Məhkəmə qərarları › İş №2(102)-4604/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4604/2022

20.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4604/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4604/2022 (Açar sözlər: sökülmüş tikilinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1787/2022 nömrəli, 6 aprel 2022- ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsininin 2(002)-4719/2015 nömrəli iş üzrə 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı faktiki sahibliyi nəzərə alınmaqla, mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasar tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunmuşdur.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2779/2016 nömrəli iş üzrə 27 iyul 2016-cı il tarixli qərardadına əsasən iddiaçı Cavabdehlər İddiaçı və Salyan rayon Mənzil İstismar İdarəsinə qarşı torpaq sahəsinə faktiki sahiblik nəzərə alınmaqla, mərz kimi müıyyən edilmiş əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. 3. 13 oktyabr 2016-cı il tarixli akta əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4719/2015 nömrəli 20 oktyabr 2015-ci il tarixli qətnaməsi üzrə 23 noyabr 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdehin evinin mübahisəli əraziyə düşən hissəsinin sökülməsi qətnamədə öz əksini tapmadığından icra sənədinin icrası təmin edilməmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-337/2017 nömrəli iş üzrə 16 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin mərz nişanının üstünə düşən tikilinin sökülməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8117/2018 nömrəli iş üzrə 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-887/2017 nömrəli iş üzrə 16 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh (3-cü şəxs Qaradağ rayon İcra şöbəsi cəlb olunmaqla) cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Mənzil-İstismarı İdarəsinin Salyan rayon Mənzil İstismar Hissəsinə qarşı “Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icraya qəsdən maneçilik məqsədilə özbaşına, qanunsuz tikilmiş otağın sökülməsi” barədə iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh ilə qonşuluqda yaşamışdır. Daima torpaq sahəsi ilə əlaqədar cavabdehlə aralarında olan mübahisəni barışıq yolu ilə həll etməyə cəhd etsə də, onun tərəfindən bununla əlaqədar heç bir təşəbbüs göstərilməmiş, əksinə onun barəsində müxtəlif təşkilatlara şikayətlə müraciət olunmuşdur. Həmçinin cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Belə bir qətnamənin qəbul edilməsinə baxmayaraq cavabdeh tərəfindən yenə də qanunsuz hərəkətlər davam etdirilmiş və əsassız olaraq onun inşa etdiyi tikilinin sökülməsi i lə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-337/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin mərz nişanının üstünə düşən tikilinin sökülməsi qət edilmişdir. O, bu qətnaməni rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti ilə məhkəmə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il qətnaməsi ləğv edilmiş, cavabdehin iddiası rədd edilmişdir. Bu qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv edilsə də, əfsuslar olsun ki, apellyasiya şikayəti verməzdən öncə həmin qətnamənin icrası mərhələsində tikili sökülmüşdür. Cavabdehin əsassız id diası nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymiş, həmçinin o, sahibliyində olan əmlakdan məhrum olmuşdur.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-760/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrası hüdudlarından kənara çıxaraq mənzilin üzərində tikili inşa etməsinə istinad etməklə, həmin tilikinin sökülməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən hesab etmişdir ki, cavabdeh qətnamənin icrası hüdudlarından kənara çıxaraq mərzin üzərində tikili inşa etməsi nə istinad etməklə, həmin tikilinin sökülməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsindən ibarət qənaəti düzgün olmamışdır. Belə ki, iddiaçı tərəf sökülməsini tələb etdiyi tikilinin məhz cavabdeh tərəfindən məhz məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mərzin üzərində inşa edilməsini sübut edə bilməmişdir. Apellyasiya baxışı zamanı sorğuya əsasən hasarın çəkilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)4719/2015 nömrəli mülki iş tələb edilərək tədqiq edilmişdir. Həmin mülki işin materiallarından, habelə qətnamənin məzmunundan isə tikilməsi müəyyən edilmiş hasarın koordinatlarının, yəni dəqiq şəkildə hansı ölçülərdə və hər hansı mövcud tikililərə münasibətdə hansı mə safədə tikilməsinin qeyd edildiyi müəyyən edilməmişdir. İşin araşdırılmış halları ilə cavabdeh tərəfindən inşa edilən tikilinin qanuni qüvvəsini almış qətnamənin icrası hüdudlarından kənara çıxaraq məhz çəkiləcək mərzin üzərində tikilməsi halı müəyyən edilməmişdir. Bu baxımdan iddia tələbinin əsasları öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməklə rədd edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan ünvan 1 ünvanda tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikili bərpa edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 165.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə” Qərarına istinad edərək əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh apellyasiya şikayəti və daha sonra apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5627/2021 nömrəli mülki iş üzrə 5 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və İlham Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia çı cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı bunu iddia edirsə sübut etməlidir, lakin edə bilməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-887/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədilə cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın sökülməsi qət edilsə də, həqiqətən də qətnamənin icra olunaraq otağın sökülməsi öz təsdiqini tapmamışdır. Əksinə, cavabdeh tərəfin apellyasiya baxışı zamanı təqdim etdiyi aktın surətindən də görünmüşdür ki, otağın mərzin üzərinə düşən hissəsi 3 mərtəbədən ibarət olduğundan bir gün ərzində sökülməsi mümkün olmamış, icra icraatı təxirə salınmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-887/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrasının təmin etmək məqsədilə cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş otaq sökülmüş olsa belə, yenə də hazırki iddia əsaslı ola bilməzdi. Çünki, iddiaçının bərpa olunmasını istədiyi tikili qanunsuz və özbaşına tikili olmuşdur. Bu tikili tikinti məqsədləri üçün ayrılan torpaq sahəsində inşa olunmamış, buna lazımi icazələr almaqla və şəhərsalma və tikinti normalarını və qaydalarına əməl etməklə tikilməmişdir. Bu hallar Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi yekun nəticəyə gəlməzdən əvvəl bu halları özü üçün aydınlaşdırmalı idi.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə və tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, hazırkı iddianın təmin edilməsi üçün deyil, rədd olunması üçün əsas olmalı idi. Birinci instansiya məhkəməsi isə bu halları nəzərə almamışdır. Belə ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə v ə qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları aralarında bu cür münasibətlər qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına zərurət və əsas olmazdı.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü, Azərbaycan Respublikası To rpaq Məcəlləsinin 22.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6515/2021 nömrəli mülki iş üzrə 17 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfov (sədrlik edən və məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

20. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən inşa edilmiş tikilinin 16 avqust 2017-ci il tarixli qətnamənin icrası ilə əlaqədar sökülməsini həm iddiaçı, həm də cavabdeh təsdiq etmişlər. Belə ki, cavabdeh hazırkı iş üzrə qəbul edilmiş qətnamədən verdiyi şikayətində (işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında iştirak etməmişdir) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar iddiaçının onun həyətyanı sahəsinə düşən damının sökülməsini təsdiq etmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin bununla əlaqədar işdə olan bütün sübutları yoxlamamaqla, onlara müvafiq hüquqi qiymət verməməklə yanaşı hesab etmişdir ki, tikilinin sökülüb-sökülməməsindən asılı olmayaraq iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Yəni məhkəmə kollegiyası işin həmin halını iş üçün əhəmiyyətsiz saymışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən tikilinin qanunsuz olmasına əsaslanmışdır. Mübahisəli tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə qanunsuz olması hazırkı mübahisənin predmeti olmadığından məhkəmə Mülki Məcəllənin 180-ci maddəsinin tələbinə əsaslanmaqla iddianı əsassız saymaqda haqlı olmamışdır. Hazırkı mübahisə tikilinin məhkəmə qətnaməsi əsasında sökülməsi və həmin qətnamənin isə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilərək tikilinin sökülməsi tələbinin rədd edilməsi ilə bağlı olduğundan, kollegiya hesab etmişdir ki, iddianın əsaslılığı həmin həddə yoxlanılmalı idi.

22. Məhkəmə k ollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıya görə ona məxsus tikili məhkəmənin sonradan ləğv edilmiş qətnaməsi əsasında söküldüyündən həmin qətnamənin icrasına dönüş edilməklə tikilinin bərpası təmin edilməmişdir. Mülki prosessual qanunvericilikdə işə baxılan dövrdə qətnamənin icrasına dönüş edilməsi nəzərdə tutulmasa da, kollegiya hesab etmişdir ki, qanunun analogiyasından istifadə olunmaqla icraya dönüşün mümkünlüyü məsələsinə qiymət verilməli idi.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1787/2022 nömrəli mülki iş üzrə 6 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və mə ruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə cavabdehin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 nömrəli qətnaməsi ilə qismən təmin edilən iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsinin sökülməsindən ibarət olmuşdur. Yəni, Cavabdeh mərzin üstündə olan hasarın sökülməsi ilə bağlı iddiası olmamışdır. İcra məmuru tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 nömrəli qətnaməsi icra edilərkən, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akta əsasən qanunsuz tikilmiş mərzin üstündə hasar sökülmüş, həmin mərzin sökülməsi tamamilə başa çatdırılmış, mərzin üstündə olan otaq isə sökülməmişdir. Qeyd olunan halı məhkəmədə iddiaçı etiraf etmiş, iddia tələbində dəqiqləşmə barədə ərizə təqdim edərək, cavabdehin əsassız iddiası nəticəsində icra məmuru tərəfindən icra mərhələsində sökülmüş daş hasarın bərpa edilməsini xahiş etmişdir.

26. Kollegiya hesab etmişdir ki, icra sənədində qeyd olunmamış icra hərəkətinin (hazırkı halda mərzin üstündə olan hasarın sökülməsi) icra məmuru tərəfindən icradan kənar icra edilməsinə görə cavabdehin məsuliyyəti yarana bilməz. Yəni, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 avqust 2017-ci il tarixli, 2(002)-887/2017 nömrəli qətnaməsi üzrə mərzin üstündə olan hasarın sökülməsini tələb etməmiş, qanunsuz tikilmiş otağın həmin mərzin üstünə düşən hissəsinin sökülməsini tələb etmiş, otağın söküntüsü isə icra olunmamışdır. Kollegiya qeyd etmişdir ki, iddiaçı mərzin üzərində yerləşən hasarın qanunsuz sökülməsi ilə bağlı hərəkətləri mübahisələndirə bilər.

27. Kollegiya icraya dönüşlə bağlı qeyd etmişdir ki, bununla bağlı qüvvədə olan məhkəmə qərarı mövcud olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 iyul 2019-cu il tarixli, 2(103)-8117/2018 nömrəli qərardadı ilə cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8117/2018 nömrəli qətnaməsinin icraya yönəldilm əsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-887/2017 nömrəli qətnaməsinin icrasının geriyə dönüşü barədə ərizəsindən imtina edilməklə qaytarılması qərara alınmışdır.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 164.1, 165.1, 1096.1, 1097.1, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, bu iş üzrə qəbul edilmiş qətnamədə hakim ona məxsus hasarın sökülməsinin günahkarı kimi cavabdehi deyil, həmin qətnam ənin icrası zamanı qanundan kənar icra hərəkətləri etmiş icra məmurunun olduğunu göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin qətnamə icra məmuru tərəfindən icra olunsa da, bu icra hərəkətlərinin baş verməsinə əsas kimi cavabdehin əsassız iddiaları səbəb olmuşdur. Yəni bu qətnamənin icrası zamanı icra məmuru tərəfindən səhlənkarlığa yol verilsə də, icra işinin başlanmasına əsas kimi cavabdehin iddiası səbəb olmuşdur. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş və hal-hazırki iş üzrə isə qəbul edilmiş qətnamədən kassasiya şikayəti vermişdir. Bütün bu məhkəmə prosesləri cavabdehin qanunsuz və əsassız iddiaları əsasında baş vermiş və o da öz hüquqlarını müdafiə etmək üçün külli miqdarda xərc çəkmişdir. İşə baxan məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış və bununla da AR MM- in 21-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.

31. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hü ququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

35. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

36. Maddə 1096.1. Mülki hüquq p ozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak ver mək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

50. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd e dir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəli llərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1787/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar