Məhkəmə qərarları › İş №2(102)-4607/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4607/2022

06.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4607/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh qarşılıqlı tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-4607/2022 (Açar sözlər: özbaşına tikiliyə köçürülmə, qanunun anologiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə barədə ilk, Cavabdeh cehiz əşyalarının çıxarılması barədə qarşılıqlı tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-992/2025 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ndən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2011-ci il tarixdə X1 ilə nikaha daxil olaraq, qaytanası Cavabdeh (bundan sonra - cavabdeh) məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı ərazi 3/3, 101 saylı fərdi yaşayış evinə (bundan sonra – mübahisəli ev) gəlin köçmüş, cehiz əşyalarını da həmin evə gətirmiş və cavabdehin oğlu ilə nikahından xx.xx.2011-ci il tarixdə Elnar adlı uşaqları doğulmuşdur. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

2. Cavabdehin oğlu ilə nikahı xx.xx.2020-ci il tarixdə pozulmaqla, hazırda iddiaçı azyaşlı oğlu ilə birlikdə valideynlərinə məxsus evdə yaşa yır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə cavabdehlə bərabər istifadə imkanlarının müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin oğlu ilə evləndikləri gündən mübahisəli evə gəlin köçmüş, 2011-ci ilin avqust ayına qədər orada yaşamış və onlarla birgə təsərrüfat aparmışdır. Bu fakt Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2205/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə sübuta yetirilmişdir. Hazırda cavabdehlər onu evə buraxmadığından valideynlərinin yanında yaşamağa məcbur olsa da, azyaşlı uşağı ilə birlikd ə ömürlük orada yaşaya bilməz. Hesab edir ki, mübahisəli evə hüquqları olduğundan cavabdehin onun yaşadığı evdən çıxartmağa haqqı yoxdur.

5. İddia ərizəsinə əlavə olunmuş Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin xx.xx.2021-ci il tarixli, 2075 saylı aktının surətindən görünür ki, iddiaçı 2010-cu ildə cavabdehin oğlu ailə quraraq, cavabdehə məxsus mübahisəli evə gəlin köçmüş, həmin ünvanda xx.xx.2011-ci ildə Elnar adlı uşağını dünyaya gətirmiş və 2019-cu ilədək orada daimi yaşamışdır. Aktın doğruluğunu iki qonşu və komitə sədri öz imzaları ilə təsdiq etmişlər.

6. Cavabdeh də öz növbəsində qarşılıqlı iddia verərək, iddiaçıya məxsus cehiz əşyalarının istifadəsində və sahibliyində olan evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı idd ia belə əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlini olmaqla, bir müddət mehriban yaşasalar da, sonralar münasibətləri pisləşmiş və cavabdeh oğlunu tərk edib evdən getmişdir. Hazırda nikahları həm rəsmi, həm də faktiki olaraq pozulmuşdur. Bununla əlaqədar bir neçə dəfə cavabdehə müraciət edərək, cehiz əşyalarını çıxarmasını xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin cehiz əşyaları xeyli yer tutmaqla onun öz evindən istifadə hüququnu məhdudlaşdırır.

8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-9083/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) ilk iddia qismən təmin edilərək, cavabdehin mübahisəli evə köçürülməsi, ilk i ddianın qalan hissədə, qarşılıqlı iddianın bötüvlükdə rədd olunması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında mübahisəli evlə bağlı hüquq münasibətləri 2009-cu ildən sonra, yəni 2011-ci ildən əmələ gəldiyindən və mübahisəli ev özbaşına tikili olduğundan hazırkı mübahisəyə qanunun analogiyası tətbiq edilməklə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına əsasən hüquqi qiymət verilməlidir. Belə ki, hüquqi statusu məlum olmayan (qanunsuz tikili) yaşayış sahələrinə köçürülmə və ya bu tip mübahisələrə baxılması ilə əlaqədar birbaşa maddi hüquq norması mövcud deyil.

10. Məhkəmə həmin Məcəllənin 68.1 və 68.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 180, 228.1-ci və “Yaşayış yeri və olduğu yer ü zrə qeydiyyat haqqında” Qanunun 1, 2-ci maddələrinə istinadla hesab etmişdir ki, iddiaçının 2011-ci ildən mübahisəli evdə yaşaması, cavabdehlə ümumi təsərrüfat aparmaları, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və başqa yerdə yaşayış yerinin olmaması nəzərə alındıqda evdən məhrum olması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və pozulmuş hüquqları bərpa edilməlidir.

11. Bununla belə, sözügedən fərdi yaşayış evinə dair heç bir sənəd olmadığı üçün həmin evdə istifadə imkanlarının müəyyən edilməsi tələbi əsassızdır.

12. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə vurğulamışdır ki, iddiaçı cavabdehin oğlu ilə nikaha daxil olduqdan sonra cavab dehin və onun ailə üzvlərinin razılığı ilə mübahisəli evə gəlin gəlmiş, öz cehiz əşyalarını həmin evdə yerləşdirmiş və 8 ilə yaxın həmin evdə yaşamışdır. Ona görə də, iddiaçının həmin hissədə yaşamaq hüququ vardır. Bundan başqa, ilk iddia iddiaçının mübahisəli evə köçürülməsi hissəsində təmin edilməsi qarşılıqlı iddianın rədd olunması üçün əsasdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən 2014-cü ilədək mübahisəli evdə yaşamış, 2014-cü ildən daimi olaraq evi tərk etmiş və hazırda valideynlərinin yanında yaşamaqla sözügedən evə dair heç bir hüququ y oxdur. Belə ki, mübahisəli evlə bağlı tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yarandığından mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda iddiaçının onun oğlu ilə ailə münasibətlərinə həm faktiki, həm də rəsmi xitam verildiyindən, o, cavabdehin ailə üzvü hesab edilmir, həmçinin aralarında hər hansı razılaşma da yoxdur. Belə olan halda, iddiaçının cavabdehə məxsus evə heç bir hüququ olmadığından ona məxsus əşyaların evdən çıxarılmalıdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-992/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, biri nci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, əlavə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulduğu, düzgün tətbiq olunmadığı, tətbiq edilməli olan qanunun və ya digər normativ hüquqi aktın tətbiq edilmədiyi göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: X3 haqqında Azərbaycan Respublikasının Qanun

20. Maddə 1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

22. Maddə 1 80.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

81. Qanuna və ya digər X3a əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

29. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyə ti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

31. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisini n ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsin in faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə əsaslı deyil.

35. Əvvəla, qanunun analogiyası ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Beləki, X3 haqqında Azərbaycan Respublikasının Qanununda qanunun analogiyasına anlayış verilmişdir.

36. Həmin Qanunu 1.0.10. maddəsinə əsasən qanunun analogiyası dedikdə– konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunve ricilik normalarının tətbiq edilməsi başa düşülür.

37. Normanın dispozisiya şərtlərindən göründüyü kimi işə baxılarkən konkret ictimai münasibətləri nizama salan maddi hüquq normalarının olmaması halında oxşar münasibətləri nizama salan normaların tətbiqi mümkün sayılır. Oxşar münasibətləri nizama salan normaların tətbiqi üçün iki şərt olmalıdır. 1-ci şərt, həmin normalar oxşar münasibətləri nizama salmalıdır, 2-ci şərt, tətbiq olunan normalar həmin vaxt qüvvədə olmalıdır.

38. Hazırkı işdə Apelyasiya Məhkəməsi tələbin qanuni əsası kimi istinad etdiyi normalardan biri 01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsidir. Hansıki, tərəflər arasında mübahisəli evlə bağlı münasibətlər istinad olunan normaların nizama saldığı münasibətlərlə oxşar münasibətlər deyil.

34. Beləki, Mənzil Məcəlləsinin 68.1. və 68.2 maddələrinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçi sinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

39. Göründüyü kimi, məhkəmənin istinad etdiyi norma dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisinin qanuni əsaslarla bağladığı kirayə müqavilələrindən irəli gələn münasibətləri nizama salır. Mənzil Məcəlləsinin 59.1. maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərt lərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.

40. Həmin məntiqlə yanaşsaq, onda mübahisəyə cavabdehin, yəni mənzilin sahibinin xeyrinə Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarının tətbiq olunması da müzakirə olan bilərdi. Çünki özbaşına tikilinin cavabdehin vəsaiti hesabına inşa edilməsi və onun istifadəsində olması işin mübahisəsiz halıdır.

41. Ona görə kollegiya hazırkı halda sosial kirayə müqaviləsindən irəli gələn münasibətləri nizama salan maddi hüquq normalarının tətbiqini əsaslı hesab etmir.

42. Tələbin qanuni əsası kimi Apelyasiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə istinad etməsi də əsaslı sayıla bilməz. Həmin normada deyilir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qeyd olunan norma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün şəxsin yaşayış yeri anlayışının mahiyyətini açır.

43. Qanunun məqsədləri isə 1-ci maddədə aydın şərh edilmişdir-Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifəl ərinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

44. Göründüyü kimi həmin norma evə köçürülmə hüququnun təmin edilməsinin əsasları kimi çıxış edə bilməz.

45. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli fərdi ev cavabdeh tərəfindən, onun vəsaiti hensabına inşa edilmiş və iddiaçı həmin evə gəlin köçənədək onun istifadəsində olmuşdur. Həmin evin özbaşına inşa edilmiş ev olması ilk iddianın təmin olunması üçün müstəqil əsas hesab oluna bilməz.

46. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zamanzaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimdə olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (&21-22).

47. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir.

48. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir.

49. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla cavabdehin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. 50. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinə əsasən, “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunver icilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

51. Baxılan iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir.

52. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması məsələsini qaldırmamış, əksinə özü etiraf edir ki, ev onların nikahından əvvəl i nşa edilmişdir.

53. Eyni zamanda məhkəmə baxışı zamanı sübut olunmuşdur ki, iddiaçı 2011-ci ildə mübahisəli evə yaşamaq üçün gəlmiş və 2019-cu ildə həmin evi tərk edərək yaşamaq üçün başqa ünvana getmiş, iki ildən sonra hazırkı tələblə çıxış etmişdir.

54. Nəzərə almaq lazımdır ki, yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi istisna deyil (1.0.11. hüququn analogiyası).

55. Keçmiş gəlinlərin mənzilə köçürülmə tələbi ilə bağlı hazırda istifadə olunan hüququn ümumi prinsipləri və ya hüququn konkret sahələrinə aid prinsipləri ilə bağlı qeyd olunur ki, analoji m übahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər, şəxs onun qanuniləşdirənə qədər və.s) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

56. Bundan başqa, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

57. Məhkəmə qərarının ədalətli olması şərtlərindən 1-cisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə müba hisəli evi cavabdeh inşa etmiş, uzun illərdir ki, orada yaşayırlar. İddiaçı 2011-ci ildə evə köçmüş və 2019-cu ildə oranı tərk etmişdir. Evi tərk etməsinin səbəbi cavabdehin ailəsi ilə birlikdə yaşamağın mümkün olmamasıdır. Evi tərk etdikdən iki il sonra hazırkı iddia irəli sürülmüşdür. Yekun qərar qəbul edən məhkəmə tərəflərin mənafeyləri arasındakı ədalətli tarazlığı işin sübuta yetirilmiş həmin faktiki halları fonunda müəyyən etməlidir. 58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.

60. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının 2(105)-992/2025 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar