Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4622/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili X, Cavabdeh, vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili X qızının kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh X oğluna qarşı Cavabdeh X oğlundan 7886 ABŞ dollar ının cavabdehdə olan əmlakının qətnamənin icra edildiyi günə manata məzənnəsinə uyğun olaraq və avtomobilin ona qaytarıldığı vaxtdan hesablanmaqla qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə müəyyənləşdirilərək ödəniləcək məbləğdən faizlərin də tutularaq ona verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir.(hakim İ.Abbasova). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli, 2(103)3180/2019-saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev sədrlik edən, məruzəçi, R.Qurbanov və A.Hüseyn) apellyasiya şikayəti təmii edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh X oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X oğlundan 7886 ABŞ dollarının cavabdehdə olan əmlakının qətnamənin icra edildiyi günə manata məzənnəsinə uyğun olaraq və avtomobilin ona qaytarıldığı vaxtdan hesablanmaqla qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə müəyyənləşdirilərək ödəniləcək məbləğdən faizlərin də tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili X qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar düzgün qiymətləndirilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Ona görə də apellyasiya mə hkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili A.İ.Məmmədova kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Cavabdeh və vəkili X2 isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasın xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin göndərilməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərba ycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktik i halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında bağlanmış razılaşma hüquqi təbiətinə görə lizinq müqaviləsinə oxşar olduğuna görə mövcüd mübahisənin həlli zamanı lizinq müqaviləsi ilə bağlı qaydalar tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçı hazırki tələbini cavabdehə ödədiyi pulun cavabdehdə qanunsuz saxlanılmasına və qəsdən boyun qaçırdığına əsaslansa da tərəflər arasında hüquqi təbiətinə görə lizinq müqaviləsi bağlanmış olduğu halda, həmin müqavilənin şərtləri İddiaçı tərəfindən pozulduğundan, cavabdehə məxsus olan avtomobil faktiki 3 il 8 ay İddiaçı istifadəsində və sahibliyində olsa da ödənişlər vaxtında həyata keçirilmədiyindən, həmin müddət ərzində İddiaçı cavabdehə məxsus olan avtomobildən yararlandığından, mülki işdə olan sübutlarla iddiaçının pul vəsaitlərinin cavabdehin qanunsuz istifadəsində olması sübut edilmədiyindən, lizinq mümasibətlərini tənzimləyən normaların tələbinə görə İddiaçı tərəfindən müqavilənin şərtləri pozulduğuna görə Cavabdeh mübahisəli avtomobili geri almaq və ödənişləri qaytarmamaq hüququna malik olduğundan iddia tələbi əsassız Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-2.1, 748-10.1, 748-2.3, 748-1.11, 748-1.9, 748-1.12.4-cü maddələrinə də istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, tərəflər arasında 16 may 2014-cü il tarixdə şifahi olaraq bağlanmış razılaşmaya əsasən Cavabdeh özünə məxsus olan "Mercedes BENZ 080" markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtom obili İddiaçı istifadəsinə verməyi, İddiaçı isə əvəzində ilkin olaraq 2000 ABŞ dolları və hər ay 300 dollar ödəyəcəyi barədə razılaşmışlar, müqavilənin şərtinə görə ümumilikdə 11000 dollar ödənildikdən sonra avtomobili İddiaçı mülkiyyətinə verilməli imiş. İddiaçı tərəfindən Cavabdeh cəmi 8405 manat ödəniş edilmişdir. Həmin müqavilənin ödənişlərlə bağlı şərti İddiaçı tərəfindən pozulduğundan, Qəbələ rayon məhkəməsinin qətnaməsinə uyğun olaraq mübahisəli avtomobilin Cavabdeh qaytarılması qət edilmişdir. Avtomobil faktiki olaraq 3 il 8 ay İddiaçı istifadəsində olmuşdur, hazırda avtomobilin real bazar dəyəri 7200 manat təşkil edir. İddiaçının tələblərinə əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-1335/2017 saylı, 04 iyul 2017-ci il tarixli qətnaməsi icra edilərək avtomobil cavabdehə qaytarılmas ına baxmayaraq cavabdeh bu günədək heç olmazsa özünün etiraf etdiyi onun ödədiyi 7886 ABŞ dollarını ona qaytarmır, onun əmlakına (pul vəsaitinə) qanunsuz sahiblik etməkdə davam edir. Cavabdeh tərəfin iddiaya olan etirazı ondan ibarət olmuşdur ki, ididaçının pul tələbi əsassızdır, çünki razılaşmalarının şərtini o pozmuşdur və avtomobil faktiki 16 may 2014-cü il tarixdən 24 yanvar 2018-ci il tarixədək, yəni 3 il 8 ay İddiaçı istifadəsində olmuş və o, avtomobildən yararlanmış, avtomobili pis vəziyyətə salmış, avtomobilin dəyəri aşağı düşmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin aralarında olan razılaşmaya əsasən bağlanmış 16 may 2014-cü il tarixli müqaviləyə əsasən cavabdehin özünə məxsus "Mersedes"markalı **-UM-*** dövlət nömrə nişanlı avtomobil in 10000 (on min) ABŞ dollarına razılaşmaqla iddiaçıya sataraq onun istifadəsinə verməsi ilə yaranan münasibətlərin nisyə alqı-satqı münasibətləri olduğu halda bu münasibətlər lizinq münasibətləri kimi düzgün hüquqi qiymət verməmişdir. İşin materiallarından görünür ki, tərəflər arasında yaranan mübahisənin səbəbi isə avtomaşına görə ödənişin ABŞ dollarının Azərbaycan manatının kursu ilə hər ay aparılmasına baxmayaraq, devalvasiya baş verəndən sonra bu ödənişlər zamanı yeni kursun nəzərə alınmaması ilə bağlı olmuşdur. Belə ki, aralarında olan razılaşmadan sonra cavabdehə hər ay 300 ABŞ dollarının kursuna uyğun olaraq 235 manat ödəməklə müqavilə üzrə ödəniş tərəfindən başa çatdıqdan sonra iddiaçı cavabdehə alqı-satqının rəsmiləşdirilməsi üçün müraciət edəndə razılaşmaları əsasında olan müqav ilə şərtini pozaraq ondan dolların kursunun qalxmasını əsas gətirərək əlavə olaraq 3114 ABŞ dolları da tələb etmişdir. Cavabdeh də iddiaçının ödənişlər apararkən devalvasiyanı nəzərə almayaraq yenə də 234 manat ödəniş aparmasını, dəfələrlə ona məzənnəyə uyğun ödəniş etməyi tələb etsə də, onun buna məhəl qoymayaraq bir müddət sonra 2015-ci ilin sonlarında ödənişləri tamam dayandırmasına istinad edərək avtomaşının tələbi ilə bağlı məhkəməyə müraciət etməsini göstərmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1335/2017 saylı, 04 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı "avtomobilin geri qaytarılması" tələbinə dair iddiası qismən təmin edilmiş, "Mercedes BENZ 080" markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh İddiaçı alına raq iddiaçı Cavabdeh qaytarılması qət edilmişdir. Qətnamədən görünür ki, İddiaçı iddiaya qarşı irəli sürdüyü 8405 manat pulun Cavabdeh geri qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etməmiş və onu bu məzmunda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququn olması izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən hallarla bağlı ətraflı araşdırma aparmayaraq tərəflər arasında bağlanmış razılaşmanın hüquqi təbiətinə görə lizinq müqaviləsinə oxşar olduğuna görə mövcüd mübahisənin həlli zamanı lizinq müqaviləsi ilə bağlı qaydalar tətbiq edilməli olması barədə səhv nəticəyə gəlməklə yanaşı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1, 748-2.1, 748-10.1, 748-2.3, 748-1.11, 748-1.9, 748-1.12.4-cü maddələrin maddələ rini də hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddənin məzmunundan göründüyü kimi, lizinq müqaviləsi üzrə lizinq verənin əmlak mənafeyi öz vəsaiti hesabına lizinq alanın göstərdiyi hər hansı daşınmaz, yaxud daşınar əmlakı 3-cü şəxsdən (satandan) alıb lizinq alanın istifadəsinə (sonradan mülkiyyətinə) vermək, bunun müqabilində lizinq ödənişləri formasında lizinq alandan müəyyən haqq almaqla gəli r əldə etməkdir. Lizinq alanın əmlak mənafeyi isə 3-cü şəxsdə olan əmlakı əldə etməkdən ibarətdir. Lizinq obyekti olan əmlaka yiyələnmək kimi son məqsədi yoxdur. Həmin Məcəllənin 747-5-ci maddəsinə əsasən isə lizinq əıməliyyatlannın hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılınış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci ınaddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu..Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; lizinq müqaviləsində ayrı hal nə zərdə tutulmayıbsa, lizinq alan lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Göründüyü kimi, mövcud qanunvericilikdə lizinq müqaviiəsinin iki hiiquqi forması nəzərdə tutulmuşdur: ya ən azı iki müqavilənin bağlanması və ya bir üçtərəfli müqavilənin bağlanması:
