Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4598/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdeh Balakən rayon Katex kənd 1 saylı körpələr evi uşaq bağçasına qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, müddətli əmək müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-161/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı qızı (bundan sonra – iddiaçı) 14 may 2015-ci il tarixdə 50 nömrəli əmrlə Balakən rayon Katex kənd 1 saylı körpələr evi uşaq bağçasında (bundan sonra – cavabdeh və ya bağça) analıq məzuniyyətində olan digər işçinin əvəzinə müvəqqəti xadimə-dayə işinə qəbul edilmişdir. İddiaçı 01 dekabr 2016-cı il tarixdən 05.04.2017-ci il tarixə kimi analıq məzuniyyətinə, 05 aprel 2017-ci il tarixdə isə 31 yanvar 2020-ci il tarixədək qismən ödənilən analıq məzuniyyətinə buraxılmışdır. 31.01.2020-ci il tarixdə iddiaçı öz ərizəsinə əsasən işinin icrasına başlamış, 03 fevral 2020-ci il tarixli 1 saylı əmrlə onun əmək müqaviləsinə müddət bitdiyinə görə Azərbaycan Respublikası nın Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaq bağçasının müdiri Cavabdeh tərəfindən verilmiş 03 fevral 2020-ci il tarixli 1 saylı əmrin ləğv edilməsi və əvvəlki iş yerinə - bağçada xadimə-dayə işinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbini kobud surətdə pozmuşdur. Belə ki, onunla müddətli əmək müqaviləsi bağlanarkən daimi işçi X2 14.05.2015-ci il tarixdən analıq məzuniyyətinə bu raxılmışdır. 04.10.2017-ci il tarixdə işçi X2 öz xahişi ilə tutduğu vəzifədən azad edilərək, başqa işə keçirilmiş, 10.10.2017-ci il tarixdə isə xxx qızı müddətsiz əmək müqaviləsi əsasında işlədiyi həmin vəzifəyə təyin olunmuşdur. Onun işdən çıxarılmağı üçün belə bir oyun qurulmuşdur. O, öz işinin öhdəsindən gəldiyi halda, nədənsə cavabdeh onunla yox, xxx qızı ilə müddətsiz əmək müqaviləsi bağlamışdır. Bundan başqa, onun 20.09.2019-cu il tarixdə xxxadlı qızı anadan olmuşdur. Bu halda da, onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Əmək müqaviləsinin ləğv olunmasını qadağan edilən işçilər və hallar Əmək Məcəlləsinin 79-cu maddəsində öz əksini tapmışdır. Onun hüquqları cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Bu barədə aidiyyəti orqanlara müraciət etmişdir. Əmək müqaviləsi nə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyətinə görə ona müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Bu səbəbdən, işəgötürən xxx X1 Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Bu hal bir daha sübut edir ki, cavabdeh qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 76-cı maddəsində əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər qoyulmuşdur. O, işlədiyi müddətdə əmək müqaviləsinin tələblərini bir dəfə də olsun kobud surətdə pozmamış, işinə vicdanla yanaşmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı körpələr evinə müvəqqəti olaraq, bir il müddətinə xadimə-dayə təyin olunmuşdur. İddiaçı işdən azad edilərkən qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Eyni zamanda, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ərizəsində 03 fevral 2020-ci il tarixli 1 nömrəli əmrin ləğv edilməsi tələbini qoymuşdur. O, 5 ay müddət keçdikdən sonra, 09 iyul 2020-ci il tarixdə iddia qaldırmış, iddia müddətini üzrlü səbəbdən ötürməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və müddətin bərpası barədə vəsatət verməmişdir. Halbuki, iddiaçı iddia ərizəsinin qeyd hissəsində koronavirus infeksiyasının ölkə ərazisində yayılması ilə əlaqədar karantin rejimi tətbiq olunduğundan məhkəməyə vaxtında müraciət edə bilmədiyini etiraf etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia m üddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 18 saylı Region üzrə X3 tərəfindən iddiaçıya ünvanlanmış 31 may 2020-ci il tarixli ********** nömrəli məktubda göstərilmişdir ki, iddiaçı 05 aprel 2017-ci il tarixdən ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyətə çıxdıqdan sonra müddətsiz əmək müqaviləsi əsasında çalışan xxx öz işinə qayıtmış və 04 oktyabr 2017-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 10 oktyabr 2017-ci il tarixdə isə xxxx qızı müddətsiz əmək müqaviləsi əsasında həmin vəzifəyə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31 yanvar 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bən dinə əsasən xitam verilərkən ona istifadə edilməmiş məzuniyyətə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Bu səbəbdən işəgötürən xxxxx X1 Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-553/2020 nömrəli iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını, iddiaçının bağçaya müddətli əmək müqaviləsi ilə xadimə-dayə işinə qəbul edildiyini, müqavilə müddəti başa çatdıqdan sonra onun işinə xitam verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın mahiyyəti üzrə əsassız olduğuna istinad edərək, mübahisəyə iddia müddətin in tətbiq edilməsi barədə məsələnin müzakirəsinə zərurət görməmişdir. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 7, 42, 45, 68, 73, 79, 84, 300-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, işin faktiki hallarına obyektiv hüquqi qiymət verməmiş, işə birtərəfli, qeyri-obyektiv, qərəzli baxmış, əsassız qətnamə çıxarmışdır. Bu səbəbdən də, qətnamə ləğv edilməlidir. Cavabdehin iddiaya qarşı etirazını təşkil edən yeganə əsas iddia müddətinin ötürülməsidir. Bu da onu göstərir ki, cavabdeh tərəf iddianın əsaslı olduğunu qəbul edir. Lakin, məhkəmə cavabdehi müdafiə etmiş, onun öz əmək funksiyasını yerinə yetirdiyi halda, cavabdeh təşkilatın onun yerinə kənardan başqa işçinin işə götürməsini və onunla daimi müqavilə bağlamasını ədalətli hesab etmişdir. Bundan başqa, cavabdeh Əmək Məcəlləsinin tələbləri ilə deyil, göstərişlə işçi götürür, işdən çıxarır, əmək müqavilələri bağlayır. Birinci instansiya məhkəməsi işə baxarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinin kobud surətdə pozulması halına hüquqi qiymət verməmiş, 03 fevral 2020-ci il tarixli, 1 saylı əmrin ləğv edilməsi tələbinə yalnız qətnamənin əsaslandırıcı hissəsində münasibət bildirsə də, iddi anın həmin hissəsini kənarda qoymuş, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının alınması hissəsi ilə bağlı hüquqi nəticə vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-161/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Rəfiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan s onra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunmuş dəlillərlə əsaslandırılmışdır. Şikayətə görə, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə
45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəll i olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə
73. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəs ində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-161/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.