Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-460/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönədilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili Vəkil xxx oğlunun, Cavabdeh2 hüquqi varisi Maraqlı şəxs vəkili X3 iştirakları ilə, Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)5513/2020 nömrəli qərardadından İddiaçı KB ASC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)212/2018 nömrəli qətnaməsi ilə İddiaçı KB ASC-nin iddiası qismən təmin edilmiş, xx xxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 28921 ABŞ dolları əsas borc, 658 ABŞ dolları faiz borcu, 819 ABŞ dolları cərimə borcu, cəmi 30400 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 97816 ABŞ dolları əsas borc, 11029 ABŞ dolları faiz borcu, 1333 ABŞ dolları cərimə borcu, cəmi 110179 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata olan məzənnəsi ilə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən bağ evinə yönəldilməklə ipoteka predmetinin açıq hərracdan satılması, torpaq sahəsinin bazar dəyərinin 54000 manat, həmin torpaq sahəsi üzərində yerləşən bağ evinin bazar dəyərinin 210000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh2 hüquqi varisi Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)5513/2020 qərardadı ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər Q.A.Əsgərovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı KB ASC-nin vəkili Vəkil xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5513/2020 nömrəli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qəbul edilərkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, mübahisələndirilən hüquq münasibəti hüquq varisliyin ə yol verdiyi üçün iş üzrə icraata xitam verilməli deyildi, məhkəmə yalnız Cavabdeh2 münasibətdə iş üzrə icraata xitam verməli, onun hüquqi varisi qismində Maraqlı şəxs Ağakamil qızı cəlb edərək, işə mahiyyəti üzrə baxmalı idi. İddiaçı bankın Cavabdeh2 vəfat etməsi faktı barədə məlumatı olmamış, ona göndərilmiş bütün məktub və bildirişlər ailə üzvləri tərəfindən qəbul edilmiş, lakin bu barədə nə iddiaçıya, nə də ki, məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 hüquqi varisi Maraqlı şəxs vəkili X4 məhkəmə iclasında verdiyi izahatında və kassasiya şikayətinə yazılı etirazda apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sa xlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və vəkillərinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, borclu, eyni zamanda ipoteka qoyan Cavabdeh1 İddiaçı KB ASC-nin xx xxxxx 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvə l, yəni xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Qeyd olunan halı nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ölmüş şəхsə qаrşı məhkəmədə iddiа qаldırmаq yоlvеrilməzdir və bеlə işə məhkəmədə bахılа bilməz. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 261.0.1-ci mаddəsinə istinad etməklə, yəni işin məhkəmədə bахılmаlı оlmаmаsı əsаsı ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və iş üzrə icraata хitаm vеrmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-in 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəy yən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Məcəllənin 261.0.1-ci mаddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası iş üzrə icraata xitam verilməli olması qənaətinə gələrkən Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə istinad etsə də, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-5416/2018 nömrəli qətnaməsinin mövcud olmasını nəzərə almamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İd diaçı KB ASC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(103)-5416/2018 nömrəli qətnaməsi ilə İddiaçı KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(004)-212/2018 nömrəli qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti və evin boşadılması tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən 394a saylı bağ evinin ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satıldıqdan s onra bir ay ərzində boşaldılması, qətnamənin apelyanta münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə üzrə icra vərəqəsi verilərək icraya yönəlmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Hərracın yekunları barədə xx xxxxxx 2019-cu il tarixli protokolla Cavabdeh1 məxsus ünvan 1 qəsəbəsində yerləşən 394 saylı bağ evi və 0,12 ha torpaq sahəsi 133875 manata İddiaçı ASC tərəfindən alınmışdır. İş materiallarına əsasən Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx xxx 2019-cu il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək göstərmişdir ki, məhkəmə tərəfindən verilmiş icra vərəqəsinin boşaldılma hissəsini icra etmək məqsədi ilə təyin məktubu göndərildikdən sonra borclunun qızı Maraqlı şəxs şöbəyə xx xxx 20 19-cu il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, borclu X1 xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Yəni iş materialları ilə təsdiq olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maraqlarına toxunan şəxs kimi özünü təqdim etmiş, borclunun hüquqi varisi Maraqlı şəxs məhkəmə qərarlarının mövcudluğundan azı xx xxx 2019-cu il tarixdən xəbəri olmuşdur. Lakin o, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən əvvəlcə xx xxxx 2019-cu il tarixdə kassasiya şikayəti, həmin şikayət geri qaytarıldıqdan sonra isə xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi isə apellyasiya şikayəti vermək üçün prosessual müddətlərin buraxılıb-buraxılmaması məsələsini araşdırmayaraq şikayəti icraata qəbul etmiş, bu isə hissəvi olsa da, apellyasiya qaydasında yoxlanılmış, qanuni qüvvəyə minərək, artıq icra olunmuş məhkəmə qətnaməsinin ləğvi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2020-ci il tarixli qərarında mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd etmişdir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.... Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir və hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyə nliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər (Konstitusiya Məhkəməsi Plenumunun M.Həsənovanın şikayəti üzrə 2015-ci il 2 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin P lenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. (Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin x xxxxxx 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2020-ci il tarixli qərarı) Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsasında olsa da belə, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktının qanuni qüvvəyə mindiyi və həmin qətnamə artıq icra olunduğu halda, apellyasiya instansiyası məhkəməsinin digər məhkəmə aktı ilə iş üzrə icraata tam xitam verilməsi hüquq müəyyənlik və prosessual qənaət prinsipləri ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhk əməsinə göndərə bilər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlərinin yerinə yetirilməsi üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİM: İddiaçı KB ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)5513/2020 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-460/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-460/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver