Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-461/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qanuni və mütənasib müdaxilə, qəzalı vəziyyətdə olan mənzilin sökülməsi, ədalətli kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, X7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh7 qarşı mülkiyyətdə olan sahənin yenisi ilə əvəz edilməklə qəzalı vəziyyətdə olan binanın sökülməsi və mənzilin boşaldılması tələblərinə dair ilk, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi və vurulmuş zərərin bərpası tələbləri barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4521/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh7 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa görə, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 192 ünvanda yerləşən ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 47 kv.m. olan 85 saylı mənzil xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri Yasamal rayonu Mə nzil Kommunal Təsərrüfatı Birliyi 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 61 nömrəli arayışına əsasən, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 192 ünvanda yerləşən 5 mərtəbəli evin 1-ci mərtəbəsində 47 kv.m. sahəsi olan 3 otaqlı 72 nömrəli mənzilin sahibi X3r, mənzildə X2 həyat yoldaşı Cavabdeh7 Süleyman qızı, oğlu X10 qeydiyyatdadır.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi ”Azərdövlətsənayelayihə” DLİ-nun 16 mart 2023-cü il tarixli ünvan 1 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında rəyə görə, ünvan 1 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün təhlükəlidir.
4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin İddiaçı MMC-nin istifadəsinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli sərəncamına əsasən, ünvan 2 ünvanlarda şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1.74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Obyektin tikintisinə icazə vər əqəsinə görə, icarəçi İddiaçı MMCyə ünvan 2 ünvanlarda icarəyə verilən 1.74 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 61 nömrəli Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında sərəncamına görə, İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində - Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişdiyi ərazidə layihələndirilən 3 ədəd 1 girişli 14 mərtəbəli, 2 ədəd 1 girişli 12 mərtəbəli yaşayış binaları və 2-3 mərtəbəli qeyri-yaşayış binalarına dair tərtib olunmuş şəhərsalma əsaslandırmaları təsdiq olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu X13 küçəsi 192 ünvanda yerləşən torpaq sahəsində mövcud söküləcək yaşayış binasında cavabdehlərdən Cavabdeh4 məxsus 104 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 34 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 46 kv.m. olan 1 otaqlı təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh5 məxsus 86 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 110 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada hər birinin sahəsi 84 kv.m. olmaqla cəmi 168 kv.m. olan 3 otaqlı təmirli 2 mənzil verilməklə və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh6 məxsus 97 saylı mənzilin əvəz inə faktiki yerində müəyyən edilmiş 34,7 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 46 kv.m. olan 1 otaqlı təmirli 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməklə; Cavabdeh3 məxsus 76 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 68 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 57 kv.m. olan 2 otaqlı və sahəsi 35 kv.m. olan 1 otaqlı cəmi 92 kv.m. təmirli yeni 2 mənzil verilməklə və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına məxsus 72 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 65 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 84,5 kv.m. olan 3 otaqlı təmirli yeni 1 m ənzil verilməklə və yeni mənzil təhvi verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə; Cavabdeh2 məxsus 85 saylı mənzilin əvəzinə faktiki yerində müəyyən edilmiş 65 kv.m. sahəsinə 40% sahə əlavə edilib yeni tikilən binada sahəsi 84 kv.m. olan 3 otaqlı təmirli yeni 1 mənzil verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməklə əvəzləşdirilməsi, köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MMC-yə həvalə edilməsi, Bakı şəhəri Yasamal rayonu X13 küçəsində yerləşən 192 saylı binadan cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı Cavabdeh3 da cavabdeh İddiaçı MMC-yə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, mülkiyyətində olan ünvan 4, 76 saylı mənzilə qanunsuz müdax ilələrin, söküntü-tikinti işlərinin həyata keçirilməsinin, daşınmaz əmlakın sökülərək məhv edilməsinin, binaya onun və ailə üzvlərinin daxil olmağına və gediş-gəlişlərinin çətinləşdirilməsinə səbəb olan hərəkətlərin, binaların bünövrələrinin zədələməsinin, mənzilə dair onun və ailə üzvlərinin istifadə hüquqlarının həyata keçirilməsinə maneə yaradılmasının İddiaçı MMC-yə qadağan edilməsi; ünvan 4 ünvanda yerləşən binanın mülkiyyətçilərinin ümumi istifadəsində olan iddiaçı tərəfindən yararsız hala salınmış binanın blokunda yerləşən dəhlizin divarlarının, pəncərələrinin, pilləkən qəfəslərinin iddiaçının hesabına iddiaçı tərəfindən təmir və bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) e-2(004)1536/2023 nömrəli iş üz rə 04 may 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri Yasamal rayonu X13 küçəsi ev 192 ünvanda yerləşən 104 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 kv.m. olan 1 otaqlı təmirli 1 mənzilin verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməsi, Cavabdeh5 məxsus Bakı şəhəri Yasamal rayonu X13 küçəsi ev 192 ünvanda yerləşən 86 saylı mənzilin əvəzinə yeni tikilən binada hər birinin sahəsi 84 kv.m. olmaqla cəmi 168 kv.m. olan 3 otaqlı təmirli 2 mənzilin verilməsi və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməsi, Cavabdeh6 məxsus Bakı şəhəri Yasamal rayonu X13 küçəsi ev 192 ünvanda yerləşən 97 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 46 kv.m. olan 1 otaqlı təmirli 1 mənzilin verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 450 manat kirayə haqqı ödənilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri Yasamal rayonu X13 küçəsi ev 192 ünvanda yerləşən 76 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 57 kv.m. olan 2 otaqlı və sahəsi 35 kv.m. olan 1 otaqlı cəmi 92 kv.m. təmirli yeni 2 mənzilin verilməsi və yeni mənzillər təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh7 Süleyman qızına Bakı şəhəri Yasamal rayonu X13 küçəsi ev 192 ünvanda yerləşən 72 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84,5 kv.m. olan 3 otaqlı təmirli yeni 1 mənzilin verilməsi və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün onlara 700 manat kirayə haqqı ödənilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu X13 küçəsi ev 192 ünvanda yerləşən 85 saylı mənzilin əvəzinə yeni tikilən binada sahəsi 84 kv.m. olan 3 otaqlı təmirli yeni 1 mənzilin verilməklə və yeni mənzil təhvil verildiyi günədək hər ay üçün ona 700 manat kirayə haqqı ödənilməsi, köhnə binanın sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MMC-yə həvalə edilməsi, Bakı şəhəri Yasamal rayonu X13 küçəsi ev 192 ünvanda yerləşən 192 saylı binadan cavabdehlərin çıxarılması, iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporro nq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, tikiləcək çoxmərtəbəli yaşayış binasından veriləcək mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirm ə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş).” b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh7 apellyasiya şikayətləri vermişlər.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4521/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 apellyasiya şikayətindən imtinası qəbul olunaraq, ona münasibətdə iş üzrə apellyasiya icraatına xitam verilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4521/2023 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sə drlik edən və məruzəçi), K.Əkbərov və S.Bəhrəmzadə) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı ilk növbədə qeyd etməyi zəruri sayır ki, ünvan 6 ünvanlarında yerləşdiyi 1.74 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri və ya mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsinə nəzərdə tutulmasına dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayı ş binalarının və qeyri- yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin Smartdom” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında “xx.xx.2020-ci il tarixli Sərəncamı, həmçinin, ünvan 7 ünvanda yerləşən yaşayış binası texniki cəhətdən qəzalı vəziyyətdə olmaqla, istismar üçün təhlükəli olmasına dair Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi ”Azərdövlətsənayelayihə” DLİ-nin 16 mart 2023-cü il tarixli ünvan 7 ünvanda yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında rəyi, eləcə də, İddiaçı MMC-yə ünvan 8 ünvanlarında icarəyə verilən 1.74 ha torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfin dən verilən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Obyektin tikintisinə icazə vərəqəsi hazırki vaxta kimi qüvvədədir. Apellyasiya şikayətlərinin sərəncam və icazənin mülkiyyətçilərin razılığı alınmadan verilməklə tamamilə qanunsuz və əsassız olması, sərəncamda mülkiyyətçilərin mənzillərinin Pilot layihə əsasında sökülməsi və ya alınması nəzərdə tutulmaması kimi dəlillər ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən sənədlərin qəbul edilməsində məqsəd apellyatorların yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılmasına xidmət edir ki, bu da ilk növbədə onlar üçün həyati vacib məsələdir. Belə ki, cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab ve rməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır.... Apellyatorların şikayətlərində binanın sökülməsinə dair iddiaçıçya verilən icazələrin qanunsuzluğunu ümumi sözlərlə ifadə etsə də, onların şikayətlərinin əsas qayəsini məhz iddiaçı tərəfindən verilən təkliflərlə razılaşmamaları təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçı ilə qarşılıqlı razılaşma olduğu təqdirdə təbii ki, onlar iddiaçıya verilən icazələrin qanuni olub-olmaması məsələsi onlar üçün ümumiyyətlə heç bir maraq kəsb etməzdi. Buna görə də onlar edilən təkliflərin əlverişli olmamasını vurğulamaqla yanaşı verilən icazələrin qanuniliyini digər instansiyalarda mübahisələndirmədikləri halda bu sənədlərin düzgün olmamas ına dair şikayətlərdə irəli surülən dəlilləri iddiaçını bir növ öz istəklərinə uyğunlaşmağa meyilləndirməyə çalışırlar ki, bu da kollegiyanın qənaətinə görə hüquqdan sui-istifadədir.... Apellyator Cavabdeh2 şikayətinin dəlillərinə əsasən ona məxsus olan mənzilin ümumi olaraq faktiki sahəsi 160 kv.m təşkil edir və mənzili birinci mərtəbədə yerləşməklə, mənzildən əlavə olaraq pilləkan qəfəsində onun 7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi var, həmçinin mənzilinin zirzəmisini təmir etmişdir yarım zirzəmi kimi istifadə edilir. Apellyator onunla eyni mərtəbədə olan qonşusu Cavabdeh5 daha artıq kvadrat və pullar ödənilməsini qeyd edərək məhkəmə qətnaməsində də bu ayrı seçkiliyin özünü göstərməsinə istinad edir. Kollegiya bu dəlillə əlaqədar iddiaçı tərəfin möveyi ilə razılaşır və hesab edir ki, razılaşma hər bir sakinə məxsus faktiki yaşayış və qeyri-yaşayış sahəsi kimi istifadə etdiyi sahənin ölçüsüi ilə bağlıdır. Müəyyən edilmişdir ki, apelytorun rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahəsi olmadığı halda iddiaçıdan daha artıq kvadrat və pul tələb edir. Kollegiyanın mövqeyinə görə appelyatorla eyni mərtəbədə olan digər qonşuda isə həm yaşayış, həm də yaşayış sahəsindən kənar digər faktiki sahəsi olduğu üçün onunla olan razılaşma apellyator ilə olan razılaşmadan fərqli olmasına dair iddiaçının dəlilləri inandırıcı və ağlabatandır. Belə ki, tərəflərin izahatlarından görünür ki, apellyatorun rəsmi yaşayış sahəsindən kənar digər faktiki sahəsi yaşıyış kimi istifadə edilməyərək yalnız hasara alınmışdır, onunla eyni mərtəbədə olan digər qonşusu isə rəsmi yaşayış sahəsindən kə nar digər faktiki sahədən yaşayış kimi istifadə edir, başqa sözlə, həmin sahə qapalı vəziyyətdə yaşayış üçün yararlı hala salınmışdır və bu müəyən edilmiş hallar tərəflərin izahatları baxımından mübahisəsizdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 birgə apellyasiya şikayətinin dəlilləri də onunla eyni mərtəbədə olan qonşulara daha artıq kvadrat və pullar ödənilməsi ilə bağlı olduğundan bu dəlillərlə bağlı məhkəmə kollegiyası möqeyi digər şikayətin dəlilləri ilə olduğu kimi dəyişməzdir. Məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə göstərilən nəticələrə gələrkən apellyatorların yaşadıqları ünvan üzrə binanın hazırki faktiki vəziyyətini (əksər hissəsinin sökülmüş və qəzalı) eləcə də, binada çox az saylı sakinin qalaraq yaşamasını işin diqqətəlayiq halı kimi nəzərə alır.” KASSASİYA ŞİKAYƏTİN İN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh7 kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ilk iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlillərinə görə, ilk iddia üzrə iddiaçı hər hansı mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı onun hüquqlarının üstün olmasının qeydə alınması barədə məlumat ortaya çıxmamışdır. Belə olan halda iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməli təqdirdə onu təmin etmişdir. Məhkəmə qeyd edilən normaları pozmaqla sübutlara düzgün hüquqi qiymət vermədən işin hərtərəfli araşdırılmasına şərait yaratmamışdır. MMC tərəfindən mənzillərin 1 kv.m-nə təklif edilən qiymət hazırda olan bazar qiymətindən qat-qat aşağıdır. Halbuki, həmin lahiyə üzrə inşası tamamlanmış binada olan mənzillərin 1 kv.m-nin təmirsiz satışı üçün müəyyən olunmuş məbləği kifayət qədər yüksəkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı iddiaçının etirazının dəlilləri birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələrinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 19. “ İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; M addə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziya n vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir; Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasət inin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi.
23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 3.1. Mənzil hüquqları ya lnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara mə lum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəra rları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərar: “Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Konstitu siyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mü tənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməs i imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 29 oktyabr 2010-cu il tarixli Qərarında hüquqların təminatının mütənasibliyi ilə əlaqədar qeyd etmişdir ki, Əsas Qanun hüquq və azadlıqlarla yanaşı onlardan irəli gələn vəzifələri də müəyyən edi r və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün ol sun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən,... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, §93). " xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərar: “... yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.... Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiy mətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərar: “O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə ) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ə dalət prinsipinin pozulmasına gətirib çıxarar.”
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərar: Müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əh əmiyyətli hesab etmək olar (§64). Həmin Qərarda, həmçinin, müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb-yaratmadığını müəyyən etmək qalır (§65). “X6 və X1rşı” xx.xx.2019-cu il tarixli Qərar: “Müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. Heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (Volçkova və Mironov işi, §125, 126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (§36), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilər həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb. Çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb (§27), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyil. Yekun olaraq, məhkəmə təsdiq etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə hesab edir ki, tədbir mütənasib və uyğundur.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
32. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, cavabdehlərin çoxmənzilli binada yerləşən mənzillərinin sökülməsi təl əbi vətəndaşların, o cümlədən onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması tədbirləri ilə əhatə olunur və cavabdehlərə məruz qaldıqları təsirin kompensasiyası olaraq sökülən mənzillərin sahəsindən 40 faiz artıq sahəli təmirli mənzillə təmin olunması, həmçinin kirayə haqqının ödənilməsi, Konstitusiya Məhkəməsinin qərarlarında (§25) bəhs olunan mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsaslardan biri kimi çıxış edir. Bu kontekstdə, mülkiyyətçilərdən hər hansı birinin əmlaka dair hüquqları digərlərinin hüquqlarından üstün sayılmamalı, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalı, yaşayış sahəsinə mülkiyyət hüququ müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli, Şəhərsalma və Tikinti Məcəlləsinin (§22) müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması hallarında mülkiyyətçilər öz əmlak hüquqlarından sui-istifadə etməməli, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməməlidirlər. Belə ki, mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
33. Şikayətin işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı digər dəlillərinə gəldikdə isə, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
34. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4521/2023 nömrəli iş üzrə 26 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh7 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.