Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4591/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz inşa edilmiş tikilinin sökülməsi və zəbt edilmiş torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və X2 qarşı ona məxsus torpaq sahəsində cavabdehlərin qanunsuz tikdirdikləri tikililərin öz hesablarına sökülərək çıxarılmaları, ona məxsus torpağın alınıb özünə verilməsi və qanunsuz həyətyani topağına müdaxilə etmələrinin qadağan edilməsi t ələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)46/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları:
1. JN-119 A nömrəli, KOD61022038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998ci il tarixli, 12 saylı qərarı ilə Bərdə rayonunun Şatırlı kənd İƏD-nin nümayəndəliyinin Qazaxlar kəndində verilmiş 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə ray onunun Şatırlı kənd İƏD-nin nümayəndəliyinin Qazaxlar kəndində ona məxsus olan JN-119 A saylı şəhadətnaməsi ilə verilən 0,08 ha torpaq sahəsində cavabdehlərin qanunsuz tikdirdikləri tikililərin öz hesablarına sökülərək çıxarılmalarına, ona məxsus torpağın alınıb özünə verilməsinə və qanunsuz həyətyani topağına müdaxilə etmələrinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi işin hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlər ona məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt edərək həmin torpaq sahəsində qanunsuz tikili tikmiş, ona öz torpaq sahəsindən istifadə etməyə imkan verməmişlər. Dəfələrlə cavabdehlərdən ona məxsus torpaq sahəsindən çıxamalarını tələb etsə də heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəmədən, 08 ha to rpaq sahəsində cavabdehlərin qanunsuz tikdirdikləri tikililərin öz hesablarına sökülərək çıxarılmalarına, ona məxsus torpağın alınıb özünə verilməsinə və qanunsuz həyətyanı topağına müdaxilə etmələrinin qadağan edilməsinə dair qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X5 bildirmişdir ki, o, Kadastr və Ünvan Reyestri Xidmətində mühəndis vəzifəsində işləyir. Rəyin tərtib edilməsində şəxsən iştirak etmiş və həmin ərazidə özü də olmuşdur. Cavabdehlər iddiaçının 65 kv.m. torpaq sahəsini zəbt etmişlər və həmin əraziyə peyin tökərək istifadə edirlər. Lakin, cavabdehlər tərəfindən istifadə edilən 65 kv.m. ərazidə heç bir tikili mövcud deyildir. Əlavə olaraq bildirir ki, həm iddiaçı, həm də cavabdehlər bələdiyyə torpağının bir hissə sini zəbt edərək istifadə edirlər.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 454 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı1 adına verilmiş JN-119A KOD61022038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,08 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh1 adına verilmiş JN-118A KOD610022038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsi üst-üstə düşmür, iddiaçı və cavabdehin iştirakları ilə onların faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin mübahisələndirilən tərəfinin çəpəri olmadığından hər ikisinin istifadə etdikləri həyətyanı torpaq sahələri ilə birlikdə ölçülərək naturada koordinatları təyin edilərək Şortəpə t əsərrüfatının ərazisində aparılmış kompleks yerqurluşu layihəsinə yerləşdirilmişdir. Məlum olmuşdur ki, iddiaçı ilə cavabdehə JN-118A və JN-119 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətlərinə verilən torpaq sahələrinin koordinatları ilə faktiki istifadlərində olan həyətyanı torpaq sahələrinin koordinatları ilə faktiki istifadələrində olan həyətyanı torpaq sahələrinin həndəsi ölçüləri uyğun deyildir. Hər iki həyətin mübahisələndirilən hissəsində çəpər olmasa da JN-119A KOD61022038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı1 mülkiyyətinə verilən 0,08 ha torpaq sahəsinin üzərinə cavabdeh 65 kv.m. ölçüdə mal peyini tökərək istifadə edir.
6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-589/2020 saylı qətnaməsi ilə (hakim Ə.Kərimov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X4 JN-119A KOD 61022038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı1 məxsus cəmi 0,08 ha torpaq sahəsinin 65 kv.m. hissəsindən çıxarılması, cavabdehlər Cavabdeh1 və X2 JN-119A KOD 61022038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı1 məxsus torpaq sahəsinə qanunsuz müdaxilə etmələrinin qadağan edilməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 alınaraq İddiaçı1 verilməsi, ekspertiza tədqiqatının dəyəri 67 manat 20 qəpik Cavabdeh1 və X1 müştərək qaydada alınaraq "xxxx" ASC-nin Xətai Filialı, Kod 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Lahiyə-tədqiqat Mərkəzi, VÖEN **********, AZ23AİİB******************** nömrəli hesaba ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 454 saylı mütəxəssis rəyini nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, JN-119A nömrəli KOD61022038 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı1 adına qeydə alınmış cəmi 0.08 ha həyətyani torpaq sahəsinin 65 kv.m. ölçüdə hissəsinə halhazırda cavabdeh mal peyini tökərək istifadə edir.
8. Məhkəmə müvafiq rəylə tam razılaşaraq qeyd edib ki, ilk növbədə həmin rəy Xidmətin mütəxəssisi tərəfindən tədqiqat obyektinə baxış keçirilərək və aparılmış araşdırma nəticəsində hazırlanmışdı r. Eyni zamanda rəyə Bərdə rayonu, Qazaxlar kəndi ərazisində İddiaçı1 mülkiyyətinə verilmiş cəmi 0.08 ha pay torpağının 65 kv.m. hissəsindən hal-hazırda Cavabdeh1 və X4 tərəfindən istifadə edilir. Eyni zamanda rəyə torpaq sahəsinin naturada faktiki yerləşmə sxemi və döngə nöqtələrinin koordinatları əlavə edilmişdir.
9. Məhkəmə hesab edib ki, müvafiq rəylə əsaslı olaraq Cavabdeh1 və X4 JN-118A və JN-119 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında İddiaçı1 məxsus cəmi 0,08 ha torpaq sahəsinin 65 kv.m hissəsinin üst-üstə düşməsi müəyyən edildiyindən iddia qismən təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən rəydə göstərilmiş sərhədlər daxilində çıxarılmalı və onlara həmin torpağın tutulması qadağan edilməlidir.
10. Məhkəmə iddia tələbin in tikililərin sökülməsi məsələsinə münasibət bildirərək qeyd edib ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X5 bildirmişdir ki, o, Kadastr və Ünvan Reyestri Xidmətində mühəndis vəzifəsində işləyir. Rəyin tərtib edilməsində şəxsən iştirak etmiş və həmin ərazidə özü də olmuşdur. Cavabdehlər iddiaçının 65 kv.m. torpaq sahəsini zəbt etmişlər və həmin əraziyə peyin tökərək istifadə edirlər. Lakin, cavabdehlər tərəfindən istifadə edilən 65 kv.m. ərazidə heç bir tikili mövcud deyildir.
11. Məhkəmə hesab edib ki, cavabdehin iddiaçılara mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsini tərk etməməsi və hüquqi əsaslar olmadan həmin torpaqdan istifadə etməsi iddiaçıların sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xara kter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçılar mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. İddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarına, Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Cavabdehlər apellyasiya şikayəti verərə k Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(021)-589/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi Bələdiyyənin mülkiyyətində idi. Həmin torpaq sahəsi zibilli və yararsız idi. Onlar (cavabdehlər) həmin torpaq sahəsini yararlı vəziyyətə salaraq istifadə etmişlər. Heç bir torpaq sahəsini zəbt etməmişlər. 65 kv.m. torpaq sahəsi isə bələdiyyənin mülkiyyəti olmuşdur. Həmin torpaq sahəsi onlara məxsusdur və adlarına JN-119 A KOD-61022038 saylı Torpağın mülkiyyətə verrilməsinə dair şəhadətnamə də verilmişdir. Ekspertiza iddiaçının vəsatəti əsasında təyin edildiyinə görə ekspertiza xərci onlardan tutulmalı deyildi. Hesab edirlər ki, məhkə mə qanunsuz qətnamə qəbul etmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(104)1333/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinın xx.xx.2023-cü il tarixli 10/3768 saylı rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı və cavabdehlərin iştirakı ilə faktiki istifadə etdikləri həyətyanı torpaq sahələrinin koordinatları naturada təyin edilərək rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı1 faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi və JN-119 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsi, Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşmür. Əsas səbəb odur ki, koordinatları, konfiqurasiyası və həndəsi ölçüləri arasında fərq var. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən İddiaçı1 məxsus torpaq sahəsinin 0,0352 ha hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən sahə rəyə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və İ.T.Həsənov) 2(104)-46/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(021)-589/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq öz mövqeyini onunla əsaslandır mışdır ki, cavabdehlər apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsini təmizləyərək yararlı vəziyyətə gətirdiklərini, hətta onlara JN-119 A KOD-61022038 saylı Torpağın mülkiyyətə verrilməsinə dair şəhadətnamə də verildiyini göstərmiş olsalar da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişlər.
18. Əksinə iş materiallarında olan JN-119 A KOD-61022038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamən Bərdə rayonu Qazançılar kəndində olan 0,08 ha torpaq sahəsinin cavabdehlərə yox, iddiaçıya məxsus olduğu görünür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil X6) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilmə sinə dair qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır.
25. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
26. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
28. Maddə 560.2.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarı
29. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslə rin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Akimovanın Azərbayçan Respublikasına qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli Qərarı 30. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin mahiyyəti 3 hissədən ibarətdir: 1) əmlakdan dinc qaydada istifadə etmək hüququ; 2) müəyyən müstəsna hallarda əmlakdan məhrum etmə hallarının mövcudluğu; 3) üzv dövlətlər əmlak hüququnun müdafiəsi üçün tədbirlər görməlidir. Odur ki, məhkəmə Akimovanın mənzilindən məcburi köçkünün çıxarılması haqqında məhkəmə qərarının Ağdam şəhəri işğaldan azad edilənədək təxirə salmasını fiziki şəxsin əmlak hüquqlarına, Azərbaycan Respublikasının qanunlarının pozulması ilə həyata keçirilmiş müdaxilə kimi qiymət vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki,cavabdehlər apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsini təmizləyərək yararlı vəziyyətə gətirdiklərini, hətta onlara JN119 A KOD-61022038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verildiyini göstərmiş olsalar da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişlər. Əksinə iş mater iallarında olan JN-119 A KOD-61022038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən Bərdə rayonu Qazançılar kəndində olan 0,08 ha torpaq sahəsinin cavabdehlərə yox, iddiaçıya məxsus olduğu görünür.
42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə mə hkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-46/2023 nömrəli mülki iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.