Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4602/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh Sumqayıt şəhəri Səhiyyə X3rşı iş üzrə QƏRARİ İş № 2(102)-4602/2022 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı şəhəri 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh Sumqayıt şəhəri Səhiyyə X3rşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(105)-22/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X6 2003-ci il tarixdən Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajda əmək müqaviləsi ilə işə qəbul edilmişdir.
2. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə xx.xx.2018-ci il tarixli, 174 k nömrəli əmrə əsasən X6 əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək və icra intizamına əməl etməməsinə və işin normal ahəngini qəsdən dəfələrlə pozduğuna görə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdi r.
3. Sumqayıt şəhər Səhiyyə X5 Həmkarlar Komitəsinin xx.xx.2018-ci il tarixli yığıncağının protokoluna əsasən Komitə tərəfindən X2 xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilmişdir.
4. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə xx.xx.2018-ci il tarixli, 26№-li və xx.xx.2018-ci il tarixli, 49№-li əmrlərdən görünür ki, X4 əvvəlcə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə töhmət, sonra isə həmin maddənin 2-ci hissəsinin “b” ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Səhiyyə X5 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrinin ləğv edilməsi, işlədiyi sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə xx.xx.2018-ci il tarixindən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ilin iyun ayından əmək müqaviləsi bağlayaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə sürücü vəzifəsində çalışıb. Çalışdığı dövrdə işinin öhdəsindən layiqincə gəlib. Qanuna görə qarajın avtomobilləri qarajın büdcəsi hesabına təmir olunmalı halda o, avtomobili öz vəsaiti hesabına təmir etdirmişdir. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün dövlət rüsumunu da iddiaçı ödəmiş, avtomobilə yanacaq xərcindən başqa digər xərcləri məhz iddiaçı çəkib. Bu barədə bir neçə dəfə S umqayıt Şəhər Səhiyyə Şöbəsinin müdirinə ərizə ilə müraciət edib. Haqqını tələb etdiyi üçün müdirlə yola getmirmiş. Əmək müqaviləsinə görə iş rejimi 3 gün evdə olmaqla 24 saatdır. Lakin çağırışda olan vaxtı 8 saatdan artıq işləmişdir. Eyni zamanda sürücü vəzifəsi ilə yanaşı, çağırışda tibb qardaşı olmadığı üçün onun vəzifəsində icra edib. Bunun da heç bir qarşılığı olmayıb. Onun haqqında çıxarılan 174/k, 10 oktyabr 2018-ci il tarixli əmri və həmin əmrdə qeyd olunanları əsassız hesab edir. O, əmək vəzifələrini pozmamışdır. Bunu onunla çalışan çağırış həkimləri də təsdiq edə bilər. Aldığı əmək haqqı ilə avtomobilləri təmir etdirdikləri üçün, ailələrinin maddi problemlərini təmin edə bilmirmişlər. Beləliklə onun barəsində qəbul edilmiş əmr əsassızdır və ləğv edilməldir.
7. Sumqayıt Şəhər Məhk əməsinin (hakim C.Məmmədov) 2(060-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsi ilə X2 iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı vəzifəsində olduğu müddətdə mütəmadi olaraq əmək vəzifələrini kobud şəkildə pozaraq özünü əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda iddiaçı ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilən əsaslar olmaqla iddiaçının heç bir əsas olmadan işdən azad olması barədə iddia tələbi əsassızdır.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə cavabdeh Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajın əmrinin qəbul olu nmasında qanunvericiliyin tələblərinə düzgün əməl edilmiş, qanun pozuntusuna yol verilməmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən və bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğundan əmək müqaviləsi işəgötürən tərəfindən haqlı olaraq ləğv edilmişdir.
10. Məhkəmə həmçinin cavabdehin iddia ərizəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsinə dair gətirdiyi arqumenti əsaslı hesab etməyərək qeyd etmişdir ki, hazırki iddia tələbi ilə müraciət etməzdən öncə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsinə əlavə edilmiş sənədlər qaydasında olmadığı üçü n iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə ona geri qaytarılmışdır. Belə olan halda iddia müddətinin axımı kəsilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11,70,71,80,186,187,189,296, 300-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şik ayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, cavabdeh əmək müqaviləsini əmək qanunvericiliyinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat həqiqətə uyğuin deyildir. O, dəfələrlə işlədiyi təşkilatın müdiriyyətinə ərizə ilə müraciət edərək idarə etdiyi ** AD *** dövlət qeydiyyat nişanlı sanitar maşınını təmirə ehtiyacı olması barədə məlumat vermişdir və həmin avtomobilin təmir olunması barədə onlardan köməklik göstərilməsini xahiş etmişdir. B u səbəbdən də cavabdeh müəssisənin rəhbəri onunla qərəzlilik apararaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Halbuki, Sumqayıt şəhər TTYS-nin çağırışçı həkimlərin tərtib etdikləri aktdan görünür ki, iddiaçı 1-ci dərəcəli sürücü kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi işin fakiki hallarına düzgün hüquqi qiymət verməmiş və əsassız qətnamə qəbul etmişdir. Qeyd olunanlar əsasında şikayət təmin edilməlidir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) 2(105)-22/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, S umqayıt Şəhər Məhkəməsinin 2(060-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı dəfələrlə iş yerində əmək və icra intizamını pozmuş, bununla bağlı ondan izahat tələb edildikdə, o, izahat verməkdən imtina etmişdir. Halbuki, əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək işçinin ümdə vəzifələrindəndir. Belə olan halda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Daha öncə qeyd olunduğu kimi iddiaçının işçi olaraq bu hərəkətləri lazımi qaydada aktlaşdırılmış, başqa sözlə, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əsas dəlili olan ona in tizam tənbehi verilərkən işdə, növbədə olmaması və həmin günlərin qeyri-iş günü olması dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona intizam tənbehi verilərkən məzuniyyətdə, ezamiyyətdə olmamış, əmək qabiliyyətini müvəqqəti itirməmişdir. Əksinə, iş materiallarında olan(iş mat.səh.56) xx.xx.2018-ci il tarixli aktdan görünür ki, o, həmin gün saat 11.30 radələrində qraj müdirinin iş otağında olmuş və ona qarşı davranış və etik qaydaları pozmuşdur.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə xx.xx.2018-ci il tarixli, sonuncu xəbərdarlıqla şiddətli töhmət barədə 49№-li əmr X6 tərəfindən xx.xx.2018-ci il tarixində yol verdiyi əmək və icra intizamının, etik davranış qaydaları pozulmasına görə verilmişdir. İşdə olan xx.xx. 2018-ci il tarixli aktdan(iş mat.səh.59) məlum olur ki, İddiaçı həmin gün saat 12.30 radələrində qeyd olunan hərəkətlərə yol vermişdir.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. İddiaçı X6 isə məhkəməyə əmək müqaviləsinin xitam edilmə əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin etibarsız hesab edilməsi və işçinin işə bərpa edilməsi üçün heç bir əsas yoxdur. O cümlədən, əmək müqaviləsinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərəri n əvəzini tələb etməkdə də haqlı deyildir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292ci maddəsinin 2-ci hissəsinə, 3-cü maddəsinin 5-ci bəndinə, 7-ci maddəsinin 2-ci bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 186.2-ci maddəsinin “ç” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 187-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 189-cu maddəsinin 2-ci bəndinə və 300-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keç irməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə qəbul etmiş, iddiaçı tərəfin təqdim etdiyi sübutları nəzərə almamış, qarşı tərəfin dəlillərini və sübutlarını daha inandırıcı hesab etməklə Azərbaycan Respublikası MPM-nin 77, 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, cavabdeh təşkilat tərəfindən məhkəməyə 2 ədəd «işçilərin iş vaxtının qeydiyyat tabeli» təqdim edilmiş və həmin tabeldə iddiaçının iş günü 9-00-dan növbəti günün 9-00-a kimi, yəni 24 saat olduğu halda 23 saat göstərilmiş və hətta məhz əmrin verildiyi tarixdən 1 gün qabaqkı tarixdə, yəni xx.xx.2018-ci il tarixdə iddiaçının guya 15 saat işdə olduğu və həmin günün 8 saatının növbəti günə,yəni xx.xx.2018-ci il tarixə keçirilməsi qeyd edilmişdir.Halbuki, belə bir hal heç vaxt olmamış dır, digər tərəfdən iddiaçının işi 1 sutka işdə və 3 sutka evdə olmaqla nəticələndiyi halda, onun növbəti gün yenidən işə çıxması mümkünsüzdür, ümumiyyətlə bu cür iş yükü ilə ardıcıl işçinin işə cəlb olunması da qanunsuzdur. Bundan başda işin gecə növbəsinə düşən saatlarında əmək haqqı artımla hesablanır və iddiaçı da həmin artım əsasında hesablanmış əmək haqqını almışdır.(qarşı tərəfin məhkəməyə təqdim etdiyi tabeldə avqust və may 2018-ci il tarixdə iddiaçının aylıq 7 gecə (yəni 56 saat) işlədiyi göstərilsə də,iddiaçıya Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri tərəfindən təqdim olunan sənəddə öz əksini tapmışdır. İddiaçı may və avqust aylarında 8 saat (64 saat) işləmişdir. Faktiki olaraq bu aylar ərzində ayrı-ayrılıqda 8 gecə işdə olmuşdur.) Eyni hal işçilərin avqust ayı üçün tərtib olun muş tabelində də təkrarlanmış və həmin tabeldə iddiaçının 15 avqust tarixində 8 saat işdə olması qeyd edilmişdir. Halbuki həmin tarixdə iddiaçı Sumqayıt şəhər TTYS-da, Mercedes JX659 dövlət qeydiyyat nişanlı maşınla (5 nömrə) iş başında olmuş və həmin günün yol vərəqəsinə baş həkim möhür vurmuşdur.Həmin tarixdə iddiaçı 13 çağırışa getmişdir və 8 saat ərzində 13 çağırışın icrası mümkünsüzdür və bu da həmin tabelin sonradan saxtalaşlaşdırıldığını sübuta yetirir. İddiaçı həmin sənədlərdə saxtalığa yol verilib-verilməməsini aydınlaşdırmaq məqsədi ilə qarşı tərəfin məhkəməyə təqdim etdiyi 15 avqust 2018-ci il tarixə və xx.xx.2018-ci il tarixə olan yol vərəqələrinə sonradan əlavə və dəyişikliklərin edilib-edilməməsini aydınlaşdırmaq məqsədi ilə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi b arədə vəsatət vermiş və həmin vəsatət məhkəmə tərəfindən təmin olunmuşdur. Ekspertizanın verdiyi 27 may 2021-ci il tarixli rəyi ilə iddiaçının adına olan 4007 saylı yol vərəqində sonradan düzəlişin aparıldığı və «5» rəqəminin «10» rəqəminə dəyişdirilməsi, «Mercedes» yazısının pozularaq yerində «QAZ» sözünün yazılması, maşının nömrəsinin əvvəlcə «90JX659» olması və sonradan «50AD725»-ə dəyişdirilməsi təsdiq olunmuşdur. Bu isə sənədin sonradan saxtalaşdırmasından xəbər vermişdir. Hətta qarşı tərəf məhkəməyə iddiaçının dəvət etdiyi, lakin həmin qarajda işləyən şahidlərə də təzyiq etməyə başlamışdır. Bu faktlar əsasında iddiaçı tərəfindən məhkəmədə vəsatət qaldırılmaqla cavabdeh Nümayəndə barəsində Xüsusi Qərardad çıxarılması və prokurorluğa göndərilməsi xahiş olunmuş, lakin məhkəmə ekspert rə yinə və sənədlərdə olan saxtakarlığa baxmayaraq vəsatətə münasibət bildirməmiş, həmin şəxslər barəsində heç bir tədbir görməmişdir. Halbu ki, məhkəmə ona təqdim olunan sənədlərdə saxtakarliq aşkar etdikdə bütün sənədlərin düzgünlüyünü yoxlamağa maraqlı olmalıydı. Hətta iş materialları ilə tanışlıq zamanı ekspert rəyinə iş materiallarında da rast gəlinməmiş və bu səbəbdən də həmin rəy hazırki kassasiya şikayətinə əlavə olaraq təqdim edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdehin vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərək,etirazını onunla əsaslandırmışdır ki, iddiaçı X2 Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-22/2022 saylı, 26 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini tamamilə əsassız və qeyri-obyektivdir. Be lə ki, kassator sözügedən kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qanunvericiliyə uyğun şəkildə əsaslandıra bilməmiş,hər hansı sübuta söykənməyən şəxsi mülahizə və fikirləri əsasında mübahisələndirilən məhkəmə qətnaməsinin qanuniliyini şübhə altına almağa çalışmışdır.İş materiallarında olan sənədlərdən görünür ki,apellyasiya instansiyası məhkəməsi iddiaçı X2 əmək və icra intizamının pozulmasına yönəlmiş hərəkətlərinə,bu hərəkətlərlə bağlı tərtib edilmiş müvafiq sənədlərə,aktlara və həmin aktlar əsasında onun barəsində intizam xarakterli tədbirlərin tətbiq olunmasına dair əmrlərə hüquqi qiymət verərkən hər hansı səhvə və yanlışlığa yol verməmişdir. Məhkəmə müvafiq qanun normalarına istinad edərək X2 iş yerində dax ili intizam qaydalarını kobud şəkildə pozaraq müdiriyyətin və səhiyyə qurumunun rəhbərliyinin ünvanına təhqiramiz və böhtan xarakterli fikirlər səsləndirməsini,qanunazidd hərəkətlərini əmək və icra intizamının pozuntusu kimi qəbul etməklə onun bu hərəkətləri ilə bağlı tərtib edilmiş aktları və intizam tənbehinin tətbiq edilməsi barədə müvafiq əmrləri əsaslı və qanuni saymışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
24. Maddə 68(1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
25. Maddə 70 ( “ç” bəndin) İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgö türən tərəfindən ləğv edilə bilər.
26. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız o halda yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
27. Maddə 72(ə). əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
28. Maddə 186.2. ( “ç” bəndi) İşç i əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilə, yaxud əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər.
29. Maddə 300 (1-ci hissə)Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həl l edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol veri lməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əmək və mülki prosessual qanunvericiliyinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur.
40. Cavabdehin xx.xx.2018-ci il tarixli əmrindən göründüyü kimi iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” hissəsinə istinad edilməklə, 70-ci maddənin “Ç” hissəsi ilə işdən azad edilmişdir.
41. Əmək Məcəlləsinin 70-ci m addəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
42. Həmin Məcəllənin 72-ci maddəsinin “Ə hissəsinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
43. Əmək Məcəllləsinin 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.
44. Lakin i şdən müəyyən edilir ki, iddiaçı barəsində xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli intizam tənbehi tədbiri barədə əmrlə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət əmək funksiyasının pozulmasına görə deyil, etik davranış qaydalarının pozulmasına, əmək intizamı pozulduğuna görə verilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını yerinə yetirməməsinin nədən ibarət olmasını aydınlaşdırmamış, mübahisələndirilən əmrin qanuniliyini yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından düzgün qiymətləndirməmişdir.
46. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessu al hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
47. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə yğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
49. Həmin qərarın 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
51. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.
52. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunver icilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz.
54. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir, çünki iş üzrə yeni qərar çıxarılması üçün əsaslar mövcud deyilir.
55. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də apellyasiya şikayətinin bütün dəlilərinə müfəssəl, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
56. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)22/2012 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.