Məhkəmə qərarları › İş №2(102)-4621/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4621/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4621/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: pul tələbi 14.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 X iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2595/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Cavabdeh imzaladığı və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənən arayışdan görünür ki, X2 25000 manat pul alaraq şirkətin 20%-nə pay sahibi olmuşdur.

2. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Cavabdeh imzaladığı və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənən əlyazmasından görünür ki, X1 01.08.2012-ci ildə 25000 manat pul alaraq onu şirkətin 20%-nə pay sahibi etmişdir.

3. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 08.03.2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.08.2018-ci il tarixdə 235 saylı aktla qeyd edilmişdir.

4. İş materiallarında olan Qanun üzrə vərəsəl ik hüququ haqqında 29.10.2018-ci il tarixli Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 08.03.2018ci il tarixdə ölmüş X6 vərəsələri İddiaçı, X12, X8r.

5. İş materiallarında olan 29.10.2018-ci il tarixli Miras payın bağışlanması Müqaviləsindən görünür ki, X12 və X3 şəhadətnaməsinə əsasən onların hər birinə düşən 1/3 hissəsini X9 bağışlamış, o da həmin bağışlanan payı onlardan qəbul etmişdir.

6. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, "xxxx" MMC 04.08.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, onun qanuni təmsilşisi Cavabdehdur, hüquqi ünvanı isə ünvan 1 Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İddiaçı ünvanlanan 24.06.2018-ci il tarixli məktubdan görünür ki, müraciətdə göstərilən məsələnin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olması nəzərə alınaraq əmlak tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mərhum atası X5 aldığı 25000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2012-ci ilin avqust ayında atası X5 25000 manat pul alaraq onu təsisçisi və direktoru olduğu X MMC-nin təsisçilərindən biri edəcəyini və nizamnamə kapitalının 20%-nə pay sahibi edəcəyinə söz vermişdir. Lakin buna baxmayaraq, Cavabdeh aldığı pulun əvəzində nə atasını X MMC-nin təsisçisi etmiş, nə də ki, aldığı 25000 manat pulu geri qaytarmamışdır, atası sağ olan müddətdə dəfələrlə ondan verdiyi pulu tələb etsə də, Cavabdeh həmin pulu qaytamayacığını bildirmişdir. Atasının ölümündən sonra o, Cavabdeh müraciət edərək atasının ona verdiyi pulu geri tələb etsə də, cavabdeh bu pulu verməkdən imtina etmişdir, cavabdeh pulu ödəməkdən imtina etdikdən sonra o da öz növbəsində mənimsənilmiş 25000 manat pulun ona qaytarılması üçün ərizə ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir, həmin qurum isə öz növbəsində ərizəni baxılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərdi, Polis İdarəsi mübahisənin mülki xarakterli olduğunu əsas gətirərək faktla bağlı cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir, qeyd olunan qu rumlara müraciəti heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurətində qalmışdır.

9. Xətai Rayon Məhkəməsinin 2(011)-3716/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş. Əliyev) iddia təmin edilmiş, Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pulun tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli pul məbləğinin cavabdeh tərəfindən saxlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə əsası, həmçinin həmin məbləğin geri qaytarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı.

11. Məhkəmə, cavabdehin “iddia müddətinin tətbiqi barədə” ərizəsinə münasibətdə qeyd edir ki, əvvəla, X ölümündən sonra iddiaçı cavabdehin götürmüş olduğu pulun geri qaytarılması məqsədilə ona və müxtəlif dövlət orqanlarına müraciətlər etməklə, vərəsəlik hüququnun yarandığı vaxtdan etibarən mübahisə obyekti üzrə maraqlı olmuşdur, ikincisi, iddia tələbinin tətbiq olunması barədə ərizədə, mübahisənin “borc tələbi” olduğu halda tətbiq edilməsi xahiş olunur, halbuki iddia tələbi hüquqi əsas olmadan başqa şəxsin hesabına əldə edilmiş əmlakın geri alınması barədədir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1093.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsin dəki icraat

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2595/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F. Babayev (sədrlik edən və məruzəçi), X. Məhərrəmova və E. Həsənov) apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3716/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmış, İddiaçı iddia ərizəsi təmin edilməmişdir.

15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə g örə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

16. Kollegiya qeyd edir ki, iddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilib-edilməməsinə birbaşa təsir etdiyindən kollegiya, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də qiymət verməyi zəruri hesab edir. İş materiallarından görünür ki, cavadehin nümayəndəsi və vəkili hazırkı iddia tələbinin 01.08.2012-ci tarixli “müəssisədəki payın alqı-satqısı” müqaviləsinə əsasən irəli sürüldüyünü göstərməklə 3 illik iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir (MM-nin 373.2-ci maddəsinə əsasən).

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

18. Kollegiya qeyd edir ki, əv vəla hazırkı iddia tələbinin hüquqi əsasını əsassız varlanma ilə bağlı müddəalar təşkil edir və bununla bağlı kollegiyanın mövqeyi yuxarıda izah edilmişdir. Digər tərəfdən hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür.

19. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürül məsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir.

20. Həmin Məcəllənin 1095-ci maddələrinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

21. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır.

22. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, Cavabdeh ilə X11 biznes əlaqələri olmuş, tərəflər arasında 01.08.2012-ci il tarixdə MMC-də pay alqı-satqısı olmuşdur. İddiaçı iddia ərizəsində özü də etiraf etmiş dir ki, cavabdeh tərəfindən onun mərhum atası "xxxx" MMC-nin təsisçisi kimi qeyd edilməmiş və atası sağlığında cavabdehə dəfələrlə müraciət edərək pulun geri qaytarılmasını tələb etmişdir.

23. Göründüyü kimi, iddiaçının atası olan X ölümündən qabag hüququnun pozulmuş olmasından xəbərdar olmuşdur. Göstərilənlər iddiaçının iddia müddətini ötürdüyü qənaətinə gəlməyə əsas verir.

24. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, hazırki iddia tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş 2 illik müddət ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Gəldiyi nəticənin məntiqi davamı olaraq kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Kassasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçının atası X ölümündən sonra iddiaçı, sonuncunun vərəsəsi kimi 29.10.2018-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, eyni zamanda hazırkı iddia ərizəsini verənə qədər korrupsiyaya qarşı X müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olm uşdır.

28. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi.

30. Cavabdeh və vəkili izahat verərək, kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri

31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

32. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

35. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)

36. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür v arlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2)

37. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. (maddə 1093.1) Mülki Prossesual Məcəllə

38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

41. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. (maddə 106.1)

42. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. (maddə 416)

44. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər ondan ibarətdir ki, tərəfindən iddia müddəti ötürülməmiş dir. Belə ki, atası X ölümündən sonra o, sonuncunun vərəsəsi kimi 29.10.2018-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, eyni zamanda hazırkı iddia ərizəsini verənə qədər korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Ona görə də onun tərəfindən iddia müddəti ötürülməmişdir.

47. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, hazırkı iş üzrə iddia müddəti iddiaçının atası X sağlığında ötürülmüşdür. O cümlədən, nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi dəlillər iddia müddətinin axımının kəsilməsinə və yaxud onun yenidən hesablanmasına əsas vermir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilə nləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2595/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar