Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4612/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlük əsasları, qərardaddan şikayət verilməsi müddəti, prosessual müddətin axımının hesablanması qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş ürzə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1545/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi (bundan sonra - ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra – maraqlı şəxs) qarşı hüquqi ə həmiyyətli faktın - xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Qafan rayon meyvə-tərəvəz anbarında işləməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-3045/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərardadı ilə (hakim Elmir Hüseynov) ərizə baxılmamış saxlanılmışdır.
3. Qərardad 11 may 2022-ci il tarixdə ərizəçinin nümayəndəsinin və vəkilinin elektron kabinetinə yerləşdirilmiş, ərizəçinin poçt ünvanına göndərilmiş qərardadın surəti isə 14 may 2022-ci il tarixdə ünvanda imza edilməklə alınmışdır.
4. Ərizəçi 17 may 2022-ci il tarixdə həmin qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsinin 19 may 2022-ci il tarixli qərardadı ilə şikayət forma və məzmuna dair tələb lərə əməl olunmaması əsası ilə geri qaytarılmışdır.
5. Ərizəçinin qeyd olunan qərardaddan 02 iyun 2022-ci il tarixdə verdiyi ikinci şikayət də məhkəmənin 03 iyun 2022-ci il tarixli qərardadı ilə eyni əsasla geri qaytarılmışdır.
6. Ərizəçinin 07 iyun 2022-ci il tarixdə eyni qərardaddan üçüncü dəfə verdiyi şikayət isə məhkəmənin 08 iyun 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1545/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) şikayətə apellyasiya qaydasında ba xılması qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 268.1-ci maddəsinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, ərizəçinin nümayəndəsi və vəkilinin elektron kabinetinə isə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Belə olan halda, qeyd edilən qərardaddan şikayət vermə müddətinin axımı məhz xx.xx.2022-ci il tarixdən başlamaqla 10 gün müddətinə, yəni xx.xx.2022-ci il tarixədək davam etmişdir. Ərizəçi tərəfindən hər dəfə müxtəlif prosessual pozuntularla verilmiş şikayətlər geri qaytarılm ış, hazırkı şikayəti isə, xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə verilməklə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi isə, bu məsələlərə diqqət yetirməmiş, şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş və nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. Ərizəçi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, qərardaddan şikayətlər xx.xx.2022, xx.xx.2 022 və xx.xx.2022-ci il tarixlərdə verilmiş və MPM-in 363.4-cü maddəsində yol verilmiş prosessual pozuntular aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxsin ümumi qaydada məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı çıxarıldığı vaxtdan şikayət vermə müddətinin axımı xx.xx.2022-ci il tarixədək davam etmişdir. Göründüyü kimi, qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmədiyindən apellyasiya məhkəməsinin ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edilmədiyi barədə mövqeyi əsassız olmuşdur. b)
11. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 130.1. Qanunla müəyyən e dilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
15. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
16. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
17. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
18. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
21. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkə apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin aktı ərizəçinin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən birinci instansiya məhkəməsinin qərardadlarından şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir və bu müddət ərzində qanunla müəyyən edilmiş tələblərə uyğun verilmiş şikayətlər icraata qəbul edilir (§ 14-15).
26. Baxılan işdən görünür ki, birinci instansiya məhkəməsinin 11 may 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən 17 may 2022-ci il və 02 iyun 2022-ci il tarixlərdə verilmiş şikayətlər məhkəmə tərəfindən eyni əsasla - şikayətin forma və məzmuna dair tələblər ə əməl olunmaması əsası ilə qaytarılmış, həmin qərardaddan hazırkı şikayət isə 07 iyun 2022-ci il tarixdə verilmişdir.
27. Göründüyü kimi, ərizəçi tərəfindən qərardaddan birinci və ikinci şikayət prosessual müddət daxilində verilsə də, həmin şikayətlər prosessual baxımdan qüsurlu olduğundan geri qaytarılmış, hazırkı üçüncü şikayət verilərkən isə qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülmüş, lakin buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təqdim edilməmişdir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilmədiyi halda isə, müddət keçdikdən sonra verilən şikayətlərə baxılmır və onları verən şəxsə qaytarılır.
28. Kollegiya, kassasiya şikayətinin dəlillərinə münasibətdə onu da vurğulayır ki, qərardaddan prosessual müddət daxilində verilmiş şikayətlərin başq a əsaslarla qaytarılması həmin qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin axımına təsir etmir.
29. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1545/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.