Məhkəmə qərarları › İş №2(102)-4606/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4606/2023

12.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4606/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün şərtlər, mənzildən istifadə hüququnun saxlanması üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər, Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddia, Cavabdeh İddiaç ı qarşı “mənzilə pay hüququnun müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5081/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə X3 2017-ci ildə evlənmiş, nikahları 09 yanvar 2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Onların nikahından xx.xx.2018-ci il təvəllüdlü Fidan və xx.xx.2020-ci il təvəllüdlü Filiz adlı uşaqları doğulmuşdur.

2. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-114/2022 saylı qətnaməsi ilə Cavabdeh iddiası əsasında tərəflərin arasında olan nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 anaları Cavabdeh yanında saxlanması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdar alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.

3. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə Y/s, R.Allahverdiyev küçəsi, 117B, ev 13, mənzil 25 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Bu qeydiyyatın aparılması üçün əsaslar "xxxx" İnşaat Təmir-Tikinti MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə və həmin müqavilədə göstərilən mənzilə görə İddiaçı MMC-yə borcunun olmadığı barədə xx.xx.2019-cu il tarixli maliyyə arayış olmuşdur.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1960/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin, 25 saylı mənzilinə istifadə hüququnun tanınması və iddiaçının uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir.

5. Həmin qətnamə qanuni qüvvəyə minmiş və Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən icra edilərək, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin, 25 saylı mənzilinin qapısı zorla açılmış və Cavabdeh uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülmüşlər. Bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küç. 117B, bina 13, 25 saylı mənzildən Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi 117B, bina 13 ünvanda yerləşən 25 saylı mənzildən 6000 manat məbləğində kompensasiya verilməklə mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 09 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küç 117B, bina 13, mənzil 25 ünvanına köçmüşdür. Cavabdehlə olan nikahı məhkəmənin qətnaməsi əsasında pozulmuş, birgə nikahdan olan uşaqlarının anaları Cavabdeh yanında saxlanması qət edilmişdir. Hal-hazırda da qızları X4 və X5 anaları Cavabdeh ilə birlikdə yaşayır. Şifahi olaraq müraciət etdiyi ərazi polis orqanları məhkəmənin müvafiq aktı olmadan həmin şəxslərin qeydiyyatdan ç ıxarılmasının mümkünsüz olduğunu bildirir, bunun üçün istifadə hüququnun məhkəmə qaydasında itirilmiş hesab edilməsinin zəruri olduğunu söyləyirlər. Ümumiyyətlə, cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onu narahat edir, onun mənzilinə formal qeydiyyatına son vermək üçün hesab edir ki, məhkəmə qaydasında həmin mənzilə onların istifadə hüququ itirilmiş hesab edilməlidir.

9. Cavabdeh İddiaçı qarşı mənzilə pay hüququnun müəyyən edilməsi tələbinə dair qarşılılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 117 B, ev 13, mənzil 25-dən onun beşdə üç hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi əsassızdır. Belə ki, İddiaçı ilə qeyri-rəsmi olaraq 2017-ci ildə evlənmişdir. Sadəcə olaraq onlar nikahlarını 09 yanvar 2018-ci il tarixdə rəsmiləşdirmişlər. İddiaçılə evli olduqları müddətdə 58.000 manata Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 117B, ev 13, 25 saylı mənzili Hicran adlı xanımdan almışlar. Qeyd olunan mənzil alınarkən təmirli vəziyyətdə olmuşdur. Həmin pulun 48.000 manatını onun atası verib. DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi ray, Xocəsən qəs, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 117B, ev 13, mənzil 25 İddiaçı mülkiyyətindədir. Çıxarışın tarixindən də görünür ki, mübahisə predimeti olan mənzil İddiaçılə onun rəsmi nikahda olduğu müddətdə alınmışdır və buna görə də, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, iddiaçı ilə nikahından olan iki uşaqları onun yanında saxlanmışdır. Hazırda uşaqlar onun himayəsində yaşayırlar. Özü heç bir yerdə işləmir, uşaqların artan təlabatını valideynlərinin köməkliyi ilə qarşılayır.

11. Məhkəmə iclaslarında İddiaçı ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək izahatlarında bildirmişdir ki, 2017-ci ildə mənzili alan da "xxxx" MMCyə tam olaraq pulu ödəmişdir və ona borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəyi olmadığına görə çıxarışı gec almışdır. Cavabdehlə toyu xx.xx.2017-ci il tarixdə olub. Toya qədər həmin mənzildə tək yaşamışdır. Cavabdeh həmin evə gəlin köçüb və cehizlərini gətirib. Cehiz əşyaları hazırda həmin mənzildədir. Mənzilə görə çıxarış almaq üçün şəxsən özü müqaviləni, maliyyə arayışını, şəxsiyyət vəsiqəsini “ASAN” Xidmətə təqdim edib.

12. İddiaçı mövqeyini sübut etmək üçün ANT İnşaat Təmir Tikinti” MMC tərəfindən verilən xx.xx.2017-ci il tarixli maliyyə arayışını, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin, “Qaz sayğacının çıxarılması, quraşdırılması və ist ismara qəbulu haqqında akt”ların, “Telekommunikasiya operatoru ilə abunəçi arasında müqavilə”nin, “Elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin surətini və "xxxx" MMC-nin mədaxil qəbzinin əslini məhkəməyə təqdim etmişdir.

13. Məhkəmə iclaslarında İddiaçı vəkili ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək izahatlarında bildirmişdir ki, iddiaçı 2017-ci ildə mənzili alanda "xxxx" MMC-yə tam olaraq pulu ödəmişdir və ona borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Həmin arayış 2017-ci il tarixli maliyyə arayışıdır. İlkin iddiaçı mənzili 2017-ci ilin may ayında almış, tərəflər mənzil alındıqdan iki ay sonra rəsmi olmayan vətəndaş nikahında olmuş, rəsmi nikaha isə 2018-ci ildə daxil olmuşlar. Belə olan halda ilkin iddia üzrə cavabdehin hə min mənzilə dair heç bir hüququ yoxdur və pay tələb edə bilməz.

14. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edərək və ilkin iddiaya etiraz edərək izahatlarında bildirmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə cavabdehin atası tərəfindən ödənilən 48000 manat və ilkin iddia üzrə iddiaçının qardaşı tərəfindən ödənilən 10000 manat vəsait hesabına 58000 manata alınmışdır. Hətta mənzilin alğı-satqısına cavabdehin atası ilə iddiaçının qardaşı getmişlər. Heç alğı-satqıda Eminin özü iştirak etməmişdir. Mənzil isə Hicran adlı şəxsdən alınmış, həmin vaxt mənzilin içində müəyyən əşyalar belə olmuşdur. Mənzilin dəyərinin MMC-yə ödənilməsini təsdiq edən mədaxil qəbzi yoxdur. Məhkəmənin müvafiq sorğusuna MMC tərəfindən verilən cavab belə natamam olma qla, iddiaçının mənafeyinə uyğun verilmiş cavabdır. Bundan başqa mənzilin alğı-satqısına dair müqavilədən də görünür ki, mənzil birgə nikah dövründə alınıb.

15. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin mənzil 2018-ci ildə 48000 manatı atası tərəfindən, qalan hissəsi iddiaçı tərəfindən ödənilməklə alınıb. Bundan başqa, məhkəmə qərarı ilə həmin mənzilə köçürülmüşdür. Mənzildən çıxarılacağı təqdirdə uşaqlarla harada qalacağını bilmir. İddiaçı ona xəyanət etmişdir. Aralarında olan nikah pozulduqdan sonra atasıgildə yaşamışdır.

16. İddiaçı təqdim etdiyi "xxxx" MMC tərəfindən verilən xx.xx.2017-ci il tarixli, 02/6100 saylı maliyyə arayışında göstərilir ki, Bakı şəhəri, Binəqədi Rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən 13 saylı 6 mərtəbəli yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmişdir. Həmin binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 83,5 kv.m olan, 25 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə heç bir borcu yoxdur.

17. İddiaçı ilə “Azəriqaz” İB arasında bağlanan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AK-1/17192 saylı müqavilədə göstərilir ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Qaz sayğacı xx.xx.2017-ci il tarixində quraşdırılmışdır.

18. İddiaçı ilə "xxxx " MMC arasında bağlanan xx.xx.2017-ci il tarixli, 1101 seriyalı, 000390 saylı telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” ilə abunəçi arasında olan müqavilədə göstərilir ki, "xxxx" MMC abunəçiyə müqavilədə göstərilən qaydada seçdiyi telekommunikasiya xidmətlərinin göstərilməsi və abunəçi tərəfindən bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 19. "xxxx" MMC tərəfindən verilən mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 2017-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün sudan istifadə üçün kommunal xərclər ödənilib. 20. "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna verilən xx.xx.2023-cü il tarixli, 02/05-462 saylı məktubda qeyd olunub ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahv erdiyev küçəsi, 117 B ünvanında yerləşən 13 saylı binanın, 25 saylı mənzilinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixli, 1690 saylı müqavilə tərtib edilmiş və xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışı verilmişdir. Yaşayış kompleksinə yeni ünvanın verilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tələb edildiyi üçün İddiaçı adına xx.xx.2019-cu il tarixli 02/05-854 saylı yenilənmiş maliyyə arayışı verilmişdir.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-869/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itiriməsi” tələbinə dair ilkin iddiası təmin edilərək, Cavabdeh 6000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi, 117 B, ev 13, 25 saylı mənzilə olan istifadə hüququnun itirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə pay hüququnun müəyyən edilməsinə” dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, qarşılıqlı iddiaçı mənzilin həm onun atasının, həm də İddiaçı cüzi vəsaiti hesabına alındığını iddia edir və bu səbəbdən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti kimi bölünməli olduğu qənaətindədir.

23. Halbuki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil tərəflərin nikahda olmadıqları dövrdə, hətta faktiki nikaha daxil olmamışdan əvvəl alınmışdır. Belə ki, mənzilin dəyərinin tam ödənilməsi il ə bağlı maliyyə arayışı xx.xx.2017ci il tarixdə verilmişdir. Bu isə onu təsdiq edir ki, sifarişçi podratçıya xx.xx.2017-ci ildə mənzilin dəyərini tam ödəmişdir. Halbuki, mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əmlak nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir.

24. Qarşılıqlı iddiaçının xx.xx.2019-cu il tarixli maliyyə arayışına istinad etməsi əsassızdır. Belə ki, verilmiş sorğuya cavab olaraq müəyyən edilmişdir ki, ikinci dəfə maliyyə arayışı yaşayış kompleksinə yeni ünvanın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tələb edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, həqiqətən də müqavilədə nəzərdə tutulmuş mənzilin ünvanı dəyişmişdir (konkretləşmişdir). Belə ki, müqavilə bağlanan və ilkin maliyyə a rayışı verildiyi zaman yaşayış sahəsinin ünvanı kimi “Binəqədi rayonu, Sulutəpə yaşayış massivi” göstərilsə də, sonradan ünvan konkretləşmiş və “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 117 B, ev 13, mənzil 25” olaraq müəyyən edilmiş və bu formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

25. Eyni zamanda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının tarixi ilə bağlı məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması bax ımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Odur ki, mülkiyyət hüququnun nikah dövründə qeydə alınması, həmin hüququn daha əvvəl yaranmış olmasını istisna etmir.

26. Bundan əlavə qarşılıqlı iddianın dəlillərindən biri də iddiaçının atasının mənzilə dair 48000 manat vəsait ödəməsidir. Lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, əgər iddia edilən formada mənzilin alınması üçün ilkin iddia üzrə cavabdehin atası tərəfindən müəyyən həcmdə və sait verilmişdirsə, tərəf ödədiyi pulu müstəqil iddianın predmeti kimi ilkin iddia üzrə iddiaçıdan tələb edə bilər. Bu isə hazırkı mübahisənin predmeti olmadığı kimi, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzilə pay hüququnun yaranmasının əsası kimi çıxış etmir. Bu səbəbdən qarşılıqlı iddia tələbi əsassızdır.

27. Məhkəmə ilkin iddia tələbini ona görə əsaslı hesab etmişdir ki, cavabdehin nikahda olduqları vaxt istifadə hüququ tanınmış mənzilə dair nikah pozulduqdan sonra istifadə hüququ saxlanılmaya bilər. Belə ki, istifadə hüququ ilə bağlı tərəflər arasında olan münasibətlər 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşür. Hansı ki, həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Eyni zamanda həmin maddənin ikinci cümləsində qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin istifadə hüququnun tanınmasının əsası tərəflər arasında nikah münasibətlərinin mövcudluğu olsa da, hazırda nikah m ünasibətlərinə xitam verilmişdir. Eyni zamanda cavabdeh izahatlarında uşaqları ilə gedəcəyi başqa yaşayış sahəsinin olmadığını bildirmiş və bundan sonra iddiaçı tələbini artıraraq kompensasiya təklif etmişdir. Bununla yanaşı tərəflər arasında olan münasibətlər gərgindir və iddiaçı cavabdehlə birgə yaşaya bilməməsini nikaha xitam verilməsinə səbəb olan hallarla əsaslandırmışdır.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 34.1-ci, Mülki Məcəllənin 225.1, 225.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

29. Cavabdeh (ilkin iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-869/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmiş, araşdırmamışdır ki, İddiaçı adına xx.xx.2020-ci il tarixdə (həmin dövr üçün) çıxarış sifariş olunan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ilkin olaraq xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışı təqdim olunduqdan sonra köhnə ünvanla yeni ünvan arasında yanlışlığın əvəzləşdirilməsi tələb e dilmişdirmi və hansı zərurət səbəbindən və həqiqətdə həmin sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmən tələb edilmişdirmi, tələb edilmişdirsə, bu halı hansı imtina məktubları təsdiq edir? Məhkəmə eyni zamanda araşdırmamışdır ki, "xxxx" İnşaat Təmir Tikinti” MMC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışı təqdim olunduğu halda E.Mehtiyevin adına xx.xx.2020-ci il tarixdə çıxarışın 5 ay keçdikdən sonra verilməsinə səbəb nə olmuşdur? Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun müddəalarına əsasən müraciətdən ən geci bir ay müddətində şəxsə çıxarış verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışı böyük ehtimalla sonradan tərəflər arasında əmlak mübahisəsi yarandıqdan sonra "xxxx" İnşaat Təmir-Tikinti” MMC tərəfind ən tərtib edilmiş sənəddir. Məhkəmə bu halları araşdıraraq həqiqəti müəyyən etməli idi. Nəticədə də qarşılıqlı iddianın əsaslı və qanuni olması müəyyən edilərək təmin ediləcəkdir. Obyektiv həqiqət isə ondan ibarətdir ki, mənzilin dəyəri tərəflərin birgə nikahı dövründə ödənildiyinə görə xx.xx.2019-cu il tarixdə də "xxxx" İnşaat Təmir-Tikinti” MMC tərəfindən maliyyə arayışı verilmişdir. Çıxarışın verilməsinə isə 2020-ci ilin mart-aprel aylarında müraciət olunmuşdur. Məhkəmə işin faktiki hallarını tam araşdırmayaraq, yanlış nəticəyə gələrək sübutları yanlış qiymətləndirmişdir.

30. Cavabdeh nümayəndəsi - Vəkil3 xx.xx.2023-cü il tarixdə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən i izahatlarında mübahisəli mənzilin birgə nikah dövründə cavabdehi n atası tərəfindən ödənilən 48000 manat və ilkin iddiaçının qardaşı tərəfindən ödənilən 10000 manat vəsait hesabına 58000 manata alındığını qeyd etmişdir. Mənzil Hicran adlı şəxsdən alınmışdır. İlkin iddiaçı isə ümumiyyətlə mənzilin alğı-satqısında iştirak etməmiş, yalnız MMC-yə gedərək bir dəfə sənədlərə imza atmışdır. Uzun müddət keçdiyinə, yaşayış yerini dəyişdiyinə və əlaqə məlumatları olmadığına görə cavabdeh (qarşılıqlı iddiaçı) həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin bu yaxınlarda Cavabdeh atası X6 rayon polisi vasitəsilə həmin qadının ünvanını müəyyən etdikdən sonra cavabdeh və atası həmin ünvana getmiş, mənzilin həqiqətən də Hicran adlı qadına məxsus olmasını müəyyən etmiş, lakin evdə kirəkeşlər yaşadıqları üçün həmin şəxsin özünü sonradan əlaqə yaradaraq tapıblar. Hə qiqətdə necə bu hadisə baş vermişdirsə mənzilin alınması üçün dəyərini kimə ödəmişlərsə kimdən aldıqları şəxsi müəyyən edərək hazırda Naxçıvan şəhərində olan Salatın Seyidova olduğunu öyrənmiş, onunla telefon əlaqəsi yaradaraq şahid qismində məhkəmədə dindirilməsini xahiş etmişlər. O isə Bakı şəhərinə sentyabr ayının 7-si gələcəyini bildirmiş və məhkəmə iclasında şahid kimi izahatı alınmasına etiraz etməmişdir. Həmin şahidin dindirilməsi mülki iş üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, mənzilin yuxarıda qeyd edildiyi kimi əsas dəyəri qızına hədiyyə olaraq alınaraq cavabdehin atası A.Rüstəmov tərəfindən ödənilmişdir. Üzürlü səbəblərdən həmin sübutu Binəqədi Rayon Məhkəməsinə təqdim etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyasından həmin şahidlərin dindirilməsi üçün məhkəmə baxışının 2 həftə müddətinə təxirə salınmasını xahiş etmişdir.

31. Apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatət rədd edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5081/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrliyi və məruzəsi ilə), A.İmanov və M.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

33. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 139- 180, 213-228, 560-cı, Mənzil Məcəlləsinin 30-34-cü, Ailə Məcəlləsinin 31-37-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 220.5, 385-390-cı mad dələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mülkiyyətçiyə münasibətdə cavabdehin ehtimal etdiyi və sübuta yetirilməyən dəlillərin qanunvericilik nəzərindən aidiyyatı müəyyən edilmir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etmişdir.

35. Kassasiya şikayəti apelyasiya şikayətinin dəli llərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyası mənzilə dair verilmiş maliyyə arayışları üzrə araşdırma aparmaq əvəzinə, qısaca olaraq mübahisəyə belə bir dəyərləndirmə verir ki, sübutların mümkünlüyü baxımından qeyd edilməlidir ki, mənzilin dəyərinin tərəflərin birgə nikahı dövründə ödənildiyinə görə xx.xx.2019-cu il tarixdə də "xxxx" İnşaat Təmir Tikinti” MMC tərəfindən maliyyə arayışının verilməsinə və xx.xx.2017ci il tarixli, 02/06-100 saylı maliyyə arayışın əmlak mübahisəsi yarandıqdan sonra "xxxx" İnşaat Təmir Tikinti” MMC tərəfindən tərtib edilməsi baxımından yoxlanılması üçün ilkin sübutlar təqdim edilməmiş və ümumiyyətlə bu əməllərin ehtimalı vəzifəli şəxslərin hərəkətlərində müvafiq cinayət mühakimə predmeti ola bilən təfərrüatlardır ki, bun ların tədqiqi mülki mühakimə səlahiyyətlərinə aid deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

36. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

37. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə ü zvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

38. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ mə hkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi

39. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

40. Maddə 32.2.1. Ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

41. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapita ldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

42. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsi

43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

44. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

45. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

46. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında a ldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırki kassasiya şikayətində ilkin iddia üzrə cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, iddia tələbləri nikah müddətində əldə olunmuş əmlakdan payın müəyyən edilməsi və mənzildən istifadə hüququnun itirilməsi barədədir.

59. Mənzildən payın müəyyən olunması tələbinin maddi hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvad ın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

60. İşə baxmış məhkəmələr də mənzildən payın müəyyən edilməsi ilə bağlı mübahisənin həllinə bu maddi hüquq normasını tətbiq etmiş və işin hallarını həmin normanın dispozisiya şərtləri əsasında araşdıraraq müəyyən etmişdir ki, mənzil tərəflərin nikah müddətində əldə edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli mənzil tərəflərin nikaha daxil olandan, hətta faktiki evləndikləri vaxtdan (xx.xx.2017-ci il tarixdən) əvvəl əldə edilmişdir. Məhkəmənin gəldiyi nəticə, mənzilə dair iddiaçı ilə "xxxx" İnşaat Təmir-Tikinti MMC ararsında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə və həmin müqavilədə göstərilən mənzilə görə İddiaçı MMC-yə borcunun olmadığı barədə verilmiş maliyyə arayışına əsaslan ır.

61. Göründüyü kimi mübahisəli mənzilin birgə nikah müddətində əldə edilmiş əmlak kimi tanınması üçün yuxarıda qeyd olunan birinci şərt müəyyən edilməyib. Əmlakın paylı mülkiyyət kimi tanınması üçün ikinci şərtə - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmasına gəldikdə, məhkəmə bu dəlili də əsassız hesab etmişdir. Cavabdeh mənzilə görə ödənilən məbləğdən 48000 manat pulun atası tərəfindən ödənildiyini bildirsə də, bu faktı təsdiq edən sübut təqdim olunmamışdır. Cavabdehin mənzilin dəyərinin müqavilə bağlandığı və bu barədə birinci maliyyə arayışı verildiyi xx.xx.2017-ci ildə deyil, sonradan ödənilməsi barədə dəlili də məhkəmələr əsassız hesab etmişdir. Cavabdeh bu dəlili irəli sürərkən, iddiaçıya mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınması üçün MMC tərəfindən xx.xx.2019-cu il tarixdə təkrar verilmiş maliyyə arayışına istinad edir.

62. Cavabdehin bu dəlili ziddiyyətli olmasına baxmayaraq məhkəmə tərəfindən yoxlanılmış, "xxxx" İnşaat Təmir-Tikinti MMC-nin xx.xx.2023-cü il tarixli yazılı məlumatı əsasında müəyyən edilmişdir ki, ikinci dəfə maliyyə arayışı yaşayış kompleksinə yeni ünvanın verilməsi ilə bağlı tələb edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, həqiqətən də müqavilədə nəzərdə tutulmuş mənzilin ünvanı dəyişmişdir (konkretləşmişdir). Belə ki, müqavilə bağlanan və ilkin maliyyə arayışı verildiyi zaman yaşayış sahəsinin ünvanı kimi “Binəqədi rayonu, Sulutəpə yaşayış massivi” göstərilsə də, sonradan ünvan konkretləşmiş və “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allah verdiyev küçəsi, 117 B, ev 13, mənzil 25” olaraq müəyyən edilmiş və bu formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu halda, 2019-cu ildə maliyyə arayışının verilməsini, mənzilnin dəyərinin məhz 2019-cu ildə ödənilməsi kimi qəbul etmək mümkün deyil. Maliyyə arayışının məzmununda da mənzilin dəyərinin 2019cu ildə (və ya 2017-2019-cu illərdə) ödənilməsi barədə fikir əksini tapmamışdır.

63. Göründüyü kimi mənzilin nikah müddətində əldə edilmiş əmlak hesab olunması üçün qanuni əsaslar olmamış və məhkəmə haqlı olaraq qarşılıqlı iddianı rədd etmişdir.

64. İlkin iddia üzrə cavabdehin mənzildən istifadə hüququnun itirilməsi tələbi Mülki Məcəllənin 152.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin işığında təhlil olunmalıdır. İddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində m üəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdehin istifadə etməsinə yol verməmək ixtiyarı vardır. Lakin mülkiyyətçinin bu hüququ, mülkiyyətçi üçün qanunla və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə mümkündür.

65. Bu baxımdan cavabdehin mənzilə hüquqlarının müqavilə və ya qanuna əsasən yaranıb yaranmadığı araşdırılmalıdır. Yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

66. Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüquq unun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

67. Cavabdeh mənzildən bu əsaslar üzrə hüququnun olduğunu iddia etmir.

68. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

69. Cavabdehin də mübahisəli mənzildən Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən əsasla istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır.

70. Lakin tərəflərin arasında olan nikah artıq pozulmuşdur və bu fakt, mənzilə dair tərəflərin hüquq və vəzifələrinin həcminə təsir edir. Çünki Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

71. Göründüyü kimi, tərəflərin arasında olan nikah xx.xx.2022-ci ildə pozulduqdan sonra cavabdehin mənzildən istifadə hüququ saxlanmır.

72. Nikah pozulduqdan sonra yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmayan, maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməyən keçmiş ailə üzvünün mənafelərinin təmin olunması üçün qanuni müdafiə üsulu - mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasıdır.

73. İddiaçı cavabdehin bu hüququnun kompensasiyası olaraq, 6000 manat ödənilməsini təklif edir və məhkəmələr bu məbləği cavabdehin Mənzil Məcəlləsinin 30.4cü maddəsinin ikinci cümləsindən irəli gələn mənzildən müvəqqəti istifadə etmənin müəyyən müddətə saxlanması hüququnun adekvat əvəzi kimi qəbil etmişdir. Kompensasiya məbləği ilə bağlı dəlil irəli sürülməmişdir.

74. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası mə hkəməsinin gəldiyi bu nəticə də əsaslı və qanunidir. İddiaçının bu tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

75. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

76. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və proses sual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5081/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar