Məhkəmə qərarları › İş №2(102)-4620/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4620/2020

19.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4620/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və xxx cəlb edilməklə “mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər:özəlləşdirmənin etibarsızlığı, özəlləşdirməyə razılıq, məhkəmə-xətşünaslıq ekspertizası, ekspertin rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili xxx oğlunun, Üçüncü şəxs xxxnın və vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)431/2020 nömrəli qətnaməsindən üçüncü şəxs xxx tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1saylı evin 123 saylı mənzili Bakı şəhəri Oktyabr (hazırkı Yasamal) rayon XDS İK-nin xx xxxx 1990-cı il tarixli orderinə əsasən X3 4 nəfərdən ibarət (özü, arvadı və iki uşaq) ailəsinin istifadəsi üçün verilmişdir.

2. Mənzilin icarədarı X2 arvadı xxx xx xxxxxx 200 6-cı il tarixdə vəfat etmişdir. 3. xx xxxx 2008-ci il tarixdə mənzil X2 adına özəlləşdirilmişdir.

4. X4 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir.

5. İş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 81-ci vərəqəsində İddiaçı adından olan xx xxxx 2008-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza və həmin ərizənin qeydiyyatdan keçdiyi 7E saylı reyestr jurnalının 4-cü vərəqəsində “3078” sıra sayında “İddiaçı” yazılarının qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza və “Hacızadə C” yazıları – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2 adına xx xxxx 2008-ci il tarixdə ilkin qeydiyyata alınmış ünvan 1 ünvanına dair verilmiş MC seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, X4 və xxxqızı xx xxxxxx 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx xxxxxx 1984-cü il tarixdə İddiaçı və xx xxxxxx 1986-cı il tarixdə Maraqlı şəxs1 anadan olmuşlar. İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində qeydiyyatdadır. xxxqızı xx xxxxxx 2006-cı il tarixdə, X4 xx xxxx 2018-ci il tarixdə vəfat etmişlər. Atası vəfat etdikdən sonra onlar vərəsəlik işi açılması üçün 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən dövlət notariat kontoruna ərizə ilə müraciət etmişlər. Lakin notariat kontorunda miras əmlakınbölgüsü ilə bağlı razılıq olmadığı üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə vərəsələrin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və atası X2 adında hər-hansı daşınmaz əmlakın olub-olmaması, həmçinin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin atası X2 adına rəsmiləşdirilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli cavabdan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xx xxxx 2008-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmiş və mülkiyyətindədir. Lakin iddiaçı qeyd edilən mənzilin atasının adına ilkin qeydiyyata alınmasına heç vaxt razılıq verməmiş, bu səbəbdən də həmin mənzilin hansı əsasla atasının adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)569/2019 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) İddiaçı iddia ərizəsi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzilin özəlləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət edildiyindən, iddiaçı tərəfindən mənzilin özəlləşdirilməsi üçün notarial qaydada təsdiq edilmiş razılıq verildiyindən çıxarışın ləğv edilməsi üçün hüquqi əsas yoxdur. 10.Məhkəmə həmçinin hesab etmişdir ki, işə iddia müddəti tətbiq etməklə də, iddia rədd edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-569/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Bakı Apelyasiya Məhkəməsin in Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-431/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və E.C.Kazımovdan ibarət tərkibdə) İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək ünvan 1saylı evin 123 saylı mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsi və özəlləşdirmənin nəticəsi olaraq X2 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsini qət etmişdir. 13.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində mənzilə dair verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan gör ünür ki, o, əslində mənzilin özəlləşdirilməsinin qanunsuz sayılmasını istəmiş və iddia ərizəsini yalnız həmin mövqedən əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin konkretləşdirilməsini və iddiaçıya həmin ərizəni verməklə arzu etdiyi nəticənin əldə edilməsi üçün prosessual hüquq və vəzifələrini izah etməmiş, görüləcək hərəkətlərin nəticələri barədə onu xəbərdar etməmişdir. 14.Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və eləcə də iddiaçının məhkəmə müdafiəsi hüququnun onun əsl niyyətinə uyğun istiqamətləndirilməsini, mübahisənin düzgün və obyektiv həlli üçün əhəmiyyətini nəzərə alaraq, irəli sürülmüş iddianı, özəlləşdirmənin etibarsız hesab edilməsi kimi qəbul etmişdir. 15.Apelyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqq ında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə istinad edərək göstərmişdir ki, mübahisəli mənzil özəlləşdirilərkən iddiaçının buna razılığını bildirən ərizəsi təqdim olunmuş və birinci instansiya məhkəməsi başlıca sübut kimi məhz həmin ərizəyə istinad edərək iddianı rədd etmişdir. 16.Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş xx xxxxxx 2019-cu il tarixli rəylə müəyyən olunmuşdur ki, İddiaçı adından olan xx xxxx 2008-ci il tarixli ərizədəki “imza” qrafasındakı imza və reyestr jurnalında “İddiaçı” yazılarının qarşısındakı imza və “Hacızadə C” yazıları onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. 17.Belə olduqda apelyasiya məhkəməsi özəlləşmənin iddiaçının razılığı ilə aparılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız saymış və hesab etmişdir ki, həmin nəticə düzgünlüyü yoxlanılmamış sübutaəsaslandığından, özəlləşmənin qanuni olması barədə məhkəmənin qətnaməsi qanuni sayıla bilməz. 18.Apelyasiya məhkəməsi iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi ilə də razılaşmamış və hesab etmişdir ki, iddiaçı xx xxxx 2008ci il tarixdə aparılmışözəlləşmənin etibarsız sayılmasıüçün məhkəməyə 2018-ci ildə müraciət etmişdir. İddiaçının bildirdiyinə görə, o, mənzilin özəlləşdirilməsindən Reyestr Xidmətinin xx xxxxxxx 2018-ci il tarixli cavab məktubunu aldıqdan sonra xəbər tutduqdan sonra məhkəməyə müraciət etmişdir. İşdən görünür ki, Reyestr Xidmə tinin xx xxxxxxx 2018-ci il tarixli məktubu ilə mənzilin özəlləşdirilməsi barədə iddiaçının vəkilinə məlumat verilmiş və 2018-ci ilin noyabr ayında iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İşin həmin halı isə təsdiq edir ki, iddiaçı qanunda müəyyən olunmuş bir illik müddəti ötürmədən özəlləşmənin etibarsız sayılması barədə məhkəməyə müraciət etmişdir. İddiaçının mənzilin özəllədirilməsindən ondan əvvəl xəbərdar olmasını və müəyyən olunmuş müddəti ötürməsini təsdiq edən sübutlar müəyyən olunmadığından məhkəmə kollegiyası müddətin ötürülməməsi barədə qənaətini iş materiallarına uyğun və əsaslı saymışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri 19.Mübahisə predmeti barəsində müstəqil tələblər ir əli sürməyən üçüncü şəxs xxx kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-431/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 20.Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən mənzil mərhum X2 adına özəlləşdirərkən mülki qanunvericiliyin tələbləri pozulmamış, onunla birlikdə mənzil kirayə müqaviləsində adları olan ailə üzvləri – övladları notariat qaydasında təsdiqlənmiş ərizələrlə razılıq vermişlər. Həmçinin iddiaçı iddia müddətini üzrsüz səbəbdən buraxmışdır. İddiaçı mübahisəli mənzilin atasının adına özəlləşdirilməsini atasının sağlığı dövründə bilmiş, mənzilə dair dövlət reyestrindən çıxarışın bir nüsxəsi (surəti) onda olmu ş, sonradan həmin nüsxəni notariat kontoruna təqdim etmiş, mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müəyyən edilmiş 6 aylıq müddət tamam olduqdan sonra məhkəməyə müraciət etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələbləri pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli halları araşdırmamış, sübutları hərtərəfli tədqiq etməmişdir. İddiaçının imza nümunəsi müqayisəli tədqiqat üçün məhkəmə iclasında alınmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri 21.İddiaçı kasasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmamış, hüququn tətbiqində səhvə yol verməmiş, tətbiq edilməli olan qanunu və normativ hüquqi aktlar ı tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış və işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunluq olmuşdur. İddiaçının atasının sağlığında mənzilin özəlləşdirilməsini bildiyini təsdiq edən sübut üçüncü şəxs tərəfindən təqdim edilməmişdir. Həmçinin, iddiaçı müqayisəli tədqiqat üçün imza və xətt nümunələri birinci instansiya məhkəməsində təqdim etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs xxx və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. 23.İddiaçı və vəkili xxx oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və ap elyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kasasiya baxışının hədləri: 24.Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə r iayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. 25.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən hazırki kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 26.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edi ldikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzind ə mübahisə edilə bilər. 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. “Azərbaycan Respublikasında mənzil Azərbaycan Respublikasının Qanununun: fondunun özəlləşdirilməsi haqqında” 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkin lik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinin üçüncü hissəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizələri əlavə etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar isti sna olmaqla)həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılm ış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən o lunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsas ən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: 28.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarını pozmuş və bunun nəticəsində qanunsuz və əsassız nəticəyə gəlmişdir. 29.İlk olaraq qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi iddianın məhkəmə aidiyyətini araşdırmamışdır. 30.Belə ki, iddia ərizəsindən göründüyü kimi özəlləşdirmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış və özəlləşdirmənin aparılmasında iddia olunan qanun pozuntusu həmin orqanın fəaliyyəti ilə əlaqədardır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiada yeganə cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi göstərilmişdir. 31.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki,... mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəz ərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. 32.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, publik hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. 33.“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.... Hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digə r qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 34.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarında isə göstərilmişdir ki, Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 35.Sözügedən qərarlardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələnd irilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. 36.Hazırkı iddia tələbi mənzilin tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətinə keçməsi ilə əlaqədar sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsindən ibarətdir. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən mənzilin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələblərinin pozulmaqla özəlləşdirildiyinə, yəni iddiaçının razılığının olmamasına əsaslanmışdır. Bununla belə, həmin pozuntunun hansı hüquq münasibətlərə əsaslanması və nəticə olaraq iddianın məhkəmə aidiyyəti araşdırılmamışdır 37.Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi nəticəsini ilk olaraq iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə əsaslandırmışdır. 38.İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin məzmunundan müəyyən olunur ki, müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya İddiaçı sərbəst imza nümunəsi qismində mülki işin 11-ci vərəqəsində olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; şərti-sərbəst xətt və imza nümunəsi qismində 53-54-cü vərəqələrində olan vəsatətdəki imzası, 102 və 128ci vərəqələrində olan məhkəmə qəbzlərdəki imzaları, 152-ci səhifəsində olan abonent kitabçasındakı imzası və 153-154-cü vərəqələrində olan sənədlərdəki xətt və imzası; eksperimental imza nümunələri qismində isə 37 -ci vərəqində olan imza nümunələri təqdim olunmuşdur. 39.İş materiallarına Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində saxlanılan İddiaçı adından imzalanaraq, Ağstafa rayon dövlət notariat kontorunda təsdiq olunmuş xx xxxx 2008-ci il tarixli ərizənin əsli əlavə olunmuşdur. 40.Beləliklə müəyyən olunur ki, iddiaçının həqiqiliyini mübahisələndirdiyi ərizə xx xxxx 2008-ci il tarixdə imzalandığı halda ekspert tədqiqatı 2019-cü ildə, yəni 11 il sonra tərtib olunmuş sənədlərdə olan şərti-sərbəst imza nümunələri əsasında aparılmışdır. 41.Həmçinin qeyd olunmalıdır ki, ekspert rəyində iş materiallarının 37-ci vərəqəsində olan eksperimental imza nümunələrinə istinad etsə də, işin həmin vərəqlərində tədqiqatın aparılması üç ün müqayisəli materiallar əlavə olunmamışdır. İş materiallarının 63-64-cü vərəqlərində iddiaçının adından olan xətt nümunələri və aidiyyəti göstərilməyən imza nümunələri əlavə edilmişdir. Lakin müəyyən olunur ki, ekspert tədqiqatı aparılarkən həmin nümunələrə istinad olunmamış (üzərində ekspertin ştampı əks olunmamışdır), habelə həmin nümunələrin nə vaxt və hansı şəraitdə götürülməsi müəyyən olunmur, müvafiq məhkəmə iclas protokolunda bununla bağlı qeyd yoxdur. 42.Daha sonra qeyd olunmalıdır ki, ekspertin tədqiqatında istinad etdiyi xx xxxx 2010-cu il tarixli “X1 Testing System” adlı sənəd tədqiqatın aparılması üçün mötəbər sənəd olması məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, müəyyən olunur ki, həmin sənədin birinci səhifəsində bir qrafada iki imza mövcuddur. Halbuki, həmin qrafa “Administrator’s Signature” – yoxlamanı (testləşməni) aparan idarəçiyə (administratora) aiddir. Həmin qrafada ikinci imzanın (ehtimal olunur ki, iddiaçıya aid olan) nə vaxt və kim tərəfindən icra olunması məlum deyildir. Eyni ilə həmin sənədin üçüncü səhifəsinin aşağı hissəsində olan imza və “Hacı-zadə C” qeydi bunun üçün nəzərdə tutulmamış yerdə icra olunmuş və bu səbəbdən onun icra tarixi (2010-cu ilə aid olması) qeyri müəyyəndir. 43.Eyni ilə iş materiallarının 145-146-cı vərəqlərində olan sayğac pasportundakı imza və “Hacı-zadə” qeydi bunun üçün nəzərdə tutulmamış yerdə (pasportun sonuncu səhifəsinin aşağı hissəsində) icra olunmuşdur. Halbuki, sayğacın texniki pasportunda abunəçinin imza etməsi nəzərdə tutulmayıb, buna zərurət də məntiqli deyildir. 44.Həmçinin iş materiallarının 147-152 -ci vərəqlərində olan “xxxx” QSC-nin Yasamal rayonu Qaz İstismar İdarəsinin abonent kitabçasında olan imza da, tədqiqat üçün mötəbər nümunə kimi qəbul edilə bilməz. Belə ki, həmin abonent kitabçasının birinci səhifəsində Z.Xəlilov küçəsi 43, mənzil 123 ünvanı üzrə abonent kimi “Hacıyev” soyadlı şəxs qeyd olunsa da, sonuncu səhifəsində “İddiaçı” qeyd olunmaqla, imza edilmişdir. 45.Ümumiyyətlə qeyd olunan sənədlərin nə vaxt və kim tərəfindən məhkəməyə və ya ekspert təşkilatına təqdim olunması iş materialları ilə müəyyən olunmur. 46.Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müqayisəli nümunələr əsasında aparılmış ekspertiza tədqiqatını mötəbər sübut qismində qəbul edərək, onun əsasında qətnamə qəbul etməklə apelyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə b ağlı prosessual hüquq normalarını pozmuşdur. 47.Odur ki, əlavə araşdırma zamanı işin mülki məhkəmə icraatı qaydasında baxılması nəticəsində gəldiyi halda, mübahisələndirilən sənədin icra olunduğu tarixə uyğun sərbəst müqayisəli nümunələrin təqdim olunması tərəflərə təklif olunmalı, zərurət olsa müvafiq dövlət orqanlarına sorğular verilərək belə sənədlərin əsilləri alınmalı, uzun müddət (11-12 il) ötəndən sonra alınan şərti-sərbəst və eksperimental imza nümunələrinin müqayisəli tədqiqat üçün yararlı olub-olmaması məsələsi araşdırılmalı və həmin sənədlər əsasında təkrar məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi məsələsi müzakirə olunmalıdır. 48.Bundan əlavə müəyyən olunur ki, iddiaçının adından imzalanan xx xxxx 2008-ci il tarixli ərizə Ağstafa rayon dövlət notariat kontorunda təsdiqlənmi şdir. Lakin məhkəmə araşdırılması zamanı iddiaçının qeyd olunan tarixdxxxAğstafa rayonunda olub-olmaması araşdırılmamış, ərizəni təsdiq edən notarius (Cəfərov S.Y.) müəyyən olunmamış, onun məsələyə münasibəti aydınlaşdırılmamışdır. 49.Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilin özəllədirilməsindən əvvəllər xəbərdar olmasını və müəyyən olunmuş müddəti ötürməsini təsdiq edən sübutlar müəyyən olunmadığından məhkəmə kollegiyası müddətin ötürülməməsi barədə qənaətini iş materiallarına uyğun və əsaslı saymışdır. 50.Üçüncü şəxs xxx şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirilən mənzilin özəlləşdirilməsindən xəbəri olmuş, hətta mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkə n mülkiyyətə dair sənədləri təqdim etmişdir. 51.Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın məhkəmə aidiyyəti ilə bağlı məsələ həll olunduqdan sonra qeyd olunan xüsusatları araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən X2 ölümündən sonra vərəsəlik işi açıldığı notariat orqanına sorğu verilməli, iddiaçının mirasın qəbulu ilə bağlı nə vaxt müraciət etməsi, hansı sənədləri təqdim etməsi aydınlaşdırılmalı və işin həmin mübahisəli hallarına hüquqi qiymət verilməlidir. 52.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. 53.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 4 19 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs xxx tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-431/2020 nömrəli qətnaməsi ləğv edilsin və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar