Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4607/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4607/20 (Açar sözlər: çıxarışın və torpaq sahəsinin eskiz planının ləğv edilməsi, tələbin inzibati məhkəmə icraatına aid olması, iddia ərizəsində göstərilməyən tələb üzrə işin halının müəyyən edilməsi) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X18 ib arət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Tapdıq oğlunun və vəkili Şirinov Bağban Səfər oğlunun, Cavabdeh2 vəkili X15 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair verilmiş çıxarışın və torpaq sahəsinin eskiz planının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7184/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Tapdıq oğlunun kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X5 xx xxxx 2008-ci il tarixli 166-saylı qərarı ilə əvvələr bir neçə şəxsin sahibliyində olmuş 9400 kv.m torpaq sahəsi həmin şəxslərin razılıq ərizəsinə əsasən iddiaçının adına rəsmiləşdirilmiş və torpaq sahəsi yenidən yerində ölçülərək Bələdiyyənin mütəxəsisi tərəfindən iddiaçıya verilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Bələdiyyəsinin xx xxxx 2008-ci il tarixli 166-saylı qərarı ilə onun sahibliyinə (istifadəsinə) verilmiş və faktiki olaraq sahibliyində olan torpaq sahəsi barəsində Cavabdeh2 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsində Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh, Binəqədi qəsəbə Bələdiyyəsi isə üçüncü şəxs qoyulmuşdur.
4. İddia tələbi onunl əsaslandırılıb ki, iddiaçı 2006-cı ildə kürəkəni İman Quliyevlə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yer axtararkən Binəqədi rayonu, DSKyolunun yanında təxminən 1-hektara yaxın boş yer olduğunu bilmiş, həmin yerlə maraqlanarkən o ərazinin X5 qərarı ilə bir neçə şəxsə verildiyini bilmişdir.
5. Həmin şəxsləri tapmış və torpaq sahəsini həmin şəxslərdən almışdır.
6. X5 xx xxxx 2008-ci il tarixli 166-saylı qərarı ilə əvvələr bir neçə şəxsin sahibliyində olmuş 9400 kv.m torpaq sahəsi həmin şəxslərin razılıq ərizəsinə əsasən onun adına rəsmilə şdirilmiş və torpaq sahəsi yenidən yerində ölçülərək Bələdiyyənin mütəxəsisi tərəfindən ona verilmişdir.
7. X22 xx.xx.2017-Cİ İl tarixdə ərizə iləBinəqədi RPİ-nə müraciət edərək bildirmişdir ki, ona məxsus Cavabdeh1 adına olan Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 1 hektar torpaq sahəsi X16 tərəfindən zəbt edilmişdir.
8. Binəqədi RPİ-yə çağırılan X16 izahatında göstərmişdir ki, 2004-cü il tarixdən Binəqədi rayonu, DSK yolunda müxtəlif qiymətlərə bir neçə şəxsdən torpaq sahələri alıb və həmin torpaq sahələrinin bütün xərclərini özü çəkmişdir.
9. Daha sonraX16 Polis İdarəsində iddiaçıya məxsus torpaq sahəsinə dair bütün sənədləri təqdim edərək göstərmişdir ki, sözü gedən torpaq sahəsini 2008-ci il tarixdə Bələdiyyə sərəncamı əsasında iddiaçı mülkiyyətinə qəbul etmiş, əlavə olaraq hə min ərazinin eskiz planını təqdim etmişdir.
10. Binəqədi RPİ-də araşdırma zamanı qarşı tərəfin, yəni Cavabdeh1 təqdim etdiyi sərəncama və eskiz planından görünür ki, onlara ayrılan və iddia etdikləri torpaq sahəsi Binəqədi rayonu, Novxanı şossesində ayrılmış 600 kv.m ərazidi.
11. Binəqədi RPİ-də araşdırma zamanı iddia edilən əraziyə dair heç bir sübüt təqdim etmədiklərindən cinayət işi başlanması rədd edilmişdir.
12. Bundan sonra Cavabdeh1 iddiaçıya məlum olmayan saxta sənədlər əsasında həmin torpağa dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Çıxarış alaraq mülkiyyətinə qəbul etmişdir.
13. Cavabdeh1 9400 kv.m torpaq sahəsini mülkiyyətinə qəbul etdikdən sonra digər şəxsə –Cavabdeh2 satmışdır.
14. Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləş ən 9400 kv.m torpaq sahəsinə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına Çıxarış verilmişdir.
15. İddiaçı mübahisəli torpaqla bağlı xx xxxx 2004-cü il tarixli alqı-satqı aktı üzrə ödənilməli olan pul məbləğinin bir hissəsini Binəqədi qəsəbə Bələdiyyəsinə, bir hissəsini müxtəlif şəxslərə tam olaraq ödəyərək, torpağı mülkiyyətinə qəbul etmişdir.
16. Mübahisəli torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsi iddiaçının hüquqlarını birbaşa pozur və faktiki olaraq bu alqı-satqının mübahisələndirməyə, yəni etibarsızlığını tələb etməyinə tam hüquq verir.
17. Digər tərəfdən Binəqədi rayonu, DSK yolunda yerləşən 9400 kv.m torpaq sahəsini alqı-satqı əsasında mülkiyyətinə qəbul etmiş cavabdehlər bunu qabaqcadan bilirdilər. Bu səbəbdən də onlar vicdanlı alacı hesab edilə bilməzlər.
18. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 337.5, 339.2-ci maddələrinə istinad etmişdir.
19. İddiaçı iddianın təmin tədbiri barədə ərizə vermiş və torpaq sahəsi üzərinə həbs qoyulması, müəyyən hərəkətlərin edilməsinin qadağan olunmasını xahiş etmişdir.
20. Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə, ərizə qismən təmin edilmiş, 9400 kv.metr torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.
21. Cavabdeh2 şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsi 2(103)-11745/2018 nömrəli, xx xxx 2018-ci il tarixli qərardadla şikayəti qismən təmin etmiş, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmiş, Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı Çıxarış üzrə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 0,94 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir.
22. İddiaçı iddia ərizəsinə əlavə verərək, Binəqədi rayonu, X5 xx.xx.2008-ci il tarixli 166 saylı qərarı ilə onun sahibliyinə (istifadəsinə) verilmiş və faktiki olaraq sahibliyində, istifadəsində olan torpaq sahəsi barəsində saxta sənədlər əsasında (ilkin olaraq Cavabdeh1 adına verilmiş, sonradan isə alqı-satqı yolu ilə Cavabdeh2 adına keçirilmiş) Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçı yenə də iddia ərizəsinə əlavə verərək, Binəqədi rayonu, X5 xx.xx.2008-ci il tarixli 166 saylı sərənacmı ilə onun sahibliyinə (istifadəsinə) verilmiş və faktiki olaraq sahibliyində, istifadəsində olan torpaq sahəsi barəsində Binəqədi qəsəbə Bələdiyyəsi adından hazırlanmış (ilkin olaraq Cavabdeh1 adına verilmiş, sonradan isə alqı-satqı yolu ilə Cavabdeh2 adına keçirilmiş) saxta sənədlər əsasında özəlləşdirilərək Cavabdeh1 Saibqulu qızının adına, sonradan isə Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsi, torpaq sahəsində aparılan tikintilərin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı bir qrup şəxs tərəfindən saxta sənədlər hazırlanması və həmin saxta sənədlər əsasında onun torp ağı barəsində çıxarış alınması və küllü miqdarda pula çıxarışın satılması üzrə cinayət əməllərinin aşkar olunması və bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora göndərilməsini xahiş etmişdir.
24. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərmişdir ki, torpaq sahəsi ilkin olaraq müdafiə etdiyi şəxsə verilib. Torpaq sahəsi Cavabdeh1 qanuni əsaslarla və qüvvədə olan sərəncam əsasında verilib. Cavabdeh həmin sərəncam əsasında torpağa mülkiyyət hüququna dair Çıxarış alıb.
25. Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etiraz olaraq göstərmişdir ki, torpaq sahəsini təmsil etdiyi şəxs qanuni əsaslrla alqı-satqı yolu ilə əldə edib. Heş bir qanun pozuntusuna yol verilməyib.
26. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İ darəsinin nümayəndəsi iddia üzrə qərar qəbul edilməsini məhkəməni mülahizəsinə buraxmışdır.
27. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi göstərmişdir ki, Cavabdeh1 adına verilmiş sərəncam arxivdə aşkar edilməyib. Həmin sərəncamın nömrəsi ilə Bələdiyyə başqa sahəyə dair sərəncam verib. Bələdiyyə iddiaçıya verilən sərəncamı müdafiə edir.
28. Cavabdeh1 nümayəndəsi və vəkili vəsatət verərək iddiaçıya ayrılmış torpaq sahəsi ilə Cavabdeh1 verilmiş torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir. Vəsatət baxılmamış saxlanmışdır.
29. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1845/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ramin Q uliyev)
30. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, Abdullayev X14 qəsəbə Bələdiyyəsinə xx xxxx 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Onun müraciəti əsasında İddiaçı Tapdıq oğlu tərəfindən əvvəlcədən ******* manat haqq ödənilməklə həmin bələdiyyənin ərazisində 9400 kv m.torpaq sahəsinin satılması barədə xx xxxxxx 2008-ci il tarixli 166 nömrəli qərar qəbul edilmişdir. Bu qərara əsasən İddiaçı Tapdıq oğluna 9400 kv.m. torpaq sahəsi ayrılmışdır. Daha sonra qeyd olunan torpaq sahəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı- satqı müqaviləsinə əsasən sonuncu 0,94 ha olan torpaq sahəsini Cavabdeh2 satmışdır. Hazırda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yer ləşən 0,94 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında (tam şəklində) Cavabdeh2 məxsusdur.
31. Məhkəmə qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlmə sinə səbəb olan əqddir.
32. Cavabdeh1 və Cavabdeh2Məhəmməd oğlu öz iradə ifadələrini realizə edərək mövcud alqı- satqı müqaviləsini bağlamışlar. 33.Məhkəmə hesab etmişdir ki, baxılan iş üzrə Cavabdeh2 mübahisəli Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 0,94 ha torpaq sahəsini əldə edərkən həmin əmlak dövlət reyestrində Cavabdeh1Səibqulu qızının adma qeydə alınmışdır. Sonuncular arasında xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrə qeydə dair etiraz daxil edilməmişdir. İş materiallarında Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar məlumatlar mövcud deyildir.
34. Buna görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ** ***** saylı çıxarış və torpaq sahəsinin eskiz planıetibarsız hesab edilə bilməz. 35.Məhkəmə iddia tələbinin digər Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli, RX 526263 nömrəli çıxarışın etibarsızlığı hissəsi ilə bağlı hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 9-cu bəndinə görə Xidmətin əsas vəzifələri, hüquqların dövlət qeydiyyatı haq qında ərizəni və arizəyə əlavə olunan sənədləri qəbul etməkdən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmə məqsədilə dövlət reyestrindən çıxarış verməkdən, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsini, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etməkdən ibarətdir.
36. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, Cavabdeh1Səibqulu qızının adına 0.94 ha torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli, RX 526263 nömrəli çıxarışın verilməsi üçün əsas Bakı şəhəri, X5 xx.xx.2004-cü il tarixli, 900/1 nömrəli qərarı və həmin qərarınverilməsinə dair sənədlər olmuşdur.
37. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1Səibquluqızına mövcud çıxarış verilərkən qanunvericiliyin tələbləri pozulmadığından, sonuncunu adına verilmiş çıxarış da etibarsız hesab edilə bilməz.
38. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının bir qrup şəxs tərəfindən saxta sənədlər hazırlanması və həmin saxta sənədlər əsasında onun torpağı barəsində çıxarış alınması və küllü miqdarda pula çıxarışın satılması üzrə cinayət əməllərinin aşkar olunması və bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora göndərilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə b u məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz.
39. Birinci instansiya məhkəməsi araşdırmanın nəticələrinə əsaslanıb belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından, hazırki mülki iş üzrə xüsusi qərardad çıxarılmamalıdır.
40. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 405.1-ci, “Daşınmaz əmlakın dövlət reyestr i haqqında” Azərbaycan Respublikası Qanunun 8.01-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2004-cü il tarixli, “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli və "H.Cəfərovun şikayəti üzrə AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
41. İddiaçı apelyaisya şikayəti vermiş və qətnamənin lə ğv olunmaqla iddiasının təmin edilməsini xahiş etmişdir.
42. Apelyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Cavabdeh1 1 ha torpaq ayrılması barədə X5 xx.xx.2004-cü il tarixli Sərəncamı mövcud deyil. Həmin sərəncam Bələdiyyədə qeydə alınmayıb.
43. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11745/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Namiq Cəfərov)
44. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının göstərdiyi fakt, yəni iddiaçıya torpaq ayrılması barədə sənədin saxta olması qanuni qüvvədə olan məhkəmə hökmü ilə təsdiq olunmur. Sənədin müvafiq bə lədiyyədə qeydiyyatının olmaması isə sənədin etibarsızılığına əsas ola bilməz. Çünki Cavabdeh1 həmin sənəd təqdim olunmuş, o həmin sənəddən istifadə edərək torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və sonra isə alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. İddiaçı isə müvafiq əqdləri mübahisələndirməmiş, yalnız sonuncu reyesrdən çıxarış mübahisələndirilmişdir.
45. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və tətbiq etdiyi qanunvericilik normaları ilə razılaşaraq iddianın rədd olunmasını qanuni hesab etmiş və öz mövqeyini əlavə olaraq Mülki Məcəllənin 140-cı maddəsi ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
46. İddiaçı kassasiya şikayəti vermiş, şikayətində apelyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1869/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
48. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsi tərəflərin mübahisələndirdiyi torpaq sahəsinin eyni torpaq olmasının işin mübahisələndirilən haİ olmamasını qeyd etsə də, apelyasiya məhkəməsinin bu qənaəti iş materialları ilə təsdiq edilmir.
49. Həmçinin kassasiya instansiyası qeyd etmişdir ki, hər iki tərəfin torpa q sahəsinin eyni torpaq sahəsi olmasını qəbul etməsi faktı mövcud olduğu təqdirdə apelyasiya instansiyası iddiaçının adına olan X5 xx.xx.2008-ci il tarixli, 166 saylı “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı Tartıq oğlunun adına və istifadəsinə verilməsi haqqında” Sərəncamının da hazırda qüvvədə olub-olmamasına qiymət verməmişdir.
50. Apelyasiya instansiyası X5 xx.xx.2008-ci il tarixli, 166 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış 9400 kv.metr torpaq sahəsinə sonradan başqa şəxsin mülkiyyət hüququnun qeydə alınması əsaslarına da düzgün qiymət verməmişdir.
51. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinin Cavabdeh1 Səbiqulu qızının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olmuş ilkin sənəd olan “Torpaq sahəsinin sah iblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş Cavabdeh1 Səbiqulu qızının adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli Sərəncamda adı qeyd edilən Bakı şəhər sakini X8 ərizəsinin nəzərə alınması və onun istifadəsinə ayrılmış 1 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının Cavabdeh1 Səibquli qızının adına keçməsi qeyd edilmişdir. xx.xx.2004-cü il tarixli 636 saylı sərəncam əsasında Binəqədi qəsəbə ərazisindən 8000 kv.m torpaq sahəsi istehsalat sahəsi üçün vətəndaş X8, xx.xx.2004-cü il tarixli 1187 saylı sərəncamla isə Binəqədi qəsəbə ərazisindən 600 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh1 adlarına alqı-satqı qaydasında mülkiyyətinə ayrılmış və toplam şəkildə torpaq sahəsi 8600 kv.metr təşkil edir.
