Məhkəmə qərarları › İş №2(102)-4622/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4622/2020

22.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4622/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Xəlilov) iddia tələblərinin təmin edilməməsi qət o lunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Həsənov, X.Mərdanova və F.Babayev, iş No 2(103)-2684/20 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7055/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə bankın Ağdaş filialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə işə qəbul olunduğunu, xx.xx.2018-ci il tarixli əmrlə Qəbələ şöbəsinin satış üzrə mütəxəssisi vəzifəsinə keçirildiyini, xx.xx.2019-cu il tarixli 1852k nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyini, həmin əmrin müəssisənin möhürü ilə təsdiqlənmədiyini, onun surətinin əmək kitabçasının son iş günü təqdim edilmədiyini, əmrdə onu imzalayan işəgötürənin adının, atasının adının, həmçinin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin göstərilmədiyini, yol verdiyi irəli sürülən kobud hüquq pozuntuları nəticəsində bankın hansı qanuni mənafeyinə xələl gəldiyinin əsaslandırılmadığını, işdən çıxarılmasına səbəb kimi MKR-dən çıxardığı 517 ədəd razılıq ərizələrindən 195 ədədinin aşkar edilmədiyi göstərilsə də, həmin arayışları tapıb təqdim etməsinə şərait yaradılmadığını, beləliklə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlann tələblərinin pozulduğunu, məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar 410 (dörd yüz on ) manat müqavilə xərci və 11,5 (on bir manat) etibarnamə xərci çəkdiyini bildirmiş, buna görə də bankın xx.xx.2019-cu il tarixli 1852k saylı əmrinin ləğv edilməsi, “xxxx” ASC-nin Qəbələ şöbəsinin satış üzrə mütəxəssisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının, həmçinin məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi 421,5 (dörd yüz iyirmi bir manat əlli qəpik) manat xərcin əvəzinin və 20 (iyirmi) manat dövlət rüsumunun bankdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, i şdən azad olunarkən həmkarların iclası formal olaraq keçirilib, MKR ərizələrin tapılması üçün iddiaçıya vaxt verilməyib. Əmrdə texniki səhvlərə yol verilib, müdiriyyətin adı, möhürü yoxdur. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili X3 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edə n şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında ola n sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İş materiallarından aydın olur ki, bankın Ağdaş filialının Qəbələ şöbəsində yoxlama aparılarkən İddiaçı MKR-dən çıxardığı 517 ədəd razılıq ərizələrindən 195 ədədi aşkar edilməmiş (müştərilərdən razılıq alınmadan onların adına MKR-nə sorğu verildiyi müəyyən olunmuş), həmçinin onun, Qəbələ regionunda müştəri cəlb etmə üzrə vasitəçilik fəaliyyəti ilə məşqul olan X adlı şəxslə əməkdaşlıq etməsi barədə şübhələr aşkar edilmiş, İddiaçı verdiyi izahatlarda xx.xx.2019-cu il tarixdə yaxın qohumu X2 adına MKR-nə sorğu etdiyini etiraf etmiş, audit yoxlaması zamanı ondan tələb edilən MKR razılıq ərizələrinin 200-ə yaxın sayda hissəsini tapıb təhvil verə bilmədiyini isə şöbədə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sənədlərin pərakəndə vəziyyətdə yığılması ilə izah etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bənd inə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmə k kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. İddiaçının yol verdiyi və özünün də etiraf etdiyi pozuntunun bankın qanuni mənafelərinə (işgüzar nüfuzuna, kredit bazarındakı imicinə, müştəriləri ilə münasibətlərində şəffaflıq prinsipinə və s.) xələl gətirmiş olduğu şübhəsizdir. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh təşkilat maliyyə kredit sektorunda fəaliyyət göstərən, fiziki və hüquqi şəxslərə kre ditlər verən hüquq subyekti olmaqla, onun müvafiq bazarda formalaşan imici fəaliyyətinin uğurluluğu baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar