Məhkəmə qərarları › İş №2(102)-4609/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4609/2020

20.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4609/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, tərcüməçi X1, İddiaçı, vəkili Abdullayev Yasər Əbülfəz oğlunun, cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, vəkili X4 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 2(103)-13324/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(006)4738/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim R.Ə.Səmədov) İddiaçı cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13324/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2019-cu il ta rixli 2(006)-4738/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” QSC Sərnişin Daşımaları Departamenti Bakı Sərnişin Stansiyasının 15 iyul 2019-cu il tarixli, 135 №-li əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması, cavabdehdən 15 iyul 2019-cu il tarixdən işinə bərpa olunan tarixədək hər ay üçün aylıq əmək haqqı olan 379 manat hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının, aldığı 1000 manat borcun, 110 manat vəkil tutmağa görə xərcin və 10.000 manat mənəvi ziyanın əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən “xxxx” QSC Sərnişin Daşımaları Departamentinin Bakı Sərnişin Stansiyasında çalışır. Son vəzifəsi normalaşdırma üzrə 1-ci dərəcəli mühəndis vəzifəsi olmuşdur. İddiaçı işlədiyi dövrdə hər hansı bir əsaslı intizam tənbehi almamışdır. Vəzifəsini hər zaman layiqincə yerinə yetirmişdir. Bir müddət öncə iddiaçını “xxxx” QSC Sərnişin Daşımaları Departamenti Bakı Sərnişin Stansiyasının rəhbərliyi dəvət edərək vəzifəsinin ixtisara düşdüyünü bildirmişdir. Bu barədə ona 13 may 2019-cu il tarixdə rəsmi bildiriş göndərilmiş, bildirişi 25 may 2019cu il tarixdə almışdır. Bildirişdə ona 9 ay möhlət verilmiş, xəbərdarlıq müddəti ərzində ona hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yarad ılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsi bildirilmişdir. Xəbərdarlığın müddəti 27 iyul 2019-cu il tarixdə başa çatmasına baxmayaraq, 15 iyul 2019-cu il tarixdə onu işdən azad etmişlər. İşdən qanunsuz azad olunduqdan sonra normal yaşaması üçün müxtəlif şəxslərdən 1000 manat məbləğində borc almışdır. Bundan əlavə, hüquqlarının məhkəmədə müdafiəsi üçün vəkil tutmağa 110 manat pul sərf etmiş, habelə ona mənəvi zərər dəymişdir. Vurulmuş mənəvi zərərin məbləğini 10.000 manat məbləğində qiymətləndirir. İşlədiyi dövrdə hər ay 379 manat əmək haqqı aldığına görə hesab edir ki, işdən qanunsuz azad olunduğu gündən işə bərpa olunduğu günə qədər ona hər ay məcburi işburaxma üçün 379 manat pul da ödənilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdi r. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Abdullayev Yasər Əbülfəz oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam y oxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Abdullayev Yasər Əbülfəz oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və vəkili X4 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı, vəkili Abdullayev Yasər Əbülfəz oğlunun, cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, vəkili X4 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əs asən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı “xxxx” QSC-nin Sərnişin Daşımaları Departamentinin Bakı Sərnişin Stansiyasında normalaşdırma üzrə 1-ci dərəcəli mühəndis vəzifəsində işləmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 11.01.2019-cu il tarixli, 04/02 qeydiyyat nömrəsi ilə təsdiq edilmiş əmrlə Bakı sərnişin stansiyasının ştat cədvəlində müəyyən dəyişikliklər edilmişdir. Dəyişikliklərlə əlaqədar bəzi ştat vahidləri, o cümlədən normalaşdırma üzrə 1-ci dərəcəli mühəndis ştat vahidinin ixtisar olunması qərara alınmışdır.İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar edildiyinə görə bütün imkan və hüquqları qeyd edilməklə xəbərdarlıq təqdim edilməsi ştat vahidinin ixtisar edilməsi səbəbindən təşkil edilmiş araşdırma komissiyasının 07.05.2019-cu il tarixdə keçirilmiş yığıncağının 07.05.2019-cu il tarixli, 10 nömrəli protokolunda qeyd edilmişdir. İddiaçı Sərnişin Daşımaları Departamentində birləşmiş yol bürosunun operatoru vəzifəsi, Bakı sərnişin stansiyasında şəhərətrafı qatarlar üzrə xidmət sahəsində nəzarətçi vəzifələri təklif edilmişdir. İddiaçı ona təklif edilən vəzifələrdən imtina etmişdir. O, ştat vahidinin ixtisarı ilə əlaqədar olaraq əmr və xəbərdarlığın təqdim edilməsi üçün insan resursları üzrə mütəxəssislərin otağına dəvət edilmiş, 08.05.2019-cu il tarixli 55D/S nömrəli əmr və 13.05.2019-cu il tarixli 88 nömrəli xəbərdarlıqla tanış olmuş, xəbərdarlığın bir nüsxəsini götürmüş, ancaq əmrdə və xəbərdarlıqda tanış olması barədə imza etməkdən imtina etmişdir. Xəbərdarlıqda qeyd olunan həftədə bir gün əmək haqqı saxlanılmaqla iş axtarmaq imkanı yaradılması haqqında həftənin konkret günü barəsində rəy bildirməmişdir. “xxxx” QSC Bakı sərnişin stansiyasının Həmkarlar İttifaqı Komitəsinin 08.07.2019-cu il tarixli 13 nömrəli protokolundan və 05 saylı məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. Bakı Sərnişin Stansiyasının 09.07.2019-cu il tarixli, 76 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin doqquz həftə müddəti başa çat dığı gündən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayının və ya ştatlarının ixtisarı) əsasında ləğv edilməsi və aidiyyəti sənədləşdirmənin müvafiq qanunvericiliyə uyğun aparılmasının ona mövcud qanunvericilikdə nəzərdə tutulmuş müavinətlərin ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Bakı Sərnişin Stansiyasının 15.07.2019-cu il tarixli, 135 saylı əmri ilə isə normalaşdırma üzrə 1-ci dərəcəli mühəndis vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) 15 iyul 2019-cu il tarixindən xitam verilmişdir. O, işdən azad olunarkən ona qanunla müəyyən olunmuş qaydada son haqqhesab ödənilmiş və əmək kitabçası verilmişdir. Azərbaycan Respublikasının Əm ək Məcəlləsinin: - 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək, “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. -70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən e dilmiş tədbirlər görür. -77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. -77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. -80.1 və 80.2-ci maddələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, işəgötürən qanunvericiliyin tələblərinə əsasən ştat vahidinin ixtisarı barədə işçiyə xəbərdar etmiş, həmkarlar ittifaqı komitəsinin razılığı alınmış, işçiyə başqa iş təklif edilmiş, ona son haqq-hesab ödənilmiş, əmək müqaviləsinin xitamı üçün təminatlar verilmişdir. Lakin işçi ona təklif edilmiş vəzifələrlə razılaşmamışdır. İddiaçı ona verilmiş 9 həftəlik müddət ərzində təklifi dəyərləndirməmişdir. Cavabdehin nümayəndəsinin bildirdiyi kimi iddiaçı son iş günü nahar fasiləsində təklifi qəbul etməsini bildirsə də, idarəyə həmin teleqram əmək müqaviləsinə xitam verildikdən sonra çatdırılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ştat vahidinin ixtisarı işəgötürənin hüququdur. İşə götürən müvafiq təhlillər apardıqdan sonra zərurilik şərtlərini nəzərə alaraq həmin hüququ əsasında işçilərin sayı və ya ştat vahidini ixtisar edir. İddiaçı ixtisar edilmiş əvvəlki işinə bərpa edilməsini tələb etmişdir. Lakin onun mövcud olmayan ştata işə bərpası mümkün deyildir. Əmək müqaviləsinə xitam verilməsində hüquqazidd hal aşkar edilməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən İddiaçı müraciətinin “xxxx” QSCyə göndərilməsi haqqında 15 aprel 2019-cu il tarixli, 1/5647-19 saylı məktubun məzmunundan görünür ki, İddiaçı vəzifəsinin ixtisar ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan İddiaçı özünün də məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Bakı Sərnişin Stansiyasının ştat cədvəlində dəyişiklik edilməsi və ştat vahidlərinin ixtisar olunması barədə 11 yanvar 2019-cu il tarixli əmrdən onun rəsmi xəbərdarlıqdan əvvəlki dövrdə də məlumatı olmuşdur. İş materiallarından məlum olur ki, İddiaçı özü də etiraf etmişdir k i, həmin dövrdə ona iş yerləri təklif olunmuş, lakin təklif olunan işlər üzrə əmək haqqı onu qane etmədiyinə və iş yerləri yaşadığı evdən uzaq olduğuna görə edilən təkliflərlə razılaşmamışdır. Bundan əlavə, cavabdeh təşkilatın nümayəndələri “xxxx” QSC-də vakant iş yerləri barədə siyahını məhkəməyə təqdim edərək İddiaçı həmin ştat vahidləri üzrə işə qəbul olunmaq üçün müraciət edəcəyi təqdirdə müraciətinə baxılacağını bildirmişlər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı işlədiyi ştat vahidi artıq ixtisar olunduğuna görə onun əvvəlki vəzifəsinə bərpa olunması mümkün deyil. İddiaçı xəbərdarlıq müddətinin başa çatmasına 12 gün qalmış işdən azad olunması, 12 iyul 2019cu il tarixdə onun teleqramla işəgötürənə müraciət edərək təklif olunan işlə razılaşması barədə apelyasiya ş ikayətinin dəlilləri ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, İddiaçı 08.05.2019-cu il tarixli 55D/S saylı əmr və 13.05.2019-cu il tarixli 88 saylı xəbərdarlıqla 13 may 2019-cu il tarixdə tanış edilmiş, xəbərdarlığın bir nüsxəsi ona verilmiş, o, xəbərdarlığı götürməsi barədə sənədə imza etməkdən imtina etdiyinə görə xəbərdarlığın bir nüsxəsi poçtla onun ünvanına göndərilmişdir. Xəbərdarlığın göndərilməsi barədə poçt qəbzinin üzərinə göndərilmə tarixi kimi 14.05.2019-cu il tarixi qeyd edilmişdir. İş materiallarından həmçinin görünür ki, ştat ixtisarı barədə 11 yanvar 2019-cu il tarixli əmr verildikdən sonra İddiaçı bir neçə iş yeri təklif olunmuş, o, təklif olunan iş yerlərindən imtina etmiş, yalnız 12 iyul 2019-cu il tarixdə teleqramla “xxxx” QSC-nin Bakı Sərnişin Stansiyasının rəisinə və Sərnişin Daşımaları Departamentinin rəisinə müraciət edərək ştat ixtisarı ilə əlaqədar ona təklif edilən işi qəbul etdiyini bildirmişdir. Həmin teleqramlar İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə yox, apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş, sübutun birinci instansiya məhkəməsinə təqdim olunmamasının səbəbi izah olunmamışdır. Teleqramların ünvanına hansı tarixdə çatması barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçinin işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək st ajından asılı olaraq müəyyən olunmuş müddətlərdə rəsmi xəbərdar edilməsi əmək müqaviləsinə xitam verilərkən işçinin təminatlarından biridir. İş materiallarından görünür ki, İddiaçı tutduğu ştatın ixtisar olunduğu barədə işdən azad olunmazdan nəinki 9 ay, hətta ondan xeyli əvvəl xəbərdar olunmuş, bu barədə müxtəlif dövlət orqanlarına yazdığı şikayət ərizələrində İddiaçı özü də qeyd etmişdir. Ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən qeyd olunan xəbərdarlıq müddətinin müəyyən edilməsində məqsəd işçinin həmin müddətdə yeni iş yeri tapmasına şərait yaratmaqdan ibarətdir. İş materiallarından göründüyü kimi, işəgötürən tərəfindən işdən azad olunma barədə əmr verilməmişdən bir neçə ay İddiaçı belə bir şərait əvvəl yaradılmışdır. Hətta işəgötürən təşkilatın öhdəliyi olmasa da, İddiaçı ştat ixtisarından sonra başqa iş yerləri də təklif olunmuşdur. Ona görə də son və rəsmi xəbərdarlıq müddətinin başa çatmasına 12 gün qalmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin çıxarılması həmin əmrin ləğv olunması məsələyə formal yanaşma kimi qiymətləndirilə bilər. Ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam veriləcəyi barədə 13 may 2019-cu il tarixli bildirişin İddiaçı 25 may 2019-cu il tarixdə çatması ilə bağlı cavabdeh tərəfin mövqeyi bundan ibarət olmuşdur ki, həmin bildiriş İddiaçı işdə olarkən elə həmin tarixdə ona təqdim olunmuş, İddiaçı bildirişi alsa da, bildirişi alması barədə sənədə imza etməmişdir. Buna görə də onlar həmin bildirişi poçtla İddiaçı yaşadığı ünvana göndərmişlər. İddiaçı 13 may 2019-cu il tarixli bildirişi alması barədə sənədi imzalamaqda n imtina etməsi aktlaşdırılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “xxxx” QSC Sərnişin Daşımaları Departamenti Bakı Sərnişin Stansiyasının 15 iyul 2019-cu il tarixli, 135 №-li əmrinin ləğv edilməsinə və iddiaçının əvvəlki işinə bərpa olunmasına əsaslar olmadığından, həmin iddia tələblərinin, habelə onunla bağlı digər tələblərin təmin olunmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflə rin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13324/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar