Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4612/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdeh “YYY” İB 28 X8 Çıxarma İdarəsinin vəkili Ramazanov Aslan Sultan oğlunun iştirakları ilə, İddiaçı cavabdeh “YYY” İB 28 X8 Çıxarma İdarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(103)-1902/2019 nömrəli qətnaməs indən İddiaçı və vəkili Vəkiltərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “YYY” İB 28 X8 Çıxarma İdarəsinə qarşı əmrin ləğv olunması, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 16 iyul 2018-ci il tarixli əmrin ləğv olunması, onun yaşayış və qeyri-yaşayış sahələrinə xidmət sahəsinin 3-cü dərəcəli çilingər-santexnik vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ona ödənilməsinə dair qətnamənin çıxarılmasnı xahiş etmişdir. Pirallahı Rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2(094)-378/2018 nömrəli qətnaməsi ilə (hakim R.R.Mustafayev) İddiaçı cavabdeh “YYY” İB 28 X8 Çıxarma İdarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa və əmək haqqı” tələbinə dair iddi a tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(103)1902/2019 nömrəli qətnaməsi ilə (X1 (sədrlik edən və məruzəçi), X2 və X3) apellyasiya şikayətinin rədd edilməsi və həmin iş üzrə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 23.10.2018-ci il tarixli qətnaməsinindəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili Vəkiliş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2(103)-1902/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, cavabdeh təşkilatın təzyiqi ilə ona verilən qanuni xəstəlik vərəqəsi əsassız yerə ləğv olun muş, bununla bağlı tələb olunmasına baxmayaraq həkim məhkəməyə gəlib ifadə verməmiş, əsl həqiqət araşdırılmamış, cavabdeh təşkilat tərəfindən əmək haqqı hesabından sentyabr və oktyabr 2018-ci il tarixləri üçün pul vəsaiti çıxarılaraq hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.02.2019-cu il tarixli, 2 (103)-1902/2019 nömrəli qətnaməsi ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh “YYY” İB 28 X8 Çıxarma İdarəsinin vəkili Ramazanov Aslan Sultan oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, santexnikçilingər vəzifəsində çalışan İddiaçı əvvəllər barəsində tətbiq edilmiş intizam tədbirlərindən nəticə çıxarmamış, üzrsüz səbəbdən iş buraxmaqla əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirməmiş, bununla da müəssisədaxili intizam qaydalarını pozmuşdur. Buna görə də cavabdeh haqlı olaraq qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək, işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Apellyasiya instansiyası məhkəmə si müəyyən etmişdir ki, 18.06.2018-ci il26.06.2018-ci il tarixlərdə əmək qabiliyyətli olmaması ilə bağlı işçinin təqdim etdiyi Göytəpə rayon xəstəxanasından verilmiş arayış səhvən açıldığı üçün sonradan ləğv olunmuşdur. Həmçinin qeyd olunan tarixlərdə İddiaçı Çilov adasından kənara çıxdığı (Göytəpə rayonuna getdiyi) iş materialları ilə təsdiq olunmur (səh.53). İddiaçının təqdim etdiyi xəstəlik kağızı (bülleten) saxta olmuşdur. İddiaçının 111nda yaşadığı təqdirdə, qəflətən xəstələnməsi və oradan CCCrayonuna gedərək Göytəpə xəstəxanasına müraciət etməsi ağlabatan və inandırıcı deyil. Tədqiq edilmiş sübutlar həmin sənədin məhz iddiaçının işə çaxmadığı günlərin üzrlü hesab edilməsi məqsədi ilə əldə edilməsi təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı işə çıxmad ığı günlərin üzrlü səbəbdən baş verməsini əsaslandırmaq üçün qeyri-qanuni olaraq xəstəlik kağızı əldə etmiş, məhkəmə gedişi zamanı işə çıxmamasının onun xəstəliyi ilə bağlı olması halını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkil də pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Qeyd edilən Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə görə işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam t ənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması kobud pozuntu hesab edilir. -186.2. maddəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər. İddiaçı 18.06.2018-ci il-26.06.2018-ci il tarixlərdə işə çıxmadığı günlərin üzrlü səbəbdən baş verməsini əsaslandırmaq üçün qeyri-qanuni olaraq xəstəlik kağızı əldə etmiş, məhkəmə gedişi zamanı işə çıxmamasının onun xəstəliyi ilə bağlı olması halını sübuta yetirə b ilməmişdir. Eyni zamanda, kassasiya şikayətində qeyd edilən dəlillər heç bir sübutla təsdiq edilməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəməl ər tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Beləliklə də, kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil tərəfindən verilmişkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 0 4.02.2019-cu il tarixli, 2 (103)-1902/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4612/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4612/2019
03.07.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver