Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4614/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə İddiaçı, ilk iddia üzrə Cavabdeh1 və vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)6837/2018 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) 2(011)-13626/16 saylı, 16.12.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3-yə və Cavabdeh2-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, E ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,11 kv.metr olan, 2 otaqlı mənzilinə dair Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 207 saylı, 15 mart 2009-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, E ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 79,11 kv.metr olan, 2 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qərara alınmış, 31644 (otuz bir min altı yüz qırx dörd) manatın Cavabdeh3-dən alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.M əmmədov) 2(011)-32/18 saylı, 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh3yə və Cavabdeh2-yə qarşı E ünvanında tikilmiş yaşayış binasının 1-ci blok 3-cü mərtəbəsindən 2 otaqlı, sahəsi 79,11 kv.m təşkil edən mənzilinə dair cavabdehlər arasında 18.02.2006-cı il tarixdə bağlandığı qeyd edilən 11 nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2017-ci il tarixli, 2(103)2477/2017 saylı qətnaməsi ilə (hakimlər S.Məmmədov, M.Bağırova, M.Məmmədov) Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13626/16 saylı, 16.12.2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublika sı Ali Məhkəməsi Mülki Kollegiyasının 12 iyul 2017-ci il tarixli, 2(102)-4991/2017 saylı qərarı ilə (hakimlər G.Quliyev, Q.Allahverdiyev, Ə.Əliyev) Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.03.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.11.2017-ci il tarixli, 2(103)9731/2017 saylı qətnaməsi ilə (hakimlər S.Hacıyev, R.Eyvazov, F.Talışınski) Cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)13626/16 saylı, 16.12.2016-cı il tarixli qətnaməsinin Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə si Mülki Kollegiyasının 12.04.2018-ci il tarixli, 2(102)-1949/2018 saylı qərarı ilə (hakimlər Ə.Şadiyev, İ.Xələfov, İ.Dəmirov) Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.11.2018-ci il tarixli, 2(103)6837/2018 saylı qərardadı ilə (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) İddiaçı cavabdehlər Cavabdeh3-yə və qeyrilərinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi, İddiaçı cavabdehlər Cavabdeh3-yə və qeyrilərinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işin hazırkı iddiaçı Cavabdeh1 cavabdehlər İdd iaçı və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair 2(103)12402/18 saylı mülki işlə bir icraatda baxılmaq üçün birləşdirilməsi və birləşdirilmiş mülki işə 2(103)-6837/18 nömrəsinin verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(103)6837/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri rədd edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13626/16 saylı, 16.12.2016-cı il tarixli və 2(011)-32/18 saylı, 03 avqust 2018-ci il tarixli qətnamələri onun apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12. 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, E ünvanında tikilmiş yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində, ümumi sahəsi 79,11 kv.metr olan 2 otaqdan ibarət mənzilin ona təhvil verilməsi və Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış 207 saylı, 15.03.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (İddia tələbləri dəqiqləşdirilmişdir.) İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman yuxarı instansiya məhkəməsinin məcburi göstərişləri, işin müəyyən edilmiş halları nəzərə alınmamış, mübahisənin mühüm halı olan tərəflər arasında bağlanmış müqavilənin olub-olmaması, bağlanma tarixi və hüquqi qüvvəsi kifayət qədər araşdırılmadan işə nəticə verilmiş,sübutlara düzgün hüquqi qiymət verilməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)-6837/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh3” MMC-nin və Cavabdeh2-nin nümayəndələri məhkəmə iclasına gəlməmi ş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin apellyasiya instan siyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından və iş materiallarında olan Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 11 saylı 18.02.2006-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh3 E ünvanda tikəcəyi yaşayış binasının 1-ci blok 3-cü mərtəbəsində, ümumi sahəsi 79,11 kv.metr olan, 2 otaqlı mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilin dəyəri kimi 18369 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh3-nin 20.10.2008-ci il tarixli, 1050 saylı kassa mədaxil orderindən məlum olur ki, İddiaçı 18369 manatı MMC-yə ödəmişdir. İş materiallarında olan Cavabdeh3-nin 1/61 saylı, 01.10.2011-ci il tarixli arayışından görünür ki, İddiaçı 18369 manatı ödəmiş, onun mənzilin tikintisi ilə əlaqədar müqavilə üzrə heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh3 ilə Cavabdeh1 arasında ba ğlanmış 207 saylı, 15.03.2009-cu il tarixli müqaviləyə əsasən MMC E ünvanda tikəcəyi yaşayış binasının 1-ci blok 3-cü mərtəbəsində, ümumi sahəsi 79,11 kv.metr olan, 2 otaqlı mənzili Cavabdeh1 verməyi, Cavabdeh1 isə mənzilin dəyəri kimi 31644 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh2-nin 20.05.2013-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 mənzilin müqavilə dəyərini tam şəkildə ödəmişdir. İş materiallarından görünür ki, İddiaçı bildirmişdir ki, 2008-ci ildə özünə Bakı şəhərində Gəncə prospekti, 2935 «A» ünvanında Cavabdeh3 tərəfindən inşa edilən yeni hündürmərtəbəli binadan mənzil almaq məqsədilə MMC-nin ofisinə getmiş, orada direktor K.Kazımzadə ilə görüşmüş və şirkətin həmin ünvanda tikdirdiyi binanın 1-ci blok 3-cü mərtəbəsində, sahəsi 79,11 kv.metr olan və 20 06-cı ildə Elnarə Təhməzovanın adına sənədləşdirilmiş 2 otaqlı mənzili həmin qadının razılığı ilə özünün adına almaq istədiyini bildirmişdir. K.Kazımzadə razılaşaraq 1-ci müqaviləni ləğv edib həmin mənzili onun adına sənədləşdirmişdir. Bundan başqa, Elnarə tərəfindən şirkətə 18.369,18 manat pul ödənilməsinə dair kassa mədaxil orderinin qəbzi də ləğv edilərək, həmin məbləğin şirkətə onun tərəfindən ödənildiyini göstərən yeni kassa mədaxil orderinin qəbzi tərtib edilmişdir. Həmin 2 otaqlı mənzilin şirkət tərəfindən ona satılmasını təsdiq edən yeni 18.02.2006-cı il tarixli, 11 nömərəli müqaviləni və 20.10.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzini Kazım imza və möhürü ilə təsdiq edib ona vermiş, o, isə Elnarənin həyat yoldaşı “Sani” adlı şəxsə 27.000 ABŞ dolları və 12 sot torpağın sən ədlərini notariusda sənədləşdirmə aparmaqla vermişdir. Beləliklə o, 2 otaqlı mənzil üçün cəmi 57 000 ABŞ dolları ödəsə də, mənzilin sənədlərinə görə cəmi 18 369 manat ödədiyi göstərilmişdir. Mənzilin dəyərini tam şəkildə ödəsə də, şirkət binanı tikib qurtarmamışdır. 2012-ci ilin əvvəlində ona məlum olmuşdur ki, Kazım tutulub və ona satılmış mənzil eyni vaxtda digər şəxsə də satılmışdır. İş materiallarından məlum olur ki, K.Kazımzadənin məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-129/2013 saylı, 29.07.2013-cü il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, K.Kazımzadə E ünvanında inşa etdirdiyi binanın 1-ci blok 3-cü mərtəbəsində iki otaqlı 79,11 kv.metrlik mənzili 18 fevral 2006-cı il tarixli 11 saylı müqavilə ilə İddiaçı 18.369,38 manata satdıqdan sonra həmin mənzili təkra rən mühasib Valentina Volkovanın vasitəsilə 15 mart 2009-cu il tarixli 207 saylı müqavilə ilə X1 27.608 manata sataraq onların ümumilikdə 45.977,38 manat pullarını ələ keçirib təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 82.4.-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası CPM-nin 65.4.-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olubolmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-129/2013 saylı, 29.07.2013-cü il tarixli hökmü ilə mübahisəli mənzil 18 fevral 2006-cı il tarixli müqavilə ilə İddiaçı satıldıqdan sonra həmin mənzilə dair yenidən 15 mart 2009-cu il tarixdə X2 ilə müqavilə bağlanılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündü r. Həmin Məcəllənin 423cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 337.1 və 337.4-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 ilə digər Cavabdeh1 arasında bağlanmış 15 mart 2009-cu il tarixli müqavilə İddiaçılə Cavabdeh3 arasında bağlanmış 18.02.2006-cı il tarixli müqavilə qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məc əllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından birinci instansiya məhkəməsi həmin müqaviləni etibarsız hesab etməklə və Cavabdeh1 iddiasını rədd etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsimübahisəli mənzilin alınması üçün İddiaçı tərəfindən Cavabdeh3-yə pul ödənilməməsi məsələsi bağlı qeyd etmişdir ki, həmin faktın mübahisələndirilməsi hüququ Cavabdeh1 deyil, Cavabdeh3-yə məxsusdur ki, MMC tərəfindən də bu hal heç vaxt mübahisələndirilməmiş və hətta bu fakt əsaslı olsa belə, hazırkı mübahisənin həlli üçün hər hansı əhəmiyyəti yoxdur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MP M-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(103)-6837/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4614/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4614/2019
08.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver