Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4611/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-548/2022 nömrəli, 1 aprel 2022- ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X4 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu Əvəz Sadıqov 1992-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Lakin, bəzi m əlum səbəblərə görə toyun səhəri günü Cavabdeh1 atası ilə öz evlərinə göndərmişlər. Həmin ərəfədə Əvəz müharibəyə getmiş və 03 oktyabr 1992-ci il tarixdə şəhid olmuşdur. Sonradan öyrənmişdir ki, Cavabdeh1 başqa şəxslə ailə qurub və həmin şəxsdən də bir oğlu dünyaya gəlmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət edərək mərhum X4 xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə - Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası İddiaçı və digər 1/3 hissəsinə dair atası xx.xx.1983-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 onun mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyat ı qursa da, qeyd etdiyi səbəbdən toyun səhəri günü İradə öz atası evinə getmiş, nə mərhum oğlu vəfat edən zaman yas mərasiminə gəlib iştirak etməmiş, nə də ondan sonra bir dəfə də olsun onlarla maraqlanmamışdır. Lakin, buna baxmayaraq Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi bunları nəzərə almamış və mərhum oğlu X3 adına olan miras əmlaka dair Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
3. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı X3 anası, Cavabdeh1 isə onun arvadıdır. X7 ilə Cavabdeh1 xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olmuşlar.
4. Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2-450/08 nömrəli qətnaməsi ilə X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə həlak olması faktı müəyyən edilmişdir.
5. Cavabdeh1 xx.xx.2001-ci il tarixdə X9 adlı övladı doğulmuşdur.
6. Sumqayıt şəhəri 3 saylı Notariat X1 miras əmlakına dair xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə arvadı Cavabdeh1, xx.xx.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası İddiaçı və digər 1/3 hissəsinə dair atası-xx.xx.1983-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı-İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Şəhadətnamələr “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nö mrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququna dair verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2020 nömrəli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. Cavabdeh1 isə 2001-ci ildə X10 ilə faktiki nikahla ailə həyatı qurduğundan və onların bu nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X8 adlı bir övladları olduğundan, Cavabdeh1 şəhid X3 ailə üzvü hesab edilə bilməz. Odur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-548/2022 nömrəli iş üzrə, 1 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmişdir.
11. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 X4 məxsus hər hansı əmlaka dair mirasın açıldığı gündən 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya hər hansı əmlakına sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Cavabdeh1 “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı qəbul edildikdən 3 ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət edərək xx.xx.1992-ci ildə ölmüş X3 vərəsəsi kimi 1/3 hissədə pay almış, bununla da, qanunla müəyyən edilmiş mirasın q əbul müddətini ötürmüşdür.
12. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 337, 1145, 1146, 1243, 1246-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, dövlətin şəhid ailələrinə verdiyi ödənişlər miras kütləsinə daxil deyil, onu almaq üçün mirasın qəbulu müddətinə ehtiyac yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Madd ə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
16. Maddə 1159.1 və 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən baş qa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
20. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
28. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 apre l 2018-ci il tarixli Fərmanı
29. Maddə
1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitir ənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanıl ır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
34. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olma sının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Hazırkı iş üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu Cavabdeh1yla rəsmi nikaha daxil olsa da, toyun səhəri günü onu atası evinə göndərmiş, bununla da onların ailə münasibətləri pozulmuşdur.
36. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasi bətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 37. 01 iyun 2000-ci il tarixə qədər qüvvədə olmuş Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinə əsasən, evlənmək arzusunda olanlar vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanına ərizə verdikdən bir ay sonra nikah bağlanır (maddə 14). Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin qarşılıqlı razılığı və onların nikah yaşına çatmaları zəruridir (maddə 16). Nikah ər-arvaddan biri öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə xitam edilir (maddə 37). Ər-arvadın sağlığında nikah ərin və ya arvadın, yaxud da hər ikisinin ərizəsinə əsasən boşanma pozula bilər (maddə 38). Nikahın pozulması haqqındakı işlər mülki mühakimə icraa tının ümumi qaydasına əsasən, rayon (şəhər) xalq məhkəməsi tərəfindən həll edilir. Bu Məcəllənin 45-46-cı maddələrində nəzərdə tutulan hallarda, nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar tərəfindən pozula bilər (maddə 39). Həddi-buluğa çatmamış uşaqları olmayan ər-arvad nikahı pozmağa qarşılıqlı razılıq verdikdə, nikahın pozulması vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır. Belə hallarda boşanmaq haqqında ər-arvad ərizə verdiyi gündən 3 ay keçdikdən sonra boşanma rəsmiləşdirilir və nikahın pozulması haqqında ər-arvada şəhadətnamə verilir (maddə 45).
38. Göründüyü kimi, həmin zaman qüvvədə olan ailə qanunvericiliyi ilə nikahın pozulmasının konkret qaydaları müəyyən edilmişdir. Hazırkı iş üzrə mərhum X7 və Cavabdeh1 arasında olan nikahın pozulması ilə ba ğlı mərhumun sağlığında məhkəməyə müraciət edilməsi, habelə onların qarşılıqlı razılıq əsasında nikahın pozulması üçün vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarına müraciət etməsi və ər-arvada nikahın pozulması haqqında şəhadətnamələrin verilməsi müəyyən edilməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli qətnaməsi ilə X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə həlak olması faktı müəyyən edilənə qədər Cavabdeh1 Əvəz Sadıqovun arvadı olmaqla bərabər, Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən Əvəz Sadıqovun birinci növbə vərəsəsidir. Belə olan halda isə, iddia tələbi həmin əsasla təmin edilə bilməz.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən, həmçinin, bu hala istinad etmişdir ki, Cavabdeh1 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş və ya hər hansı əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlamamış, bununla da, qanunla müəyyən edilmiş mirasın qəbul müddətini ötürmüşdür.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilk növbədə qeyd edir ki, iş materiallarından da (səhifə 12-13) göründüyü kimi, şəhadətnamələr verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanın a uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. Başqa sözlə, şəhadətnamələrin verilməsinin konkret məqsədi şəhadətnamədə göstərilmişdir. 41. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş hesab edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanı ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min ) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır.
42. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
43. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququ şəxsin öldüyü məqamdan sonra yaranan əmlak hüququ olduğundan, həmin vəsait Mülki Məcəllə 1151.1-ci maddəsi ilə müəyyən olunmuş miras əmlak anlayışına daxil deyildir.
44. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi ümumiyyətlə mərhum X3 miras əmlakının kütləsini müəyyən etmədən, bu barədə araşdırma aparmadan, Cavabdeh1 11 il ərzində notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməməsi və ya hər hansı əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlamaması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan analoji hallar iddiaçıya da aiddir. Belə ki, iş materiallarından mərhum Əvəz Sadıqovdan miras qalması, həmin mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən notariat ofisinə müraciət olunması, habelə əmlaka sahiblik etməyə və ya əmlakı faktiki idarə etməyə başlaması müəyyən edilmir.
45. M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qi ymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə işin müəyyən edilmiş hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə olan halda isə, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun un 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərə flərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
49. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rə hbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-548/2022 nömrəli, 1 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.