52. Belə olan halda apelyasiya instansiyası məhkəməsi Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində yerləşən 1 ha torpaq sahəsinin Cavabdeh1 adına satılmasının əsaslarını, xx.xx.2004-cü il tarixli 900/1 nömrəli qərarda qeyde dilmiş 1 ha torpaq sahəsinə daxil edilən əlavə 1400 kv.m sahənin kimin istifadəsində və hansı təyinatlı olmasını müəyyənləşdirməmiş, hər iki mübahisə tərəflərinin torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmamasını aydınlaşdırmaq məqsədiilə adlarına olan sərəncamlarda adları qeydedilən X12, X13, X6, X3, X7 ayrılmış torpaq sahələrinin (koordinatlarını), eləcədə, X12 ayrılmış 8000 kv.m torpaq sahəsi ilə Cavabdeh1 ayrılmış 600 kv.m boş torpaq sahələrinin yanaşı olub-olmamasını, eləcə də, xx.xx.2008-ci il tarixli 166 saylı sərəncamla İddiaçı adına keçirilmiş 9400 kv.m torpaq sahəsin in faktiki yerini və koordinatlarını, bu sahənin Cavabdeh2 hazırda mülkiyyətində olan sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün mütəxəssis rəyinin alınması, ekspertizanın keçirilməsini, daha sonra yerli müaynənin aparılmasının zəruriliyini müzakirə etməmişdir. Halbuki, apelyasiya şikayətinin dəlillərindən biri X9 adına 636 saylı xx.xx.2004-cü il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin eskiz planının, cizgisinin surətlərinə əsasən həmintorpaq Binəqədi rayonu, NovxanıŞossesinin kənarında yerləşməsi olmuşdur.
53. Kassasiya instansiyası onu da qeyd etmişdir kİ, sənədin saxta olmasının qanuni qüvvədə olan məhkəmə hökmü ilə təsdiq olunması mütləq deyildir, bu halın digər hüquq müəyyənedici və rəsmi sənədlər əsasında işin araşdırılmış faktiki halları ilə də məyyən edilə bilməs inə apelyasiya instansiyası məhkəməsi hüquqi qiymət verməmişdir. Çünki Bakı şəhəri, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elnur Məmmədov tərəfindən qəbul olunmuş xx.xx.2017-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, izahatı alınmış 2004-cü il tarixdə Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri olmuş X19 qeyd olunan torpaq sahəsinin Ramiz adlı şəxsə məxsus olduğunu, təqdim edilmiş sənədlərdə (xx.xx.2004-cü il tarixli 900/1 saylı qərar) isə imzanın ona məxsus olmamasını bildirmişdir.
54. Kassasiya kollegiyasi vurğulamışdır ki, apelyasiya instansiyası məhkəməsi iddia tələblərinin əsas ıkimi X5 Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi E.Məmmədova ünvanladığı xx.xx.2017-ci il tarixli məktubunda X5 xx.xx.2014-cü il tarixli sərəncamı ilə Cavabdeh1 verilmiş 600 kv.m torpaq sahəsini o, hər biri 300 kv.m olmaqla X5 sərəncamları ilə başqa şəxslərin adına keçirməsinin göstərilməsi ilə bağlı dəlil üzrə də heç bir araşdırma aparmamışdır. Halbuki, iş materiallarında olan sözü gedən məktubda göstərilmişdir ki, xx.xx.2014-cü il tarixli X5 sərəncamı ilə Cavabdeh1 verilmiş 600 kv.m torpaq sahəsi sonradan hər biri 300 kv.m olmaqla xx xxxxx 2007-ci il tarixli 571 saylı sərəncamla vətəndaş X1 və həmin tarixli 572 saylı sərəncamla vətəndaş X2 adına keçirilmişdir. Qeyd edilən sənəddən belə aydın olur ki, xx.xx.2014-cü il tarixli X5 sərəncamı ilə Cavabdeh1 verilmiş 600 kv.m torpaq sahəsi artıq xx xxxxx 2007-ci il tarixdən ona aid olmamış, həmin sahə X4 ilə X2 istifadəsindədir.
55. Apelyasiya instansiyası məhkəməsi sözügedən şəxslərin istifadəsinə verilmiş to plam 600 kv.m sahənin xx.xx.2017-ci il tarixdən Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 0,94 ha ərazisi olan torpaq sahəsinə aid olub-olmamasını aydınlaşdırmamış, ümumiyyətlə, mülkiyyətə verilmiş 0,94 ha ərazisi olan torpaq sahəsinin özəlləşməsinə aid ilkin sənədləri lazımi qaydada tədqiq etməmişdir.
56. Kassasiya kollegiyasi hesab etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 0,7755 ha ərazisi olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdən Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə alındıqdan 1 ay sonra sözügedən ərazidə artıq bu dəfə 0,94 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixdən onun adına xüsusi mülkiyyət kimi qeydə alınmasının əsasları apelyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır.
57. Kassasiya instansiya onu da qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının saxta sənədlərlə bağlı irəli sürdüyü dəlil və arqumentlərinə, özünün vicdanlı alıcı kimi qiymətləndirdiyi Cavabdeh2 hazırda mülkiyyətində olan torpaq sahəsinin əvvəllər Cavabdeh1 Sahibqulu qızının adına qanuni əsaslarla rəsmiləşdirilməməsinə dair apellyasiya şikayətinin dəlillərinə hüquqi nöqteyi-nəzərdən müfəssəl qiymət verməmiş, bu dəlillərin əsassız olmasını maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamışdır. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
58. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, digər sulallarla yanaşı, ekspert qarşısı nda mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməsi barədə də sula qoyulmuşdur.
59. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixi, 20632 saylı ekspert rəyinə görə X5 xx xxxxxx 2008-ci il tarixli 166 saylı sərəncamı ilə İddiaçı məxsus torpaq sahələri bir sərəncam altında birləşdirilərək sahibliyinə, mülkiyyətinə verilmiş 9400 kv.metr torpaq sahəsi ilə X8 adına xx xxxxxx 2004-cü il tarixli 636 saylı sərəncamla ayrılmış 8000 kv.metr torpaq sahəsi üst-üstə düşmür, bir-birindən dörd kilometrlik məsafədə yerləşir. İddiaçı sahibliyində olan 9400 kv.metr torpaq sahəsi ilə X8 adına xx xxxxxx 2004-cü il tarixli 636 saylı sərəncamla ayrılmış torpaq sahəsinin koordinatları eyniyyət təşkil etmir. X5 xx xxxxxx 2004-cü il tarixli, 636 saylı qərarı ilə ilkin olaraq X12 (8000 kv.m) alqı-s atqı qaydasında ayrılmış, sonradan Cavabdeh1 adına dəyişdirilmiş, daha sonra alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış 0,94 ha torpaq sahəsi isə İddiaçı verilmiş 9400 kv.metr torpaq sahəsi ilə üst-üstə düşür, yəni torpaq sahəsinin sənədləri, yeri və sahəsi dəyişdirilərək İddiaçı ayrılmış torpaq sahəsinin üzərinə işlənmişdir.
60. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7184/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova və İsmayıl Xəlilov)
61. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilk növbədə Cavabdeh1 verilmiş sənədlərin qanuniliyini və ən nəhayət, Cavabdeh1 ilə Cavabdeh2 ar asında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməmiş, həmin sənədləri və alqı-satqı müqaviləsini mübahisələndirmədən birbaşa Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsini, torpaq sahəsində aparılan tikinti işlərinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir.
62. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün əsas olmuş notariat qaydasında təsdiq edilmiş müqavilə qüvvədədir. Həmin müqavilə qüvvədə olduğu təqdirdə müqavilən in hüquqi nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeyd və ya torpaq sahəsinin planının mübahisələndirilməsi əhəmiyyətsizdir.
63. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 müqavilə azadlığı hüququndan istifadə edərək xx xxxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrdə qeydə dair etiraz daxil olmamışdır. Əmlakı əldə edən Cavabdeh2 alqı-satqı müqaviləsinin legitimsizliyi barədə şübhə yaranmamış, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından onun xəbəri olmamışdır. Qeyd o
64. İşin bu hallarına görə görə apleyasiya məhkəməsi Cavabdeh2 vicdanlı alıcı kimi qəbul etmiş və iddiaçı tərəfin Cavabdeh2 vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübut təqdim etmədiyinə görə birinci instansiya məhkəməsinin Cavabdeh2 vicdanlı alıcı olması barədə gəldiyi nəticə ilə razılaşmışdır.
65. Apelyasiya məhkəməsi gəldiyi nəticə üçün Mülki Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
66. İddiaçı Tapdıq oğlu (vəkil Şirinov Bağban Səfər oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
67. Kassasiya şikayəti əvvəlki kasassiya şikayətini dəlillərinə uyğun əsasllandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəyinə obyektiv hüquqi qiymət verilməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. Cavabdeh2 kassasiya şikayətinə yazılı etirazı daxil olmuşdur.
69. Etiraz onunla əsaslandırılıb ki, Cavabdeh1 bələdiyyə tərəfindən ona verilmiş sənədlərdən istifadə edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış, daha sonra isə alqı-satqı müqaviləsi əsasında torpaq sahəsim özgəninkiləşdirmişdir. Daşmmaz əmlakın dövlət reyestrinin qeydiyyatını həyata keçirən orqan təqdim olunan sənədlərin, o cümlədən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlı olmasını qəbul edərək torpaq sahəsini Cavabdeh2 adma mülkiyyət hüququ əsasmda qeydə almışdır.
70. İddiaçı ilk növbədə Cavabdeh1 Səıbquiu qızına verilmiş sənədlərin qanuniliyini və ən nəhayət, Cavabdeh1 ilə Cavabdeh2 arasmda bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsini mübahisələndirməmiş,həmin sənədləri və alqı-satqı müqaviləsini mübahisələndirmədən birbaşa Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrinin xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışını və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsini, torpaq sahəsində aparılan tikinti işlərinin Cavabdeh2 hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir.
71. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərində irəli gələn mübahisələrin məhkuma aidiyyatına dair 4 saylı qərarının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyə ti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş huquq müəyyənedici sənədlərə və (və ya) inzibatı orqanın hərəkətlərinə qiymət verilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
72. Məhkəmə kollegiyasının iclasında İddiaçı Tapdıq oğlu və vəkili Şirinov Bağban Səfər oğlu kassasiya şikayətini müdafi ə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
73. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X24 vəkili kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.
74. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrini səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibars ızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsi ndə tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Hüququn tətbiq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarları S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxxx 2004-cü il tarixli “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Ko nstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli v "H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələn ə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə İddiaçı Tapdıq oğlu tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.
78. Əvvəla, apelyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1869/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qərarında şərh edilən və hazırki qərarın 48-57-ci bəndlərində qeyd edilən göstərişlərin heç birinə (ekspertiza təyin edilməsi barədə göstəriş istisna olmaqla) əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyas ında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
79. Apelyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin yalnız ekspertiza təyin edilməsi barədə göstərişinə əməl edib, ekspertiza təyin etsə də, həmin rəyi nəyə görə qəbul etməməsini qətnamədə əsaslandırmamış, ümumiyyətlə, həmin rəyə qiymət verməmişdir. Nəzərə alınsa ki, ekspert rəyi də sübutun bir növüdür, məhkəmə həmin sübuta qiymət verməli idi. Bu baxımdan, apelyasiya məhkəməsi ekspert rəyinə qiymət verməməklə, Mülki Prosessual Məcəllənin 88 və 103.1ci maddələrinin tələblərini pozmuşdur.
