Məhkəmə qərarları › İş №2(102)-4596/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4596/2019

04.07.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4596/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı vəkili Vəkil, Cavabdeh və vəkili Məmmədov Asif Əlimusa oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2(011)1121/2018 saylı qətnaməsi ilə (hakim Leyla Talıbova) İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli, 2(103)-9710/2018 saylı qətnaməsi ilə (hakimlər: R.Eyvazov, F.Talışinski və S.Hacıyev) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli, 2(011)-1121/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli, 2(103)-9710/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvavn 1 79.11 m2 olan iki o taqlı 74 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 11 noyabr 2010-cu il tarixli 306-saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən onun tərəfindən 29000 manat dəyəri ödənilməklə şirkətin Bakı şəhəri Gəncə prospekti 2935 «A» ünvanda 14 mərtəbəli yaşayış evinin 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 79/11 kv.metr olan 2 otaqlı mənzilini əldə etmişdir. Eyni zamanda, «xxxx» MMC-nin işini davam etdirən «xxxx» şirkəti tərəfindən həmin müqavilə üzrə ona 01.08.2012-ci tarixli və 179 saylı çıxarış verilmiş və həmin çıxarışda müqavilədə göstərilmiş mərtəbə və blok sayından əlavə mənzilin 74 saylı olması da qeyd olun muşdur. «xxxx» MMC-nin rəhbərinin və digərlərinin təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-91/2014 saylı, 08 oktyabr 2014-cü il tarixli hökmü ilə o, zərərçəkmiş kimi tanınaraq, Bakı şəhəri Gəncə prospekti 2935 «A» ünvanda yerləşən binanın 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 79,11 kv.metr olan iki otaqlı mənzilin və ya 29000 manatın ona verilməsinin «xxxx» MMC-nin işini davam etdirən «xxxx» MMC-yə həvalə olunması müəyyən olunmuşdur. Hökm həmin hissədə icra olunması üçün aidiyyatı üzrə Xətai rayon İcra şöbəsinə göndərilsə də, icra şöbəsinin 19.09.2017-ci il tarixli məktubu ilə həmin mənzilin hal-hazırda Cavabdeh tərəfindən istifadə olunması səbəbindən icra olunmadan geri qaytarılmışdır. Cavabdeh həmin mənzilin ona «xxxx» MMC tərəfindən 2013-c ü ildə verildiyini bildirmiş və könüllü olaraq ona məxsus olan həmin mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində onun konstitusiya ilə qorunan hüquqları pozulmuş və ona mənzilin boşaldılması barədə dəfələrlə müraciət etsə də, mənzili boşaldıb təhvil verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli, 2(103) -9710/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh və vəkili Məmmədov Asif Əlimusa oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhk əmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan İddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 11.11.2010-cu il tarixli, 306 saylı müqavilədən görünür ki, «xxxx» MMC Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 12-ci mərtəbəsindəki 79.11 m2 olan iki otaqlı dəyəri 29000 manat olan mənzili payçıya verməyi öhdəsinə götürmüşdür. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 306 saylı 12.11.2010-cu il tarixli müqavilə üzrə 29000 manat kassaya mədaxil edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 1(101)91/2014 saylı hökmündən görünür ki, ünvan 179.11 m2 olan iki otaqlı mənzilin və ya 29000 manatın İddiaçı verilməsi «xxxx» MMC-nin işini davam etdirən «xxxx» MMC-yə həvalə olunmuşdur. İşdə olan Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 09.01.2013-cü il tarixli 44 saylı müqavilədən görünür ki, «xxxx» MMC ünvavn 1 79.11 m2 olan iki otaqlı dəyəri 38700 manat olan mənzili payçıya verməyi öhdəsinə götürmüşdür. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş 09.01.2013-cü il tarixli, 194 saylı maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən ünvavn 1 79.11 m2 olan iki otaqlı mənzilin dəyəri tam olaraq ödənilmişdir. İşdə olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 03.04.2015-ci il tarixli, 2(011)176/2015 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın 1-ci blok 10-ci mərtəbəsindəki 75,46 m2 olan iki otaqlı mənzil «xxxx» MMC-də n, «xxxx» MMC-dən və X2 alınaraq X4 verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2018-ci il tarixli ekspert rəyindən görünür ki, «xxxx»xxxx«KONSTRUKTOR MMC» tərəfindən işlənib hazırlanmış eskiz layihəsinə əsasən, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 09.01.2013-cü il tarixli 44 saylı müqaviləyə əsasən Cavabdeh satılan ünvan 1ümumi sahəsi 79.11 m2 olan iki otaqlı mənzil tədqiq olunan binanın 11-ci mərtəbəsində, İddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 11.11.2010-cu il tarixli 306 saylı müqaviləyə əsasən İddiaçı satılan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında 14 mərtəbəli yaşayış evinin 1-ci blok 12ci mərtəbəsindəki ümumi sahəsi 79.11 m2 olan iki otaqlı mənzil tədqiq olunan binanın 12ci mərtəbəsində yerləşir. Eskiz layihəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış binasının faktiki olaraq iki qeyri-yaşayış mərtəbəsindən, 14 yaşayış mərtəbəsindən ibarət olduğu müəyyən edilmişdir. Yaşayış sahəsi kimi nəzərdə tutulmuş standart mənzillər faktiki olaraq binanın iki qeyri-yaşayış mərtəbəsinin üzərindəki 1-ci yaşayış mərtəbəsindən başlayır. Yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzillərin qapısı bağlı olduğundan layihədə nəzərdə tutulmuş standart mənzillərin ölçüsündə mənzillər olub-olmamasını müəyyən etmək mümkün olmadı. Yaşayış binasının 12-ci mərtəbəsi sonuncu mərtəbəsinin sonuncu mərtəbə olmadığı müəyyən edildi. Binanın zirzəmi mərtəbəsi layihəyə əsasən 1-ci mərtəbə sayıla bilməz. Cavabdeh faktiki olaraq istifadəsində olan, eləcə də ekspe rtə təqdim olunmuş mənzil İddiaçı satılan 11.11.2010-cu il tarixli 306 saylı müqaviləyə əsasən İddiaçı satılan yaşayış evinin 1-ci blok 12-ci mərtəbəsindəki ümumi sahəsi 79.11 m2 olan iki otaqlı mənzillə eyni mənzil olub, tədqiq olunan binanın 12-ci yaşayış mərtəbəsində yerləşir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, X5 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın 1-ci blok 10-ci mərtəbəsindəki 75,46 m2 olan iki otaqlı mənzilə və X3 ünvan 1 yerləşən mənzilə köçürülmüşlər və məhkəmənin qətnaməsi ilə hazırda X5 10-cu mərtəbədə yerləşən mənzildə, digəri X3 isə 12-ci mərtəbədə yerləşən mənzildə yaşayır. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən cavabdehin «xxxx» MMC ilə bağladığı 09.01.2013-cü il tarixli 44 saylı müqavilədə göstərilən ünvavn 1 79.11 m2 olan iki otaqlı mənzilində yaşamasını, həmin mənzilin iddiaçıya məxsus olmamasını, iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsini və s. göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti olan mənzilə və binaya baxış (yerində müayinə) keçirilmiş, baxışın nəticəsi kimi müəyyən edilmişdir ki, binanın yaşayış sahəsi üzrə birinci mərtəbəsinin altında (bir mərtəbə aşağıda) yerləşən qeyri-yaşayış mərtəbəsində bir sıra şəxslər tərəfindən yaşayış sahələri yaradılaraq mənzil kimi istifadə edilir və həmin mərtəbə şərti olaraq «1A mərtəbə» kimi işarə olunmuşdur. Onun üzərində olan mərtəbə is ə qeyd edildiyi kimi binanın təsdiq olunmuş layihəsinə uyğun olaraq yaşayış mərtəbəsidir və «1-ci mərtəbə» kimi işarə olunmuşdur. Həmin mərtəbədən başlayaraq hər bir yuxarı mərtəbədə müvafiq olaraq ardıcıllıqla 2,3,4,5,6,7,8,9,10,11,12 nömrələri qoyulmuşdur. Sonradan 12-ci mərtəbənin üzərində faktiki olaraq əlavə mərtəbə də artırılmışdır. Cavabdeh faktiki olaraq istifadəsində olan mübahisəli mənzil binanın 11-ci mərtəbəsində yerləşir. Bu hal baxış zamanı dindirilmiş qonşuların izahatları ilə də bir daha təsdiq ounmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı Cavabdeh 09.01.2013-cü il tarixli 44 saylı müqaviləyə uyğun olaraq ünvavn 1 79.11 m2 olan iki otaqlı mənzildə yaşaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2018-ci il tarixli ekspert rəyindən isə görünür ki, ekspert mübahisəli mənzilin binanın 12-ci mərtəbəsində yerləşməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, binanın qeyri-yaşayış mərtəbəsində (yaşayışın 1-ci mərtəbəsinin altında yerləşən qeyri-yaşayış mərtəbəsində) bir sıra şəxslər tərəfindən təsdiq olunmuş layihədən kənar qaydada faktiki olaraq mənzillər yaradılmasını, həmin mərtəbənin «1A mərtəbəsi» kimi adlandırılmasını nəzərə almamış, əsassız olaraq yaşayış mərtəbələrini həmin 1A mərtəbəsindən başlayaraq hesablamışdır (bu hal ekspertiza rəyinə əlavə olunmuş fotoşəkillərdən də görünür). Çünki, yaşayış mərtəbəsinin məhz layihə sənədlərinə əsasən mərtəbə sayılmayan həmin 1A mərtəbəsindən başlayaraq sayılması nəticəsində mərtəbələr faktiki olaraq bir mərtəbə yuxarı sürüşdürülmüş olur ki, bu yanlış nət icəyə gəlməyə səbəb olur. Bu hallar işdə olan sübutlarla, həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin (müxtəlif mənzillərdə yaşayan sakinlər və s.) ifadələri, eləcə də apellyasya baxışında yerində müayinə zamanı tam təsdiq olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, mübahisəli mənzil faktiki olaraq cavabdehə təhvil verilmiş, sonuncu ora köçmüş, mənzili təmir edərək yaşayır. MM-nin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25. 10.2012-ci il tarixli qərarında qeyd olunur ki, Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələ b etmək hüququ yaradır. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla cavabdehin yaşadığı mübahisəli mənzilin iddiaçı ilə «xxxx» MMC arasında bağlanmış 11.11.2010-cu il tarixli, 306 saylı müqavilədə göstərilən mənzil olması müəyyən olunmamışdır. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırki iddia tələbi təmin oluna bilməz. Eyni zamanda işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli, 1(101)-91/2014 saylı hökmündən görünür ki, ünvan 179.11 m2 olan iki otaqlı mənzilin və ya 29000 manatın İddiaçı verilməsi «xxxx» MMC-nin işini davam etdirən «xxxx» MMC-yə həvalə olunmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyasının hazırki nəticəsi iddiaçının müvafiq tələb hüququnu (ona dəymiş zərəri təqsirkar şəxslərdən tələb etmək və s.) hüququnu istisna etmir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» işüzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» işüzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd et mişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslışübhədən kənar standartlar tətbiq olunur. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar