Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4589/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli 2(103)13102/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.Ş.Mirzəzadə, iş № 2(004)-8257/2017) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək onun uşağı ilə birlikdə N saylı fərdi ya şayış evinə köçürülməsi qət edilmşdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, V.Ə.Baxışova və V.T.Həsənov, iş № 2(103)5216/2018) cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Qoldman, Ə.A.Mirzəliyev və G.A.Quliyev, iş № 2(102)5971/2018) cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 21 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı evə köçürmə tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı 06 sentyabr 2014-cü il tarixdə cavabdehin oğlu ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir uşaqları olmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçının Nla olan nikahı pozulmuş və uşağın saxlanılması üçün sonuncudan iddiaçın xeyrinə aliment tutulmuşdur. Nikahda olduğu dövrdə iddiaçı əvvəlcə qaynanası olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Vidad i küçəsi, dalan 11-də yerləşən 2 saylı mənzildə yaşamış, ora qeydiyyata alınmış, sonra isə həmin mənzilin təmiri ilə əlaqədar mübahisəli ünvan 1 ünvanında yerləşən və cavabdeh tərəfindən 2009-cu ildə inşa edilmiş, lakin dövlət qeydiyyatına alınmamış evə köçmüşdür. 2017-ci ilin sentyabr ayında İddiaçı ünvan 1 saylı evə köçürülməsi barədə məhkəmədə iddia qaldırmış, mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vək ili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə kollegiyası tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, id diaçı qaynanasına məxsus Vidadi küçəsindəki mənzilə köçmüş, ora qeydiyyata alınmışdır. Köçürülməsini iddia etdiyi yaşayış evinə isə həmin mənzildə təmir işlərinin görülməsi ilə əlaqədar köçmüşdür. Həmin evə isə iddiaçı qanunla müəyyən olunmuş qaydada istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. İddiaçı mübahisəli evdə cavabdehlə birlikdə yaşamamış, onun ailəsinin üzvü olmamışdır. İşin yuxarıda gös tərilən halları iddianın rədd olunmasının əsaslı olması nəticəsinə gəlmək üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 28 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4589/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4589/2019
25.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver