Məhkəmə qərarları › İş №2(102)-461/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-461/2025

11.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-461/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı3, X3, İddiaçı2, İddiaçı1, İddiaçı6, İddiaçı5 Ələsfər oğlunun, İddiaçı4 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, Cavabdeh3nə, Cavabdeh4 qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi və X13 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) birinci, iddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı9 cavabdehlər Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Bak ı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi və X13 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) ikinci işə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliklərin lazımi qaydada icra edilməməsi, müqavilə üzrə hüquqların istifadəsinə yaradılmış məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, özbaşına tikililərin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı3, X3, İddiaçı2, İddiaçı1, İddiaçı6, İddiaçı5 Ələsfər oğlunun, İddiaçı4 cavabdehlər Cavabd eh2 Mənzil Tikinti Kooperativinə, Cavabdeh3nə, Cavabdeh4 qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi və X13 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “öhdəliklərin lazımi qaydada icra edilməməsi, müqavilə üzrə hüquqların istifadəsinə yaradılmış məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddiaları ilə bağlı birinci, iddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı9 cavabdehlər Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikasının Dövlət Şə hərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi və X13 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “qanunsuz tikilinin sökülməsi” tələblərinə dair iddiaları ilə bağlı ikinci mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3511/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 MTK (Vəkil3) və üçüncü şəxs X12 (Vəkil6) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində İddiaçı4 arasında bağlanılmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 176 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.273,29 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 400.099 manat təşkil etmişdir. Bu müqavilə imzalanan gün “Alıcı” 400.099 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK tərəfindən İddiaçı 4 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən o, xx.xx.2021-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh2 MTKya borcu qalmamışdır. 2. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində İddiaçı3 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 9-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 166,20 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.400,70 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 399.000 manat təşkil etmişdir. Bu müqavilə imzalanan gün “Alıcı” 399.000 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK tərəfindən İddiaçı3 verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2020-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh2 MTK-ya borcu qalmamışdır. 3. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində İddiaçı1 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Msti slav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 7-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 176,73 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 1.950 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 344.623,50 manat təşkil etmişdir. Bu müqavilə imzalanan gün “Alıcı” 344.623,50 manat məbləği tam ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh2 MTK tərəfindən İddiaçı1 verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2017-ci il tarixdə həmin mənzil üçün kooperativin xəzinəsi nə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh2 MTK-ya borcu qalmamışdır. 4. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində İddiaçı7 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 194,67 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.200 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nə zərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 428.724 manat təşkil etmişdir. İş üzrə Cavabdeh2 MTK tərəfindən Gülnarə Rəhimovaya verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2020-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh2 MTK-ya borcu qalmamışdır. 5. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində İddiaçı2 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci girişinin 8-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 232,34 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alı cı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.200 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 511.148 manat təşkil etmişdir. Cavabdeh2 MTK tərəfindən İddiaçı2 verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2019-cu il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh2 MTKya borcu qalmamışdır. 6. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində İddiaçı6 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı ş əhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 11-ci mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 145 kv.m. ibarət mənzili tikib “Alıcının” mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzil mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m. qiyməti 2.206,90 manat müəyyən edilmişdir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 320.000 manat təşkil etmişdir. Cavabdeh2 MTK tərəfindən İddiaçı6 verilmiş maliyyə arayışına əsasən o, xx.xx.2022-ci il tarixində həmin mənzil üçün kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabd eh2 MTK-ya borcu qalmamışdır. 7. “Podratçı” qismində Cavabdeh2 MTK ilə “Sifarişçi” qismində İddiaçı5 arasında bağlanılmış çoxmənzilli yaşayış binasında mənzil hissəsinin tikintisi haqqında 1/05 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsində, sahəsi 50,00 kv.m.-dən ibarət mənzilin hissəsini tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində tikilən mənzil hissəsini qəbul etməsinə və həmin mənzil hissəsinin haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər. Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin hissəsi tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, “Müqavilə №26” ilə “Sifarişçi”nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 160,00 kv.m-dən ibarət təmirsiz mənzil ümumilikdə 221,35 kv.m-dən ibarət olmaqla 4 otaqdan və köməkçi sahələrdən ibarətdir. Tikilən mənzilin ümumi sahəsinin oxdan-oxa 1 kv.m-nin qiyməti 1.600 manat müəyyən edilmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil hissəsinin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 80.000 manat təşkil etmişdir. “Sifarişçi” mənzil hissəsinin 80.000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir. 8. “Podratçı” qismində Cavabdeh2 MTK ilə “Sifarişçi” qismində İddiaçı5 arasında ba ğlanılmış çoxmənzilli yaşayış binasında qaraj tikintisi haqqında 03 nömrəli, xx.xx.2017ci il tarixli müqaviləyə əsasən “Sifarişçi”nin çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi sifarişinə əsasən “Podratçı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 2 ədəd qaraj tikib “Sifarişçi”yə təhvil verilməsinə, “Sifarişçi” isə öz növbəsində onun sifarişi ilə tikilən qarajı qəbul etməsinə və həmin qarajın haqqını bu Müqaviləsinin şərtlərinə uyğun şəkildə ödəməsinə dair üzərlərinə öhdəliklər götürmüşlər. Müqavilə üzrə nəzərdə tutulmuş 2 ədəd qarajın qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 60.000 manat təşkil etmişdir. “Sifarişçi” qarajın haqqını 60.000 manat olmaqla tam ödəməyi öhdəsinə götürmüşdür. “Podratçı”nın layihə-smeta sənədlərinin hazırlanmasını və müvafiq qaydada təsdiq edilməsini təmin etmək vəzifələrinə daxil edilmişdir. 9. “Tikinti Şirkəti” qismində Cavabdeh2 MTK ilə “Əmlak Mülkiyyətçisi” qismində İddiaçı5 arasında bağlanmış 26 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat və **********36-05101-093010 reyestri nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112,97 kv.m-dən ibarət mən zili sökülmək üçün Cavabdeh2 MTK-nə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Bu müqavilənin 1.1,3 bəndində göstərilən müddəalar üstün olmaq şərti ilə “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan mənzilin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 7-ci mərtəbəsində 136,00 kv.m.-dən ibarət təmirli mənzilləri “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Əmlak mülkiyyətçisi” onun mülkiyyətinə verilməməsi nəzərdə tutulmuş təmirli mənzilin təmirind ən imtina edir. “Tikinti şirəkti” təmir üçün nəzərdə tutulmuş 1 kv.m. üzrə 300,0 manat olmaqla 136,0 kv.m. x 300,0 manat = 40.800,0 manat məbləğində pulun əvəzi olaraq həmin mənzilə əlavə edilməsi şərti ilə daha 40.800,0 / 1.700,0 = 24,0 kv.m. ibarət sahəni və ümumilikdə 160,00 kv.m-dən ibarət təmirsiz mənzili “Əmlak mülkiyyətçisi”nin mülkiyyətinə verməyi üzərinə götürür. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırdıqdan və “Əmla mülkiyyətçisi”nə bu barədə yazılı məlumat verildikdən sonra növbəti 5 ay da daxil olmaqla onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixindən başlayaraq “Əmlak mülkiyyətçisi”nə aylıq 700,0 manat məbləğində kirayə haqqını nağd və ya köçürmə yolu ilə əvvəlcədən ilk ödəniş gününə isti nad edilməklə üç ayda 1 dəfə ödəyir, “Əmlak mülkiyyətçisi”nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.

10. Cavabdeh2 MTK tərəfindən İddiaçı5 verilmiş maliyyə arayışına əsasən o, Cavabdeh2 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında ümumi sahəsi 50,0 kv.m.-dən ibarət mənzil üçün 80.000 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2017-ci il tarixdə ödəniş keçirmişdir. 11. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair O2/01 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, L eopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 106,39 kv.m.dən ibarət olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər.

12. Cavabdeh2 MTK ilə Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair xx.xx.2019-cu il tarixli, O-2/01 nömrəli müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh2 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh4 öhdəliyi aşağıdakı şərtlərlə Cavabdeh2 MTKya verir: ümumi sahəsi 106,39 kv.m. ibarət qeyri-yaşayış sahəsinin tikintisinə görə Cavabdeh2 MTK-ya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyri-yaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyri-yaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqının müəyyən edilmiş məbləğdə ödəməyi öhdəsinə götürür. Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə aray ışına əsasən Cavabdeh4 xx.xx.2019-cu il tarixli, O-2/01 nömrəli müqaviləyə əsasən Cavabdeh2 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 106,39 kv.m. ibarət olmaqla, qeyri-yaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə ödəmişdir. 13. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair O1/01 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 301,3 6 kv.m. ibarət və 2-ci girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 104,16 kv.m. ibarət, ümumilikdə 405,52 kv.m. olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər.

14. Cavabdeh2 MTK ilə Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair O-3/01 nömrəli müqaviləyə 1 saylı Əlavəyə əsasən Cavabdeh2 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold vəMstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inda etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh4 öhdəliyi a şağıdakı şərtlərlə Cavabdeh2 MTK-ya verir: ümumi sahəsi 405,52 kv.m. ibarət qeyri-yaşayış sahəsinin tikintisinə görə Cavabdeh2 MTK-ya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyri-yaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyriyaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqının müəyyən edilmiş məbləğdə ödəməyi öhəsinə götürür. Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh4 xx.xx.2019-cu il tarixli, O-1/01 nömrəli müqaviləyə əsasən Cavabdeh2 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsində sahəsi 301,36 kv.m. və eyni girişin 2-ci mərtəbəsində sahəsi 104,16 kv.m. ibarət olmaqla, ümumi sahəsi 405,52 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2019-cu il tarixdə ödəmişdir. 15. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair O3/01 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 62,80 kv. m.dən ibarət və 3-cü girişinin 2-ci mərtəbəsində ümumi sahəsi 597,34 kv.m.-dən ibarət, ümumilikdə 660,14 kv.m. olan qeyri-yaşayış sahəsini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər.

16. Cavabdeh2 MTK ilə Cavabdeh4 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair O-3/01 nömrəli müqaviləsinə 1 saylı Əlavəyə əsasən Cavabdeh2 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inda etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının ikinci giriş, 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üçün alıcı Cavabdeh4 öhdəl iyi aşağıdakı şərtlərlə Cavabdeh2 MTK-ya verir: ümumi sahəsi 660,14 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin tikintisinə görə Cavabdeh2 MTKya tam ödənişi müqavilə imzalandığı gün ödəməyi öhdəsinə götürür, qeyri-yaşayış sahəsini natura şəklində qəbul etdikdən sonra qeyri-yaşayış sahəsinə quraşdırılacaq su, elektrik, qaz sayğaclarının, qaz detektorunun dəyərini və telefon kabelləşməsi işlərinin, qeyri-yaşayış sahəsinin sığorta haqqlarından əlavə bütün kommunal, o cümlədən liftin istismarı, blokların işıqlandırılması, abadlıq, daimi suyun təchizi, havalandırma sistemlərinin xərclərini, mühafizə xidmətinin haqqının müəyyən edilmiş məbləğdə ödəməyi öhəsinə götürür. Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh4 xx.xx.2021-ci il tarixli O-3/01 nömrəli müqaviləsinə əsasən Ca vabdeh2 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində sahəsi 62,80 kv.m. və eyni girişin 2-ci mərtəbəsində sahəsi 597,34 kv.m. ibarət olmaqla, ümumi sahəsi 660,14 kv.mdən ibarət qeyri-yaşayış sahəsi üçün tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2021-ci il tarixdə ödəmişdir. 17. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində İddiaçı10 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair 3/H4h2 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü girişinin 4cü mərtəbəsində, ümumi sahəsi 125 kv.m. ibarət mənzili tikib “Alıcı ”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Tikilən mənzilin ümumi sahəsinin 1 kv.m-nin qiyməti 2.200 manat müəyyən edilir. Bu müqavilə üzrə nəzərdə tutulmuş mənzilin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 275.000 manat təşkil edir. Müqavilə imzalanan gün “Alıcı” 275.000 manat məbləği tam ödəməyi öhdəsinə götürür. Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı10 kooperativin xəzinəsinə müqavilə üzrə nəzərdə tutulmuş ödənişi tam etmiş və onun Cavabdeh2 MTK-ya borcu qalmamışdır.

18. Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı9 xx.xx.2018-ci il tarixli, 1/12h nömrəli müqavilə sinə əsasən Cavabdeh2 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 45 kv.m. mənzil hissəsi üçün 2.875,00 manat məbləğində kooperativin xəzinəsinə xx.xx.2020-ci il tarixində ödəniş keçirdi və şirkətə heç bir borcu yoxdur.

19. Cavabdeh2 MTK ilə X9 arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyriyaşayış sahəsinin alğı-satqısına dair QY-1 nömrəli nömrəli, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 1.539,67 kv.m.-dən ibarət olan və 5-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 303,8 kv.m.-dən ibarət olan qeyriy aşayış sahələrini tikib “Alıcı”-nın mülkiyyətinə verməyi, “Alıcı” isə öz növbəsində qeyriyaşayış sahələrini mülkiyyətinə qəbul etməyi və həmin sahələrin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Tikilən 1.539,67 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 1 kv.m. üçün 489,29 manat, 303,8 kv.m.dən ibarət qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 1 kv.m. üçün isə 244,65 manat müəyyən edilir. Həmin müqavilələr üzrə nəzərdə tutulmuş 1.539,67 kv.m.-dən ibarət qeyriyaşayış sahəsinin qiyməti bütün vergilər də daxil olmaq şərti ilə 753.345 manat, 303,8 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin qiyməti isə bütün vergilər də daxil olmaq şərti ilə 74.324 manat təşkil edir. Müqavilələr imzalanan gün “Alıcı” 753.345 manat və 74.324 manat məbləği tam ödə məyi öhdəsinə götürür.

20. Cavabdeh2 MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən Əli İsmayılov QY-1 nömrəli nömrəli, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən Cavabdeh2 MTK Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rastropoviçlər küçəsində inşa etdiyi çox mənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 1.539,67 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi üçün 753.345 manat, 5-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 303,8 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi üçün 74.324 manat tam ödənişi kooperativin xəzinəsinə xx.xx.2021-ci il tarixdə ödəmişdir. 21. “İlkin icarəyə verən” qismində X9 ilə “İlkin icarəçi” qismində Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin icarə müqavilələrinə əsasən, “İlkin icarəyə verən” Əli İsmayılov Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində çoxmənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsində və həyətdə yerləşən, sahibliyində və öz istifadəsində olan ümumi 1.539,67 kv.m. və 5-ci girişinin 1-ci mərtəbəsində və həyətdə yerləşən, sahibliyində və öz istifadəsində olan ümumi 303,8 kv.m. qeyri-yaşayış sahələrini müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ilkin icarəyə verməyi öz öhdəsinə götürür. “İlkin icarəçi” icarə obyeklərini istifadəsinə qəbul edib əvəzində “İlkin icarəyə verən”ə bu müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir. Müqaviləyə əsasən icarə müddəti 10 il müəyyən edilir və icarə müddəti “İcarə müddəti”nin açıl ışı tarixdən hesablanmağa başlayacaqdır. “İlkin icarəçi” “İlkin icarəyə verən”ə icarə haqqının hesablanmasına başlayan tarixdən etibarən vergilər daxil 29.000 manat və 1.000 manat məbləğində, bu müqavilə ilə müəyyənləşdirilmiş icarə müddəti ərzində, sabit aylıq icarə haqqı ödəyəcəkdir. 22. “Satıcı” qismində Cavabdeh2 MTK ilə “Alıcı” qismində Maraqlı şəxs arasında bağlanmış çoxmənzilli yaşayış binasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair QY06/04-01 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 412,81 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsini “Alıcı”-nın mülkiyyətinə vermə yi, “Alıcı” isə öz növbəsində qeyri-yaşayış sahəsini mülkiyyətinə qəbul etməyi və həmin sahənin haqqını bu Müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürürlər. Tikilən qeyri-yaşayış sahəsinin oxdan-oxa 1 kv.m. qiyməti 2.500 manat müəyyən edilir. Bu müqavilə üzrə nəzərdə tutulmuş ümumi sahəsi 412,81 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin qiyməti ümumilikdə bütün vergilər də daxil olmaq şərti ilə 1.032.025,00 manat təşkil edir. İş üzrə Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixli QY-06/04-01 nömrəli müqaviləsinə əsasən Cavabdeh2 MTK-nın Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mə rtəbəsində ümumi sahəsi 412,81 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsi üçün tam ödənişi 1.032.025,00 manat məbləği kooperativin xəzinəsinə xx.xx.2023-cü il tarixdə ödəmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 378 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdən tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir.

23. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən 7,9,11,13,15 saylı evin 3 saylı mənzili (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, 15, M8, m3) xx.xx.2023-cü il tarixdən tam mülkiyyət hüququ üzrə İdd iaçı8 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

24. Birinci iş üzrə iddiaçılar İddiaçı3, X7, İddiaçı2, X8, İddiaçı6, İddiaçı5 Ələsfər oğlu, İddiaçı4 (bundan sonra birinci iş üzrə iddiaçılar, yaxud ad, soyadları) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, Cavabdeh3nə, Cavabdeh4 (bundan sonra cavabdehlər, yaxud MTK, MMC, ad, soyadı) qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X17 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh2 çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə) pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehlərin öz maliyyə vəsaiti hesabın a aradan qaldırılması, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində layihədə göstərilməyən və heç bir rəsmi icazəsi olmayan qanunsuz tikilinin (orada fəaliyyət göstərəcək kommersiya qurumunun motorxanası üçün MTK tərəfindən icazə verilən iki mərtəbəni əhatə edən dəmirtikili) sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraj a layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçidin bağlanması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, təxminən 600-800 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh3 MMC-yə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin cavabdehlərin öz maliyyə vəsaiti hesabına bərpa edilməsi və dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, cavabdeh MTK mənzill əri onlara satarkən həmin inşa ediləcək binanın Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 3/10-497 saylı layihə ilə, eyni zamanda həmin binanın girişlərinin və həyətyanı sahəsinin maket və reklam (broşur) təsvirləri ilə tanış edərkən, həmin layihədə və broşurlarda binanın bloklarının girişlərinin həyətyanı istiqamətdə olması, binanın həyətyanı sahəsinin qapalı tipdə və ərazidə hər hansı tikintinin olmaması nəzərdə tutulmuş, bu səbəbdən onlar cavabdehlə razılaşaraq yuxarıda qeyd olunan alğı-satqı müqavilələri əsasında mənzilləri almışlar. Lakin cavabdeh MTK müqavilə üzrə nəzərdə tutulan öhdəliklərini lazımı qaydada icra etməyərək inşa edilmiş binada şəhərsalma və tikinti normalarının pozuntusuna yol vermişdir. Belə ki, MTK çoxmənzilli ya şayış binasının 3-cü blokunun girişini bağlamış, həmin blokun 1-ci mərtəbəsini binanın blokunda olan mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahənin istifadəsini məhdudlaşdırmaqla, həmin hissəyə binanın bütün mülkiyyətçilərinin pilləkən vasitəsilə girişini qadağan etmiş, çoxmənzilli binanın mülkiyyətçilərin yanğın təhlükəsizliyi ilə bağlı pilləkən vasitəsilə təxliyyə olunması məhdudlaşdırılmış və qeyri-qanuni əməllər nəticəsində binanın 1-ci mərtəbəsinin pilləkən və pilləkən meydançasından istifadəni tam qapadaraq Şəhərsalma və Tikinti normalarının, X2 Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının kobud pozuntusuna yol vermişdir. Bundan başqa, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində binanın rəsmi dövlət orqanla rı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazəsi olmayan 2 mərtəbəni əhatə edən qanunsuz dəmir tikili tikilmişdir. Həmin qanunsuz tikilinin tikilməsinin MTK tərəfindən orada kommersiya fəaliyyəti göstərəcək şəxsə - Cavabdeh4 icazə verildiyi bildirilmiş, bundan sonra həmin şəxs qeyd olunan qanunsuz tikilini tikmiş, bu qanunsuz tikilinin həmin şəxsin obyektinin motorxanasının yeri kimi fəaliyyətinin olacağı bildirilmişdir. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının, X2 Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydalarının kobud pozuntusu deməkdir və cavabdeh qanunvericiliyə zidd davranışları davam etdirməkdə israrlıdır. Çoxmənzilli yaşayış b inasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində 3 bloku birləşdirən, layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikililər mövcuddur. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının kobud şəkildə pozulması deməkdir. Eyni zamanda, 3-cü blokun qarşısından olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçid (yol) açılmışdır. Binanın həyətində qeyd olunan yeraltı qaraja keçidin mövcud olması birbaşa sakinlər üçün real təhlükə yaradır və Şəhərsalma və Tikinti normalarının kobud şəkildə pozulması deməkdir. Bundan başqa, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, “Pilot Residence MTK t ərəfindən təxminən 600-800 kv.m. sahəni əhatə edən ərazidə həmin binanın dövlət orqanı tərəfindən təsdiq edilmiş layihəsində göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikili tikilmişdir, hal-hazırda Cavabdeh3 MMC-yə heç bir hüquq olmadan icarəyə verilən qanunsuz tikilidə faktiki etibarsız olan icarə müqaviləsi əsasında Cavabdeh3 MMC fəaliyyət göstərir və qeyd olunan qanunsuz tikilidə fəaliyyət göstərən Cavabdeh3 MMC-nin fəaliyyəti bina sakinlərinin binadan və binanın layihə üzrə göstərilən həyətindən normal istifadəsi üçün problem yaradır. Həm MTK, həm də Cavabdeh3 MMC faktiki sakinlərə məxsus olan, onların layihəyə əsasən istifadə edə biləcəyi binanın həyətini qanunsuz şəkildə istifadə edərək qanunsuz gəlir əldə edirlər. Qeyd olunan qanunsuz tikilinin binanın həyətində mövcud olması və fəaliyyət göstərməsi də Şəhərsalma və Tikinti normalarının pozuntusudur. MTK-nın binanın təsdiq edilmiş layihədən kənar özbaşına qanunsuz tikililər tikməsi, qanunsuzluqlar etməsi, sakinlərin hüquqlarını kobud surətdə pozması birinci dəfə deyil, bundan əvvəldə olmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadı ilə (e16(009)-4/2022 nömrəli, xx.xx.2022) sökülmüşdür və Cavabdeh2 MTK barışıq sazişi bağlayaraq (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2014/2022 nömrəli, xx.xx.2022 tarixli qərardadı) dolayısı ilə etdiyi qanunsuzluqları qəbul etmişdir. Lakin Cavabdeh2 MTK bu qanunsuzluqlara dayanmadan davam edir, sakinləri daim aldadır, hüquqlarını pozur, eyni zamanda qanunvericilik normalarını və tələblərini qərəzli şəkildə öz əməlləri ilə inkar edir.

26. İkinci iş üzrə iddiaçılar İddiaçı8, İddiaçı10, İddiaçı9 (bundan sonra ikinci iş üzrə iddiaçılar, yaxud ad, soyadları) nümayəndəsi və vəkili Vəkil5 Rüfət oğlu cavabdehlər Cavabdeh2 MTK-ya, Cavabdeh3 MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə (bundan sonra cavabdehlər, yaxud MTK, MMC, İcra Hakimiyyət) qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi, Fövqəladə Hallar Nazirliyi X17 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh2 MTK-ya çox mənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin əvvəlki layihəyə uyğun olaraq bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə), lift, pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması və həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, binanın həyətində qanunsuz quraşdırılmış dəmir konstruksiya və havalandırma sistemlərinin cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi, binanın həyətində tikilmiş qanunsuz tikilinin sökülməsi, binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

27. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar təxminən 5-7 ildir ki, ünvan 3 ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilmiş bina(lar)da yaşayırlar və mənzillər üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Binanın həyətində layihəyə uyğun olaraq şəhərin ekoloji sağlamlığı baxımından və sakinlərin asudə vaxtlarında istirahəti üçün “yaşıl bağ” sahəsi salınmalı olduğu halda Cavabdeh2 MTK tərəfindən hündürmərtəbəli binanın həyətinin düz ortasında böyük hissəsi tutan və t əhlükəsizlik qaydalarına riayət olunmadan, guya gələcəkdə tikilməli olacaq hansısa restoran üçün nəzərdə tutulmuş havalandırma sistemi, kondisioner, digər avadanlıqlar üçün dəmir konstruksiya ilə hasara alınmış “istehkam” qurulmuşdur. Halbuki, həmin dəmir konstruksiya binanın layihəsində nəzərdə tutulmamışdır, hazırda və gələcəkdə onların və uşaqları üçün böyük təhlükə qurulmuş avadanlıqların səs-küyü, ekoloji çirklənmə, təhlükəsiz işləmə və s.) yaradır. Belə ki, onsuz da zəbt olunmuş balaca həyətdə bu qurğu yaşlı insanlar, uşaqlar və qadınlar üçün əlavə risk mənbəyidir. Bundan başqa, layihədə nəzərdə tutulan ümumi istifadədə olan həyətin binanın 5-ci bloku tərəfindən zəbt edilərək qeyri-yaşayış sahəsinə birləşdirilmiş və təxminən 400-500 kv.m. həyətyanı sahə tikilərək Cavabdeh3 MMC-yə ica rəyə verilmişdir. İş icraçısı Babək adlı şəxs tikdiyi binaya pul verib alan sakinlərə bu formada zülm verməkdədir. Cavabdeh3 MMC kimi bir şirkətdə belə qanunsuzluqları görməzdən gəlir. Bunların fikri yalnız pul qazanmaqdan ibarətdir. İnsan həyatı bunlar üçün rol oynamır. Bununla yanaşı binanın 3cü blokunun pilləkənə giriş hissəsi tam bağlanılaraq orada olan qeyri-yaşayış sahəsinə birləşdirilməklə MTK tərəfindən icarəyə verilmişdir. Bununla da maddi maraqlar ön plana çəkilərək sakinlərin həmin hissədən binadakı mənzillərinə rahat şəkildə giriş-çıxışı bilərəkdən məhdudlaşdırılmışdır. Hal-hazırda onlar 3-cü bloka giriş çıxışlarını 4-cü blok vasitəsilə edirlər. 3-cü blokda hər hansı bir yanğın təhlükəsi olarsa və ya hər hansısa təbii fəlakət gələrsə, onların binadan çıxmaq üçün olan yeganə gir iş çıxışları yoxdur. Həmçinin binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən iki qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz birləşdirici asma körpü inşa edilmişdir ki, bu da layihədə nəzərdə tutulmamışdır. Həmin körpünün heç bir dayağı yoxdur və altından keçən piyadalar üçün yüksək təhlükə törətməkdədir. Onlar hər gün oradan gedib gələrkən istifadə edirlər və onların azyaşlı övladları o yoldan istifadə edir, oradan məktəbə gedib-gəlirlər. Həmin yolun düz üstündən heç bir tikinti qaydalarına uyğun olmayan körpü salınaraq layihədə girişçıxışı içəri tərəfdən nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə yoldan giriş-çıxış qoyulmuşdur. Bu artıq özbaşınalığın pik həddidir. Buna qədər sakinlərin şikayəti əsasında həmin hissədə qanunsuz quraşdırılmış analoji körpü sökülsə də, MTK hazırda fəaliyyət göstərən körpüyə dair heç bir tədbir görməmişdir. Belə ki, həmin körpü dedikləri qanunsuz və təhlükə mənbəyi olan tikilidən yan-yana bir ədəd də var idi. Onu gəlib MKİS və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə sökülmüşdür. Keçən il bundan qabaq 5-ci blokun bağlanması halı olmuş və orada da indiki kimi bloka giriş-çıxış bağlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin sahə açılmış və sakinlər öz bloklarından rahat istifadə edirlər. İş icraçısı olan Babək adlı şəxs bundan əvvəlki məhkəmə proseslərindən sonra qanunsuz hərəkətlərini saxlamış, ancaq son günlərdə tikinti işlərini yenidən bərpa etmişdir. Göründüyü kimi, "xxxx" MTK ölkə qanunlarının ziddinə olaraq öz qanunsuz əməli fəaliyyətini davam etdir ir. Bu səbəbdən də hüquqlarının müdafiəsi məqsədilə Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

28. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2183/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qərardadı ilə birinci iddia tələbinə dair e-2(009)-2183/2023 nömrəli mülki iş, ikinci iddia tələbinə dair e-2(009)-939/2022 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

29. Bundan sonra Maraqlı şəxs və X10, daha sonra isə X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşlar.

30. Cavabdeh3 MMC-nin nümayəndəsi iddialara qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh2 çox mənzilli yaşa yış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsinin ümumi sahəsi 1.539,76 kv.m. sahəsi Cavabdeh2 MTK-ya deyil, müvafiq alğısatqı müqavilələrinə əsasən X6 məxsusdur. Hazırkı iş üzrə MMC-nin əvəzinə cavabdeh X9 olmalıdır. Hazırkı iddia ərizəsində Cavabdeh3 MMC-nin iddiaçılar ilə və cavabdehlər ilə hər hansı formada münasibətləri formalaşmadığından cavabdeh qismində qeyd edilərək tələblərin bir hissəsinin Cavabdeh3 MMC-yə yönləndirilməsi uyğun deyildir.

31. Cavabdeh2 MTK-nın nümayəndəsi iddialara qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, hər hansı bir görülmüş işin və ya fəaliyyətin 2017-ci il layihəsindən fərqli olması və ya həmin layihədə nəzərdə tutulmaması onun qanunsuz olması demək deyildir. İş üzrə verilmiş ekspert rəyi iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, eksper t görülmüş işlərin qanuna zidd olduğunu təsdiq etməmişdir. Ekspert qarşısında qoyulmuş 1- ci sualla bağlı bildirir ki, görülmüş işlər sakinlərə mane (məhdudiyyət) yaradır. Ekspert qarşısında qoyulmuş 2-ci, 3-cü və 4-cü suallardakı göstərilən işlərin iddiaçıların hüquqlarının məhdudlaşdırılıb-məhdudlaşdırmaması ilə bağlı sualların cavablandırılması ekspertin səlahiyyətinə aid deyildir. Halbuki, ekspert məhdudiyyətlə bağlı 1-ci suala müsbət cavab vermişdir. Analoji dörd halla (məhdudiyyətlərin qiymətləndirilməsi) bağlı rəydə fərqli yanaşmanın olması iki nəticədən birini çıxarmağa əsas verir: ekspert sonrakı 3 məsələyə münasibətdə səlahiyyətsizdirsə, deməli birinci məsələ üzrə də səlahiyyətli deyil. Yox, əgər birinci məsələ üzrə özünü səlahiyyətli bilib mane yaradıldığını bildirirsə, sonrakı üç halla bağlı mane yaradıldığını bildirmirsə, deməli həmin 3 halla bağlı mane mövcud deyil, olsa idi ekspert təsdiq edərdi. Birinci sualla bağlı qərardadda 3-cü blokun girişində görülmüş işlərin orada yaşayan sakinlərə mane yaradıb-yaratmaması sualında söhbət məhz 3-cü blokda yaşayan sakinlərdən gedir. İddiaçıların heç biri həmin blokda yaşamır, yəni bu məsələ ilə bağlı subyektiv hüququna malik deyildir. Yanğın təhlükəsizliyi qaydalarına əməl edilib-edilməməsinə nəzarət, edilməməsi halında tədbir görülməsi isə müvafiq icra hakimiyyəti orqanının (Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Subyektiv hüququna toxunulmayan şəxslərin bu mülki-prosessual iddia icraatı qaydasında qaldırması qanunla müəyyən edilmiş icraat deyildir. Ekspert rəy verərkən mübahisəli binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsini nəzərə almamış, yalnız 2017-ci il layihəsinə istinad etmişdir. Halbuki, həmin 2019-cu il layihəsi də ekspert əraziyə baxış keçirənə və rəy verənədək təqdim edilmiş və iş materiallarında vardır. İddiaçılar 2017-ci il layihəsinə istinad edir, halbuki binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsi vardır və işlər həmin layihəyə uyğundur. İddiaçılar həmin layihənin 2017-ci il layihəsinin təsdiq edildiyi dövlət orqanlarının hamısı ilə razılaşdırılmadığına istinad edərək onun guya mötəbər olmadığını israrla bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 15-ci il 12 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.4-1-ci maddəsinə əsasən, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb o lunmur. Görülmüş işlərin böyük hissəsi binanın tikinti sahəsini təşkil etməyən hissəsində icra edilmişdir. Yəni həmin işlərin görülməsinin 2017-ci il layihəsinin razılaşdırıldığı bütün dövlət orqanları ilə razılaşdırılması qanunvericiliklə tələb edilmir. “Binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi” iddia tələbi həm də ona görə əsassızdır ki, həmin iş (körpü) Bakı şəhəri Səbail İcra Hakimiyyəti ilə razılaşdırılaraq, 2023-cü il noyabrın 02-də onlar tərəfindən təsdiq edilmişdir. Göstərilənlərə əsasən hər 2 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

32. Cavabdeh4 birinci iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, onunla Cavabdeh2 MT K arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alğı-satqı” müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsindəki və 2-ci girişinin 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahələri, xx.xx.2019-cu il tarixli “Alğı-satqı” müqaviləsinə əsasən həmin yaşayış binasının 2-ci girişinin 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi, həmçinin xx.xx.2021-ci il tarixli “Alğı-satqı” müqaviləsinə əsasən həmin yaşayış binasının 3-cü girişinin 1-ci mərtəbəsində və 3-cü girişinin 2-ci mərtəbəsindəki qeyri-yaşayış sahələri tam ödəniş həyata keçirilməklə ona satılmışdır. Bundan başqa, həmin yaşayış binasının 3-cü girişinin sağ tərəfindən qeyd olunan qeyri-yaşayış sahələrində fəaliyyəti nəzərdə tu tulan ictimai iaşə xidməti ilə bağlı tələb olunan havalandırma sisteminin istixanası və motorxanası üçün quraşdırılmalı olan dəmir konstruksiya üçün nəzərdə tutulmuş sahə də Cavabdeh2 MTK ilə və müvafiq qurumlarla razılaşdırılmışdır. Belə olan halda, iddiaçıların belə bir tələbi dolayı yolla mülkiyyətçinin öz mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırmaq hesab olunmalıdır. Həmçinin, iddiaçıların tələb etdiyi yanğın çıxışının bərpa olunması da onun mülkiyyətindən istifadə hüququnun məhdudlaşdırılması hesab olunmalı, eyni zamanda tikinti və təhlükəsizlik normalarının tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, ona satılmış yaşayış binasının 3-cü girişindəki 1-ci və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin inşası Cavabdeh2 MTK tərəfindən ona verilmiş layihə əsasın da inşa edilmişdir. Cavabdeh4 öz təşəbbüsü ilə hər hansı layihə əldə etməmişdir və dəmir-beton konstrukisyasının qurulmasını həyata keçirməmişdir. Ona təqdim olunmuş layihə əsasında qeyri-yaşayış sahəsini satın almışdır. Yəni, o, sakinlərə məxsus olan və ya ümumi istifadədə olan hər hansı girişi bağlamamışdır və Cavabdeh2 MTK tərəfindən ona təqdim olunmuş layihə üzrə qeyri-yaşayış sahəsini Hazırkı vəziyyətdə satın almışdır. Bundan başqa, yaşayış binasının layihəsinə və real tikintiyə nəzər salındıqda görünür ki, iddiaçıların tələb etdiyi yanğın çıxışının ona məxsus qeyri-yaşayış sahəsinin içərisindən açılması qeyri-mümkündür. Çünki, belə bir çıxışın açılması üçün yaşayış binasının layihə üzrə daşıyıcı kolonları sökülməlidir. Bu da yaşayış binasının bünövrəsinin zərər görməsinə səbəb olacaq dır. Belə söküntünün həyata keçirilməsinə səlahiyyətli dövlət orqanlarının da razılıq verməsi qeyri-mümkündür. Həmçinin, belə bir söküntünün həyata keçiriləcəyi təqdirdə yaşayış binasının təhlükə ilə üzləşəcəyi üçün, digər sakinlərin və mülkiyyətçilərin də razılığı alınmalı və onlar da məlumatlandırılmalıdırlar. Çünki, belə söküntünün həyata keçiriləcəyi təqdirdə digər sakinlərin və mülkiyyətçilərin həmin yaşayış binasında, təhlükəli bir vəziyyətdə yaşamaq istədiklərinin olması belə şübhə altındadır. Göründüyü kimi, bir neçə iddiaçının yaşayış binasında belə təhlükəli bir tələblərinin olması subyektiv və qərəzli yanaşma hesab olunmalıdır. Belə bir söküntü onun üçün də mülkiyyətçi kimi arzuolunmaz bir haldır. Çünki, həmin qeyri-yaşayış sahəsi nəzərdə tutulmuş ictimai iaşə üçün yararsız və ziyyətə düşəcəkdir, həm də təhlükəli vəziyyətdə olan yaşayış binasında qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaq istəyindən imtina etmək məcburiyyətində qalacaqdır. Bundan başqa, layihəyə və real tikintiyə nəzər salındıqda görünür ki, Cavabdeh2 MTK tərəfindən layihə tam olaraq icra olunmamışdır. Belə ki, layihə üzrə MTK yaşayış binasının 3-cü girişin bir başa həyətə və dayanacağa çıxışını təmin edəcək əlavə pilləkən tikintisi aparmalı idi. İddiaçıların yanğın çıxışı tələbləri də bu pilləkənin inşası ilə tam təmin olunmuş olacaqdı. Əgər qeyd olunan pilləkən inşa olunsa, həm iddiaçıların tələbləri təmin olunmuş olar, həm də yaşayış binası təhlükəli söküntüyə məruz qalmaz. Eyni zamanda, 3cü girişin sağ tərəfində quraşdırılmış dəmir konstruksiyanın da iddiaçılara və yaşayış binasının sakinlə rinə hər hansı maneələr yaratması mümkün deyildir. Əksinə qeyri-yaşayış sahəsinin təyinatı üzrə istifadəsi zamanı yaranacaq hər hansı xoşagəlməz tüstünün həyətyanı sahəyə buraxılmaması və həmin konstruksiyada quraşdırılacaq havalandırma sistemi vasitəsilə uzaqlaşdırılması sakinlər üçün də arzu olunan bir haldır. Göründüyü kimi, onunla bağlı iddiaçıların tələbi əsassızdır, mülki və tikinti ilə bağlı qanunvericiliyin tələblərinə zidd olduğu üçün, həmin hissədə iddia rədd olunmalıdır.

33. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ikinci iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbinin 4-cü hissəsi birbaşa onun maraqlarına toxunur. Belə ki, Cavabdeh2 MTK ilə onun arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında qeyr i-yaşayış sahəsinin alğı-satqısına dair” QY-06/04-01 nömrəli Müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostopoviçlər və Nizami küçələrinin kəsişməsində Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində yerləşən 412,81 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi haqqı tam ödənildikdən sonra ona satılmışdır. Digər tərəfdən, Cavabdeh2 MTK-yə qarşı iddia ərizəsi verərək digər tələblərlə yanaşı kooperativ tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər və Nizami küçələrinin kəsişməsində yerləşən məhəllədə inşa edilmiş 5 girişdən ibarət yeni çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində onun mülkiyyətində olan 412,81 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə Nizami küçəsi istiqamətindən girişin təmin edilməsinə və həmin istiqamətdə 3 ədəd körpünün inşa edilməsinə dair Plan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Yəni həmin körpülər iddiaçıların öz iddia ərizələrində qeyd etdikləri kimi qanunsuz deyil və tam əsaslı olaraq inşa edilmişdirlər. İddia ərizəsinin 4-cü hissəsi, yəni “binanın arxa tərəfində ikinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi” tələbi əsassızdır və təmin edilə bilməz. İkinci iş üzrə “binanın arxa tərəfində ikinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi” tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini m əhkəmədən xahiş etmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə tikinti-texniki ekspertizasının 10/3827 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun giriş qapısının mövcud olduğu, lakin həmin giriş qapısının və eləcə də ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək bağlandığı, 3-cü blokun pilləkən qəfəsinin giriş qapısının və ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək tədqiq olunan yaşayış binasının bağlanmasının xx.xx.2001-ci il tarixdə təsdiq edil miş "xxxx"nın (YTQ No 01-2001) tələblərinin 4-cü maddəsinin (binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri) 4.8-ci bəndinin tələblərinə zidd olduğu və həmin işlərin görülməsinin orada yaşayan sakinlərin nöqteyi-nəzərdən girişçıxışlarına maneə yaratdığı, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun girişinin sağ tərəfində 1,9x6,1 metr ölçüdə və 4,3 m. hündürlükdə dəmir konstruksiyalı tikilinin mövcud olduğu və həmin tikilinin eskiz layihəsində nəzərdə tutulmadığı, çox mərtəbəli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində dəmir konstruksiyadan inşa edilmiş tikilinin mövcud olmasının iddiaçıların hüquqlarına xələl gətirməsinin və ya hüquqlarını məhdud laşdırmasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətinə aid olmadığı, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 5-ci blokunun qarşısında sahəsi 850 kv.m.olan həyətdə tikilinin və 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində eyvan tipli 1,3 m enində 26,6 m uzunluqda tikilinin mövcud olduğu və həmin tikilinin eskiz layihəsində nəzərdə tutulmadığı, eyni zamanda çoxmərtəbəli yaşayış binasının 5-ci bloku qarşısında sahəsi 850 kv.m. olan həyətdə tikilinin və 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində eyvan tipli 1,3 m enində 26,6 m uzunluqda tikilinin mövcud olmasının iddiaçıların hüquqlarına xələl gətirməsinin və ya hüquqlarını məhdudlaşdırmasının müəyyən olunmasının tikinti-texniki ekspertinin səl ahiyyətinə aid olmadığı müəyyən edilmişdir.

35. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 3/10-497 saylı sərəncamı ilə təsdiqlənmiş layihənin hal-hazırda qüvvədə olub-olmaması, layihədə dəyişiklik olub-olmaması, olubsa da "xxxx" MTK-nın həmin layihəyə uyğun olmayan digər layihənin həmin ərazidə əsaslı inşaat işlərinə başlamaq üçün əsaslı sənəd olub-olmaması və bu inşaat işlərinin aparılması üçün "xxxx" MTK-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən rəsmi icazə verilib-verilməməsinə dair məlumatın verilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi TikintiPlanlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.

36. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən MTK-nın binasında yaşayan sakinlərə, surəti ünvan 6 ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, onların xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 7ndə yerləşən binada Cavabdeh2 MTK tərəfindən layihədə kənar işlərin aparılması barədə göndərdiyi sənədlərə FHN Əməliyyat-İstintaq İdarəsində baxılmışdır. Müraciətində Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 7n də yerləşən binada Cavabdeh2 MTK tərəfindən heç bir icazə almadan layihədən kənar apardığı tikinti işlərinin sakinlər üçün qarşısı alınmaz maneələr törətdiyi, həyat və sağlamlıq üçün təhlükə yaratdığı, ərazidə 700-800 kv.m. sahəni əhatə edən, layihədə göstərilməyən qanunsuz tikili tikilərək Cavabdeh3 MMC-nin icarəsinə verildiyi bildirilmiş və “Pilot” Residence” MTK tərəfindən qanunsuz tikinti işləri aparmasına görə cinayət işinin başlanması xahiş olunmuşdur. Qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlardan yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üç ün real təhlükə yaratdıqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin satlamlığına ağır və ya az ağır nəticələrə səbəb olduğu təqdirdə Fövqəladə Hallar Nazirliyinin istintaq aidiyyətinə verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MTK tərəfindən layihədən Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 7 ünvanında yerləşən binada inşa edilmiş və hazırda Cavabdeh3 MMC-nin saxlanc anbarı kimi istifadə olunan tikilinin layihəsi "xxxx" MMC tərəfindən tərtib olunmuş və Fövqəladə Hallar Nazirliyi Dövlət Baş Ekspertiza İdarəsi ilə razılaşdırılmış və aparılmış işlər zamanı layihədən kənarlaşmalar olmamışdır. Odur ki, Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9 -11 və ünvan 7ndə yerləşən binada Cavabdeh2 MTK tərəfindən layihədən kənar, özbaşına tikinti işlərinin aparılması aşkar edildiyi təqdirdə aidiyyəti qurumlara müraciət edə bilərlər.

37. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ünvan 8 ünvanında yerləşən “Pilot” Residence” MTK-nın 5 girişli, zirzəmili, 11 mərtəbəli mansardlı yaşayış binasında əməkdaşlar tərəfindən cari il ərzində yoxlamalar aparılmış və bir sıra yanğın təhlükəsizliyi sahəsində tikinti norma və qaydalarının kobud şəkildə pozulması faktları aşkar edilmişdir. Belə ki, layihə sənədləri X17 Xidməti ilə razılaşdırılmadan həyətyanı sahədə binaya bitişik olaraq birmərtəbəli qeyri-yaşayış obyektinin (Cavabdeh3 ticarət obyektinin anbarı) inşa olunduğu, zirzəmi sahə sində pilləkən qəfəsi və lift holunun qarşısında tambur şlüzlərin quraşdırılmadığı, zirzəmi sahəsindən bayıra aparan mövcud iki pilləkən qəfəsinin çıxışlarının tikilərək bağlanıldığı, mərtəbələrdən yeganə təxliyə yolu olan tüstülənməyən pilləkən qəfəsinin birbaşa həyətyanı sahəyə çıxışında sözügedən anbarın inşa edildiyi və çıxışın dəhlizə məhdudlaşdırıldığı, tikilinin yanğınsöndürmə avtomobillərinin binaya yaxınlaşmasında məhdudiyyətin yaratdığı, yaşayış binasının istismarının X17 Xidməti ilə razılaşdırılmadığı müəyyən edilmişdir. Hər biri üzrə yerində yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması faktı olaraq təsdiq edilmişdir. Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına görə məsul şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məlumat üçün bildirirlər ki, baş verə biləcək yanğın hadisəsi zamanı insanların həyat və sağlamlığına ehtimal edilən zərərin qarşısının alınması, norma və qayda pozuntularının aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə müvafiq məzmunlu məktublar ünvanlanmışdır.

38. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh2 MTK-nın inşa etdiyi yaşayış binasında avtomobil dayanacağının tikintisi zamanı layihədən kənarlaşdırmaya yol verildiyinə görə sahəsi 850 kv.m. olan qeyri-yaşayış sahənin tikintisi tərəflərindən verilmiş 0293 nömrəli, xx.xx.2021-ci il tarixli “Qərar”la dayandırılmış və əraziyə nəzarət üçün Səbail rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Yaşayış binasına tərəflərindən Ö/005803 nömrəli, xx.xx.2022-ci il tarixli “İstismara hazırlıq aktı” verilmişdir. Digər tikililərin inşası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Agentliyə heç bir məlumat daxil olmamışdır. Bununla belə mütəxəssisləri tərəfindən Səbail rayonunda tikilməkdə olan obyektlərə dövlət nəzarəti həyata keçirilərkən Cavabdeh2 MTK tərəfindən inşası başa çatdırılmış layihədən kənar balkondan Nizami küçəsinə pilləkən quraşdırılmasının və avtodayanacağının 2-ci mərtəbəsinin inşasının qarşısını alınmış və tikililər sökülərək ərazi əvvəlki vəziyyətinə gətirilmişdir.

39. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(009)-48/2024 nömrəli, 01 fevral 2024-cü il tarixli qətnaməs i ilə (hakim Şahin Abdullayev) iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh2 çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərinin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrinin (köçürmə yollarının (təxliyyə) pilləkən və pilləkən meydançasının hissəsi) onların ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin Cavabdeh2 MTK-n ın öz maliyyə vəsaiti hesabına aradan qaldırılması, çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində layihədə göstərilməyən və heç bir rəsmi icazəsi olmayan qanunsuz dəmir konstruksiyalı tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh4 öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 3-cü blokunun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçidin bağla nılması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən 850 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh3 MMC-yə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi, iddiaçılar İddiaçı8, İddiaçı10 və İddiaçı9 qaldırdıqları iddia tələbinin binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi hissəsində onların həmin tələblə çıxış etməyə subyektiv hüquqları olmadığından təmin edilməməsi, idd ia tələblərinin Cavabdeh3 MMC-yə və digər cavabdehlərə münasibətdə təmin edilməməsi, Cavabdeh2 MTK-dan və Cavabdeh4 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun tutularaq birgə iddiaçılar İddiaçı3, Gülnarə Rəhimova, İddiaçı2, İddiaçı1, İddiaçı6, İddiaçı5, İddiaçı4 ödənilməsi, Cavabdeh2 MTK-dan və Cavabdeh4 müştərək qaydada keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 100 manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmişdir.

40. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, Cavabdeh2 MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində çoxmənzilli yaşayış binası 2017-ci il tarixdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsi əsasınd a inşa edilib ayrıayrı şəxslərlə alğı-satqı müqaviləsi bağladıqdan sonra binada Hazırkı mülki iş üzrə mübahisə predmeti olan əlavə tikililər də inşa edilmiş, binanın 3-cü girişi bağlanılmışdır. Bloka girişin bağlanması sakinlərin həmin girişdən istifadə etməsini və yanğın təhlükəsizliyi ilə bağlı pilləkən vasitəsi ilə təxliyə olunmalarını məhdudlaşdırdığından və bu fakt ekspert rəyi ilə də təsdiq olunduğundan, iddia tələbi həmin girişin açılması, əvvəlki vəziyyətinin bərpa edilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Bundan başqa, binanın 3-cü, 4-cü və 5-ci blokun 2-ci mərtəbəsində 26,6 m. uzunluğunda eskiz layihəsində nəzərdə tutulmayan eyvan tipli tikili, eyni zamanda binanın 5-ci blokunun qarşısında 850 kv.m. olan həyətdə eskiz layihəsində nəzərdə tutulmayan tikili, 3 -cü blokun girişinin sağ tərəfindən dəmir konstruksiyalı eskiz layihəsində nəzərdə tutulmayan tikili inşa edilmişdir. Mənzil qanunvericiliyinin tələblərinə əsasən yaşıllaşdırma və abadlaşdırma işləri nəzərdə tutulan sahələr mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab olunduğundan, həmin sahələrdə aparılan hər hansı yenidənqurma və tikinti işləri yalnız sahə mülkiyyətçilərinin razılığı ilə aparıla bilər. Lakin mənzil mülkiyyətçilərinin ümumi mülkiyyəti hesab edilən həyətyanı sahədə, o cümlədən 3, 4, 5-ci blokunun qarşısında inşa edilmiş əlavə tikililər sahə mülkiyyətçilərinin müvafiq razılığı alınmadan inşa edildiyindən, bununla da sahə mülkiyyətçilərinin hüquqları pozulduğundan, eyni zamanda həmin tikililərin inşası ilə bağlı müvafiq icra qurumlarından razılıq alınmadığından və qanunsuz t ikili hesab edildiyindən, iddia tələbləri həmin tikililərin sökülməsi hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir.

41. Məhkəmə həmçinin qeyd etmişdir ki, binanın 3-cü blokunun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja pilləkənli keçidi layihədə nəzərdə tutulmadığından, həmin keçidin bağlanması və layihəyə uyğun əvvəlki vəziyyətə gətirilməsi hissəsində də tələb əsaslı hesab edilməli və təmin edilməlidir.

42. Məhkəmə həmçinin, hesab etmişdir ki, 3-cü blokun girişinin bağlanılmasının, eyvan tikilisinin və həyətdə 850 kv.m. sahəli tikilinin inşasının ”Pilot Residence” MTK tərəfindən həyata keçirilməsi müəyyən olunduğundan bloka girişin açılması və qeyd edilən tikililərin sökülməsi öhdəliyi MTK-nın üzərinə qoyulmaqla, bu işlər onun vəsaiti hesabına həyata keçirilməli, dəmir konstruksiyalı tikilinin Cavabdeh4 tərəfindən inşa edilməsi müəyyən edildiyindən isə həmin tikilinin sökülməsi vəzifə kimi Cavabdeh4 üzərinə qoyulmalı və onun vəsaiti hesabına həyata keçirilməlidir.

43. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdeh qismində göstərilən Cavabdeh3 MMC icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsindən istifadə etdiyindən, özbaşına tikililər MTK və Cavabdeh4 tərəfindən inşa edildiyindən, qaldırılan tələblər digər cavabdehlərə münasibətdə təmin edilməməlidir.

44. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda eskiz layihəsində nəzərdə tutulmayan tikililər səlahiyyətli orqanların razılığı olmadan da inşa edilmişdir. Belə ki, iddiaçıların dəfələrlə müvafiq icra qurumlarına etdiyi müraciətlər əsasında onlara verilən cavablarda həmin tikililərin qanunsuz inşa edil məsi, qanunvericiliklə müəyyən edilən norma və qaydaların pozulması faktının aşkara çıxarılması, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə də məlumat verilmişdir.

45. Məhkəmə iddia tələbinin binanın arxa tərəfindən 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün sökülməsi hissəsi üzrə qeyd etmişdir ki, iddiaçıların həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları mövcud olmadığından, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, həmin tikili sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahədə deyil, küçədə inşa edildiyindən, eyni zamanda qanunsuz tikilinin sökülməsi ilə bağlı qərar qəbul etmək və tələb irəli sürmək hüququ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasə n müvafiq icra qurumuna (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) həvalə edildiyindən, iddiaçıların belə tələblə çıxış etmələrinə subyektiv hüquqları yoxdur.

46. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddia tələbləri qismən təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh4 müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilməli, iş üzrə keçirilmiş ekspertiza xərci də (100 manat) onlara aid edilməlidir.

47. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 58, 59-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109, 152, 157, 215.5-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1, 2.1, 35-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1, 7, 9, 62, 92, 95.1-ci, “X2” Azərbay can Respublikasının Qanununun 1, 6.2, 7.1-ci, Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının 4.8, 5.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

48. Qətnamədən iddiaçılar İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı2, İddiaçı1, İddiaçı5 həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, təmin olunmayan – “binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi” hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdilər.

49. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, binanın arxa tərəfində ikinci mərtəbədə yerləşən iki qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz birləşdirici asma körpü inşa edilmişdir ki, bu da layihədə nəzərdə tutulmamışdır. Həmin körpünün heç bir dayağı yoxdur və altından keçən piyadalar üçün yüksək təhlükə törətməkdədir. Onlar hər gün oradan gedib gələrkən istifadə edirlər və onların azyaşlı övladları o yoldan istifadə edir, oradan məktəbə gedib-gəlirlər. Həmin yolun düz üstündən heç bir tikinti qaydalarına uyğun olmayan körpü salınaraq layihədə giriş-çıxışı içəri tərəfdən nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə yoldan giriş-çıxış qoyulmuşdur. Bu artıq özbaşınalığın pi k həddidir. Buna qədər sakinlərin şikayəti əsasında həmin hissədə qanunsuz quraşdırılmış analoji körpü sökülsə də, MTK hazırda fəaliyyət göstərən körpüyə dair heç bir tədbir görməmişdir. Belə ki, həmin qanunsuz və təhlükə mənbəyi olan tikilidən yan-yana bir ədəd də var idi. Körpünün birini MKİS və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları sökmüşlər. Göründüyü kimi bu körpü elə bir körpüdür ki, sanki toxunulmazdır, nə dövlət qurumları bunu seçə bilir, nə də ki məhkəmə bütün qanunsuz tikililərə dair qətnamə qəbul etsə də, bu körpü yerində qalır. İşin bu halında məhkəmə iddiaçıların belə tələblə çıxış etmələrinə subyektiv hüquqları yoxdur deməklə, hüquq axtarışına çıxmaqla “məsuliyyəti öz üzərinə götürərək” hazırda və gələcəkdə baş verə biləcək bədb əxt hadisələri demək olar qaçılmaz etmişdir. Çünki həmin qanunsuz körpünün binanın daxilində olan digər tikililərdən ayıran heç bir şey yoxdur. Digər qanunsuz tikililər kimi həmin körpü də orada təhlükə mənbəyidir və birbaşa sakinlərin həyatı üçün riskdir. Ancaq həmin hissədə məhkəmənin subyektiv hüquqa toxunmasını anlamaq çətindir. Bundan əlavə, həmin körpüylə bağlı iddia ikinci işə birləşən iddiada verilmiş və hakim həmin yerdə yerli baxış hərəkətində olarkən o körpüylə bağlı iddia icraatında olmamış və həmin hissəyə baxış keçirməmişdir. Əgər baxış keçirilməli olsaydı heç bir sənədi olmayan, heç bir standartlara cavab verməyən körpü yolun bu formada qalmasına dair qətnamə qəbul etməzdi. Bu hüquq qaydaları hazırkı işin faktiki hallarına tətbiq edildikdə aydın olur ki, tərəflər arasında sö zügedən körpüyə, yəni ərazini qapalı həyət tipində qurmağa dair müqavilə bağlanmış, bu əqdlər tərəflər üçün hüquqi nəticələr doğurmuşdur. İş materiallarında iddiaçıların təqdim etdiyi sübutlara qiymət verilməmişdir. Məhkəmə mübahisənin həlli üçün zəruri olan sübutlara qiymət verməmiş və bununla da real olmayan hallar müəyyən etmişdir. İstər maddi, istər prosessual hüquq normaları qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi hissəsində düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir.

50. İddiaçılar İddiaçı4, İddiaçı7, İddiaçı3 həmin qətnamədən digər iddiaçıların apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəsində də təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdilər.

51. İddiaçı6 həmin qətnamədən digər iddiaçıların apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissəsində də təmin edilməsi barədə yeni qətnamə çqəbul olunmasını xahiş etmişdir.

52. Cavabdeh2 MTK həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilən hissəsində də təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

53. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların mübahisələndirdiyi işlər onl arın subyektiv hüququndan kənardadır. Həmin işlərin görüldüyü torpaq sahəsi nəinki iddiaçıların yox, hətta MTK-nın mülkiyyətində deyildir. 3-cü blokda görülən işlərlə bağlı əlavə növbəti fakt isə ondan ibarətdir ki, iddiaçıların heç biri 3-cü blokda yaşamır (orada daşınmaz əmlaka mülkiyyətçisi deyillər). Çünki iddiaçıların iddiası mülkiyyət hüquqlarının predmeti ilə bağlı deyildir, mülkiyyətlərindəki sahədən kənarda görülən işlərdən narazı olmaqlarıdır. İddiaçılar və məhkəmə 2017-ci il layihəsinə istinad edir, halbuki binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsi vardır və işlər həmin layihəyə uyğundur. İddiaçılar və məhkəmə həmin layihənin 2017-ci il layihəsinin təsdiq edildiyi dövl ət orqanlarının hamısı ilə razılaşdırılmadığına istinad edərək, onun guya mötəbər olmadığını bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.4-1-ci maddəsinə əsasən tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşk il etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur. Görülmüş işlərin böyük hissəsi binanın tikinti sahəsini təşkil etməyən hissəsində icra edilmişdir. Yəni həmin işlərin görülməsinin 2017-ci il layihəsinin razılaşdırıldığı bütün dövlət orqanları ilə razılaşdırılması qanunvericiliklə tələb edilmir. Buna görə də, məhkəmənin qətnaməsində “tikililər səlahiyyətli orqanlarının razılığı olmadan inşa edilmişdir” arqumenti üçün Şəhərsalma və Tikinti Məcəlləsinin qətnamədə sadaladığı maddələrinə istinad etməsi doğru deyildir. Yəni həmin maddələrin tələbləri pozulmamışdır. Mübahisəyə MTK-ya dair normalar tətbiq edilməməli idi, çünki bina ilə bağlı hesab edilə bilən işlərin görülməsi mənzil mülki yyətçilərinin ümumi yığıncağında həll olunmalı məsələdir. Belə olan halda, məhkəmə mülkiyyətçilərin çoxluğunun iradəsinə aid edilmiş məsələ ilə bağlı mülkiyyətçilərin bir hissəsinin iddiası əsasında necə qərar qəbul edə bilər? MTK bütün işləri səlahiyyəti daxilində görmüşdür. Əgər hər hansı bir və ya bir neçə mülkiyyətçi bunu dəyişdirmək istəyirsə, mənzil mülkiyyətçilərinin ümumi yığıncağını çağıraraq, müvafiq səs çoxluğuna nail olmalıdır. Cari işdə iddiaçıların bunu etməməsi (baxmayaraq ki, buna hüquqi zəmin var, yəni artıq bina dövlət tərəfindən istismara qəbul edilərək, çıxarış verilib) onu təsdiq edir ki, onlar digər mülkiyyətçilərin mövqeyinə münasibətdə lazımi səs çoxluğu toplaya bilmirlər. İddiaçıların mübahisələndirdiyi məsələlər mahiyyətcə əsaslı olub– olmamağından asılı olmayaraq mülki mühakimə icraatı qaydasında və ümumi məhkəmədə baxıla bilinməzdi. Belə ki, yanğın təhlükəsizliyi məsələlərinə nəzarət, icazə, göstəriş müvafiq icra hakimiyyəti orqanının (FHN) səlahiyyətidirvə onun hərəkət və ya hərəkətsizliyindən şikayət inzibati icraat qaydasında və inzibati məhkəmədə baxılır. Bu eynilə hər hansı tikinti işlərinin aparılmasına da aiddir. Tikintinin özbaşına olması, yaxud onun təhlükəsizlik tələblərinə uyğun aparılıb-aparılmaması, yaxud dövlət mülkiyyətindəki torpaq sahəsində aparılması məsələləri müvafiq icra hakimiyyəti orqanlarının (FHN, yerli icra hakimiyyəti, ETSN və sair) səlahiyyətidir və inzibati icraatın predmetidir. Hər hansı bir görülmüş işin və ya fəaliyyətin 2017-ci il layihəsindən fərqli olması və ya həmin layihədə nəzərdə tutulmaması onun qanunsuz ol ması demək deyildir. Cavabdeh2 MTK tərəfindən qanuna zidd iş görülməmişdir. İstinad etdiyi halı sübut etmək iddiaçı tərəfin üzərinə düşür. Məhkəmənin iş üzrə sübut kimi qətnamədə istinad etdiyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu Cavabdeh2 MTK barəsində deyi, "xxxx" MTK barəsindədir. İş üzrə verilmiş ekspert rəyi iddianın əsaslı olmasını təsdiq etmir və iddianın guya əsaslılığına dair həmin rəyə istinad edilə bilinməzdi, çünki:

1. Ekspert görülmüş işlərin qanuna zidd olduğunu təsdiq etməmişdir.

2. Ekspert qarşısında qoyulmuş 1-ci sualla bağlı bildirir ki, görülmüş işlər sakinlərə mane (məhdudiyyət) yaradır. Ekspert qarşısınd a qoyulmuş 2, 3 və 4-cü suallardakı göstərilən işlərin iddiaçıların hüquqlarının məhdudlaşdırıbməhdudlaşdırmaması ilə bağlı isə qeyd edir ki, bu ekspertin səlahiyyətinə aid deyildir. Halbuki, ekspert məhdudiyyətlə bağlı 1-ci suala müsbət cavab vermişdir. Analoji dörd halla (məhdudiyyətlərin qiymətləndirilməsi) bağlı rəydə fərqli yanaşmanın olması iki nəticədən birini çıxarmağa əsas verir: ekspert sonrakı 3 məsələyə münasibətdə səlahiyyətsizdirsə, deməli birinci məsələ üzrə də səlahiyyətli deyil. Yox əgər birinci məsələ üzrə özünü səlahiyyətli bilib mane yaradıldığını bildirirsə, sonrakı üç halla bağlı mane yaradıldığını bildirmirsə, deməli həmin 3 halla bağlı mane mövcud deyil, olsa idi ekspert təsdiq edərdi.

3. Birinci sualla bağlı qərardadda 3-cü blokun girişində görülmüş işlərin orada y aşayan sakinlərə mane yaradıb-yaratmaması sualında söhbət məhz 3-cü blokda yaşayan sakinlərdən gedir. İddiaçıların heç biri həmin blokda yaşamır, yəni bu məsələ ilə bağlı subyektiv hüquqa malik deyildir. Yanğın təhlükəsizliyi qaydalarına əməl edilibedilməməsinə nəzarət, edilməməsi halında tədbir görülməsi isə müvafiq icra hakimiyyəti orqanının (Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Ekspert rəy verərkən mübahisəli binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsini nəzərə almamış, yalnız 2017-ci il layihəsinə istinad etmişdir. Halbuki, həmin 2019-cu il layihəsi də ekspert əraziyə baxış keçirdənə və rəy verənədək təqdim edilmiş və iş materiallarında vardır. Məhkəmə əlavə ekspert iza təyin edilməsi barədə əsaslı vəsatəti təmin etməmişdir, bu isə iddianın təmin edildiyi hissədə məhkəmənin səhv nəticəyə gəlməsində rol oynamışdır.

54. Cavabdeh3 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilən hissəsində də təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

55. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh2 çox mənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsinin ümumi sahəsi 1.539,76 kv.m. sahəsi Cavabdeh2 MTK-ya deyil, müvafiq alğı-satqı müqavilələrinə əsasən X6 məxsusdur. Cavabdeh3 MMC də sözügedən ərazini xx.xx.2022-ci il tarixində Bakı şəh əri, 29 saylı notariat ofisində bağlanılmış ilkin icarə müqaviləsi əsasında X4 icarəyə götürmüşdür. İddiaçıların Cavabdeh2 MTK ilə hər hansı səbəbdən yaranmış şəxsi ədavəti üzündən Cavabdeh3 MMC-nin qanuni mənafelərinə xələl gəlməkdədir. Hazırkı iddia ərizəsində Cavabdeh3 MMC-nin iddiaçılar və cavabdehlərlə hər hansı formada münasibətləri formalaşmadığından cavabdeh qismində qeyd edilərək, tələblərin bir hissəsinin Cavabdeh3 MMC-yə yönləndirilməsi uyğun deyildir. İddiaçıların tələbinin təmin olunacağı təqdirdə Cavabdeh3 MMC-nin qanunla qorunan mənafelərinə xələl gətirilərək, külli miqdarda maddi itkisinin yaranmasına və əldən çıxmış faydanın formalaşmasına səbəb olacaqdır. Bu hal isə əlavə olaraq vurulmuş maddi ziyanla bağlı əlavə olaraq məhkəmədə iddia qaldırılmasına dolayısı ilə məhkəməd ə iş yükünün həcminin artmasına səbəb olacaqdır. Əlavə olaraq, iddiaçıların hüquqlarının pozulması və onların hansı hüquqlarının məhdudlaşdırıldığı konkret olaraq faktlarla və dəlillərlə öz əksini tapmamışdır. 5-ci blokun qarşısında faktiki olaraq 850 kv.m. sahənin Cavabdeh3 MMC-nin istifadəsində olmadığını və faktiki olaraq 850 kv.m. olan tikilinin mövcud olmadığını nəzərə alaraq qətnamənin icra edilməsi prosesi də mümkün olmayacaqdır. İşə baxan məhkəmə ekspertin verdiyi rəyi əsas götürərək, digər sənədlərə sübutlara lazımi hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə həmin ərazi ilə bağlı təkrar ekspertiza təyin edərək, məsələni daha dəqiq araşdırılmasını müəyyən edə bilərdi. İş materiallarına və mövcud əraziyə baxış zamanı diqqət etdikdə iddiaçıların 5-ci blokun qarşı sında olan tikilinin (hazırda Bazarstore MMC-nin icarəsində olan) iddiaçıların giriş-çıxışına hərəkətinə mane olmadığı görünməkdədir. Həmçinin ekspert rəyində iddiaçıların 5-ci blokun önündəki qeyri-yaşayış sahəsinin mövcudluğu həmin iddiaçıların giriş-çıxışına, normal hərəkətinə mane olması ilə bağlı qənaət mövcud deyil. Əlavə olaraq faktiki və hüquqi olaraq sakinlərin, daha dəqiq desək iddiaçıların mülkiyyətində olmayan ərazi ilə bağlı, subyektiv hüquqları olmayan halda, iddiaçıların tələbinin 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməsi qanunsuz və kifayət qədər əsassız yanaşmadır. Göründüyü kimi, iş materiallarında olan sənədlərdə və ekspertin nəticəsində həmin sakinlərin (iddiaçıların) subyektiv hüququnun pozulması sübuta yetirilməmişdir.

56. Cavabdeh4 həmin qətnamədən apellyas iya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

57. Cavabdeh4 apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmışdır.

58. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əli İsmayılov həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən 850 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən, heç bir rəsmi icazə sənədi olmayan, hal-hazırda Cavabdeh3 MMC-nə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nin öz maliyyə vəsaiti hesabına bərpa edilməsi” hissəs inin ləğv edilməsi və həmin hissədə tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

59. Üçüncü şəxs Əli İsmayılov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının həyəti çətin relyefə malik olmaqla onun başlanğıcı ilə son nöqtəsi arasında 11 metr fərq vardır. Həyətin bir müstəvi üzərinə gətirilməsi məqsədi ilə MTK tərəfindən 2018-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə müraciət edilmiş və qanunamüvafiq rəy alınmışdır. Həyətin torpaq qatı qazılaraq daşındığı üçün onun yerində inşa edilmiş tikilinin inşası məqsədi ilə razılıq da həmin dövlət strukturundan alımışdır. Həmin rəyə və layihəyə uyğun olaraq Cavabdeh2 MTK tərəfindən ümumi sahəsi 380 kv.m. ibarət tikili inşa edilmişdir. Binanın həyəti dövlət mülkiyyətində saxlanıldığı üçün həmin torpaq sahəsi üzərində iddiaçıların heç bir mülkiyyət hüququ mövcud deyildir. Bu səbəbdən iddiaçıların yaşayış binasının həyətində onun tərəfindən tikilmiş tikilinin sökülməsi barədə tələb irəli sürməyə heç bir subyektiv hüquqları mövcud deyildir. Digər tərəfdən birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/3827 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən çox mərtəbəli yaşayış binasının 5-ci blokunun qarşısındakı tikilinin sahəsinin 850 kv.m. ibarət olduğu müəyyən edilmişdir. Halbuki, həmin tikilinin ümumi sahəsi 380 kv.m. ibarətdir. Deməli, ekspert rəyi məhkəmə tərəfindən mötəbər sübut növü kimi qəbul edilməməli idi. Bunun əksi olaraq birin ci instansiya məhkəməsi öz qətnaməsini 10/3827 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsaslandırmış və səhv nəticəyə gəlmişdir.

60. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3511/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlkik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbində göstərildiyi kimi əlavə tikililərin inşası və bunun nəticəsində 3-cü blokun girişinin bağlanması faktı işin halları, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən mübahisəli ünvana keçirilmiş yerində müayinə zamanı da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə eksperti tərəfindən aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 10/3827 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində 3-cü blokun giriş qapısının və ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək, bağlandığı və bunun "xxxx"nın (YTQ №01-2001) tələblərinin 4-cü maddəsinin (Binaların tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri) 4.8-ci bəndinin tələblərinə zidd olduğu, həmçinin, bu blokun girişinin sağ tərəfində 1,9x6,1 metr ölçüdə və 4,3 m. hündürlükdə dəmir konstruksiyalı tikilinin mövcud olduğu göstərilmişdir.

62. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, eyni zamanda, həmin blokun qarşısında olan həyətyani sahədən yeraltı qaraja pilləkənli keçid açılmışdır. Halbuki, nə bu, nədə ki, 79-cu bənddə göstərilən işlərin görülməsi və tikilinin inşa edilməsi (qurulması) eskiz layihəsində nəzərdə tutulmamışdır. Həmin layihəyə sonradan bu işlərin görülməsini və tikililərin inşa edilməsini mümkün edən və şərtləndirən dəyişikliklər də edilməmişdir. Dəmir konsktruksiyalı tikilinin Cavabdeh4 tərəfindən inşa edildiyi, qeyd edilən digər işlərin isə Cavabdeh2 MTK tərəfindən görüldüyü müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nəticədə həm layihədən kənara çıxılmaqla bu, habelə yanğın təhlükəsizliyi ilə bağlı sahəni tənzimləyən qanunvericiliyin tələb ləri pozulmuş, həm də sakinlərin həmin girişdən istifadə edilməsi və yanğın təhlükəsizliyi ilə bağlı pilləkən vasitəsi ilə təxliyyə olunması faktiki olaraq qeyri-mümkün hala salınmışdır. Halbuki, qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab edilən bu sahələrdə qeyd edilən işlər yalnız mənzil mülkiyyətçilərinin razılığı ilə aparıla bilər. Lakin nə mənzil mülkiyyətçilərindən, nə də ki, səlahiyyətli orqanlardan (əksinə, Azərbaycan Respublikasının Fövqəldə Hallar Nazirliyi X17 Xidməti və Tikintidə X5 Agentliyi öz məktublarında bu tikintilərin qanunsuz olduğunu bildirir) belə bir razılıq alınmamış və hüquqi nəticə etibarı ilə mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab edilən bu sahələrdən istifadə və onlara sahiblik etmək hüququ pozulmuşdu r. Qeyd edilənlər öz növbəsində həmin qanunsuz hərəkətlərə yol vermiş şəxslərin maliyyə vəsaiti hesabına göstərilən tikililərin sökülməsini, pilləkənli keçidin bağlanmasını və layihəyə uyğun əvvəlki vəziyyətin bərpa edilərək, sahələrin mənzil mülkiyyətçilərinin ümumi istifadəsinə qaytarılmasını şərtləndirir.

64. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi, bu blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyəti bərpa edilməsi, blokun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin onların ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneəl ər və məhdudiyyətlərin aradan qaldırılması, blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja pilləkənli keçidin bağlanması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətin bərpa edilməsi vəzifəsini Cavabdeh2 MTK-nın, blokunun girişinin sağ tərəfində inşa edilmiş dəmir konstruksiyalı tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətin bərpa edilməsi vəzifəsini isə Cavabdeh4 üzərinə qoymuşdur. Bu məsələlər məhz onların maliyyə vəsaitləri hesabına həll edilməlidir. Qeyd edilənlər öz növbəsində bu hissədə cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu təsdiq edir.

65. Məhkəmə kollegiyası iddia tələbinin binasının 3, 4 və 5-ci blokun 2-ci mərtəbəsində tikilən eyvan tipli tikilinin və 5-ci blokun qarşısında tikilən qanunsuz tikilinin sökülməsi və layihəyə uy ğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, bu tikililər də qeyd edilən eskiz layihədə nəzərdə tutulmamış, onların inşasına nə saləhiyyətli qurumların, nə də ki, mənzil mülkiyyətçilərin razılığı alınmışdır. Məhkəmə eksperti aparılmış tədqiqatın nəticəsi olaraq müəyyən etmişdir ki, 5-ci blokun qarşısında, həyətdə inşa edilmiş tikintinin sahəsi 850 kv.m. ölçüdədir, eyvan tipli tikili 1,3 metr enində, 26,6 metr uzunluqdadır və bu tikintilər eskiz layihədə nəzərdə tutulmamışdır. Bununla belə, həmin tikintilərin inşa edilməsi üçün hər hansı qanuni əsas yoxdur, mənzil mülkiyyətçilərinin nəinki iradəsinə zidd inşa edilmiş, hətta onların mövcudluğu konkret olaraq, mənzil mülkiyyətçilərinin hüquqlarını pozur. Bu baxımdan həmin tikintilər qanunsuz hesab edilməl i və sökülərək, layihəyə uyğun olaraq əvvəlki vəziyyət məhz onları inşa etmiş Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməlidir. Başqa sözlə, birinci instansiya məhkəməsi bu hissə üzrə də düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır.

66. İddiaçıların bu tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, 850 kv.m. tikintinin inşası nəticəsində 5-ci blok konkret olaraq həmin tikintinin altında qalmışdır. Hətta həmin giriş hörülmüş və girişə yalnız qeyd edilən eyvan tipli tikinti vasitəsi ilə daxil olmaq mümkün olmuşdur. Sonradan məhkəmə tərəfindən tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində girişin hörgüsü sökülmüş və həmin girişdən liftə daxil olmaq mümkün olmuşdur. Bu halların həmin girişdə yaşayan mənzil mülkiyyətçilərinin hüquqlarını pozması qənaətinə gəlmək üçün xüsusi biliyə malik olmağa ehtiyac yoxdur. Həmin tikintinin layihədə olmaması və mənzil mülkiyyətçilərinin hüquqlarını pozması açıq və aydın şəkildə görünür. Həmin eyvan tipli tikinti də məhz bu məqsədlə, yəni girişlərdən hərəkət qadağan edildiyi (məhdudlaşdırıldığı) üçün yuxarı mərtəbədən girişin təmin edilməsi üçün inşa edilmişdir.

67. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, bu işləri görən cavabdeh kooperativ ümumiyətlə belə bir səlahiyyətə malik olmamışdır. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilir, nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. Mən zil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət q eydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Bununla belə, qüvvədə olan qanunvericiliyin qeyd edilən müddəaları MTK-nın hansı məqsədlə yaradılmasını və onun ləğvinin hüquqi əsaslarını dəqiq şəkildə təsbit etmişdir. Lakin qeyd edilən məsələlər Cavabdeh2 MTK tərəfindən həll edilməsinə baxmayaraq, bu cavabdeh həmin binada hazırda da öz fəaliyyətini davam edir və bu fəaliyyət çərçivəsində layihədə nəzərdə tutulmayan və mənzil mülkiyyətçilərinin iradəsinə zidd, onların hər hansı maraqlarına xidmət etməyən, əksinə ümumi mülkiyyətdə olan sahələrə sahiblik və onlardan istifadə hüquqlarını məhdudlaşdıran yenidənqurma, o cümlədən tikinti işləri həyata keçirir. Bu fəaliyyətdə qanuni hesab edilə bilməz və onun nəticələri birmənalı şəkildə aradan qaldırılmalıdır.

68. M əhkəmə kollegiyası binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün sökülməsi tələbi ilə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin tikili sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahədə deyil, birbaşa olaraq ümumi istifadəli ərazidə inşa edilmişdir. Həmin sahə təyinat etibarı ilə ictimai məqsədlər üçün ayrılmış sahədir (küçə) və həmin sahədə yerləşən hər hansı tikilinin sökülməsi ilə bağlı tələblə yalnız dövlətin adından onun səlahiyyəti orqanı (Hazırkı halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) çıxış edə bilər. Qeyd edilənlər iddiaçıların bu tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olmadığını təsdiq edir.

69. Məhkəmə kollegiyası Cavabdeh3 MMC-nin icarə müqaviləsi əsasında qeyriyaşayış sahəsindən istifadə etdiyini, özbaşına tikililərin də Cavabdeh2 MTK və Cavabdeh4 tərəfindən inşa edildiyini, habelə yuxarıda göstərilən mövqeyini nəzərə alıb, Cavabdeh3 MMC-nin və üçüncü şəxs Əli İsmayılovun apellyasiya şikayətlərini də əsassız hesab etmiş və onların da təmin edilməməsi qənaətinə gəlmişdir.

70. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 109, 152, 157-ci, Mənzil Məcəlləsinin 2.1, 35, 37, 43, 109-cu, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1, 7, 9, 62, 95.1-ci, “X2” Azərbaycan Respublikasının Qanununun 1, 6, 7-ci, Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydalarının 4.8, 5.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Ka ssasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

71. Qətnamədən Cavabdeh2 MTK (Vəkil3) və üçüncü şəxs Əli İsmayılov (Vəkil6) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.

72. Cavabdeh2 MTK (Vəkil3) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

73. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddianın təmin edildiyi hissədə qətnamə və məhkəmənin qətnamədə gəldiyi nəticələr həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver məmişdir.

74. İddiaçılar bu iş üzrə iddia tələblərinə münasibətdə subyektiv hüquqa malik deyillər. Həmçinin qeyd edilməlidir ki, həmin işlərin görüldüyü torpaq sahəsi nəinki iddiaçıların yox, hətta MTK-nın mülkiyyətində deyildir. 3-cü blokda görülən işlərlə bağlı əlavə növbəti fakt isə ondan ibarətdir ki, iddiaçıların heç biri 3-cü blokda yaşamır (orada daşınmaz əmlaka mülkiyyətçisi deyillər). Təsadüfi deyildir ki, birinci instansiya məhkəməsi özü iddianı rədd etdiyi hissəni qətnamədə həm də belə əsaslandırmışdır ki (apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşaraq qüvvədə saxlamışdır). “Belə ki, həmin tikili sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahədə deyil, küçədə inşa edildiyindən, eyni zamanda qanunsuz tikilinin sökülməsi ilə bağlı qərar qəbul etmək və tələb i rəli sürmək hüququ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən müvafiq icra qurumuna (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) həvalə edildiyindən, iddiaçıların belə tələblə çıxış etmələrinə subyektiv hüquqları yoxdur.” Aşağı instansiya məhkəmələri bu mövqeyi iddianın digər hissələrinə də tətbiq etməli olduğu halda, etməmişdir.

75. Məhkəmə Mülki Məcəllənin 152.1 və 157.2, 157.4 və 152.5-ci maddələri mübahisəyə iddianın təmini istiqamətində tətbiq edə bilməzdir. Çünki iddiaçıların iddiası mülkiyyət hüquqlarının predmeti ilə bağlı deyildir, mülkiyyətlərindəki sahədən kənarda görülən işlərdən narazı olmaqlarıdır.

76. İddiaçılar və aşağı instansiya məhkəmələri gəldikləri nəticədə 2017-ci il layihəsinə istinad edir, halbuki binanın yerləşdiyi əraz i üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsi vardır və işlər həmin layihəyə uyğundur. İddiaçılar və məhkəmə həmin layihənin 2017-ci il layihəsinin təsdiq etildiyi dövlət orqanlarının hamısı ilə razılaşdırılmadığına istinad edərək onun guya mötəbər olmadığını bildirir. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zama nı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.4-1-ci maddəsinə əsasən, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur. Görülmüş işlərin böyük hissəsi binanın tikinti sahəsini təşkil etməyən hissəsində icra edilmişdir. Yəni həmin işlərin görülməsinin 2017-ci il layihəsinin razılaşdırıldığı bütün dövlət orqanları ilə razılaşdırılması qanunvericiliklə tələb edilmir. Buna görə də, iddiaçılar və aşağı instansiya məhkəmələrinin “tikililər səlahiyyətli orqanlarının razılığı olmadan inşa edilmişdir” dəlili üçün Şəhərsalma və Tikinti Məcəlləsinin qətnamədə qeyd edilən maddələrinə istinad edilməsi doğru deyildir. Yəni həmin maddələrin tələbləri pozulmamışdır. Təsadüfi deyildir ki, yaxınlıqda yerləşən "xxxx" MTK (Səbail rayonu, Bünyad Sərdarov küç, 128-ci məhəllə) eyni qanunvericilik, eyni icraat və eyni səndləşdirmə qaydasında anoloji yeraltı avtodayanacaq tikmişdir. Digər əhəmiyyətli məsələ ondan ibarətdir ki, binanın 5-ci blokunun qarşısında həyətdə olan tikilinin sahəsi 394,92 kv.m. olduğu halda (faktı müstəqil lisenziyalı təşkilat olan "xxxx" MMC tərtib etdiyi sənədlərlə təsdiq etmişdir), qətnamədə onun ölçüsü həqiqətə uyğun olmayan 850 kv.m. sahə kimi göstərilmişdir. Məhkəmə nəzərə almamışdır ki, sökülməli olması nəticəsinə gəldiyi tikililərin sökülməsi ilə yanğın zamanı istifadə edilməli yanğın su çəninin mövcudluğu və ondan istifadəyə də xələl gəlir.

77. Məhkəmə mülkiyyətçilərin çoxluğunun iradəsinə aid edilmiş məsələ ilə bağlı mülkiyyətçilərin bir hissəsinin iddiası əsasında necə qərar qəbul edə bilər? MTK bütün işləri səlahiyyəti daxilində görmüşdür. Əgər hər hansı bir və ya bir neçə mülkiyyətçi bunu dəyişdirmək istəyirsə, mənzil mülkiyyətçilərinin ümumi yığıncağını çağıraraq, müvafiq səs çoxluğuna nail olmalıdır. Cari işdə iddiaçıların bunu etməməsi (baxmayaraq ki, buna hüquqi zəmin var, yəni artıq bina dövlət tərəfindən istismara qəbul edilərək, çıxarış verilib) onu təsdiq edir ki, onlar digər mülkiyyətçilərin mövqeyinə münasibətdə lazımi səs çoxluğu toplaya bilmirlər.

78. İddiaçıların mübahisələndirdiyi məsələlər mahiyyətcə əsaslı olub-olmama ğından asılı olmayaraq mülki mühakimə icraatı qaydasında və ümumi məhkəmədə baxıla bilinməzdi. Belə ki, yanğın təhlükəsizliyi məsələlərinə nəzarət, icazə, göstəriş müvafiq icra hakimiyyəti orqanının (FHN) səlahiyyətidir və onun hərəkət və ya hərəkətsizliyindən şikayət inzibati icraat qaydasında və inzibati məhkəmədə baxılır. Bu eynilə hər hansı tikinti işlərinin aparılmasına da aiddir. Tikintinin özbaşına olması, yaxud onun təhlükəsizlik tələblərinə uyğun aparılıb aparılmaması, yaxud dövlət mülkiyyətindəki torpaq sahəsində aparılması məsələləri müvafiq icra hakimiyyəti orqanlarının (FHN, yerli icra hakimiyyəti, ETSN və sair) səlahiyyətidir və inzibati icraatın predmetidir.

79. İddianın təmin edildiyi hissədə qətnamə və məhkəmənin qətnamədə gəldiyi nəticələr həqiqi hallara, tərəflərin qar şılıqlı münasibətinə və qanunun tələblərinə uyğun kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Bununla bağlı mövqeləri: 1.Hər hansı bir görülmüş işin və ya fəaliyyətin 2017-ci il layihəsindən fərqli olması və ya həmin layihədə nəzərdə tutulmaması onun qanunsuz olması demək deyildir. Cavabdeh2 MTK tərəfindən qanuna zidd iş görülməmişdir. İstinad etdiyi halı sübut etmək iddiaçı tərəfin üzərinə düşür.

2. Məhkəmənin iş üzrə sübut kimi qətnamədə istinad etdiyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu Cavabdeh2 MTK barəsində deyil, "xxxx" MTK barəsindədir.

3. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən Cavabdeh2 MTK-nın binasında yaşayan sakinlərə, surəti Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X11 ünvanlanmış xx.xx.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, onların xx.xx.2023-cü il tarixli şikayət ərizəsi ilə Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 7ndə yerləşən binada Cavabdeh2 MTK tərəfindən layihədə kənar işlərin aparılması barədə göndərdiyi sənədlərə FHN Əməliyyat-İstintaq İdarəsində baxılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 MTK tərəfindən layihədən Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 7 ünvanında yerləşən binada inşa edilmiş və hazırda Cavabdeh3 MMCnin saxlanc anbarı kimi istifadə olunan tikilinin layihəsi "xxxx" MMC tərəfindən tərtib olunmuş və Fövqəladə Hallar Nazirliyi Dövlət Baş Ekspertiza İdarəsi ilə razılaşdırılmış və aparılmış işlər zamanı layihədən kənarlaşmalar olmamışdır.

80. İş üzrə verilmiş ekspert rəyi iddianın əsaslı olmasını təsdiq etmir və iddianın guya əsaslılığına dair həmin rəyə istinad edilə bilinməzdi. Çünki:

1. Ekspert görülmüş işlərin qanuna zidd olduğunu təsdiq etməmişdir.

2. Ekspert qarşısında qoyulmuş 1-ci sualla bağlı bildirir ki, görülmüş işlər sakinlərə mane (məhdudiyyət) yaradır. Ekspert qarşısında qoyulmuş 2, 3 və 4-cü suallardakı göstərilən işlərin iddiaçıların hüquqlarının məhdudlaşdırıb-məhdudlaşdırmaması ilə bağlı isə qeyd edir ki, bu ekspertin səlahiyyətinə aid deyildir. Halbuki, ekspert məhdudiyyətlə bağlı 1-ci suala müsbət cavab vermişdir. Analoji dörd halla (məhdudiyyətləri n qiymətləndirilməsi) bağlı rəydə fərqli yanaşmanın olması iki nəticədən birini çıxarmağa əsas verir. Ekspert sonrakı 3 məsələyə münasibətdə səlahiyyətsizdirsə, deməli birinci məsələ üzrə də səlahiyyətli deyil. Yox əgər birinci məsələ üzrə özünü səlahiyyətli bilib mane yaradıldığını bildirirsə, sonrakı üç halla bağlı mane yaradıldığını bildirmirsə, deməli həmin 3 halla bağlı mane mövcud deyil. Olsa idi ekspert təsdiq edərdi.

3. Birinci sualla bağlı qərardadda 3-cü blokun girişində görülmüş işlərin orada yaşayan sakinlərə mane yaradıb–yaratmaması sualında söhbət məhz 3-cü blokda yaşayan sakinlərdən gedir. İddiaçıların heç biri həmin blokda yaşamır, yəni bu məsələ ilə bağlı subyektiv hüquqa malik deyildir. Yanğın təhlükəsizliyi qaydalarına əməl edilibedilməməsinə nəzarət, edilməməsi halında tədbir görülməsi isə müvafiq icra hakimiyyəti orqanının (Fövqəladə Hallar Nazirliyi) səlahiyyətindədir. Subyektiv hüququna toxunulmayan şəxslərin bu məsələni mülki–prossesual iddia icraatı qaydasında qaldırması qanunla müəyyən edilmiş icraat deyildir.

4. Ekspert rəy verərkən mübahisəli binanın yerləşdiyi ərazi üzrə 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış əlavə və dəyişiklik layihəsini nəzərə almamış, yalnız 2017-ci il layihəsinə istinad etmişdir. Halbuki, həmin 2019-cu il layihəsi də ekspert əraziyə baxış keçirdənə və rəy verənədək təqdim edilmiş və iş materiallarında vardır. Məhkəmə onların əlavə ekspertiza təyin edilməsi barədə əsaslı vəsatətlərini təmin etməmişdir. Bu isə iddianın təmin edildiyi hissədə məhkəmənin səhv nəticəyə gəlm əsində rol oynamışdır. Əlavə ekspertiza təyin edilməsinin zəruriliyi barədə əsaslandırmaları iş materiallarındakı vəsatətlərində vardır.

81. Üçüncü şəxs Əli İsmayılov (Vəkil6) kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsinin “Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əli İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi” hissəsinin ləğv edilməsini və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

82. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının həyə ti çətin relyefə malik olmaqla onun başlanğıcı ilə son nöqtəsi arasında 11 metr fərq vardır. Həyətin bir müstəvi üzərinə gətirilməsi məqsədi ilə MTK tərəfindən 2018-ci ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə müraciət edilmiş və qanunamüvafiq rəy alınmışdır. Verilmiş məlumata görə yeraltı tikintiquraşdırma işlərinin həyata keçirilməsinə dair razılıq həmin Agentlik tərəfindən verilir. Məhz bu səbəbə görə də həyətin torpaq qatı qazılaq daşındığı üçün onun yerində inşa edilmiş tikilinin inşası məqsədi ilə razılıq da həmin dövlət strukturundan almışdır. Həmin rəyə və layihəyə uyğun olaraq Cavabdeh2 MTK tərəfindən ümumi sahəsi 380 kv.m.-dən ibarət tikili inşa edilmişdir. Üçüncü şəxs Əli İsmayılov 30 may 2022-ci il tarixli “Çoxmənzilli yaşayış binası nda qeyri-yaşayış sahəsinin alğı-satqısına dair Müqavilə № QY-1”-ə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən yaşayış binasının 2,4 və 5-ci girişinin birinci mərtəbə-sində yerləşən 1 539,67 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh2 MTK-dan almışdır. Həmin müqavilə üzrə ödənişlərin Əli İsmayılov tərəfindən tam həcmdə yerinə yetirilməsinə dair MTK-dan ona 30 may 2022-ci il tarixli “Maliyyə arayışı” təqdim edilmişdir. Əli İsmayılovun mülkiyyətinə qəbul etdiyi 1.539,67 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin 380,00 kv.m.-dən ibarət hissəsi binandan kənarda inşa edilmişdir. Əli İsmayılov qeyd edilən qeyri-yaşayış sahəsini alarkən həmin sahənin 380,00 kv.m.-dən ibarət hissəsinin hansı struktur tərəfindən razılaşdırılaraq inşa edildiyini bilm əmişdir. Əli İsmayılov və Cavabdeh3 MMC arasında notariat qaydasında bağlanmış 06 iyun 2022-ci il tarixli, 3M-660 reyestr nömrəli “İlkin icarə müqaviləsi”nə əsasən Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində yerləşən yaşayış binasının 2,4 və 5-ci girişinin birinci mərtəbəsində yerləşən 1 539,67 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi Əli İsmayılov tərəfindən Cavabdeh3 MMC-nə icarəyə verilmişdir.

83. Apellyasiya instansiyası məhkəməsi öz Qətnaməsində göstərir ki, “85. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, bu işləri görən cavabdeh kooperativ ümumiyyətlə belə bir səlahiyyətə malik olmamışdır. Məhz üzvlərin konkret ehtiyacının (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün mənzil-tikinti kooperativləri istehlak xarakterli olmaqla müə yyən müddətə təşkil edilir. Nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulur. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar.” Apellyasiya instansiyası məhkəməsi öz Qətnaməsində nəzərə almamışdır ki, Cavabdeh2 MTK-nin 5 nəfər üzvü vardır və onların bu səlahiyyətləri müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. İddiaçılar da daxil olmaqla digər mənzil mülkiyyətçiləri Cavabdeh2 MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından alğı-satqı müqavilələri əsasında mənzillər almışlar. Onların heç biri Cavabdeh2 MTK-nin üzvləri o lmamış və bu barədə müvafiq dövlət orqanında qeydiyyatdan keçməmişlər. Bununla da hesab edirəm ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd etdiyi xüsusatları nəzərə almamaqla maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

84. Apellyasiya icraatı zamanı yerində müayinə vaxtı çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında inşa edilmiş tikilinin 850 kv.m.-dən deyil, məhz 380 kv.m-dən ibarət olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin bu faktiki halını nəzərə almayaraq yenə də öz qətmanəsində həmin tikilinin 850 kv.m-dən ibarət olduğunu göstərmişdir. Bu da öz növbəsində apellyasiya məhkəməsi tərəfindən MPM-nin 217 maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

85. İddiaçılar İddiaçı8, İdd iaçı10 və İddiaçı9 nümayəndəsi və vəkili Vəkil5 Rüfət oğlu verilmiş kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək kassasiya şikayətlərinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

86. Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır.

87. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

88. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

89. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

90. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

91. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

92. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.

93. Maddə 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təm inatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; tikintiyə icazə verilməsi; şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqlann, maşın və mexanizmlərin sertifikatlaşdınlmasının təşkili; tikintiyə nəzarətin həyata keçirilməsi; tikinti layihələrinin ekspertizadan keçirilməsi; şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; tikinti obyektlərinin istismarına icazə verilməsi; şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi.

94. Maddə

7. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması.

95. Maddə

9. Yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən müdafiə ilə bağlı tələblərə uyğunluğu baxımından tikinti ərazisinin və tikinti obyektinin təhlükəsizliyi təmin edilməlidir. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblər əsasında şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır.

96. Maddə

62. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, ram palar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Yaşayış binalarının hər mərtəbəsinə azı bir, digər ictimai binaların hər mərtəbəsinə isə iki pilləkən (məcburi pilləkən) vasitəsi ilə giriş nəzərdə tutulmalıdır. Məcburi pilləkənlərin əvəzində siyirtmə (açılıb bağlan an) pilləkənlərin və ya eskalatorların istifadəsinə yol verilmir. Həmin pilləkənlərin əvəzində rampalar istifadə oluna bilər. Bu Məcəllənin 62.2-ci maddəsində göstərilən məcburi pilləkən birbaşa pilləkən qəfəsində nəzərdə tutulmalıdır. Bu tələb üç mərtəbəyədək yaşayış evlərinə və iki səviyyəli mənzillərə, iki mərtəbədən və iki mənzildən ibarət yaşayış binalarına, kənd və ya meşə təsərrüfatı təyinatlı binalara şamil olunmur. Birinci mərtəbəsinin döşəməsindən sonuncu mərtəbəsinin döşəməsinə qədər hündürlüyü 11,2 metrdən çox olan yaşayış binalarında həmçinin liftlər quraşdırılır. Liftlər təhlükəsizlik tədbirlərinə əməl edilməklə quraşdırılmalı və istifadə zamanı təhlükə yaranmasının qarşısını alan keyfiyyətə malik olmalıdır. Liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyət də saxlamağa borcludurlar.

97. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldınlmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

98. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və q anuni mənafelərini pozmamalıdırlar.

99. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşd iyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

100. Maddə 35.2, 35.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.

101. Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir.

102. Maddə 43.2, 43.2.1 və 43.2.2. Çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək və çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir.

103. Maddə 109.4 v ə 109.5. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. “X2” Azərbaycan Respublikasının Qanunu.

104. Maddə

1. Yanğın nəzarəti - yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür; yanğın təhlükəsizliyi tələbləri - yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir; yanğın təhlükəsizliyi tələblərinin pozulması yanğın təhlükəsizliyi tələblərinin yerinə yetiril məməsi və ya lazımınca yerinə yetirilməməsidir; yanğın təhlükəsizliyi tədbirləri - yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetir ilməsi sahəsində fəaliyyətdir.

105. Maddə 6 hissə

2. Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək.

106. Maddə 7, hissə

1. Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır: yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2001-ci il 25 may tarixli 85 nömrəli əmri ilə təsdiq edilmiş "xxxx".

107. Maddə 4.8. Müəssisələrin, binaların və tikililərin otaqlarında aşağıdakılar qadağandır: mövcud normativ sənədlərlə əvvəlcədən şərtlə şdirilmiş hallar istisna olmaqla, zirzəmilərdə və kürsü mərtəbələrində AAM, YM və bantın saxlanılması; partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayışyanğın təhlükəli maddə və materialların saxlanılması və istifadəsi; çardaqlarda, texniki mərtəbələrdə, ventkameralarda və digər texniki otaqların istehsalat sahələrində, emalatxanalar təşkil etmək, həmçinin qeyd edilən yerlərdə məhsulun, avadanlığın, mebelin və digər əşyaların saxlanılmasına yol vermək; lift xollarında, boşluqlarında, anbarlar, köşklər, dükanlar və s. yerləşdirmək; əgər onlara giriş ümumi pilləkən qəfəsindən təyin edilməyibsə, orada yanar materiallar anbar və emalatxanalar təşkil etmək, həmçinin zirzəmi və kürsü mərtəbələrdə başqa təsərrüfat otaqları yerləşdirmək; eyvanl ardakı və lojalardakı layihə ilə nəzərdə tutulmuş qapı və lyükları çıxarmaq, eləcə də qonşu seksiyalara gedən keçidləri və bayır nərdivanlarına çıxışları mebellə, avadanlıqla və digər əşyalarla tutmaq; otaqların yığışdırılmasında və paltarların yuyulmasında benzindən, ağ neftdən və digər AAM və YM istifadə etmək, həmçinin donmuş boruları İehimləmə lampalarından və ya digər üsullarla açıq alovdan istifadə etməklə qızdırmaq; - iş yerini yağlı sürtgü materiallardan təmizlənməmiş saxlamaq; müəyyən olunmuş, təsdiq edilmiş norma və qaydalarda nəzərə alınmış hallar istisna olmaqla pəncərələrdə bütöv barmaqcıqlı qəfəslər quraşdırmaq; yanğın baş verməsində təhlükəsizlik zonalarına aid olan lojaların və eyvanların şüşələnməsi; pilləkən qəfəslərində və dəhlizlərdə anbarlar (kiçik anbarlar) yaratmaq, həmçinin pilləkənin iki səki arasında olan hissəsinin altından və onların meydançalarında əşyalar, mebellər və digər yanar materiallar (birinci və kürsülü mərtəbələrindəki pilləkənin iki səki arasında olan hissənin altında ancaq yanmayan materialdan olan arakəsmələrlə çəpərlənmiş mərkəzi isitmənin idarəedilmə qovşaqları, su ölçən qovşaqlar və elektrik lövhələri qorumağa icazə verilir) saxlamaq; - binaların istehsalat və anbar otaqlarında (5 dərəcəli odadavamlı binalardan başqa) yanan və çətin yanar material və metal lövhəciklərdən antresollar, kontorlar və digər otaqlar inşa etmək və ya qurumaq.

108. Maddə 5.3. Köçürmə çıxışlarında aşağıdakılar qadağan olunur: köçürmə yollarında (5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi; keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması; tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması; - köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması; pilləkən qəfəslərind ə, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fıksasiya) etmək və ya çıxartmaq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

109. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

110. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

111. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

112. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

113. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

114. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

115. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

116. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı müna sibətinə uyğun əsaslandırılmalıdır.

117. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

118. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

119. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

120. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

121. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

122. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

123. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

124. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində, üçüncü şəxs tərəfindən onun apellyasiya şikayətinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı qeyd olunan hissələrdə tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

125. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

126. Belə ki, iddiaçılar ayrı ayrılıqda iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Leopold və Mstislav Rostropoviçlər küçəsində inşa edilmiş Cavabdeh2 çoxmənzilli yaşayış binasının mülkiyyətçilərinin 3-cü blokunun girişini məhdudlaşdıran və qadağan edən qanunsuz tikilinin sökülməsi; çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin bərpa edilməsi; çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin birinci mərtəbəsinin mülkiyyətçilərin və vətəndaşların yanğın təhlükəsizliyinin köçürmə yolları (təxliyyə) olan sahələrin (köçürmə yollarının (təxliyyə) pilləkən və pilləkən meydançasının hissəsinin) ümumi istifadəsinə qaytarılması, həmin sahələrdə mülkiyyətçilərə yaradılmış maneələrin və məhdudiyyətlərin cavabdehlərin öz maliyyə vəsaiti hesabına aradan qaldırılması; çoxmənzilli yaşayış binasının 3-cü blokunun girişinin sağ tərəfində layihədə göstərilməyən və heç bir rəsmi icazəsi olmayan qanunsuz tikilinin (orada fəaliyyət göstərəcək kommersiya qurumunun motorxanası üçün MTK tərəfindən icazə verilən iki mərtəbəni əhatə edən dəmirtikili) sökülməsi və la yihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi; çoxmənzilli yaşayış binasının 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan qanunsuz tikilən eyvan tipli tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi; çoxmənzilli yaşayış binasının 3-cü blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan pilləkənli keçidin bağlanması və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin Cavabdeh2 MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi; çoxmənzilli yaşayış binasının 5-ci blokunun qarşısında tikilən, təxminən 600-800 kv.m. sahəni əhatə edən və layih ədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh3 MMC-yə icarəyə verilən qanunsuz tikilinin sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin cavabdehlərin öz maliyyə vəsaiti hesabına bərpa edilməsi; binanın həyətində qanunsuz quraşdırılmış dəmir konstruksiya və havalandırma sistemlərinin cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi, binanın həyətində tikilmiş qanunsuz tikilinin sökülməsi; binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün cavabdehin öz maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

127. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunması barədə nəticəyə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdiri lmədən saxlayarkən, əlavə tikililərin inşası və bunun nəticəsində 3-cü blokun girişinin bağlanması faktının işin halları, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən mübahisəli ünvana keçirilmiş yerində müayinə zamanı da öz təsdiqini tapmasını, 10/3827 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində 3-cü blokun giriş qapısının və ikinci mərtəbəyə giriş hissəsinin döşəmə səviyyəsində beton tökülərək, bağlandığı və bunun "xxxx"nın (YTQ №01-2001) tələblərinin 4-cü maddəsinin (Binaların tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri) 4.8-ci bəndinin tələblərinə zidd olduğunu, həmçinin bu blokun girişinin sağ tərəfində 1,9x6,1 metr ölçüdə və 4,3 m. hündürlükdə dəmir konstruksiyalı tikilinin mövcud olduğunun göstərilməsini, həmin blokun qarşısında olan həyətyanı sahədən yeraltı qaraja pilləkənli keçid açılmasını, halbuki göstərilən işlərin görülməsi və tikilinin inşa edilməsinin (qurulması) eskiz layihəsində nəzərdə tutulmadığını, həmin layihəyə sonradan bu işlərin görülməsini və tikililərin inşa edilməsini mümkün edən və şərtləndirən dəyişikliklərin də edilmədiyini, dəmir konsktruksiyalı tikilinin Cavabdeh4 tərəfindən inşa edildiyini, qeyd edilən digər işlərin isə Cavabdeh2 MTK tərəfindən görüldüyünün müəyyən edilməsini, nəticədə həm layihədən kənara çıxılmaqla bu, habelə yanğın təhlükəsizliyi ilə bağlı sahəni tənzimləyən qanunvericiliyin tələblərinin pozulmasını, həm də sakinlərin həmin girişdən istifadə edilməsi və yanğın təhlükəsizliyi ilə ba ğlı pilləkən vasitəsi ilə təxliyyə olunmasının faktiki olaraq qeyri-mümkün hala salınmasını, qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab edilən bu sahələrdə qeyd edilən işlərin yalnız mənzil mülkiyyətçilərinin razılığı ilə aparıla bilməsini, lakin nə mənzil mülkiyyətçilərindən, nə də ki, səlahiyyətli orqanlardan belə bir razılığın alınmadığını, əksinə, Azərbaycan Respublikasının Fövqəldə Hallar Nazirliyi X17 Xidməti və Tikintidə X5 Agentliyinin öz məktublarında bu tikintilərin qanunsuz olduğunu bildirməsini, hüquqi nəticə etibarı ilə mənzil mülkiyyətçilərinin ümumi əmlakı hesab edilən bu sahələrdən istifadə və onlara sahiblik etmək hüququnun pozulmasını qeyd edərək, belə nəticəyə gəlmişdir ki, göstərilənlər qanunsuz hərəkətlərə yol vermi ş şəxslərin maliyyə vəsaiti hesabına həmin tikililərin sökülməsini, pilləkənli keçidin bağlanmasını və layihəyə uyğun əvvəlki vəziyyətin bərpa edilərək, sahələrin mənzil mülkiyyətçilərinin ümumi istifadəsinə qaytarılmasını şərtləndirir.

128. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, binasının 3, 4 və 5-ci blokun 2-ci mərtəbəsində tikilən eyvan tipli tikilinin və 5-ci blokun qarşısında tikilən tikililər də göstərilən eskiz layihədə nəzərdə tutulmamış, onların inşasına nə saləhiyyətli qurumların, nə də ki, mənzil mülkiyyətçilərin razılığı alınmışdır. Məhkəmə eksperti müəyyən etmişdir ki, 5-ci blokun qarşısında, həyətdə inşa edilmiş tikintinin sahəsi 850 kv.m. ölçüdədir, eyvan tipli tikili 1,3 metr enində, 26,6 metr uzunluqdadır və bu tikintilər eskiz layihədə nəzərdə tu tulmamışdır. 850 kv.m. tikintinin inşası nəticəsində 5-ci blok konkret olaraq həmin tikintinin altında qalmışdır. Hətta həmin giriş hörülmüş və girişə yalnız qeyd edilən eyvan tipli tikinti vasitəsi ilə daxil olmaq mümkün olmuşdur. Eyvan tipli tikinti də məhz bu məqsədlə, yəni girişlərdən hərəkət qadağan edildiyi (məhdudlaşdırıldığı) üçün yuxarı mərtəbədən girişin təmin edilməsi üçün inşa edilmişdir. Bununla belə, həmin tikintilərin inşa edilməsi üçün hər hansı qanuni əsas yoxdur, mənzil mülkiyyətçilərinin nəinki iradəsinə zidd inşa edilmiş, hətta onların mövcudluğu konkret olaraq, mənzil mülkiyyətçilərinin hüquqlarını pozur.

129. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda bu işləri görən cavabdeh kooperativin ümumiyətlə belə bir səlahiyyətə malik olmadığını, üzvlərin konkret ehtiyacı nın (yaşayış sahəsinə olan tələbatın) təmin edilməsi məqsədilə yaradıldığı üçün MTK-nın istehlak xarakterli olmaqla müəyyən müddətə təşkil edilməsini, qanunvericiliyə görə nəzərdə tutulmuş məqsədə nail olunduğu halda kooperativin fəaliyyətinə son qoyulmasını, qeyd edilən məsələlərin Cavabdeh2 MTK tərəfindən həll edilməsinə baxmayaraq, həmin cavabdehin binada hazırda da öz fəaliyyətini davam edirməsini və bu fəaliyyət çərçivəsində layihədə nəzərdə tutulmayan və mənzil mülkiyyətçilərinin iradəsinə zidd, onların hər hansı maraqlarına xidmət etməyən, əksinə ümumi mülkiyyətdə olan sahələrə sahiblik və onlardan istifadə hüquqlarını məhdudlaşdıran yenidənqurma, o cümlədən tikinti işləri həyata keçirməsini, bu fəaliyyətin qanuni hesab edilə bilmədiyini və onun nəticələrinin birmənalı şəkildə arada n qaldırılmalı olmasını qeyd etmiş, bu baxımdan birinci instansiya məhkəməsinin düzgün qənaətə gəlməsini vurğulamışdır.

130. Apellyasiya instansiyası məhkəməsi binanın arxa tərəfində ikinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən yola çıxmaq üçün qanunsuz inşa edilmiş körpünün sökülməsi tələbi ilə bağlı - həmin tikilinin sahə mülkiyyətçilərinin ümumi mülkiyyətində olan sahədə deyil, birbaşa olaraq ümumi istifadəli ərazidə inşa edilməsini, həmin sahənin təyinat etibarı ilə ictimai məqsədlər üçün ayrılmış sahə olmasını (küçə) və həmin sahədə yerləşən hər hansı tikilinin sökülməsi ilə bağlı tələblə yalnız dövlətin adından onun səlahiyyəti orqanı (Hazırkı halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) çıxış edə bilməsini, göstərilənlərin iddiaçıların bu tələblə çıxış etmək üç ün subyektiv hüquqa malik olmadığını təsdiq etməsini qeyd edərək, bununla bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

131. Məhkəmə kollegiyası işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, göstərilən işlərin görülməsi və tikilinin inşa edilməsinin (qurulması) eskiz layihəsində nəzərdə tutulmaması, həmin layihəyə sonradan bu işlərin görülməsini və tikililərin inşa edilməsini mümkün edən və şərtləndirən dəyişikliklərin də edilməməsi, adı çəkilən tikintilərin inşa edilməsi üçün hər hansı qanuni əsasın olmaması ilə bağlı məhkəmələrin gəldikləri nəticə ilə aşağıdakılara əsasən razılaşmır.

132. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən, qeyd olunan ünvanda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun girişinin bağlı olubolmaması, MTK tərəfindən binanın inşası ilə bağlı müvafiq icra qurumları tərəfindən 2017ci ildə təsdiq olunmuş eskiz layihəsində 3-cü blokun giriş qapısının mövcud olubolmaması, həmin layihədə əks olunub-olmaması, 3-cü bloka girişin bağlanmasının orada yaşayan sakinlərin təhlükəsiz nöqteyi-nəzərdən giriş-çıxışlarına təhlükə yaradıbyaratmaması; 3-cü blokunun girişinin sağ tərəfində dəmir konstruksiyalı tikilinin mövcud olub-olmaması, MTK tərəfindən həmin binanın inşası ilə bağlı müvafiq icra qurumları tərəfindən 2017-ci ildə təsdiq olunmuş eskiz layihəsində əks olunub-olunmaması, qeyd edilən tikilinin mövcud olmasının iddiaçıların hər hansı hüququna xələl gətirib-gətirməməsi, bu hüquqlarını məhdudlaşdırıb-məhdud laşdırmaması; binanın 5-ci bloku qarşısında həyətdə tikilinin mövcud olub-olmaması, həmin tikilinin MTK tərəfindən binanın inşası ilə bağlı müvafiq icra qurumları tərəfindən 2017-ci ildə təsdiq olunmuş eskiz layihəsində əks olunub-olunmaması, qeyd edilən tikilinin mövcud olmasının iddiaçıların hər hansı hüququna xələl xələl gətirib-gətirməməsi, bu hüquqlarını məhdudlaşdırıbməhdudlaşdırmaması; binanın 3-cü, 4-cü və 5-ci blokunun 2-ci mərtəbəsində eyvan tipli tikilinin mövcud olub-olmaması, həmin tikilinin MTK tərəfindən binanın inşası ilə bağlı müvafiq icra qurumları tərəfindən 2017-ci ildə təsdiq olunmuş eskiz layihəsində əks olunub-olunmaması, qeyd edilən tikilinin mövcud olmasının iddiaçıların hər hansı hüququna xələl gətirib-gətirməməsi, bu hüquqlarını məhdudlaşdırıb-məhdudlaşdırmamas ı ilə bağlı sualların aydınlaşdırılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır.

133. Lakin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizsı təyin edilənə kimi MTK tərəfindən binanın inşası ilə bağlı müvafiq icra qurumları tərəfindən 2017-ci ildə təsdiq olunmuş eskiz layihəsinə sonradan iddia tələbində mübahisələndirilən işlərin görülməsini və tikililərin inşa edilməsini mümkün edən və şərtləndirən dəyişikliklərin edilib-edilməməsi, eskiz layihə sənədlərinə təsdiq edilmiş dəyişiklərin olması müəyyən edildiyi halda, mübahisənin yaranmasına səbəb olan həmin sənədlərin hər hansı qaydada mübahisələndirilib-mübahisələndirilməməsi araşdırılmamış, ekspert qarşısında da yalnız, MTK tərəfindən binanın inşası zamanı müvaf iq icra qurumları tərəfindən 2017-ci ildə təsdiq olunmuş eskiz layihəsində nəzərdə tutulmuş halların araşdırılması ilə bağlı suallar qoyulmuş, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin mübahisəli tikililərin inşasına münasibəti aydınlaşdırılmamış, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Mümarlıq və Şəhərsalma Baş İdarəsinin işə əlavə edilmiş məktubunda hazırkı işə aid mübahisəyə münasibət bildirilməməsi, habelə iş üzrə üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin və FHN-nin X18 Xidmətinin məktublarında qeyd olunan mövqeləri ilə, FHN-nin Əməliyyat İstintaq İdarəsinin işə əlavə edilmiş məktubunda qeyd olunan mö vqeyi arasındakı ziddiyyətli hallar araşdırılaraq hüquqi qiymət verilməmiş, mübahisəli tikililərin istismara qəbul olunub-olunmaması yoxlanılmamış, bununla da məhkəmə mübahisəli tikintilərin inşa edilməsi üçün hər hansı qanuni əsasın olmamasına dair gəldiyi nəticəni əsaslandırmamışdır.

134. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər.

135. Həmin Məcəllənin 48.2- ci maddəsinə əsasən layihəçi sifarişçi ilə bağladığı müqaviləyə və sifarişçinin layihə tapşırığına uyğun fəaliyyət göstərir.

136. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən layihəçi: 48.3.1. tikinti layihəsinin rəhbərini (baş memarını və ya baş mühəndisini) təyin edir və bu barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir; 48.3.2. tikinti layihəsinin bu Məcəllənin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını təmin edir və buna görə cavabdehlik daşıyır; 48.3.3. sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradla rı əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır;...... 48.3.6. tikinti obyektinin istismara verilməsində iştirak edir.

137. Apellyasiya instansiya məhkəməsi isə təqdim edilmiş sübutlar əsasında işin bu faktiki halları, həmçinin apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, iddia tələbində mübahisələndirilən işlərin görülməsi və tikilinin inşa edilməsinin (qurulması) eskiz layihəsində nəzərdə tutulmaması, həmin layihəyə sonradan bu işlərin görülməsini və tikililərin inşa edilməsini mümkün edən və şərtləndirən dəyişikliklərin də edilməməsi, tikintilərin inşa edilməsi üçün hər hansı qanuni əsasın olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla, subyekt iv mülahizələrə əsaslanaraq iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə düzgün olmayan qənaətə gəlmiş, bununla iş üzrə istinad etdiyi maddi hüquq normalarını da düzün tətbiq etməmişdir.

138. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərin davamı olaraq onu da qeyd edir ki, məhkəmələr iş üzrə sübut kimi qətnamədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ilk iddia üzrə iddiaçıların vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba istinad etsələr də, həmin məktubda Cavabdeh2 MTK tərəfindən inşa edilmiş mübahisəli tikililərə hər hansı münasibətin bildirilməməsinə, layihədə dəyişiklik olunması barədə arxivdə hər hansı sənədin aşk ar olunmaması haqqında məktubda qeyd olunan sorğuya cavabın, hazırkı işə hər hansı aidiyyəti olmayan "xxxx" MTK ilə bağlı olmasına diqqət yetirməmiş, MPM-nin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq həqiqətə nail olmaq üçün iddiaçılara, qeyd olunan təşkilatdan "xxxx" MTK-ya aid verilmiş sorğuya cavabın alınıb məhkəməyə təqdim olunmasını təklif etməmişlər.

139. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmələrin iş üzrə sübut kimi istinad etdikləri - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda - Cavabdeh2 MTK-nın inşa etdiyi yaşayış binasında avtomobil dayanacağının tikintisi zamanı layihədən kənarlaşdırmaya yol verildiyinə görə sahəsi 850 kv.m. olan qeyri-yaşayış sahənin tikintisinin tərəflərindən verilmiş 0 293 nömrəli, xx.xx.2021-ci il tarixli “Qərar”la dayandırılması və əraziyə nəzarət üçün Səbail rayon İcra Hakimiyyətinə məktub ünvanlanması, MTK tərəfindən inşası başa çatdırılmış layihədən kənar balkondan Nizami küçəsinə pilləkən quraşdırılmasının və avtodayanacağının 2-ci mərtəbəsinin inşasının qarşısının alınması və tikililər sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsi, digər tikililərin inşası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Agentliyə heç bir məlumat daxil olmadığı, həmçinin Fövqəladə Hallar Nazirliyinin X17 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda - qeyd olunan yaşayış binasında əməkdaşlar tərəfindən cari il ərzində yoxlamalar aparılması və bir sıra yanğın təhlükəsizliyi sahəsində tikinti norma və qaydalarının kobud şəkildə pozulması faktlarının aşkar e dilməsi, yəni layihə sənədləri X17 Xidməti ilə razılaşdırılmadan həyətyanı sahədə binaya bitişik olaraq birmərtəbəli qeyri-yaşayış obyektinin (Cavabdeh3 ticarət obyektinin anbarı) inşa olunduğu, zirzəmi sahəsində pilləkən qəfəsi və lift holunun qarşısında tambur şlüzlərin quraşdırılması, zirzəmi sahəsindən bayıra aparan mövcud iki pilləkən qəfəsinin çıxışlarının tikilərək bağlanıldığı, mərtəbələrdən yeganə təxliyə yolu olan tüstülənməyən pilləkən qəfəsinin birbaşa həyətyanı sahəyə çıxışında sözügedən anbarın inşa edildiyi və çıxışın dəhlizə məhdudlaşdırıldığı, tikilinin yanğınsöndürmə avtomobillərinin binaya yaxınlaşmasında məhdudiyyətin yaratdığı, yaşayış binasının istismarının X17 Xidməti ilə razılaşdırılmadığı müəyyən edilməsi, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulmasına gör ə məsul şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi göstərilsə də, işə əlavə edilmiş və birinci instansiya məhkəməsi tərəfindən sübut kimi istinad edilmiş Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən Cavabdeh2 MTK-nın binasında yaşayan sakinlərə və ilk iddia üzrə iddiaçıların vəkili Elxan Əsgərova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda - yoxlama zamanı Cavabdeh2 MTK tərəfindən layihədən Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 və ünvan 7 ünvanında yerləşən binada inşa edilmiş və hazırda Cavabdeh3 MMC-nin saxlanc anbarı kimi istifadə olunan tikilinin layihəsinin "xxxx" MMC tərəfindən tərtib olunması və Fövqəladə Hallar Nazirliyi Dövlət Baş Ekspertiza İdarəsi ilə razılaşdırılm ası, aparılmış işlər zamanı layihədən kənarlaşmaların olmamasının müəyyən edildiyi qeyd olunmasına (Cild 2, i.v.128) əhəmiyyət verilməmişdir.

140. Göründüyü kimi Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda, iddiaçıların istinad etdikləri ünvanında yerləşən binada inşa edilmiş və hazırda Cavabdeh3 MMC-nin saxlanc anbarı kimi istifadə olunan tikilinin layihəsinin "xxxx" MMC tərəfindən tərtib olunması və Fövqəladə Hallar Nazirliyi Dövlət Baş Ekspertiza İdarəsi ilə razılaşdırılması, aparılmış işlər zamanı layihədən kənarlaşmaların olmaması qeyd olunsa da, məhkəmələr yuxarıda qeyd olunan ziddiyyətli halların araşdırılması, habelə vəzifəli şəxslərin əməllərində hər hansı qanun pozuntusunun olubolmamasını müəyyən etmək məqsədi ilə adı çəkilən sənədlərin araşdırılmasını həyata keçirməmişlər.

141. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə nəticəyə gələrkən FHN-nin Əməliyyat İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna istinad etsə də, eyni müvafiq icra hakimiyyəti orqanı olan Fövqəladə Hallar Nazirliyinin qurumlarının məktublarında qeyd olunan mövqeləri arasındakı ziddiyyətli hallara münasibət bildirməmiş, apellyasiya instansiya məhkəməsi isə sonuncu məktubu ümumiyyətlə görməzdən gəlmişdir.

142. Bundan başqa iş materiallarından, MTK ilə üçüncü şəxs X9 arasında çoxmənzilli yaşayış binasının 3, 4 və 5-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 1.539,67 kv.m.dən ibarət olan və 5-ci girişinin 1-ci mərtəbəsində, ümumi sahəsi 303,8 kv.m.-dən ibarət olan qeyri-yaşayı ş sahələrinin alğı-satqısına dair xx.xx.2022-ci il tarixli müqavilələrinin bağlanması, həmin qeyri-yaşayış sahələrinə görə 753.345 manat və 74.324 manat məbləğində tam ödənişin kooperativin xəzinəsinə ödənilməsi, eyni zamanda qeyri yaşayış sahələrinin Əli İsmayılov tərəfindən xx.xx.2022-ci il tarixli ilkin icarə müqavilələrinə əsasən Cavabdeh3 MMC-yə icarəyə verilməsi müəyyən edildiyi halda, məhkəmələr tərəfindən “sökülməsi və layihəyə uyğun olaraq əvvəlki vəziyyətinin MTK-nın öz maliyyə vəsaiti hesabına bərpa edilməsi təmin edilmiş yaşayış binasının 5-ci blokunun qarşısında tikilən 850 kv.m. sahəni əhatə edən və layihədə göstərilməyən və heç bir rəsmi icazə sənədi olmayan hal-hazırda Cavabdeh3 MMC-yə icarəyə verilən qanunsuz tikilinin” üçüncü şəxs Əli İsmayılovun sahibliyində olan qeyri-y aşayış sahələrinə aid olub-olmaması aydınlaşdırılmamış, 850 kv.m. sahəni əhatə edən tikilinin üçüncü şəxs Əli İsmayılovun sahibliyində olan qeyri-yaşayış sahələrinə aid olması müəyyən edildiyi halda isə, MTK ilə üçüncü şəxs Əli İsmayılov arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələrinin hər hansı qaydada mübahisələndirilib-mübahisələndirilməməsinə münasibət bildirilməmişdir.

143. Göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən iddia tələbi qismən təmin edilərkən ziddiyyətli sübutlara və işin hallarını tam əhatə etməyən sualları cavablandırmış məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad olunmuşdur.

144. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstü nlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir (Mülki Prosessual Məcəllənin 97, 99-cu maddələri).

145. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

146. Məhkəmə kollegiya b elə qənaətə gəlir ki, cavabdeh MTK və üçüncü şəxs Əli İsmayılovun kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır.

147. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alı r.

148. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

149. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətiril məli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

150. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

151. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh MTKnın kassasiya şikayəti qismən, üçüncü şəxs Əli İsmayılovun şikayəti tam təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəril məlidir.

152. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

153. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MTK tərəfindən verilmi ş kassasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3511/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar