Məhkəmə qərarları › İş №2(102)-4614/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4614/2020

01.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4614/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 nömrəli, 18 fevral 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən və ona məxsus olan 39/1 saylı fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai R ayon Məhkəməsinin (hakim İlahə Abbasova) 26 noyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov) 04 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin X5 saylı iş üzrə 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədənsaxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli X5 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.02.2020-ci il tarixli qərardadı ilə İddiaçı kassasiya şikayəti əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardad dan narazı qalan İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.02.2020-ci il tarixli qərardadının ləğv edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkil orderi əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin - 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən bax ıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. -Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. - 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi əlavə olunur. Lakin, hazırki iş üzrə kass asiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılmalıdır. - 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3. - 408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərə findən qaytarılır. - 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Hesab edirəm ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qayt arılmalı, kassasiya şikayəti verən şəxsə MPM-nin 67.2-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 fevral 2020-ci il tarixli X5 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar