Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4606/2020 27.07.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD işin icraata qəbulundan imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu, Cavabdeh2tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki işin baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh2 (bundan sonra – cavabdeh) tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılmaq üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)3212/2020 nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin həmin qərardaddan verdiyi kassasiya şikayəti ondan kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-3212/2020 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Hazırda cavabdeh sonuncu qərardaddan kasasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin (bundan sonra – MPM) 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmişdir. Nəzərə alınmalıdır ki, kassasiya şikayətlərinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qa nunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. Hazırda mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından MPM-də kasasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, həmin şikayətin qaytarılması barədə xx xxx 2020-ci il tarixli qərardaddan da kasasiya şikayəti verilə bilməz. Bu səbəbdən kasasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxx 2020-ci il tarixli, 2(103)-3212/2020 nömrəli qərardadından verdiyi kasasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kasasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə
Məhkəmə qərarları › İş №2(102)-4606/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4606/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver