Məhkəmə qərarları › İş №2(102)-461/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-461/2023

25.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-461/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, X1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, kredit müqaviləsindəki öhdəliyin icrası müddəti bitdikdən sonra faizin hesablanması, ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından v ə Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)284/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh4 arasında bağlanmış 1.1.16 may 2013-cü il tarixli, 7066 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 1.2.16 may 2013-cü il tarixli, 7067 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 1.3.16 may 2013-cü il tarixli, 7068 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 1.4.16 may 2013-cü il tarixli, 7069 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat; 1.5.16 may 2013-cü il tarixli, 7070 nömrəli kredit müqaviləsi ilə 60 ay müddətinə illik 12% hesablanmaq şərti ilə ******* manat məbləğində kredit verilmişdir.

2. Kreditin təminatı olaraq aşağıdakı əmlaklar ipoteka ilə yüklü edilmişdir: 2.1.16 may 2013-cü il tarixli ipoteka müqaviləsi ilə "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30672 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini (10000000 manat məbləğində qiymətləndirilmişdir); 2.2. 16 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən: 2.2.1. ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini (292 saylı mağaza), 2.2.2. ümumi sahəsi 38.9 kv.m olan qeyri-yaşayış sahəsini (295 saylı mağaza), 2.2.3. ümumi sahəsi 40.0 kv.m olan qeyri-yaşayış sahəsini (297 saylı mağaza), 2.2.4. ümumi sahəsi 39.9 kv.m olan qeyri-yaşayış sahəsini (271 saylı mağaza) (ümumilikdə 192000 manat məbləğində qiymətləndirilmişdir). 2.3.16 sentyabr 2013-cü il tarixli ipoteka müqaviləsi ilə X3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 23 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən: 2.3.1. ümumi sahəsi 73.7 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 8 saylı ofis), 2.3.2. 142.7 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 9 saylı ofis), 2.3.3. 187.2 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 10 saylı o fis), 2.3.4. 107.4 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 11 saylı ofis), 2.3.5. 188.9 kv.m olan qeyri-yaşayış sahəsini (6Ə korpusunun 13 saylı ofis) (560000 manat məbləğində qiymətləndirilmişdir). 3. 11 avqust 2015-ci il tarixli müqavilə ilə "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “X5 Edilməsi Agentliyi” MMC cavabdehlər Cavabdeh4, Cavabdeh2, X1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə 1496288,00 manat əsas borc, 111500,00 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot fa iz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1957613,15 manat; 16 may 2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 111500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1957613,15 manat; 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 87887,71 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cəmi 1934000,86 manat; 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 108500 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manat, cə mi 1954613,15 manat; 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə 861298 manat əsas borc, 24384,16 manat faiz borcu və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201387,04 manat, cəmi 1087069,20 manat, ümumilikdə 8890909,51 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi; tutmanın ipoteka verən X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m qeyriyaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis), 142.7 kv.m qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 9 saylı ofis), 187.2 kv.m qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 10 saylı ofis), 107.4 kv.m qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 11 saylı ofis), 188.9 kv.m qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 13 saylı ofis); Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyri-yaşayış sahəsinə (292 saylı mağaza), 38.9 kv.m qeyri-yaşayış sahəsinə (295 saylı mağaza), 40.0 kv.m qeyri-yaşayış sahəsinə (297 saylı mağaza), 39.9 kv.m qeyri-yaşayış sahəsinə (271 saylı mağaza); "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m qeyri-yaşayış sahəsinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması; satışd an əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı halda qalıq borc məbləğinin Cavabdeh4 tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu vaxtında ödəməmiş, bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçı “X5 Edilməsi Agentliyi” MMC əsl İddiaçı QSC ilə əvəz olunmuşdur.

7. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 04 iyul 2019cu il tarixli qiymətləndirmə hesabatları ilə ipoteka predmetləri olan: 7.1. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində X1 mə xsus: 7.1.1. 73.7 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 8 saylı ofis) 45000 manat, 7.1.2. 142.7 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 9 saylı ofis) 72000 manat, 7.1.3. 187.2 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 10 saylı ofis) 98000 manat, 7.1.4. 107.4 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 11 saylı ofis) 75000 manat, 7.1.5. 188.9 kv.m qeyri-yaşayış sahəsi (6Ə korpusunun 13 saylı ofis) 130000 manat; 7.2. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində Cavabdeh2 məxsus: 7.2.1. 39.9 kv.m qeyri-yaşayış sahəsi (292 saylı mağaza) 44000 manat, 7.2.2. 38.9 kv.m qeyri-yaşayış sahəsi (295 saylı mağaza) 39000 manat, 7.2.3. 40.0 kv.m qeyri-yaşayış sahəsi (297 saylı mağaza) 40000 manat, 7.2.4. 39.9 kv.m qeyri-yaşayış sahəsi (271 saylı mağaza) 48000 manat; 7.3. Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 8-ci mərtəbəsində "xxxx" MMC-yə məxsus olan 30672.0 kv.m qeyri-yaşayış sahəsi 12500000 manat məbləğində qiymətləndirilmişdirlər.

8. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 fevral 2021-ci il tarixli rəyinə əsasən Cavabdeh4 "xxxx" ASC-yə: 1) 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; - 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 314000 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 627268,14 manat faiz borcu; 2) 16 may 2013-cü il tarixli, 7067 saylı kredit müqa viləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; - 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 314000 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə, ******* manat əsas borc, 627268,14 manat faiz borcu. 3) 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 87887,71 manat faiz borcu; - 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 290387,71 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 603655,85 manat faiz borcu. 4) 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 108500 manat faiz borcu; - 16 may 2017-ci il tarixə ******* manat əsas borc, 311000 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 624268,14 manat faiz borcu; 5) 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə 865010 manat əsas borc, 24384,16 manat faiz borcu; - 16 may 2017-ci il tarixə 865010 manat əsas borc, 141160,51 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə 861298 manat əsas borc, 321693,69 manat faiz borcu müəyyən edilmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(011)30/2021 nömrəli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddianın təmin edilməsi, Cavabdeh4 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, 111500 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manatın, cəmi 1957613,15 mana tın; 16 may 2013-cü il tarixli, 7067 saylı Kredit Müqaviləsi üzrə ******* manat əsas borcun, 111500 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manatın, cəmi 1957613,15 manatın; 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, 87887,71 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manatın, cəmi 1934000,86 manatın; 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borcun, 108500 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 349825,15 manatın, cəmi 1954613,15 manatın; 16 may 2013-cü il tarixli, 7 070 saylı kredit müqaviləsi üzrə 861298 manat əsas borcun, 24384,16 manat faiz borcunun və müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə hesablanmış dəymiş zərər 201387,04 manatın, cəmi 1087069,20 manatın, ümumilikdə 8890909,51 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş: X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 3-cü mərtəbəsində 73.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 8 saylı ofis) (ilkin satış qiyməti 45000 manat), 142.7 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 9 saylı ofis) (ilkin satış qiyməti 72000) manat, 187.2 kv.m. qeyriyaşayış sahəsinə (6Ə korpusunun 10 saylı ofis) (ilkin satış qiyməti 98000) m anat, 107.4 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 11 saylı ofis) (ilkin satış qiyməti 75000) manat, 188.9 kv.m. qeyri-yaşayış sahəsinə (6Ə korpusunun 13 saylı ofis) (ilkin satış qiyməti 130000) manat; Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 1-ci mərtəbəsində 39.9 kv.m. qeyriyaşayış sahəsinə (292 saylı mağaza) (ilkin satış qiyməti 44000) manat, 38.9 kv.m. qeyriyaşayış sahəsinə (295 saylı mağaza) (ilkin satış qiyməti 39000) manat, 40.0 kv.m. qeyriyaşayış sahəsinə (297 saylı mağaza) (ilkin satış qiyməti 40000) manat, 39.9 kv.m. qeyriyaşayış sahəsinə (271 saylı mağaza) (ilkin satış qiyməti 48000) manat; "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2.468 ha torpaq sahəsində yerləşən 23 sayl ı binanın 8-ci mərtəbəsində 30672.0 kv.m. qeyri-yaşayış sahəsinə (ilkin satış qiyməti ********) yönəldilərək, açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin ipoteka qoyanlara qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh4 tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194, 307.4, 319.1, 319.6, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1-ci, “İpoteka haqqında” Qanunun 34, 39.3.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh4 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(011)-30/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 15 oktyabr 2021-ci il tarixli rəyinə əsasən "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış: 1) 16 may 2013-cü il tarixli, 7066 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; - 12 ap rel 2019-cu il tarixə 1496288,00 manat əsas borc, 456.771,77 manat faiz borcu; 2) 16 may 2013-cü il tarixli, 7067 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 111500 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 456771,77 manat faiz borcu; 3) 16 may 2013-cü il tarixli, 7068 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 87887,71 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 433159,48 manat faiz borcu; 4) 16 may 2013-cü il tarixli, 7069 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə ******* manat əsas borc, 108500 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə ******* manat əsas borc, 453771,77 manat faiz borcu; 5) 16 may 2013-cü il tarixli, 7070 saylı kredit müqaviləsi üzrə: - 01 aprel 2016-cı il tarixə 865010 manat əsas borc, 24384,16 manat faiz borcu; - 12 aprel 2019-cu il tarixə 861298 manat əsas borc, 223431,84 manat faiz borcu müəyyən edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının üzrə 31 avqust 2022-ci il tarixli, 2(103)-284/2022 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, İ.Ə.Kərimlinin və E.C.Kazımovun iştirakı ilə) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə (Cavabdeh4 qarşı iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi g östərmişdir ki, kredit borcunun tutulması ilə bağlı nəticə apellyasiya şikayətinin dəlilləri üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə təsdiqini tapmışdır.

15. Apellyasiya məhkəməsi həmçinin göstərmişdir ki, apellyator kredit müqavilələrinin onunla bağlandığı mübahisələndirməmiş, lakin pulun ona verilmədiyini bildirmişdir. İş materiallarına pulun Cavabdeh4 tərəfindən qəbul edildiyini təsdiq edən kassa məxaric orderləri əlavə edilmişdir. Bundan əlavə, hesabdan çıxarış məlumatlarından və ekspert rəyindən də müəyyən olunmuşdur ki, apellyator kredit üzrə müxtəlif vaxtlarda ödənişlər etmişdir. Kredit borcu üzrə müəyyən məbləğlərdə ödənişlər apardığı halda, pulun ona verilmədiyini bildirən apellyator həmin arqumentini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir.

16. Apelly asiya şikayətinin digər dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən bankın problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

17. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmiş, tərəflərin heç biri əmlakların ilkin satış qiymətini mübahisələndirməmişlər. Belə olan halda, apellyasiya kollegiyası ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri:

18. Cavabdeh4 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-284/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, ipoteka predmeti olan əmlakların dəyəri öz dəyərindən olduqca aşağı qiymətləndirilmişdir. Buna görə də, həmin əmlaklarına yenidən qiymətləndirilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi xahiş olunsa da, işə baxmış apellyasiya instansiya məhkəməsi qeyd edilən ziddiyyətin aradan qaldırılması üçün iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etməli olduğu halda, qətnaməsində qeyd edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmiş, tərəflərin heç biri əmlakların ilkin satış qiymətini mübahisələndirməmişlər. Digər analoji işlər üzrə ipoteka predmeti olan əmlaklar qiymətləndirilərkən, həmin obyektdə yerləşən mağaza və ofis binalarının hər kv.m 12001300 manat dəyərində qiymətləndirildiyi halda, hazırki iş üzrə ipoteka predmeti olan əmlakların hər kv.m 400-500 manat dəyərində qiymətləndirilmişdir. İpoteka predmeti olan həmin əmlakların hazırki bazar dəyərinin və yaxud likvid qiymətinin müəyyən edilməsi üçün mütləq təkrar ekspertiza təyin edilməklə bu məsələ nin düzgün həllinə nail olmaq olar. Bununla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsi pozulmuşdur. Bundan əlavə, tərəflər arasında kredit müqavilələri bağlanmış olsa da, həmin kredit müqavilələri üzrə olan kreditlər Cavabdeh4 verilməmiş və həmin kreditlərin onun tərəfindən alınmasına dair iddiaçı Bank tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyas ı məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun o laraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əm ələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələb lər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (bo rc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələbləri nə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, mübahisə həll olunarkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

29. Be lə ki, ilk olaraq kredit müqavilələri üzrə kredit məbləğinin cavabdehə verilməməsi barədə kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir və bu hissədə apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə tam razılaşır. (bax bənd 15)

30. Bununla belə, kredit müqaviləsi üzrə borcun hesablanmasına dair məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir: 30.1. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı və cavabdeh arasında kredit müqavilələri 16 may 2013-cü il tarixdə 60 ay müddətində bağlanmışdır. 30.2. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilk olaraq hazırki iddia ilə 05 mart 2019-cu il tarixdə müraciət etmiş və tələbində 5 müqavilə üzrə borcu ümumiləşdirərək, 7491935,63 manat əsas, 609227,43 manat faiz, cəmi 8101163,06 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Həmin iddiasında iddiaçı müqavilənin müddəti başa çatdıqdan sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış dəymiş zərər borcu tələbini irəli sürməmişdir. 30.3. Lakin, sonradan iddiaçı iki dəfə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr vermiş və yekun olaraq 02 aprel 2021-ci il tarixdə verdiyi ərizədə cavabdehdən hazırki qərarın 4-cü bəndinə qeyd olunmuş borcun tutulmasını xahiş etmişdir. Həmin tələbdə əsas və faiz borcu ilə yanaşı, hər bir kredit müqaviləsi üzrə müqavilə başa çatdıqdan sonra Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış zərərin də tutulması xahiş olunmuşdur. 30.4. Lakin iddiaçı tələbin həmin hissəsini əsaslandırmamış, zərərin nədən ibarət olması və hansı qaydada hesablanması iddia ərizəsində göstərilməmişdir. 30.5. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 30.6. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müdd əalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (fa izlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. 30.7. X2 Məhkəməsi belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün b ank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. 30.8. Göründüyü kimi, qanunvericilik iddiaçıya onun pul vəsaitindən qanunsuz istifadəyə görə bank uçot dərəcəsi ilə faiz təl əb etmək hüququnu tanısa da, bu zərərin əsaslandırılmasını tələb edir. Lakin iddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən tələbini əsaslandırmamış, apellyasiya məhkəməsi isə həmin məsələyə hüquqi qiymət verməməklə maddi hüquq normalarını pozmuşdur.

31. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qətnaməsini əsaslandırarkən iş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etmişdir. Lakin həmin rəy nəzərdən keçirilərkən müəyyən olunur ki, orada qeyd olunan faiz borcları ziddiyyətli olmaqla, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmamışdır. 31.1. Belə ki, ekspert rəyinin əsaslandırıcı hissəsindən görünür ki, 16 may 2013-cü il tarixli, 7066, 7067, 7068 və 7069 nömrəli müqavilələrlə verilmiş kreditin məbləği və sonrakı ödənişlər eyni olsa da, 01 aprel 2016-cı il tarixə hesablanmış faizin məbləği 7066, 7067 nömrəli müqavilələr üzrə 111500 manat, 7068 nömrəli müqavilə üzrə 87887,71 manat, 7069 nömrəli müqavilə üzrə isə 108500 manat olaraq göstərilmişdir. Göründüyü kimi, ekspert rəyində iddia ərizəsinə uyğun faiz borcunu göstərmiş, lakin bunun əsaslandırılması gətirilməmişdir. 31.2. Həmçinin nəzərə alınmalıdır ki, ekspert rəyində kredit müqavilələri üzrə 12 aprel 2019-cu il tarixə faiz borcları hesablansa da (bax bənd 12), həmin faizin hansı hissəsinin müqavilə müddəti üçün müqavilə faizi, hansı hissəsinin isə müqavilə müddətindən sonrakı dövr üçün zərər olması qeyd olunmamışdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun və vurulmuş zərərin müəyyən edilməsi zamanı ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin tələbləri pozulmuşdur.

33. İpoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı da kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab edir. 33.1. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflərin heç biri əmlakların ilkin satış qiymətini mübahisələndirmədiyindən, bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. 33.2. Lakin, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əmlakların qiymətləndirilməsi keçirilmiş və "xxxx" MMC-nin 04 iyul 2019cu il tarixli qiymətləndirmə hesabatları alınmışdır (bax bənd 7). 33.3. Birinci instansiya məhkəməsi həmin qiymətləri əsas götürməklə qətnamədə ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən etmişdir. 33.4. Cavabdeh apellyasiya şikayətində digər məsələlərlə yanaşı, qiymətləndirmə ilə bağlı dəlillər gətirmiş və qiymətləndirmə hesabatlarının qanunvericiliyin tələblərinə zidd olmasını, həmin əmlakların yerləşdiyi ərazidə olan başqa əmlakların qiymətləri ilə müqayisəli təhlil aparılmamasını, satış qiymətinin hansı kriteriya əsasında müəyyən edilməməsini və s. göstərmişdir. 33.5. İş materiallarından həmçinin müəyyən edilir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı ipoteka predmetlərini təşkil edən qeyri-yaşayış sahələrinin likvid dəyərlərinin müəyyən edilməsi üçün 28 iyul 2021-ci il tarixli qərardadla Daşı nmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini işə cəlb etmiş, lakin həmin qurumdan əmlaklara baxış keçirilməsi üçün şəraitin yaradılması barədə xahiş təmin olunmadığı üçün müvafiq rəyin təqdim olunmasından imtina olunmuşdur. İş materiallarından apellyasiya məhkəməsi tərəfindən mütəxəssisin vəsatətləri üzrə tərəflərə təkliflər göndərməsi və mütəxəssis rəyinin alınması üçün digər tədbirlər görməsi müəyyən olunmur. 33.6. Göründüyü kimi, cavabdeh iş üzrə alınan qiymətləndirmə hesabatlarını apellyasiya qaydasında mübahisələndirdiyi və apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yeni qiymətləndirmə təyin etdiyi halda, sonradan əmlakların ilkin satış qiymətinin mübahisələndirməməsi əsası ilə birinci instansiy a məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 220.4 və 392.2-ci maddələrinin tələblərini pozmuşdur.

34. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni kredit müqavilələri üzrə faiz borcunun və vurulmuş ziyanın hesablanması, habelə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

35. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-284/2022 nömrəli qətnaməsi qismən, yəni kredit müqavilələri üzrə faiz borcunun və vurulmuş ziyanın hesablanması, habelə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2022-ci il tarixli, 2(103)-284/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar