Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4611/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X2 (hazırda “xxxx” ASC) vəkili X1 iştirakı ilə, Cavabdeh2 nümayəndəsi və vəkili V tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14766/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı xx xxxxx 20 18-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3rşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi qismən təmin edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-7927/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi X5 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X6 həmin qətnamədən kasasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(102)- 2221/19 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyas iya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh2 Gennadyevna apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-487/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 Gennadyevna tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmiş, apelyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı İKB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3rşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh2 nümayəndəsi və vəkili V kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14766/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 tərəfindən məhkəmə iclaslarının vaxtı barədə məlumatının olmasına istinad etməklə apelyasiya şikayətinin baxılmasını qeyri-mümkün hesab etmişdir. Məhkəmənin bu cür yanaşması tamamilə əsassızdır. Çünki Məhkəmə öz qərardadında qeyd edir ki, Cavabdeh2 Qətnaməni apelyasiya şikayəti verilənədək almamışdır. Cavabdeh2 Qətnaməni rəsmi qaydada aldıqdan sonra apelyasiya şikayəti versə də, məhkəmə apelyasiya şikayətini əsassız olaraq qəbul etməkdən imtina etmişdir. Apelyasiya şikayəti üçün qanunvericiliklə müəyyən edilmiş müddət keçməmişdir. Belə ki, iş materiallarında da olduğu kimi Cavabdeh2 Qətnaməni rəsmi qaydada aldığı gündən qanunvericiliklə müəyyən edilmiş müddət daxilində apelyasiya şikayəti verilmişdir. Tərəflərin izahatları: İddiaçı X2 (hazırda “xxxx” ASC) vəkili X4 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlum atlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini geri qaytararkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 Gennadyevna Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(011)-487/2018 saylı qətnaməsinin surətini rəsmi qaydada almasa da, cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılanda məhkəmə iclasları barədə məlumatı olmuşdur. Belə ki, mülki işin 254 və 294-cü vərəqələrində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən görünür ki, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsində 24 iyul və xx xxxxxx 2018-ci il tarixlərdə keçirilən məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmışdır. Lakin Cavabdeh2 Gennadiyevnanın apelyasiya şikayəti xx xxxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi apelyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı maddəsində müəyyən olunan 1 aylıq müddət ötürülməklə verilmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə hazırki apelyasiya şikayətinin dəlilləri də eynidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin cavabdeh Ella Qennadyevnanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(011)-487/2018 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinə b axılmasının qeyri-mümkün hesab edilməsi barədə gəldiyi nəticə MPM-nin tələblərinə uyğun deyildir. Belə ki, həmin məcəllənin 360-cı maddəsinə görə, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi normada qətnamədən şikayət verilmənin prosessual qaydası müəyyən edilmiş, qətnamədən apelyasiya şikayətinin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi təsbit edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 apelyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edərkən onun iş üzrə digər cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılan zaman məhkəmə iclasları barədə məlumatlı olmasına istinad etmişdir. Lakin qanunun istinad edilən normasının tələbindən görünür ki, prosessual qanu nverilikdə qətnamədən apelyasiya şikayətinin verilməsin müddətinin, qətnamənin rəsmi qaydada verildiyi gündən hesablanması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə digər cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılan zaman Cavabdeh2 məhkəmə iclaslarından məlumatlı olması ona, məhkəmə qətnaməsini rəsmi qaydada verilməsi kimi qəbul edilə bilməz. İş materiallarında müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinin ona təqdim edilməsini xahiş etmiş, qətnamə xx.xx.2019-cu il tarixdə ona rəsmi qaydada verilmiş və cavabdeh xx.xx.2019-cu il tarixdə apelyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Prosessual müddətin ötürülməsi qənaətin ə gələn apelyasiya instansiyası məhkəməsi müddətini axımının başlanğıcının hansı tarixdən hesablanmasını qərardadda göstərməmişdir. Digər tərəfdən məhkəmə, Cavabdeh2 apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasları barədə məlumatlandırılmasına dair xəbərnamələrə istinad etmişdir. Lakin işdən görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılanda apelyasiya instansiyası məhkəməsində, eyni zamanda həmin cavabdehin kasasiya şikayətində əsasən işə kasasiya instansiya məhkəməsində baxılan zaman Cavabdeh2 məhkəmə iclaslarında iştirak etməsi müəyyən edilmir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qərardadda göstərmişdir ki, cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri də eynidir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal da cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi üçün əsas deyildir. Qeyd edilən hala apelyasiya şikayətinə mahiyyəti üzrə baxılan zaman hüquqi qiymət verilə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Ella Qennadyevnanın Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(011)-487/2018 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir. Ona görə də, qərardad ləğv edilərək mülki iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3 -cü maddəsinə görə kasasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 4 19-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh2 nümayəndəsi və vəkili Vnun verdiyi kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14766/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4611/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4611/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver