmə si barədə ərizə ilə müraciət etmiş, əvvəlki iş yerinə gedərkən onun əvəzinə başqa işçinin işlədiyini görmüş, buna görə də, məcbur olub geri qayıtmış və ikinci dəfə Qərb RETSİ-nin rəisinə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdən Göygöl EŞ-nin rəisi kimi fəaliyyətinə başlamaq üçün lazımi köməklik göstərilməsini xahiş etmişdir. Lakin bu günədək heç bir tədbir görülməmiş, yaşayış yeri və səhhəti ilə bağlı ona Şəmkir EŞ-də aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur. Göründüyü kimi, vəzifəsinin icrasına buraxılmayaraq, ona başqa - aşağı vəzifədə işləməsi təklif olunsa da, bu günədək işdən azad olunub-olunmaması ilə bağlı hər hansı əmr verilməmiş, vəzifəsinin icrasına buraxılmamasının səbəbləri izah olunmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalm ışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-6579/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilərək, iddiaçının "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, Göygöl rayon EŞnin rəisi vəzifəsində işləmiş, işləyərkən səhhətində yaranmış problemlə bağlı məzuniyyətə buraxılmış, bir müddət müalicəsi davam etmiş və tam olaraq səhhəti bərpa olunduğu üçün rəsmi ərizə ilə ASC-nin Qərb RHSİ-nin rəisi E.Mahmudova müraciət etmiş, bundan sonra əvvəlki iş yerinə gedən zaman əvəzinə başqa bir işçinin işlədiyini görmüş və ona artıq səlahiyyətlərini başqa şə xsin icra etdiyi bildirilmiş, buna görə də, məcbur olub geri qayıtmışdır. İddiaçının Göygöl rayon EŞ-nin rəisi vəzifəsindən azad edilməsi barədə əmr qəbul edilməmiş, tutduğu vəzifədən kənarlaşdırılmamışdır, yenidən Göygöl rayon EŞ-nin rəisi vəzifəsində işləməsinə etiraz etmirlər.

7. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 45.1, 45.4, 68.1, 68.2, 73.1, 76 və 83-cü maddələrinə istinadla hesab etmişdir ki, iddiaçı Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməlidir.

8. Məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə münasibətdə isə, məhkəmə qeyd etmişdir ki, iddiaçı işdən azad edilmədiyinə görə cavabdeh ona həmin aylar üzrə əmək haqqını məhkəmədənkənar hesablayıb ödəməli, ona görə də, iddia bu hissədə rədd olunmalıdı r. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayət - qətnamənin əsassız olması, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının hazırda Göygöl EŞ-nin rəisi vəzifəsində olduğu halda məhkəmə tərəfindən onun həmin vəzifəyə bərpa olunmasının qət edilməsi, ASC tərəfindən iddiaçıya hansı qaydada maneələrin yaradılmasının və bu maneələrin nədən ibarət olmasının aydınlaşdırılmaması, iddiaçı tərəfindən işdən azad olunması barədə məhkəməyə heç bir sübut təqdim edilməməsi və s. kimi əsaslandırılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2477/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilərək, iddiaçının "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq, vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin mahiyyətindən açıq-aşkar görünür ki, iddiaçı Göygöl rayon EŞ-nin rəisi vəzifəsinin i crasına (əmək funksiyalarının həyata keçirilməsinə) şəraitin yaradılmasını istəyir. Bu məqsədlə bir neçə dəfə yazılı müraciət etmiş, lakin nəticəsi olmamışdır. Əksinə, işdə olan ASC-nin Qərb RETSİ-nin iddiaçıya ünvanladığı cavab məktubundan görünür ki, Şəmkir rayonunda yaşadığı, Göygöl rayonu ilə yaşayış yerinin bir-birindən aralı olduğu, həmçinin səhhəti ilə bağlı ona Şəmkir EŞ-də aparıcı mühəndis vəzifəsində işləmək təklif olunmuşdur.

13. Göründüyü kimi, cavabdeh təşkilat nəinki faktiki hərəkətləri ilə, eyni zamanda rəsmi qaydada münasibət bildirməklə iddiaçının öz vəzifiəsinin icrasını davam etdirməsində maraqlı deyildir, bu hal isə maneə kimi qiymətləndirilməlidir. Cavabdehin nümayəndələri Qərb RETSİ-nin qeyd edilən məktubunun ASC-nin rəsmi mövqeyi olmamasını bildirsə də, bunun əksini təsdiq edən hər hansı sübutu, yəni fərqli mövqe barədə hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişlər.

14. Bununla yanaşı, cavabdehin nümayəndələri iddiaçının rəsmi qaydada işdən azad olunmamasını, ona qarşı hər hansı maneənin olmamasını bildirsələr də, məhkəmə kollegiyasının vaxt verməsinə baxmayaraq, iddiaçının vəzifəsinin icrasını həyata keçirməsi, yəni müvafiq əmək şəraitinin yaradılması üçün heç bir addım atılmamış, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfin mövqeyi anlaşılmaz olmaqla əsaslandırılmamışdır. Cavabdeh yalnız formal mülahizələrdən çıxış etməklə iddiaçının rəsmi qaydada işdən azad olunmamasını, onun işinin davam etdirilməsinə maneənin olmamasını və s. bildirməklə kifəyətlənir, lakin bu istiqamətdə əmək qanunvericiliyin in tələblərinə uyğun heç bir hərəkət etmir. Aydın deyildir ki, hazırkı vəziyyətdə iddiaçı necə davranmalıdır ki, vəzifəsinin icrasını, əmək funksiyalarını icra edə bilsin. Ən azından onun işinin icrası cavabdehin müvafiq əmri ilə digər şəxsə həvalə edilmişdir və həmin əmr ləğv olunmamışdır. İddiaçının bu istiqamətdə rəsmi müraciətləri də nəzərə alınmamış, əksinə yuxarıda da qeyd edildiyi kimi, ona başqa iş təklif olunmuşdur. Göründüyü kimi, cavabdeh işəgötürən kimi iddiaçıya münasibətdə açıq-aşkar əmək qanunvericiliyinin tələblərinə uyğun olmayan mövqe sərgiləməklə, onun hüquqlarını kobud şəkildə pozur və bu pozuntu məhkəmə araşdırmaları gedişində də aradan qaldırılmamışdır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin – iddiaçı tərəfindən düzgün iddia verilməməsi, işdən azad olunmadı ğı halda işə bərpa olunma barədə iddianın verilməsinin düzgün olmaması və s. bu istiqamətdə dəlillərini də əsassız sayaraq qeyd etmişdir ki, iddia tələbi yalnız iddia ərizəsinin “xahiş etdi” hissəsindən ibarət deyildir. İddia ərizəsinin mahiyyətindən açıq-aşkar görünür ki, iddiaçı əmək müqaviləsi üzrə vəzifəsinin icrasına davam etmək istəyir, lakin cavabdeh buna şərait yaratmır, süni maneələr mövcuddur. İddiaçının istəyi işinə bərpa olunmaq, yəni vəzifəsinin icrasına nail olmaqdır. Hər bir işçi rəsmi qaydada işdən azad olunmasa (əmək müqaviləsinə xitam verilməsə) belə, işəgötürən tərəfindən əmək funksiyalarının icrasına törədilən faktiki maneələrdən də müdafiə hüququna malikdir. Əks halda, işəgötürənlər işçilərlə bağlanmış əmək müqavilələrinə rəsmi qaydada xitam vermədən, onlara qarşı belə məhdudiyyətlər yaratmaqla onları məhkəmə müdafiəsindən məhrum etmiş olardı. Bu hal isə yolverilməzdir.

16. Birinci instansiya məhkəməsi isə, iddiaçının tələbinin həqiqi mahiyyətini tam dəqiqləşdirmədən onun "xxxx" ASC-nin Göygöl rayon EŞ-nin rəisi vəzifəsinə bərpa edilməsini qət etmişdir. Bu səbəbdən də, hüquqi müəyyənlik baxımından qətnamə iddianın təmin olunan hissəsində dəyişdirilməli, iddiaçının Göygöl rayon EŞ-nin rəisi kimi əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq şəraitin yaradılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bu hal, məhkəmə kollegiyasının yuxarıda göstərilən hüquqi mövqeyinə görə iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, əksinə ədalət mü hakiməsinin düzgün və hərtərəfli həyata keçirilməsi, iddiaçının işçi kimi işəgötürən tərəfindən əmək hüquqlarının pozulmasının aradan qaldırılması və hüquqlarının bərpası istiqamətində zəruridir. Cavabdeh tərəf isə, əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını (apellyasiya şikayətinin dəlillərini) ümumi və formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.

17. Kollegiya öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyanın 35, 71ci, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 23-cü (bənd 2.), “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 7-ci, Əmək Məcəlləsinin 2, 9, 12, 54-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Şikayətin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi iddia tələbindən kənara çıxsa da, bununla bağlı istinad etdiyi hüquqi norma (Əmək Məcəlləsinin 9-cu bəndi) özlüyündə heç bir halda tələbdən kənara çıxmağın müstəsnalığına əsas vermir. Çünki iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri olmadan işə bərpa edilməsini məhkəmədən xahiş etmiş və cavabdeh tərəfindən onun məhz hansı subyektiv hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Apellyasiya məhkəməsi isə tələbdən kənara çıxmaqla iddia predmetinin dəyişdi rilməsinə yönələn hallara yol vermiş, bununla da, qanunvericiliyin tələblərini pozmuşdur.

20. Digər tərəfdən, iddiaçı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsində tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu (onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin müvafiq əmri, ona məxsus əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeyd, son haqq-hesab sənədləri və sair) məhkəməyə təqdim etməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməməklə verildiyindən onun məhkəmə icraatı mümkün hesab edilməməli idi.

21. Bundan başqa, apellyasiya məhkəməsi Qərb RETSİ-nin iddiaçıya ünvanladığı cavab məktubunu onun əmək funksiyalarının icras ına maneə kimi qiymətləndirsə də, iddiaçının işəgötürəni RETSİ deyil, ASC-nin sədri olduğundan, yalnız sonuncunun mövqeyi məhkəmə tərəfindən nəzərə alınmalı idi. Bu barədə məhkəməyə bildirilsə də, məhkəmə sübut təqdim olunmaması əsası ilə bu dəlili təkzib etmiş, lakin bu fakt əmək müqaviləsi bildirişinin elektron portalında da öz əksini tapmışdır.

22. Eyni zamanda, məhkəmə qeyd olunan cavab məktubunu mahiyyət etibarilə iddiaçıya maneələr yaradılmasını təsdiq edən sübut hesab etsə də, həmin məktubun iddiaçının əmək funksiyalarının icrasına cavabdeh tərəfindən hansı qaydada maneələrin yaradılmasını, bu maneələrin konkret olaraq nədən ibarət olmasını aydınlaşdırmamış, iddia tərəfi də ona yaradılan maneələrin faktiki olaraq hansı formada özünü biruzə verdiyini və nədən ibarət olmasını özündə ə ks etdirən sübutları məhkəməyə təqdim etməmiş, bununla da tələbinin əsas kimi istinad etdiyi halları sübut edə bilməmişdir. b)

23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. Maddə

35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (İİ, İV, Vİ hissələr). Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə

2. Bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (3-cü hissə).

26. Maddə

9. Əmək müqaviləsi üzrə işçinin həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək hüququ vardır (“ç” bəndi).

27. Maddə

12. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. (“a”, “b” və “e” bəndləri).

28. Maddə

54. İşəgötürən işçinin əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsi üçün əmək şəraitini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, mülki prosessual hüquqda hakimin tələbə bağlılığı prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi təmin edə bilməyəcəyini bildirir. İddiaçının istəyinin nə olduğu isə təkcə iddia ərizəsinin son (“xahiş edirəm”) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, onların bütövlükdə iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağl ı olduğu prosessual qənaət prinsipinə ziddir.

40. Baxılan işdə iddia ərizəsinin mahiyyətindən açıq-aşkar görünür ki, iddiaçı əmək müqaviləsi üzrə vəzifəsinin icrasına davam etmək istəyir, lakin cavabdeh süni maneələr yaratmaqla buna şərait yaratmır. İddiaçının bu iddianı qaldırmaqda əsas məqsədi işəgötürən ətərfindən yaradılmış maneələr aradan qaldırılmaqla vəzifəsinin icrasına buraxılmağa nail olmaqdan ibarətdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin hazırkı iddia üzrə iddiaçının əmək müqaviləsi üzrə əmək funksiyalarının icrasının həyata keçirilməsinə maneələrin aradan qaldırılaraq, vəzifəsinin icrasının davam etdirilməsinə müvafiq əmək şəraitinin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəldiyi qənaət məhkəmənin iddia tələbindən kənara çıxması kimi q iymətləndirilə bilməz.

41. Kassasiya şikayətinin digər dəlillərinə (iddiaçının işəgötürəni RETSİ deyil, ASC-nin sədri olduğundan, yalnız sonuncunun mövqeyinin məhkəmə tərəfindən nəzərə alınmalı olması, iddiaçının əmək funksiyalarının icrasına cavabdeh tərəfindən hansı qaydada maneələrin yaradılmasını, bu maneələrin konkret olaraq nədən ibarət olmasını əsaslandıra və buna dair sübutlar təqdim edə bilməməsi barədə) isə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

42. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

43. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2477/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar