Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4614/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia müddətinin keçməsi əsası ilə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Bakı Apelyasi ya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-807/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank ilə Cavabdeh1 arasında 07.09.2009-cu il tarixli kredit müqaviləsi mövcuddur. Kredit müqaviləsinə” əsasən illik 12 faiz dərəcəsi ilə 12 ay müddətinə 132.000 manat məbləğində kredit alınmışdır. İş üzrə digər cavabdehlər Cavabdeh1 qeyd edilən Kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq birgə mülkiyyətlərində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı Bank ilə cavabdehlər arasında 07.09.2009-cu il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. İddiaç ı bank kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə istinad edərək hazırkı iddianı başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında 07.09.2009-cu il tarixdə bağlanmış 033/09 saylı “Kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 132.000 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.032 manat məbləğində pulun, “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişinin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun hər 3 cavabdehdən müşt ərək qaydada tutularaq Banka ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş və cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsində istifadədə olan 0,018752 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 78 kv.m yaşayış, 51.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, ev satıldığı halda evdə yaşayanların evdən 1 aydan gec olmayaq çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında 07.09.2009-cu il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 iddiaçı Bankdan illik 12 faiz dərəcəsi ilə 12 ay müddətinə 132.000 manat mə bləğində kredit almışdır. İş üzrə digər cavabdehlər Cavabdeh1 qeyd edilən Kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq birgə mülkiyyətlərində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı Bank ilə cavabdehlər qarasında 07.09.2009-cu il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Göstərilənlərə və Kredit müqaviləsi üzrə öhdəliklərin son icra tarixi 07.09.2010-cu il tarixdə bitməsinə baxmayaraq Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımınca və vaxtında icra edilməmiş və nəticədə onun Banka 132.000 manat məbləğində əsas kredit borcu, 10.032 manat məbləğində isə faiz borcu yaranmışdır. Bank tərəfindən Cavabdeh1 edilmiş xəbərdarlıq nəticə verməmiş, o, Banka olan borcunu ödəməkdən yayınmışdır. Bu sə bəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişinin” qeydə alınması üçün 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumlarını ödəmək məcburiyyətində qalmışdır.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-128/2020 saylı 16.09.2020-ci il tarixli qətnaməsi (hakim O.Məmmədli) ilə iddia rədd edilməsi qət etmişdir.
2. Məhkəmə iddia tələbini rədd edərkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 375.1, 375.2, 376, 377.2, 378-ci maddələrinə istinad etmişdi r.
5. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-807/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi (hakimlər - M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı "xxxx" ASC kassasiya şikayəti vermişdir.
6. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin də lilləri İddiaçı "xxxx" ASC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci və apelyasiya məhkəməsi iddia müddətinin keçməsi ilə bağlı normaları düzgün tətbiq etməmişlər. 9. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı və digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmas ına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
14. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
15. Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keç məsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
13. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
17. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafe lərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, 07.09.2009-cu il tarixli krediti müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 12 % ödəmək şərti ilə 132.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 birgə mülkiyyətlərində olan mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağl ı Bank ilə cavabdehlər qarasında 07.09.2009-cu il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Müqavilə şərtlərinə görə borcalanların son ödənişi 07.09.2010-cu il tarixdə aparılmalı idi. İddiaçı müqavilənin müddəti bitəndən sonra üç illik iddia müddətini buraxmaqla 03.07.2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşdə iddia müddətini kəsən hərhansı bir hal aşkar edilməmişdir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Fiziki və hüquqi şəxslər öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına m üraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır.
23. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasit əsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
24. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsasla nmaqla qərar çıxarmaq zərurətindən azad edir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnamüddətşamil edir. İddia müddətinin əhəmiyyət i aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
26. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vax tında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
27. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-807/2021 nömrəli, 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.