Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4602/2020 05.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4602/20 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilmiş hesab edilmə, mənzilə istifadə hüququnun olmaması) Bakı şəhəri, 05 oktyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarına xitam verilmə» tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhk əməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(103)-2151/2020 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 05 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xxx tam olaraq iddiaçının mülkiyyətindədir. Mülkiyyət hüququna dair Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seryalı, 042379 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
2. İddiaçının oğlu X2 ilə Cavabdeh 2002-ci ildə qeyri-rəsmi, xx.xx.2005-ci il tarixdə rəsmi nikaha giriblər.
3. İddiaçının oğlu ilə evləndikdən sonra Cavabdeh iddiaçının adı çəkilən mənzilinə köçüb.
4. Cavabdeh xeyli müddətdir ki, xxx Cavabdeh hazırda ünvan 1 ünvanın yaşayır. a) Birinci instansiya məhkəməsin də icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən xxx istifadə hüququna xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, hazırda cavabdeh iddiaçının oğluna qarşı nikahın pozulması tələbinə dair Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Bunfan əlavə, Cavabdeh xeyli müddətdir ki, xxx
7. Cavabdeh hazırda ünvan 1 ünvanmda yaşayır.
8. Bu səbəbdən də cavabdehin iddiaçının mənzildə olan qeydiyyatı formal xarakter daşıyır, eyni zamanda iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, iddiaçı onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onunla olan qohumluq əlaqəsi kəsilmək üzrədir. Üçüncüsü isə, cavabdehin onun mülkiyyəti ndə qeydiyyatda qalması iddiaçının həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdrır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəllənin 27.1, 152.1, 152.5, 157.4, Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.4, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2, 5 və 9-cu maddələrinbə istinad etmişdir.
10. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iştirak etməmiş, məhkəməyə cavabdehin yazılı etirazı daxil olmamışdır.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)1788/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı məxsus xxx mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi, bu qətnamənin Cavabdeh İddiaçı məxsus xxx qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. (hakim Gülnar Əhmədova)
12. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, xxx xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və onun həmin mənzilə dair xüsusi mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan mənzil 2000-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin mənzildə yaşamır.
13. Cavabdeh mübahisə predmeti olan mənzilə 2008-ci il tarixdə qeydiyyata düşmüşdür. Buna görə tərəflər arasında olan mübahisəli hüquq münasibətləri Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququna dair hər ha nsı notarial qaydadatəsdiq olunmuş yazılı razılaşma olmamış, habelə yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdehin mübahisə predmeti olan mənzildə qeydiyyatda olması formal xarakter daşıyır.Halbuki mülkiMəcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
15. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya məxsus mübahisə predmeti olan yaşayış sahəsinə dair hər hansı istifadə hüquqları yaranmamış, onun həmin yaşayış sahəsində qeydiyyatda olması formal xarakter daşımışdır.
16. Məhkəmə Cavabdeh İddiaçı məxsus xxx istifadə hüququnun olmamasının müəyyən edilməsi, bu qətnamənin Cavabdeh xxx mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olmasını qət etlmişdir.
17. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1152.2, 228, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il və x xxxxxxx 2013-cü il tarixli qərarlarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib.
19. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Onun həmin mənzilə istifadə hüququ formal xarakter daşımır. Cehiz əmlakları hələ də mübahisəli mənzildədir.
20. Cavabdeh iddiaçının mənzil inə 2008-ci ildə köçdüyü halda, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəyə 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Halbuki, tərəflər arasında mənzil münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənir.
21. Bundan əlavə, iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmiş hesab edilməsini xahiş etsə də, məhkəmə cavabdehin həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən etməklə, verilmiş tələb üzrə qətnamə çıxarmamışdır.
22. İşə apelyasiya qaydasında baxılarkən Cavabdeh ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx xxx 2014-cü il tarixli müqavilə təqdim edilmişdir. Həmin müqavilə əsasında Cavabdeh MTK-nin xxx
23. Bakı Apelyasiy a Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(103)-2151/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)1788/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər İlham Kərimli(sədrlik edən və məruzəçi) İsmayıl Xəlilov, Xəyalə Cəmilova)
24. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, xxx xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və onun həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatdan keçmişdir. Cavabdeh isə 2008-ci ildən həmin mənzildə qeydiyyatdadır. Cavabdeh həmin mənzildə yaşamır. İddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququna dair hər hansı notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olma mış, habelə yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdehin iddiaçıya məxsus mənzilə dair istifadə hüquqları yaranmamışdır.
25. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu h üquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
26. Apelyasiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən Cavabdeh ilə iddiaçı arasında mənzildən istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş yazılımüqavilə bağlanmadığı, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Mübahisəyə düzgün olmayaraq Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsi ilə bağlı şikayətin dəlilini apelyasiya məhkəməsi əsasız saymış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mənzil münasibətlərini Mülki Məcəllənin 228-ci maddəsinə uyğun həll etmişdir.
28. Birinci instansiya məhkəməsinin verilmiş tələb üzrə qətnamə çıxarmaması barədə dəlil də əsassız saylmışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının xahiş etdiyi və məzmunca bir-birinə yaxın tələb üzrə qətnamə çıxarmışdır və bu, tələbdən kənara çıxma deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh qətnamədən kassasiya şikayəti verib.
30. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilərinə uyğun belə əsaslandırılıb ki, Onun həmin mənzilə istifadə hüququ formal xarakter daşımır. Cehiz əmlakları hələ də mübahisəli mənzildədir. İddiaçının mənzilinə 2008-ci ildə köçdüyü halda, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəyə 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Halbuki, tərəflər arasında mənzil münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənir. Bundan əlavə, iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmiş hesab edilməsini xahiş etsə də, məhkəmə cavabdehin həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən etməklə, verilmiş tələb üzrə qətnamə çıxarmamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
31. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
32. Cavabdeh məhkəmə kollegiyasında vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
33. Məhkəmə iclasında İddiaçı vəkili X3 oğlu kassasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. İistifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərək ətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi nin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansi yası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
38. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
39. Apelyasiya instansiyası işin faktiki hallarına əsasən Cavabdeh ilə iddiaçı arasında mənzildən istifadə hüququna dair notarial qaydada təsdiq olunmuş yazılı müqavilə bağlanmadığı, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını müəyyən etmişdir.
40. Məhkəmə kollegiyası da hesab edir ki, işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməsi hüquq münasibətlərinin yarandığı zaman tətbiq edilən Mülki Məcəllənin 152.1 152.2 və 228-ci maddələrinə uyğun olmuşdur. İşin müəyyən edilmiş halları Mülki Məcəllənin qeyd edilən normlarının dispozitiv şərtləri ilə üst-üstə düşür.
41. Apelyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
42. İddiaçının mənzilinə 2008-ci ildə köçdüyü halda, birinci instansiya məhkəməsinin tərəflər arasındakı mübahisəyə 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə səhvə yol verməsi, tələbdən kənara çıxılması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apelyasiya şikayətində də irəli sü rülb. Apelyasiya məhkəməsi həmin dəlillərə qiymət verib. Məhkəmə kollegiyası həmin dəlillər üzrə apelyasiya məhkəməsinin dəyərləndirməsini əsaslı və düzgün hesab etdiyi üçün təkrarən onlara qiymət verməyə zərurət görmür.
43. Cehiz əmlaklarının hələ də mübahisəli mənzildə olması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, bu dəlil işin faktiki halı ilə bağlıdır, kassasiya icraatı çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(103)2151/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.