Məhkəmə qərarları › İş №2(102)-4620/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4620/2019

24.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4620/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil, Cavabdeh, vəkili Vəkil, 3-cü şəxs X2, vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2006-cı il tarixli, 2-501/2006 sayl ı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(103)-587/2019 saylı qətnaməsi ilə (hakimlər İ.Kərimli sədrlik edən, məruzəçi X.Cəmilova və İ.Xəlilov) Cavabdeh nun apelyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2006-cı il tarixli, 2-501/2006 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdehə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə qə tnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya məhkəməsinin qətnaməsi MPM-nin 386-cı maddəsində nəzərdə tutulduğu qaydada maddi hüquq normalarının, MPM-nin 418.3-cü maddəsində nəzərdə tutulduğu qaydada prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, 3-cü şəxs X6, vəkili V əkil və iddiaçıların vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassas iya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araş dırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, cavabdehin ailə üzvlərinin tələbi ilə məhkəmə qaydasında onun istifadə hüququnun itirilməsi qanunauyğundur. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, hazırkı iş üzrə cavabdehin yaşayış sahəsinin uzun müddət saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyildir, bu hüququn saxlanması digər şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Ape llyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi 08 iyul 1982-ci il tarixli, 979-X nömrəli Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 60, 61, 62, 87, AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin 27, 149.2, 646.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu tarixli Qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nət icəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi,Cavabdeh ilə İddiaçı1 arasında 06.11.1979-cu ildə nikah bağlanmışdır. Bakı şəhəri İcraiyyə Komitəsi tərəfindən 02.11.1989-cu il tarixdə verilmiş 101423 saylı orderə əsasən Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin 112 saylı mənzili Cavabdeh verilmiş, orderdə həmin mənzildə yaşamaq hüququ olan Cavabdeh, İddiaçı1, İddiaçı3 və İddiaçı2 adları qeyd edilmişdir. İş materiallarında olan 26 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 28.02.2006-cı il tarixli 2 saylı forma üzrə arayış əsasən isə Cavabdeh, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanda yerləşən qeydiyyatda olmuşlar. Bakı şəhəri 26 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 19.02.2018- ci il tarixli digər arayışdan məlum olur ki, Cavabdeh 26.05.2006-cı ildə ünvan 1 ünvanında qeydiyyatdan çıxarılmış, orada yaşamır. Həmçinin işdə olan Bakı şəhəri Nizami RPİ tərəfindən verilmiş 24.10.2017-ci il tarixli, AZE seriyalı, 15962186 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, hazırda Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etdiyi kimi Bakı şəhəri, Nizami rayonu Q.Qarayev küçəsi 108 saylı evin 112 saylı mənzilini İddiaçı3 22.05.2009-cu il tarixdə satın almış, həmin mənzil üzərində onun mülkiyyət hüququ 08.07.2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hazırkı qətnaməsi qəbul edildikdən sonra Bakı şəhəri, Q.Qarayev küçə si 108 saylı evin 112 saylı mənzilini İddiaçı3 öz adına özəlləşdirərək 2009-cu ilin may ayında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında X1. Mənzilin müqavilədə göstərilən dəyəri alıcı tərəfindən tam ödənilmişdir. Mənzil hazırda X2 xüsusi mülkiyyətindədir, mənzildə X12 və X8 yaşayırlar. İddiaçıların tələblərindən görünür ki, 2001-ci ilin dekabr ayında cavabdeh Qazaxıstana getmiş, sonradan onun oradan Rusiyaya getməsi onlara məlum olmuşdur. 2003-cü ilin sentyabr ayında X1 iki dəfə Azərbaycana gəlib sonra Rusiyaya qayıtmışdır. 2003-cü ildə X1 Azərbaycana gələndə də yaşadıqları ünvan 1 ünvanda yerləşən mənzilinə gəlməmiş, həmin dövrdə X1 Bakıda onlara məlum olmayan ünvanda yaşamışdır. 2003-cü ilin sentyabr ayının sonunda X1 sonuncu dəfə Rusiyaya getmiş, bir müddət ailəsi ilə əlaqə sax lamamış, sonradan onun Rusiya Federasiyası Tümen vilayəti Yalutorovski rayonunun İvanovka kəndində yaşaması, orada qeydiyyata düşərək işləməsi məlum olmuşdur. Yaşadıqları ünvan 1 ünvanda yerləşən mənzili dövlət mənzil fonduna aid olduğundan, 2006-cı ildə mənzili özəlləşdirmək qərarına gəlmişlər. Mənzili özəlləşdirmək üçün müvafiq dövlət orqanlarına müraciət etdikdə, onlara izah olunmuşdur ki, özəlləşdirmə üçün mənzilin orderində adı olan bütün şəxslərin razılığı tələb olunur. Həmin dövrdə X1lə əlaqə saxlaya bilmədiklərinə və X1 qeydiyyatda olduğu ünvanda beş ildən artıq müddətdə faktiki olaraq yaşamadığına görə məcbur olub 2006-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsində Cavabdeh mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia qaldırmışlar. Cavabdeh iddiaya olan etirazının əs ası kimi sonuncu dəfə Bakı şəhəri Nizami RPİ-dən şəxsiyyət vəsiqəsini 05.09.2003-cü il tarixdə almasını, mənzilində 2 il 6 ay üzürlü səbəblərə görə olmamasına, saxta sənədlər nəticəsində İddiaçı3 evi öz adına özəlləşdirərək 90000 ABŞ dollarına X5 adlı şəxsə satmasına, hazırda onun Vətənə qayıtmasının onun Rusiya Federasiyasına daimi yaşamağa getməməsini göstərməsinə, bir sözlə, qanunsuz olaraq mənzilindən məhrum edilməsinə istinad etmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 19.02.2018-ci il tarixli məktubdan görünür ki, Cavabdeh 07.12.2001-ci ildə Qazaxıstan Respublikasına, 15.09.2003-cü il və 27.09.2003-cü il tarixlərdə Rusiya Federasiyasına getmiş, 23.07.2017-ci il tarixdə Rusiya Federasiyasından qayıtmışdır. İşin materiallarından görünür k i, hazırki iş üzrə mübahisə predmetini cavabdehin yuxarıda qeyd olunmuş ünvan üzrə yaşayış sahəsindən istifadə hüququ təşkil edir. Mülki iş üzrə tərəflərin hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli, 979-X nömrəli Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab ed ilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən icarədarı müvəqqəti başqa yerə getmiş yaşayış sahəsində yaşayan ailə üzvləri qaldıqları bütün sahədən əvvəlki şərtlərlə istifadə etmək ixtiyarına malikdirlər; həm də onlar bu sahənin icarə müqaviləsinə əsasən bütün hüquqları həyata keçirir və bütün vəzifələri daşıyırlar. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən icarədarın müvəqqəti başqa yerə getməsi, onu yaşayış sahəsinin icarə müqaviləsi üzrə bütün vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə k öçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri ya şayış sahəsinə olan hüquqlarından məhrum etmir. «Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Mənzil Məcəlləsinin 87-ci maddəsinin tətbiqi üçün şəxsin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludurlar. Məhkəmə kollegiyası hesab edir ki, qanunun yuxarıda qeyd olunmuş normalarından görünür ki, şəxsin mübahisəli ünvanda yaşamaması müvəqqəti xarakter daşımalıdır və aydın olmalıdır ki, şəxs yaşayış sahəsindən istifadəsinə mane olan hallar aradan qalxdıqda həmin sahəyə qayıtmaq fikrindədir. Bundan belə nəticə çıxır ki, müvəqqəti başqa yerə getmə 6 aydan çox davam etsə belə, müəyyən həddə olmalıdır, çünki əks halda həmin ünvada yaşayan şəxslərin hüquqlarını poza bilər. Şəxsin başqa yaşayış sahəsində yaşaması barədə məlumat verilməsi onun əvvəlki yaşayış sahəsinə qayıtmaq niyyətinin olmadığını təsdiq edən hallardan biridir. Bununla yanaşı, barəsində bu cür iddia qaldırılmış şəxs yaşayış sahəsindən müvəqqəti getməsini təsdiq edən sübutlar təqdim etməli, bunun səbəbini açıqlamalı və hazırda yaşadığı ünvan barədə məhkəməyə məlumat verməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq müəyyən etmişdir k i, Cavabdeh sonuncu dəfə 27 sentyabr 2003-cü il tarixdə Rusiya Federasiyasına getmiş, orada müvəqqəti qeydiyyata düşərək işləmiş, 23 iyul 2017-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına giriş etmişdir. Kollegiya həmçinin, Cavabdeh 2003-cü ildən 2017-ci ilədək 14 il ərzində Azərbaycan Respublikasından kənarda yaşayıb işləməsi tərəflərin, o cümlədən cavabdehin izahatı, apelyasiya şikayətinin məzmunu və Dövlət Sərhəd Xidmətinin müvafiq arayışı ilə təsdiq olunduğundan, bu halın işin mübahisəsiz hallarından olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır. Belə ki, cavabdehin özünün izahatından məlum olur ki, o, 2003-cü ilin sentyabr ayında mübahisəli ünvandan könüllü olaraq çıxıb getdiyini, həmin vaxtdan 2017-ci ilin iyul ayınadək Rusiya Federasiya sında işləyib orada yaşadığını və işlədiyini, buna baxmayaraq iddiaçılarla əlaqəsinin olduğunu etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin qeyd edilən etirafı olduğu halda MPM-nin 106.3-cü maddəsinə əsasən, iddiaçılar qeyd edilən bu halı sübut etməli deyillər. Kollegiya cavabdehin özünün uzun müddət Rusiya Federasiyasında yaşamasını və işləməsini etiraf etməsi faktını təsdiq etməsi baxımından apellyasiya instansiyası məhkəməsinin iş materiallarında olan şahid X4 ifadəsinə, tərəflərin qonşuları tərəfindən tərtib olunmuş və 26 saylı MKİS tərəfindən təsdiq olunmuş 03.03.2006-cı il tarixli aktına, Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Bölməsinin 10.04.2006-cı il tarixli, Bakı şəhəri 26 saylı MKİS-in və Bakı şəhəri 26 saylı poliklinikanın 10.04.2006-cı il tarixli arayılarına sübut kimi istinad edilməsi zərurətinin aradan qaldırmasına dair qənaəti ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, işə baxan məhkəmə haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh qeydiyyatda olduğu Bakı şəhəri, Q.Qarayev küçəsi 108 saylı evin 112 saylı mənzilinin saxlanması və kommunal xərclərin ödənilməsi ilə əlaqədar məhkəməyə sübut təqdim etməməsi onun mübahisəli mənzillə hüquqi əlaqəsi olmamasına dəlalət edir. Çünki sadalanan hərəkətlər özünü yaşayış sahəsinin istifadəçisi hesab edən hər bir şəxsin öhdəliyidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış y eri ola bilər. Şəxsin konkret ünvanda yaşaması müxtəlif halların məcmusu ilə müəyyən olunur. Bu hallara şəxsin yaşadığı sahədə gündəlik istifadə olunan şəxsi əmlakının yerləşməsi, yaşayış sahəsinə dair öhdəliklərinin icrası, həmçinin şəxsin məhz həmin konkret yaşayış sahəsi ilə əlaqəsini təsdiq edən digər hallar aiddir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatının mübahisəli mənzildən istifadəsi ilə əlaqədar tərəflər arasındakı münasibətləri xarakterizə etmək üçün mühüm əhəmiyyət kəsb etməsinə dair əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərinə tam əməl edərək işin araşdırılmış halları üzrə haqlı olaraq bu nəticəyə də gəlmişdir ki, cavabdehin 1 4 il ərzində Rusiya Federasiyasında yaşayaraq qeydiyyatda olduğu ünvanda yaşamamasını onun müvəqqəti olaraq başqa yerə getməsi kimi qəbul etmək olmaz. Belə ki, işin araşdırılmış halları cavabdehin faktiki olaraq daimi hesab ediləcək müddət ərzində mənzildən istifadə etməməsini və həmin mənzillə göstərilən müddət ərzində hüquqi əlaqəsi olmamasını tam təsdiq edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin hesab edir ki, cavabdeh mübahisəli ünvanı tərk etməsinin səbəbi kimi ailəni dolandırmaq üçün Rusiya Federasiyasına getməsi ilə əlaqələndirsə də, 2003-cü ildən 2017-ci ilədək harada yaşaması, həmin müddətdə mübahisəli evə qayıtmamasının səbəbini açıqlamamış, başqa yaşayış yerinin olmaması ilə bağlı sübutlar təqdim etməmiş və mübahisəli ünvanı müvəqqəti tərk edib- etməməsini, hansı şərtlər altında həmin ünvana qayıtmaq niyyətinin olduğunu göstərməmiş, özünü həmin evin icarədarı, istifadə hüququna malik şəxs hesab etsə də, uzun illər istifadə hüququ ilə yanaşı, mənzilin icarədarı kimi üzərinə düşən vəzifələri ilə maraqlanmamış, başqa sözlə, uzun müddət ərzində həmin mənzildən istifadə etmək niyyətinin olmamasını nümayiş etdirmiş, mübahisəli ünvanda yaşamamasının səbəblərinin üzürlü olmasını, həmçinin barəsində tərtib edilmiş sənədlərin saxta olması ilə bağlı sübutlar təqdim etməli olduğu halda, MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaya etirazının əsası kimi istinad etdiyi hallar üzrə heç bir tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin həmçinin, 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mah iyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya belə olan halda kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət veməkdə davam edərək apellyasiya instansiyası məhkəməsinin cavabdehin ailə üzvlərinin tələbi ilə məhkəmə qaydasında onun istifadə hüququnun itirilməsinin qanunauyğun olması, hazırda həmin hüququn saxlanmasının heç bir hüquqi əsasının olmaması, əks halda bu hüququn saxlanılmaqla hazırkı iddia tələbinin rədd edilməsinin digər şəxslərin mülkiyyət hüquqlarının, yəni, vicdanlı alıcı olan X2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulmasına gətirib çı xarmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olması, belə hüquqi mövqenin tutulmasının isə mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə, Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanuni olmasına dair nəticələrini əsaslı və işin araşdırılmış hallarına tam uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mə nzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarlarında ifadə olunmuş mövqeyinə görə vicdanlı sahibin xoş niyyət, ağlabata n ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-nin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq sözügedən alqı-satqı müqaviləsinin mövcud qanunvericiliyinin tələblərinə zidd olmadığı üçün mübahisəli mənzili 2009-cu ildə qeyd edilən müqavilə ilə əldə etmiş X5 vicdanlı alıcı kimi qiymətləndirərək onun hüquqlarının müdafiə olunmasına dair əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu və digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla həmin dəlillər mötəbər sübutla təsdiq edilmədiyindən əsassız sayılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək iddianın təmin edilməsi barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan v ə hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 12 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar