Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4595/2021 07.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın qiymətləndirilməsi barədə hesabatın qanunsuz hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Üçüncü şəxs X vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4957/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə dair işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər İddiaçı və X2 xxxx yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50.500 manat və həmin mənzilin təmirinə sərf olunmuş 37.912 manat olmaqla, cəmi 88.412 manat məbləğində pulun alınıb iddiaçı X ödənilməsi qət edilmişdir.
2. Borcun könüllü ödənişi təmin edilmədiyindən, Yasamal Rayon Məhkəməsinin 8(004)-1722/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qərardadı ilə xxxx yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur.
3. Həmin mənzil Cavabdeh2 MMC-nin 1971 saylı, 08 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95.000 manat məbləğində qiymətləndirilmişdir. Nəticə etibarilə, mübahisəli mənzil icra vərəqəsi üzrə tələbkar X tərəfindən alınmışdır.
4. X tərəfindən verilmiş 14 noyabr 2019-cu il tarixli, 101 saylı hesabata əsasən xxxx yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin bazar dəyəri 102.000 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Cavabdeh2nə qarşı “qiymətləndirilmənin qanunsuz hesab edilməsi və s. tələbinə dair" iddia ərizəsi ilə Yasamal Rayon məhkəməsinə müraciət edərək, “X xxx saylı 8 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi ba rədə hesabatını qanunsuz saymaqla və Cavabdeh1 12 mart 2019-cu il tarixli qərarını ləğv etməklə icranın nəticələrin aradan qaldırılması barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, başqa bir icraatda X ona və X5 qarşı “dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx yerləşən 10 saylı binanın sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödədiyi 50.500 manat və həmin mənzilin təmirinə çəkdiyi 37.912 manat məbləğində maddi ziyanın, cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər İddiaçı və X2 xxx yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin alınmasına ödənilmiş 50.500 manat və həmin mənzilin təmirinə sərf olunmuş 37.912 manat olmaqla, cəmi 88.412 manat məbləğində pul alınıb iddiaçı X ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə əsasında iş icraya yönəldilmiş və Yasamal rayon İcra şöbəsinin icra məmuru işi icraata götürmüşdür. 19 dekabr 2018-cu il tarixdə Cavabdeh1 icra məmuru X ona məxsus olan xxx saylı mənzilin ona xəbər vermədən qiymətləndirməyə göndərmişdir. Sözügedən mənzil Cavabdeh2 MMC-nin 1971 saylı 8 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 95.000 manat məbləğində qiymətləndirilmişdir. Qərarın surəti ona göndərilməmiş, işin mahiyyəti ilə xeyli vaxt tanış olub şikayət yazmaq imkani xaricində olmuşdur. Mübahisə predmeti olan mənzilə mütəxəssis tərəfindən baxış keçirilməmiş, mənzilə daxil olmadan vizual olaraq tam təmir olunmuş mənzilə əsassız olaraq ən aşağı məbləğdə qiymətləndirilmişdir. Halbuki ona məxsus olan mənzilin qiyməti 150.000 manatdan yüksəkdir. Cavabdeh1 rəis vəzifəsini icra edən X qiymətləndirilmiş əmlakı qanunsuz və əsassız olaraq, X6 22 yanvar 2019-cu il tarixdə təklif etmiş, həmin gün də X nümayəndəsi Vəkil2 təklifi qəbul etmişdir. 12 mart 2019-cu il tarixdə Cavabdeh1 İcra məmuru qərar qəbul etmişdir ki, “mübahisə predmeti olan mənzil borcun ödənilməsi hesabına üzrə tələbkar X verilsin və onun adına rəsmiləşdirilməsi " xxxx" MMC-yə həvalə edilsin.” Həmin qərarda göstərilir ki, sözügedən mənzil birgə nikah dövründə əldə edilmişdir. Həmin qərara istinad edərək, borclu sabiq həyat yoldaşı X4 borcu 95.000 manat məbləğdən verilmişdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində o mülkiyyətindən məhrum edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, sabiq həyat yoldaşı Quliyeva Sonanın və onun aİlə üzvlərinin sözügedən mənzilin alınmasında heç bir rolu olmamış, mənzil onun vəsaiti hesabına alınmışdır. İddiaçının qızının cavabdeh kimi iddianı qəbul edib etiraf etməsi məqsədli olmuşdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(004)5737/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Cavabdeh2nə qarşı qiymətləndirilmənin qanunsuz hesab edi lməsi və s. tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qiymətləndirmə hesabatının etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir.
9. Məhkəmə onu da qeyd etmişdir ki, mübahisə obyektlərinin bazar dəyərinin dəyişməsinə əsas verən hallar (uzun müddətin ötməsi, devalvasiya və s.) müəyyən edilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 124.2, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2307 /2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qərardadı ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 2(004)-5737/2019 nömrəli qətnaməsinin qismən ləğv olunması, Cavabdeh1 12 mart 2019-cu il tarixli qərarının ləğv edilməklə, icranın nəticələrinin aradan qaldırılması tələbinə dair iddia üzrə icraata xitam verilməsi qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 -ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. 14. “İcra haqqında” Azərbaycan Respub likasının Qanununun 87.1 -ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 10.10.17 -ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1 -ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibatiProsessual Məcəllənin 2.1 -ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır.Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Belə ki, 'İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
16. Göründüyü kimi, iddia çı Cavabdeh1 12 mart 2019-cu il tarixli qərarının ləğv edilməklə, icranın nəticələrin aradan qaldırılması barədə şikayətlə müvafiq məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2307/2020 nömrəli, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 2(004)-5737/2019 nömrəli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması və Cavabdeh2 MMC-nin 1971 saylı, 8 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz hesab edilməsi qət edi lmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X 1971 saylı 8 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, xxx yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin qiymətləndirilməsi keçirilmiş və həmin mənzilin qiymətinin 95.000 manat, X tərəfindən verilmiş 14 noyabr 2019-cu il tarixli, 101 saylı Hesabata əsasən xxx yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilin bazar dəyəri 102. 000 manat, daha sonra iş materiallarında olan"xxxx" MMCnin 26 iyun 2020-ci il tarixli, xxx nömrəli hesabatından görünür ki, həmin hesabatla xxx yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilin bazar qiymətinin 105.000 manat, likvid qiymətinin 100.000 manat təşkil etməsi müəyy ən edilmişdir.
19. Göründüyü kimi, cavabdeh X xxxx yerləşən 10 saylı binanın, sahəsi 95 kv.m. olan 9 saylı mənzilinin müəyyən etdikləri bazar qiyməti ilə sonrakı qiymətləndirmə hesabatları ilə müəyyən olunmuş bazar qiymətləri arasında 5.000-10.000 manat fərq olmuşdur.Odur ki,iddia cavabdeh "xxxx" MMC-nin 1971 saylı 8 yanvar 2019-cu il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatının qanunsuz saymalı hissəsində təmin olunmalıdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən üçüncü şəxs X kassasiya şikayəti vermişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) müstəqil tələb irəli sürməyən üçüncü şəxs (icra sənə di üzrə tələbkar) X kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
22. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin 22.10.2019-cu il tarixli qərardadına əsasən ünvan 1 ünvanındakı yaşayış sahəsinin hazırkı dövrə bazar qiymətinin müəyyən edilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. X tərəfindən verilmiş 14 noyabr 2019- cu il tarixli, 101 saylı hesabata əsasən qeyd olunan mənzilin bazar dəyərinin 102.000 manat təşkil etdiyi göstərilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qiymətləndirmə hesabatının etibarsızlığına dəlalət edən hər hansı bir əsasın aşkar edilmədi yini, mübahisə obyektinin bazar dəyərinin dəyişməsinə əsas verən halların müəyyən edilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulmasını qətnamədə əsaslandırmamışdır.
23. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələrinə istinad etsə də, onun tərəfindən obyektin hansı qiymətə qiymətləndirilməli olması qətnamənin nəticə hissəsində göstərilməmişdir. Bu isə qanuni qüvvə yə minmiş Yasamal Rayon Məhkəməsinin 26.10.2016-cı il tarixli qətnaməsinin icrasını çətinləşdirir və nəticə etibarı ilə həmin qətnamə üzrə iddiaçı X İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində təsbit olunmuş ağlabatan müddətdə işinin ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4957/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5737/2019 saylı iş üzrə 12 dekabr 2019-cu il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 MMC-nin 1971 saylı 08 yanvar 201 9-cu il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ının qanunsuz sayılması” tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi, əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin xərci olan 200 (iki yüz) manatın isə ondan alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirici əmlaka 102 000 manat qiymət qoyduğundan məhkəmə hesab etmişdir ki, icra məmurunun sifarişi əsasında qiymətləndirməni həyata keçirən Cavabdeh2 MMC-nin müəyyənləşdirdiyi qiymət həmin qiymətlə uyğunluq təşkil edir və əmlakın r eal dəyərindən aşağı qiymətləndirilməsinə dəlalət edən hallar mövcud deyildir.
26. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, Cavabdeh2 MMC əmlakı qiymətləndirərkən onun dəyərinə təsir edən amilləri nəzərə almış, əmlakı real dəyərinə uyğun qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Üçüncü şəxs X vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
32. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. (maddə 51.1) “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
37. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. (maddə 3)
38. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. (maddə 8) Mülki Prossesual Məcəllə
39. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
40. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
41. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
42. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4957/2021 nömrəli iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.