1. Lizinqverən (lizinq şirkəti) və lizinqalan arasında (müştəri) lizinq müqaviləsinin bağlanması (lizinqalanın müraciəti təsdiq edildikdən sonra lizinqverən və lizinqalan arasında lizinq müqaviiəsi bağlanır);
2. Alqı-satqı müqaviləsinin bağlanması (lizinqverən və avadanlığın satısı (mal verən) arasında alqı-satqı müqaviləsi bağlanır). Lizinqverən satıcı ilə alqı-satqı müqaviləsini lizinq alanın marağında bağlayır. Lizinqverən müqavilədə nəzərdə tutula n əmlakı hazırlamağa və ya əldə etməyə borcludıır. Beləliklə, də göründüyü kimi, lizinq müqaviləsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bu müqavilədə üç tərəf iştirak etməlidir. Mövcud mülki qanunvericilik lizinq əməliyyatlarının aparılmasmda satıcının iştirakını vacib şərt kiıni göstərir. Lizinqlə əlaqədar satısı ilə alqı-satqı müqaviləsinin bağlanması mütləqdir. Azərbaycan Respublikasının MM-nin 747-5-ci maddəsinin tələbinə əsasən, lizinqlə əlaqədar bağlanmış alqı-satqı müqaviləsində müttləq lizinq obyektinin lizinq verən tərəfındən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməlidir. Həmin Məcəllənin 748-2.1-ci maddəsində qeyd edilir ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir və bu maddə lizinq obyektinin lizinqdən əvvəl, yaxud sonra lizinq verənin miilkiyyətində olmasını şərtləndirmir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərd ə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi lizinq münasibətləri ilə nisyə alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilik normalarını ayrı-ayrılıqda təhlil edib, tərəflərin qarşılıqlı münasibətlərinə uyğunlaşdırmalı, hazırki mübahisəyə lizinq və ya nisyə alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilik normalarının tətbiq edilməli olmasının hüquqi əsaslarını düzgün qiymətləndirilməli idi. İşin materiallarından görünür ki, tərəflər arasında olan 16 may 2014-cü il tarixli şifahi razılaşmasından sonra cavabdeh ona məxsus "Mersedes"markalı **-UM-*** dövlət nömrə nişanlı avtomobili 10000 (on min) ABŞ dollarına razılaşmaqla sataraq iddiaçının istifadəsinə verəndən sonra iddiaçının ona həmin avtomaşının satılması ilə bağlı məbləğlərin ödənilməsini etiraf etsə də, 3114 ABŞ dollar ı məbləğində borc qalmasını, avtomaşının faktiki olaraq 3 il 8 ay İddiaçı istifadəsində olmasını, avtomaşın qaytarılarkən onun həddindən çox sürüldüyünü, aşılandığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi bu halların iddanın əsassızlığı baxımından nə dərəcədə əsaslı və mötəbər olmasına, onun hərəkətlərində əsassız varlanma elementlərinin olub-olmamasına hüquqi qiymət verməmişdir. Belə ki, faktiki olaraq iddiaçının nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə ödədiyi pula görə əmlakı əldə edə bilməmişdir. Kollegiyanın qənaətinə görə avtomaşın hazırda mülkiyyətçisində olduğu halda, iddiaçının həmin əmlakı əldə etməyə görə hissə-hissə ödənilən məbləğlərin cavabdehdə qalmasının hüquqi ə saslarına da apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır Həmin Məcəllənin 135.2-ci maddəsinə əsa sən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Həmçinin kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarını n tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iddiaçının iddiasının əsası kimi, cavabdeh tərəfin isə iddiaya etirazlarına dair istinad etdikləri hallara düzgün hüquqi qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Həmçinin qeyd edilən qərara əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edi