80. Bundan əlavə, iddia tələbinin Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli, RX 526263 nömrəli çıxarışın etibarsızlığı hissəsi ilə bağlı birinci inst ansiya məhkəməsinin gəldiyi nəticəyə apelyasiya məhkəməsi ümumiyyətlə hər hansı qiymət verməmişdir. Həmin hissədə iddianı rədd edən birinci instansiya məhkəməsi Cavabdeh1 adına 0.94 ha torpaq sahəsinə dair xx xxxxxx 2017-ci il tarixli, RX 526263 nömrəli çıxarışın verilməsi üçün əsas Bakı şəhəri, X5 xx.xx.2004-cü il tarixli, 900/1 nömrəli qərarın və həmin qərarın verilməsinə dair sənədlərin olmasına istinad etmişdir.
81. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın etibarsızlığını onunla əsaslandırmışdır ki, həmin Çıxarışın verilməsinə əsas olan X5 xx.xx.2004-cü il tarixli 900/1 saylı qərarı mövcud deyil.
82. X5 xx xxxx 2017-ci il tarixli məktubunda da mübahisəli torpaq sahəsinin Cavabdeh1 ayrılması barədə X5 xx.xx.2004-cü il tarixli 900/1 saylı qərarının arx ivdə olmaması qeyd edilmişdir. 83. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4№-li Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmal ıdır.
84. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa həmin qeydiyyatın mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır. İddiaçı də Cavabdeh1 adına verilmiş Çıxarışın verilməsinə əsas olan bələdiyyə qərarının olmamasına, başqa sözlə, reyestrdəki qeydiyyatın inzibati akta əsaslanmamasına istinad etmişdir. 85. ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4№-li Qərarının 16.3-cü bəndində izah edilir ki, ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
86. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi İddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın etibarsızlığı barədə iddiasının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qəra rı kontekstində qiymətləndirməmiş, həmin tələbin mülki və inzibati məhkəmə icraatına aid olub-olmaması, inzibati icraata aid olduğu halda iş üzrə icraata xitam verilib-verilməməlii olmasınıa aydınlıq gətirməmişdir.
87. Bundan başqa, apelyasiya məhkəməsi mübahisəli torpaq sahəsini alan Cavabdeh2 alqı-satqı müqaviləsinin legitimsizliyi barədə şübhə yaranmaması, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından onun xəbəri olmaması, qeyd olunan hallara görə Cavabdeh2 vicdanlı alıcı kimi qəbul olunması və bu əsaslarla da Cavabdeh2 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni zama nda iddiaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün əsas olmuş notariat qaydasında təsdiq edilmiş müqavilənin qüvvədə olmasına, həmin müqavilə qüvvədə olduğu təqdirdə müqavilənin hüquqi nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrindəki qeyd və ya torpaq sahəsinin planının mübahisələndirilməsinin əhəmiyyətsiz olmasına istinad etməklə ziddiyyətli nəticəyə gəlmişdir.
88. Belə ki, apelyasiya məhkəməsi bir tərəfdən alqı-satqı müqaviləsi mübahisələndirilmədən həmin müqavilə əsasında verilmiş çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsinin mümkün olmamasını qeyd edir, bir tərəfdən də Cavabdeh2 vicdanlı əldə olmasını qeydə etməklə həmin müqaviləyə, yəni özünün də qeyd etdiyi kimi mü bahisələndirilməyən müqaviləyə qiymət verir.
89. Bir halda ki, apelyasiya məhkəməsi iddiaçının alqı-satqı müqaviləsini mübahisələndirmədən birbaşa çıxarışı mübahisələndirməsini düzgün saymırsa, çıxarışın və torpaq sahəsinin eskiz planının etibarsız hesab edilməsi barədə iddianı da məhz bu əsasla rədd edirsə, belə olan halda, mübahisələndirlməyən müqavilə (olmayan iddia üzrə) üzrə işin halını müəyyən etməklə Cavabdeh2 vicdanlı əldə edən olması nəticəsinə gəlmək düzgün hesab edilə bilməz. Bu, həm də gələcəkdə verilə biləcək belə bir iddianın taleyini qabaqcadan həll etmək deməkdir.
90. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
91. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir k i, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
92. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Tapdıq oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7184/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.