Məhkəmə qərarları › İş №2(102)-4610/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4610/2022

20.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4610/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-753/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “CHEVROLET CAMARO” markalı ** -SG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də şəhadətnamə ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC tərəfindən sığortalanmışdır. 2. 11 aprel 2015-ci il tarixdə sürücü Cavabdeh etibarnamə ilə "xxxx" MMC-yə məxsus “CHEVROLET CAMARO” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Bakı-Quba yolunun 23 kilometrliyində yol-nəqliyyat hadisəsi törədərək, dəmir məhəccərlərə vuraraq həmin avtomobilə 12.500 manat məbləğində maddi ziyan vurmuşdur.

3. İddiaçı ASC tərəfindən həmin məbləğ "xxxx" MMC-yə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) iddia tələbi ilə məhkəməyə müraciət edərək, “CHEVROLET CAMARO” markal ı, **-SG-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 12.500 manatın və ödənilmiş dövlət rüsumu üçün 30 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-yə məxsus “Chevrolet Camaro” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də AZ/MİC/15/0009 nömrəli şəhadətnamə ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “Avtonəqliyyat vasitələrinin kompleks” sığortası ilə sığortalanmışdır. Cavabdeh 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23 kilometrliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək, "AZƏRYOLSERVİS” MMC-nin istifadəsi ndə olan dəmir məhəccərlərə vuraraq həmin avtomobilə 12 500 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Cavabdeh barəsində İXM-nin 151.1ci maddəsi ilə xx.xx.2015-ci il tarixli, MYP 350542 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla müəyyən olmuşdur ki, sürücü-Cavabdeh “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. "xxxx" ASC tərəfindən 6679/F/S/CM-097/2015 nömrəli Sığorta aktına əsasən “Chevrolet Camaro” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 12.500 manatı etibarnamə ilə avtomobilin sahibi olan "xxxx" MMC-yə ödəmişdir.

6. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 9/655 6 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən “Chevrolet Camaro” minik markalı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10.147,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 9179,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 968,00 manat.

7. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verilərək bildirmişdir ki, 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23-cü kilometrliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı **-SG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Barəsində Azərbaycan Respublikası İXM-nın 151.1-ci maddəsi ilə xx.xx.2015-ci il tarixli inzibati xəta h aqqında protokol tərtib edilmişdir. O, avtomobilin təmiri ilə bağlı 3500 manat məbləğində xərcləri "xxxx" MMC-yə ödəmişdir. Dəymiş ziyanla bağlı nə həmin MMC, nə başqa fiziki və ya hüquqi şəxs tərəfindən ona müraciət olunmamışdır. Tərəfin iddia vermək hüququ barəsində tərtib edilmiş protokolun qüvvəyə mindiyi andan yaranır. Həmin vaxtdan isə altı ildən artıq müddət keçibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Buna görə də, bu tələb üzrə iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən, iddia müddətini tətbiq edərək iddiaçı "xxxx" ASC-nin ondan vurulmuş maddi ziyana görə 12.500 manatın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə qəbul e dilməsini xahiş etmişdir.

8. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verilərək bildirmişdir ki, 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23-cü kilometrliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı **-SG-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Barəsində Azərbaycan Respublikası İXM-nın 151.1-ci maddəsi ilə xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, avtomobilin təmiri ilə bağlı 3500 (üç min beş yüz) manat məbləğində xərcləri "xxxx" MMC-yə ödəmişdir. Dəymiş ziyanla bağlı nə həmin MMC, nə başqa fiziki və ya hüquqi şəxs tərəfindən ona müraciət olunmayıbdır. Çünki dəymiş zərərin məbləği qabaqcadan tərəfindən tam ödənildiyindən buna ehtiyac olmamışdır. Tərəfi n iddia vermək hüququ barəsində tərtib edilmiş protokolun qüvvəyə mindiyi andan yaranır. Həmin vaxtdan isə altı ildən artıq müddət keçibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Buna görə də, bu tələb üzrə iddia müddəti ötürülmüşdür.

9. Cavabdehin vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia ərizəsinin dəlilləri əsassız və subyektiv mülahizələrə əsaslanan dəlillərdir. Bu səbəbdən də iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinə nəzər saldıqda görünür ki, iddiaçının ərizəsinin əsasını cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı idarə olunan avtomobilə ziyan dəyməsi və bu ziyanın iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilməsi təşkil edir. İddiaçı hes ab edir ki, sığortaçı olaraq sığortalıya dəymiş ziyanı qarşıladığı üçün onun cavabdehə qarşı subroqasiya hüququ yaranır və iddiaçı yuxarıda qeyd olunan pul məbləğini cavabdehdən tələb edə bilər. İddiaçı Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə istinad etmişdir. Həmin maddi hüquq normaları iddia ərizəsinin əsaslılığını sübut edən hal hesab edilə bilməz. Cavabdeh "xxxx" MMC-dən nəqliyyat vasitəsini etibarnamə ilə kirayəyə götürmüşdür. "xxxx" MMC avtomobillərin kirayə verilməsi ilə məşğul olan şirkət olmuşdur. "xxxx" MMC kifayət qədər riskli işlə məşğul olduğu üçün kirayəyə verilən avtomobilləri sığorta şirkətində sığortalatdırmışdır. Cavabdeh əməlində isə cinayət tərkibi mövcud deyildir və onun törətdiyi əməl qəsdən törədilmiş əməl deyildir. O, hadisə baş verən an sürücülük hüququna ma lik olmuş, nəqliyyat vasitəsini etibarnamə əsasında tam qanuni əsaslarla idarə etmiş, eyni zamanda heç bir alkoqollu içkidən və psixotrop maddədən istifadə etməmişdir. Tam qanuni əsaslarla nəqliyyat vasitəsi cavabdeh tərəfindən idarə olunmuşdur. Eyni zamanda, “MMC” ilə sığortaçı arasında nəqliyyat vasitəsinin üçüncü şəxslərin idarəetməsinə verilməsini məhdudlaşdıran heç bir müddəa mövcud olmamışdır.

10. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 9/6556 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli qüsur aktı (cild i.v 11) məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Ch evrolet Camaro” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı, mühərrikin iş həcmi 3600 sm3 avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10147,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 9179,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 968,00 manat.

11. Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(012)-3902/2021 nömrəli qətnaməsi ilə (hakim C. Səfiyeva) iddia qismən təmin edilərək, cavabdehdən sığorta ödənişi üçün 9647 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehdən 25 manat, iddiaçıdan 25 manat məbləğində pulun məhkəmə ekspertizası xərci olaraq tutulması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsasl andırmışdır ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.

13. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh 11 aprel 2015-ci il tarixdə Bakı-Quba yolunun 23 kilometrliyində "xxxx" MMC-yə etibarnamə ilə məxsus olan “Chevrolet Camaro” markalı **-SG-*** dövlət nömrə nişanlı avtomobillə etibarnamə əsasında hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, "AZƏRYOLSERVİS” MMC-nin istifadəsində olan dəmir məhəccərlərə vuraraq həmin avtomobilə 500 manat aza dolma məbləği çıxıldıqdan sonra, 12.500 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı İddiaçı ASC tərəfindən 12.500 manat məbləğində sığorta ödənişi edilmişdir. Göründüyü kimi, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği (sığorta ödənişi məbləğində) subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Hazırda İddiaçı ASC subroqasiya qaydasında cavabdehdən həmin məbləğdə pul tələb edir. Məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza rəyinə əsasən isə “Chevrolet Camaro” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10.147 manat müəyyən edilmişdir. Ekspertiza rəyini təkzib edən hər hansı sübut iş materiallarında mövcud dey ildir.

14. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə təyin edilmiş ekspertiza rəyinə əsasən “Chevrolet Camaro” minik markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşınma dərəcəsi nəzərə alınmaqla cəmisi 10.147 manat təşkil edir ki, həmin məbləğdən 500 manat franşiza - azadolma məbləği çıxılarsa, nəticədə 9647 manat ziyan məbləği müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 9647 manat məbləğində ziyana görə pul tutulmalıdır.

15. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan yaranan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti (10 il) şamil edilir. Ona görə də, məhkəmə hesab edir ki, sığorta ödənişi xx.xx.2015-ci il tarixdə ödənilmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir, qanunla müəyyən edilmiş 10 illik iddia müddəti ötürülmədiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə vəsatəti təmin edilməməlidir.

16. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 373.3, 375.2, 377, 883.1, 926.1, 936.1, 936.2, 1108.1, 1114.1-ci, Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya m əhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 390.1- ci maddələrinin tələbləri maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 888.1-ci maddəsinə görə, əmlak sığortasının obyektləri sığortalının əm laka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Mülki Məcəllənin 888.2-ci maddəsinə görə, əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Mülki Məcəllənin 888.4-cü maddəsinə görə, qarışıq maliyyə risklərinin, kredit risklərinin, ticarət və investisiya risklərinin, tapşırıq və qarantiya risklərinin, məhkəmə xərclərinin, habelə bu Məcəllənin 888.1-ci ma ddəsində nəzərdə tutulmuş əmlak mənafeləri ilə bağlı digər risklərin sığortası da obyektinə görə əmlak sığortasına aid edilir. Mülki Məcəllənin 889-cu maddəsinə görə, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülki hüquqi müqavilə ilə tanınır. Mülki Məcəllənin 899.1-cu maddəsinə görə, sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəha dətnaməsinin verilməsi yolu ilə; icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. Sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər. Sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır. Bu şərtlərə əməl edilməməsinə görə sığortaçı məsuliyyət daşıyır. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq etməməklə, tətbiq etdiyi maddi hüquq normalarını isə səhv təfsir etməklə bu qənaətə gəlmişdir ki, iddiaçının subroqaiya hüququ yaranmışdır. Halbuki, subroqasiya hüququ yaranmamışdır. Belə ki, avtomobil şirkət tərəfindən sığorta etdirilmiş və cavabdehə həmin avtomobili idarə etmək hüququ verilmişdir. Cavabdeh həmin avtomobili idarə edərkən bütün sənədləri qaydasında olmuş, onda alkoqoldan, narkotik vasitələrdən istifadə nəticəsində sərxoşluq halı müəyyən edilməmiş, hadisə qəsdən deyil, ehtiyatsızlıqdan törədilmişdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə sığorta ödənişinin həyata keçirilməsinin də hüquqi əsası olmamışdır. Belə ki, sığortalanan “Chevrolet Camaro” markalı, **-SG-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC deyil, X1r.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-753/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ş. Abasov (sədrlik edən və məruzəçi), S. Qafari və T. Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3902/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

21. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iş üzrə göstərilən halları tam araşdırmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş və ödənilmiş zərərin əvəzinin cavabdehdən tutulması ilə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir.

22. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının subroqasiya hüququnun yaranmaması barədə dəlili əsassızdır. Belə ki, daha öncə qeyd olunduğu kimi subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlard an və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

23. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərini də, məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan yaranan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən (qanundan irəli gələn öhdəliklərə) irəli gələn tələblərə isə ümumi iddia müddəti (10 il) şamil edilir. Ona görə də, məhkəmə hesab edir ki, sığorta ödənişi 30.07 201 5-ci il tarixdə ödənilmiş, iddiaçı hazırkı iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir, qanunla müəyyən edilmiş 10 illik iddia müddəti ötürülmədiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1115, 926, 936, 1108-ci maddələrinə, “Yol hərəkəti haqqında” Qanunun 36.3-cü maddəsinə, “S ığorta haqqında” Qanunun 37.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm rayon, həm apellyasiya məhkəməsi mülki qanunvericiliyin tələbini və onun qanunla qorunan hüququnu pozaraq, iddia tələbini qismən təmin etmişdir və bu qənaətə gəlmişdir ki, subroqasiya hüququ yaranmışdır. Halbuki, subroqasiya hüququ yaranmamışdır. Belə ki, avtomobil şirkət tərəfindən sığorta etdirilmiş və cavabdehə idarə etmə hüququ verilmişdir. Cavabdeh hadisəni qəsdən yox, ehtiyatsızlıqdan törətmişdir. Kassasiya şikayətində Mülki Məcəllənin 6.2, 390.1, 883.1, 888.1, 888.2, 888.4, 889-cu maddələrinə istinad edilmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, sığortaçı İddiaçı ASC-nin "xxxx" MMC-yə sığorta ödənişinin həyata keçirilməsinin də hüquqi əsası olmamışdır. Belə ki, sığortalanan “Chevrolet Camaro” markalı **-SG-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC deyil, avtomobilin sahibi X1r. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

29. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

32. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

33. Maddə 936.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (maddə 936.5)

34. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəs ində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

37. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

38. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyəti n həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

39. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

40. Maddə 37.1 Sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəy yən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

45. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

50. Cavabdehin kassasiya şikayətində iddiaçının subroqasiya hüququnun olmaması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və va sitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. (936.1.)

51. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (936.2.)

52. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (936.5.)

53. Qanunun göstərilən norması sığorta şirkətinə sığorta hadisəsi ilə əlaqədar ödədiyi pul məbləğini təqsirkar şəxsdən tələb etmək hüququ v erdiyindən, kollegiya hesab edir ki, sığorta şirkəti ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmə iddianı həmin hissədə qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

54. Kollegiya qeyd olunanlarla əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla, onun ləğv edilməsinə əsas verən qanun pozuntularına yol verilməmişdir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-753/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar