Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-459/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-459/2023 (Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi, əsassız varlanma) Bakı şəhəri, 23 fevral 2023-cü il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızının (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə mənzilə görə artıq ödənilmiş pulun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 avqust 2022-c i il tarixli 2(103)-4594/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 07 dekabr 2013-cü il tarixli 07 və 08 saylı müqavilələrə görə İddiaçı həmin MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli 8 saylı yaşayış binasının 25 və 27 saylı mənzillərini almışdır.
2. Müqavilədə mənzilin 1 kvadrat metrinin qiyməti 750 manat olmaqla 25 saylı mənzilin ümumi sahəsi 67,06 kvadrat metr, 27 saylı mənzilin ümumi sahəsi isə 141,11 kvadrat metr göstərilmişdir.
3. İddiaçı həmin MTK-ya 25 saylı mənzilə görə 50295 manat, 27 saylı mənzilə görə 105830 manat pul ödəmişdir.
4. Cavabdeh MTK tər əfindən verilmiş 05 may 2017-ci il tarixli maliyyə arayışlarına əsasən İddiaçı 25 və 27 saylı mənzillərin dəyərini tam ödəmişdir.
5. İddiaçı hər iki mənzilə görə mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən 04 may 2021-ci il tarixli çıxarışlar almış, çıxarışlarda 25 saylı mənzilin ümumi sahəsi 62,40 kvadrat metr, 27 saylı mənzilin ümumi sahəsi 126,90 kvadrat metr göstərilmişdir.
6. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda mənzillərə yeni ünvan verilərək 25 və 27 saylı mənzillər müvafiq olaraq Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 1 və mənzil 3 kimi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı mənzilə görə artıq ödənilmiş 3 495 manat, 3 saylı mənzilə görə artıq ödənilmiş 10657,50 manat, cəmi 14152,50 manat pulun cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən mənzillərin ümumi sahəsi müəyyənləşdirilərkən şəhərsalma və tikinti qanunvericiliyinin müddəaları kobud şəkildə pozulmuş, müqavilələrdə bilərəkdən mənzillərin ümumi sahəsi artıq göstərilmiş, bu səbəbdən ondan artıq ödəniş alınmışdır.
9. Məhkəmə tikinti-texniki ekspertizasının 17 fevral 2022-ci il tarixli 10/6743 saylı rəyinə əsasən, Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 1 saylı mənzil düzbucaqlı formasında olmaqla həmin mənzilin eni 7,1 metr, uzunluğu 9,5 me tr təşkil edir və 1 saylı mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsi 67,45m2 (7,1x9,5) təşkil edir. Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 3 saylı mənzilin daxili arakəsmələrinin yerləşdiyi sahə 9,5m2, həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə sahəsi 141,7m2 (132,2+9,5) təşkil edir. Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 1 saylı mənzilə dair bağlanmış xx.xx.2013-cü il tarixli 07 saylı müqavilədə göstərilmiş (67,06 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə (67,45m2 ) sahəsindən 0,39m2 az olduğu, Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi,122 mərtəbə 5 ünvanında yerləşən 3 saylı mənzilə dair bağlanmış xx.xx.2013-cü il tarixli 08 saylı müqavilədə göstərilmiş (141, 11 kv.m) sahənin həmin mənzilin daxili parametrləri (içdən-içə) üzrə (141,7m2 ) sahəsindən 0,59m2 az olduğu müəyyən olunmuşdur.
10. Ekspertin rəyinə görə, mənzilin daxili parametrləri (içdən-içə arakəsmələrin sahəsi, şaxtaların sahəsi daxil olmaqla) üzrə ümumi sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələblərinə uyğun deyil.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflər arasında mübahisəli mənzillər üzrə müavilələr bağlanmış və sözü gedən mənzillər iddiaçıya təhvil verilmişdir. Cavabdeh müqavi lələr üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmuş sahələr olduğu kv.m nisbətində iddiaçıya təhvil verilmişdir. Tərəflər arasında 1 nömrəli mənzil üzrə bağlanmış müqavilədə mənzilin ümumi sahəsi 67.06 kv.m, 3 nörməli mənzil üzrə isə 141.11 kv.m göstərilmişdir. Ekpert rəyində isə 1 nörməli mənzil üzrə ümumi sahənin müqavilədə göstərilmiş sahədən 0.39 kv.m, 3 nörməli mənzil üzrə isə 0.59 kv.m az olduğu müəyyən edilmişdir. Həmin sahələrdə çox cuzi fərq ilə yaranmış sahələrdi. Bildirir ki, ümumiyyətlə tərəflər arasında bağlanılmış müqavilə podrat müqaviləsi, yəni mənzilin tikilərək təhvil verilməsinə dair müqavilədir. Qeyd olunan müqavilələrdə də, tikilərək təhvil verilməsi nəzərdə tutulmuş mənzillərin ümumi sahələri qeyd edilmişdir. Bildirir ki, tikin ti sahəsi dedikdə bu, mənzilin tam sahəsini, o cümlədən də, daxili arakəsmələrin əhatə etdiyi sahələri əhatə edir. Yəni əgər MTK daxili tikililəri tikməsə idi, o zaman evin faktiki sahəsi elə ümumi sahəsi ilə eynilik təşkil edəcəkdi ki, hansı ki, ekspertin rəyində də arakəsmələr daxil olmaqla mənzilin daxili sərhədləri çərçivəsində ümumi sahəsinin müqavilə üzrə tikilərək təhvil verilməsi nəzərdə tutulmuş ümumi sahə ilə eynilk təşkil etməsi müəyyən edilmişdir. Yaranmış cuzi fərq isə tikinti zamanı baş verə biləcək texniki səbəblərdən yarana biləcək fərqlərdi.
12. Yasamal Rayon Məhkəməsinin 2(004)-328/2022 saylı iş üzrə 14 aprel 2022ci il tarixli qətnaməsi ilə (hakim X1) iddia qismən təmin edilmiş, 07 dekabr 2013-cü il tarixli 07 saylı müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu Tofiq Abbaso v küçəsi, 122 M5 mənzil 1 üçün artıq ödənilmiş 292,50 manat, 07 dekabr 2013-cü il tarixli 08 saylı müqaviləyə əsasən Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi, 122 M5 mənzil 3 üçün artıq ödənilmiş 442,50 manat, cəmi 735 manat pulun Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflərə aid edilmişdir.
13. Məhkəmə öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, 1 saylı mənzilin sahəsi daxili parametrləri üzrə (içdən-içə) sahəsindən 0,39 kv.metr, 3 saylı mənzilin sahəsi isə 0,59 kv.metr azdır. Buna görə də 1 saylı mənzilə görə artıq ödənilmiş 0,39x750=292,50 manat, 3 saylı mənzilə görə artıq ödənilmiş 0,59x750=442,50 manat pul maddi ziyanın əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulmal ıdır.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 752.1, 762.2, 773 və 775-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mənzillərin sahəsi hesablanarkən balkon, lociya, terras, şüşəbənd və eyvanların sahəsinə azaltma əmsalları tətbiq olunmamış, mənzillərin sahəsi əsassız olaraq içdən-içə hesablanmış, nəticədə “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri pozulmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instan siyası məhkəməsi) 23 avqust 2022-ci il tarixli, 2(103)-4594/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və bildirmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mövcud məhkəmə təcrübəsinə də uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Resp ublikasının Mülki 21, 752.1, 762.2, 773 və 775-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil2) kassasiya şikayəti və ona əlavə ərizə verərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı səbəbə görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilmədiyini əsaslandırmamışdır. Məhkəmə müqavilə şərtlərində ümumi sahə” anlayışına qanunvericilikdə nəzərdə tutulmuş t ələblərə uyğun müəyyən edilən və “tərəflərin iradə ifadəsinin həqiqi mənası” baxımından yanaşmamışdır. Qanunvericilikdə mənzilin ümumi sahəsinin hesablama qaydası açıq və aydın nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası buna məhəl qoymamışdır. Bundan əlavə, məhkəmə kollegiyası icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı səbəbə görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilmədiyini əsaslandırmamışdır. Cavabdehin vəkili birinci instansiya məhkəməsində bildirmişdir ki, MTK daxili tikililəri tikməsə idi, o zaman evin faktiki sahəsi elə ümumi sahəsi ilə eynilik təşkil edəcəkdi. Bu yanaşma düzgün deyildir. Belə ki, 1) MTK mənzilin daxili tikililərini (arakəsmələri) tikməsə idi, onda mənzilin neçə otaqlı olması bilinməzdi. 2) Mənzillərin çöl divarlarından kənarda yerləşən açıq balkonların sahəsinin mənzilin ümumi sahəsinə bərabər tutulması(qəbul edilməsi) absurddur. İddiaçı mənzillərdə balkonların olmasını bilərəkdən və buna görə əvvəlcədən əldə edilən anlaşmaya uğun olaraq, cavabdehlə bağladığı müqavilələrdə mənzilin layihə üzrə ümumi sahəsi (tikinti altı sahə) anlayışı deyil, məhz qanunvercilikdə nəzərdə tutulmuş mənzilin ümumi sahəsi anlayışı nəzərdə tutulmuşdur. Mənzilin layihəsi iddiaçıya aid deyildir. Cavabdeh MTK iddiaçıya mənzilin layihə üzrə ümumi sahəsinin (tikintialtı sahə) təhvil verilməsini deyil, qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanan müqavilədə nəzərdə tutulmuş mənzilin ümumi sahəsini təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir. İddiaçı kassasiya şikayətinə əlavə ərizə ilə müraciət edərək, mübahisənin işgüzar adətlərə uyğun deyil, qanunvericilikdə müəyyən edilmiş hüquq normalarına uyğun həll edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 23. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 24. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditor un isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 27. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 28. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiy yət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 29. 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 31. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesabl anır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
41. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən e dilmiş faktiki hallarına görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya sahəsi 67,06 kv m və 141,11 kv.m olan 2 mənzil verməyi öhdəsinə götürsə də, təhvil verilən mənzillərə dair verilmiş çıxarışlarda sahəsi 62,4 kv və 126,9 kv.m göstərilmişdir.
42. Apellyasiya məhkəməsi işdə olan ekspert rəyinə istinad etməklə mübahisəni həll etmişdir.
43. Lakin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqat hissəsində hər iki mənzilin ayrı-ayrı tikililərinin(otaq və digər sahələrin) ölçüləri üzrə birinci mənzilin sahəsini 64,9 kv.m, 2-ci mənzilin sahəsini 132,2 kv.m müəyyən etmiş, lakin məhkəmə tərəfindən ekspert qarşısında mənzillərin müqavilədə göstərilən sahəsi ilə mənzillərin faktiki sahəsinin işdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlar da daxil ol maqla, arasındakı fərqin müəyyən edilməsi barədə sual qoyulduğundan bu qaydada hesablama ilə fərqin bir mənzil üzrə 0,39 kv.m, digər mənzil üzrə 0,59 kv. m olmasını müəyyən etmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, mənzilllərin faktiki sahələrinin bu qaydada hesablanması formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla, həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə də uyğun deyildir.
45. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
46. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında m ənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
47. Kassasiya kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, məhkəmə ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda mənzillərin ümumi sahəsinin otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanmalı olması barədə qanunvericiliyin tələblərini nəzərə almamış, mənzillərin faktiki sahəsinin işdən-içə arakəsmələr daxil olmaqla hesablanması formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamışdır.
48. İddiaçının kassasiya şikayətinin Azərbayc an Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarının 3.8 bəndinə görə mənzilin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar-0,5, eyvanlar (verandalar)-1,0 azalma əmsalına vurulmaqla hesablanmalı olması barədə dəlilini isə məhkəmə kollegiyası qəbul etmir. Belə ki, bu qaydada hesablama hüquq müəyyənedici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr podrat müqaviləsi üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmalıdır.
49. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu da q ətnamənin ləğvi üçün əsas verir. Çünki Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
50. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.
51. Yuxarıda göstərilənlərə ə sasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4594/2022 nömrəli mülki iş üzrə 23 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.