Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4608/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-943/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin (hakim Cahid İmanov) 17 dekabr 2018-ci il tаrixli, 2(075)99/ 2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək 1502,82 manat məbləğində kredit borcu, 3270,88 manat məbləğində faiz borcu və 1000 manat cərimə olmaqla, cəmi 5773,7 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumuvə 21 manat xidmət haqqı Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı-nin hesabına ödənilməsi, tələb Cavabdeh2 mülkiyyətindəki Şəki şəhəri, Otaqeşiyi küçəsində xüsusi mülkiyyətdə olan 0,0765 ha torpaq sahəsi və üzərində yerləşən tikili və qurğularla birlikdə 7 saylı fərdi yaşayış evinə tutma yönəldilərək əmlakın ilkin satış qiymətinin 56500 manatla hərraca çıxarılaraq hərracda satılması, əmlakın açıq hərracdan satılması hesabına cəmi 5 773,7 manat borc və 61 manat dövlət rüsumunun İddiaçı-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı-nin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 07A000022086 saylı kredit razılaşması üzrə 1502,82 manat məbləğində kredit borcu, 3 270,88 manat məbləğində faiz borcu və 3488 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 8261,73 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; Tələbin Şəki şəhəri, Otaq eşiyi küçəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,0765 ha torpaq sahəsi və üzərində yerləşən həyətyanı tikili və qurğularla birlikdə 7 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və 8261,73 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödə nilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmentinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6 və Cavabdeh1 imzaladıqları müvafiq kredit müqaviləri üzrə mütənasib olaraq tutulması; Şəki şəhəri, Otaq eşiyi küçəsində Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,0765 ha torpaq sahəsi və üzərində yerləşən həyətyanı tikili və qurğularla birlikdə 7 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin 56500 manat müəyyən edilməsi, həmçinin ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməyən hissədə ləğv edilməsini və işin həmin hissələrdə yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş q iymətlə mütəxəssi rəyi arasında kəskin fərq vardır. Mütəxəssi rəyində əks olunmuş qiymət reallığı əks etdirmir. Məhkəmə ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində əmakın boşaldılması hissədə iddia tələbin rədd edərkən maddi hüquq normasının tələblərini pozmuş, İpoteka haqqında qanunun 59.3-cü maddəsinin tələblərinə əməl etməmişdir. Ona görə də, qətnamə həmin hissələrdə ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara is tinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi mübahisləndirilən hissədə iddiaçının kassasiya şikayıtinə əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 07 oktyabr 2010-cu il tarixli 07A000022086 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə 2300 (iki min üç yüz) manat kredit verilmişdir. 07 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ilə Cavabdeh1 arasında 07 oktyabr 2010-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 07 oktyabr 2010-cu il tarixli 07A000022086 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi ilə bağlı üzərlərinə tam həcmdə öhdəlik götürmüşdür. İddiaçı ilə Cavabdeh6 arasında bağlanmış 07 oktyabr 2010-cu il tarixli 07A000022086 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi imzalanmış, imzalanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Şəki şəh əri, Otaqeşiyi küçəsində xüsusi mülkiyyətdə olan 0.0765 ha torpaq sahəsi və üzərində yerləşən tikili və qurğularla birlikdə 7 saylı fərdi yaşayış evi İddiaçı qarşısındakı 07 oktyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Kredit borcunun kredit müqavilələri və onlara əlavə olan ödəniş cədvəllərinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıq ların da heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 445, 462, 467, 470 maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 39, 59 maddələrinə istinad edərək iddia tələbini yuxarıda göstrərilən qaydada qismən təmin etmişdir. Qətnamədən iddiaçı bank apellyasiya şikayəti verərək qətnaməni yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin həmin evi 1 ay ərzində boşaltmaları və cərimə borcunun təmin edilməyən hissələrdə mübahisələndirmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilə n hissələrdə apellyasiya qaydasında yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Hazırda da, iddiaçı bank apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlərin həmin evi 1 ay ərzində boşaltmalarının təmin edilməməsi hissədə mübahisələndirir. Ona görə də, qətnamənin mübahisələndirilməyən cərimə borcunun təmin edilməyən hissəsi hazıski kassasiya baxışının predmetini təşkil etmir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqın da» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanununun; 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağl anması üçün məhkəməyə müraciət edə bilər. 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşolsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, «Əmlak Ekspert Mərkəzi» tərəfindən 13 noyabr 2018-ci il tarixdə verilmiş ƏEM/O 48- 959/18 saylı mütəxəssis rəyindən görünür ki, C avabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Otaqeşiyi küçəsində xüsusi mülkiyyətdə olan 0.0765 ha torpaq sahəsi və üzərində yerləşən tikili və qurğularla birlikdə 7 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 56500 manat təşkil edir. İddiaçı tərəf ipoteka predmeti olan əmlakı yenidən qiymətləndirilməsini, qoyulmuş qiymətlə razı olmadığını bildirsə də, məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq buna dair hər hansı mötəbər sübut təqdim etməmiş, öz fikrini formal mülahizələr əsasında əsaslandırmağa çalışmışdır. İpoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissədə iddia tələbinin təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Şəki şəhəri, Otaq eşiyi küçəsində xüsusi mülkiyyətdə olan 0,076 5 ha torpaq sahəsi üzərində yerləşən həyətyanı tikili və qurğularla birlikdə 7 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra sonra Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 həmin əmlakdan çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” hissədə iddia tələbi qeyri-müəyyən olmaqla ipoteka predmeti açıq hərracda realizə edildikdən sonra yeni mülkiyyətçi ilə mənzildə yaşayanların istifadə hüququ ilə hər hansı bir mübahisə yarandığı halda iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət ed ilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara alır: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-943/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4608/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4608/2019
08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver