Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4594/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4594/22 (Açar sözlər: özbaşına tikilinin sökülməsi və s.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3184/2022 nömrəli, 29 aprel 2022ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsi və 2014cü il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən İddiaçı icarəsindədir.
2. İddiaçı onun istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tiklilər inşa etdiyinə istinad edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən qanuni icarə və istifadəsində olan Abş eron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsindən cavabdeh tərəfindən qanuni icarə və istifadəsində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, sökülünün tam şəkildə ərazidən çıxarılması, torpaq sahəsinin sərhədlərinin əvvəlki vəziyyətə gətirilməsi və daşınmaz əmlaka icarə və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə “İcarə hüququnun alqı-satqı” müqaviləsi ilə X1 Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsini 99 illiyə satın almışdır. İcarə hüququnun müddəti xx.xx.2007-ci il tarixdən xx.xx.2106-cı ii tarixədək müəyyən edilmişdir. Alınmış torpaq sahəsi üzərində icarə və istifadə hüququ Az ərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2014-cü il tarixli, RX ******* saylı çıxarışı ilə dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlak üzərində icarə və istifadə hüququ dövlət reyestrində 703 nömrəli reyestr kitabında 8 nömrəli vərəqində qeydə alınmışdır. İcarə və istifadəsində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və o, həmin ərazidə özbaşına tikili inşa etmişdir. Dəfələrlə cavabdehdən özünə məxsus olan torpaq sahəsinin boşaldılmasını tələb etsə də, cavabdeh torpaq sahəsini pulla aldığını iddia edərək özbaşına tikilini sökməkdən imtina etmişdir. Bununla bağlı Bakı şəhəri Xəzər RPİ-nin 1 saylı Polis Şöbəsinə şikayət ərizəsi yazılmışdır. Verilmiş şikayət əsasında Xəzər RPİ-nin 1 saylı Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Anar Hacıyev tərəfindən 26 apr el 2018-ci il tarixdə “Cinayət işinin başlanılmasın rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Müvafiq Qərara əsasən cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə əsasən X2 MN ******* 456 saylı Protokol tərtib edilmiş və Protokolun icrası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatına həvalə edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh icarə və istifadəsində olan torpaq sahəsində özbaşına və qanunsuz inşa etdiyi tikilini sökməyib və hələ də həmin torpaq sahəsini zəbt etməkdə davam edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2615 nömrəli, 27 avqust 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dməti tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsinin 2585 kv.m. hissəsi cavabdeh tərəfindən istifadə edilir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-139/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia təmin edilərək, cavabdehin Bakı şəhəri, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir.
7. Məhkəmə iş materiallarına və ekspert rəyinə əsasən qeyd etmişdir ki, cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsinin 2585 kv.m. hissəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur.
8. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.8, 158.2, Torpaq Məcəlləsinin 66.1, 68, 93.1, 93.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 111, 119.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğ v edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, daha əvvəl eyni tərəflər arasında eyni predmetlə bağlı Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(003)-203/2019 saylı qətnaməsi mövcud olduğundan, MPM-nin 153.2.2-ci maddəsinin tələblərinə müvafiq olaraq iş üzrə icraata xitam verilməlidir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3184/22 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov, N.Cəfərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2(003)-203/2019 saylı qətnaməsi eyni tərəflər arasında olan mübahisə ilə bağlı olsa da, mübahisə predmeti olan torpaq sahəsi hazırda mübahisələndirilən torpaq sahəsi olmamışdır.
14. Belə ki, həmin qətnamədə mübahisələndirilən torpaq sahəsi RX seriyalı, ******* saylı Çıxarışla qeydə alınmış 0,935 ha torpaq sahəsidir. Lakin, iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsi isə RX seriyalı, ******* saylı Çıxarışla qeydə alınmış 1.0 ha torpaq sahəsidir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 180.2, 180.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan 1,00 ha torpaq sahəsinin cavabdehin sahibliyində olduğunu sübut etməlidir.
18. İddiaçının icarə hüquqları ilə bağlı qeyd edilməlidir ki, həmin sənədlər cavabdeh tərəfindən evin tikilməsindən sonra alınmışdır. Yəni, qanuni sahiblik hüququ əldə ediləndə artıq cavabdehə məxsus əmlak mövcud idi. Eyni zamanda eyni tərəflərə arasında eyni məsələyə baxılaraq iddia rədd edilmişdir.
19. Cavabdeh tərəfindən heç bir sahə zəbt edilməmişdir. İcarəçi kimi iddiaçı torpaq mülkiyyətçisindən icarə hüququnu əldə edəndə bunu nla bağlı yüklülükdən azad sahə tələb edə bilərdi.
20. Belə ki, həmin sahədə heç bir kənd təsərrüfatı fəaliyyəti keçirilmir ki, icarədə qalsın. Formal hüquqlardan istifadə etməklə cavabdehin vəziyyətini pisləşdirən iddianın təmin edilməsi qanunsuzdur. Yəni məhkəmənin nəyə əsasən Mülki Məcəllənin 157-ci maddəsini tətbiq etməsi aydın deyil.
21. Həmçinin, iş materiallarında olan ekspert rəyindən cavabdehə məxsus evin həmin 1,00 ha torpaq sahəsinə düşüb-düşməməsi aydın deyil.
22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 102-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Torpaq Məcəlləsi
24. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
25. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. Maddə 93.1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir.
27. Maddə 93.2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.
28. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşya ya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
23. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də məns ubdur.
25. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Ha zırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
39. Kassastorun dəlilləri ondan ibarətdir ki, eyni tərəflər arasında eyni predmet barəsində işə baxılaraq hüquqi qiymət verilməsinə dair məhkəmə qətnaməsi mövcuddur, onun istifadəsində olan tikililərin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi mötəbər sübutlarla təsdiq edilmir.
40. Kassatorun hər iki dəlilinə apelyasiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir.
41. Beləki, mübahisənin eyni tərəflər arasında eyni predmet barəsində olması ilə bağlı kollegiya qed edir ki, iddiaçı əvvəllər analoji tələblə Xəzər rayon məhkəməsinə müraciət etmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Lakin həmin iş üzrə məhkəmə qərarlarından görünür ki, iddiaçı həmin vaxt tikililərin onun istifadəsində olan RX seriyalı, ******* saylı Çıxarışla qeydə alınmış 0,935 ha torpaq sahəsində yerlədiyini bildirərək həmin sahənin boşaldılmasını tələb etmişdir. Həmin iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, cavabdehə aid olan tikililər həmin sahədə yerləşmir. Məhz həmin əsasla məhkəm ə iddianı təmin etməmişdir. Bundan sonra iddiaçı tikililərin RX seriyalı, ******* saylı Çıxarışla qeydə alınmış ona məxsus olan 1.0 ha torpaq sahəsinin ərazisinə düşməsi əsası ilə hazırkı tələbi irəli sürmüş və bu dəfə müvafiq ekspertiza tikililərin həqiqətən həmin sahəyə düşməsinə dair rəy vermişdir.
29. Beləki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2615 nömrəli, 27 avqust 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsinin 2585 k v.m. hissəsi cavabdeh tərəfindən istifadə edilir.
42. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan ekspert rəyi kassastorun 2-ci dəlilinin də əsassız olmasını təsdiq edir.
43. Rəyi tərtib etmiş mütəxəssislər iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin kordinat məlumatları əsasında müvafiq ekspertiza keçirmiş və cavabdehə məxsus tikililərin həmin sahəyə düşməsini müəyyən etmişlər. Həmin rəyin nəticələrini şübhə altına alan hallar aşkar edilməmişdir. Cavabdeh tərəf də rəyin həqiqiliyini şübhə altına alan dəlillər irəli sürə bilməmişdir.
44. Cavabdeh iş üzrə təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
45. Bundan başqa, məhkəmələr münəyyən etmişlər ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi və tikililərə dair heç bir hüquqmüəyənedici sənədləri yoxdur.
46. Apelyasiya məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarını rəhbər tutaraq mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını tətbiq etməklə mübahisəni həll etməkdə haqlı olmuşdur.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3184/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.