Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4622/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: faktın etirafı, tərəfin izahatının sübut kimi qiymətləndirilməsi, sübutsuz müəyyən edilən hallar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3524/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətna məsindən iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Azəriqaz” İB ilə abonent Cavabdeh arasında 21.08.2018-ci il tarixli AKX0020326/08-2018 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana "Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********000 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş üz rə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən "Azəriqaz” İB-yə vurulmuş 2988,78 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3018,78 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq "Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və "X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin b alans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. 29.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat, 09.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 359.80 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında, cəmi 3079,60 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərər dəymiş olduğu müəyyən edilmişdir. Cavabdeh tərfindən həmin məbləğdən 90,82 manat ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 2988,78 manat təşkil etməkdədir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Tahirə Əsədova) 10 noyabr 2020ci il tar ixli, 2(008)-4824/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 269,18 manat məbləğində zərər, 2,70 manat dövlət rüsumu məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi məhkəməyə 10.08.2020-ci il tarixdə verilmiş, sadalanan aktların isə biri üç illlik müddət ötürülməklə verilmişdir. Ona görə də, həmin akt üzrə hesablanmış 583,20 manat zərər iddia müddəti ötürüldüyündən tutulmamalıdır. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən is tifadə etməsinə dəlalət edir. Lakin məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarına istinad edərək hesab etmişdir ki, bu hala görə iddiaçı məsuliyyət daşıyır. İddiaçı həmin qərarda qeyd olunmuş üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xəttdən istifadə üçün şərait yaratmaqla hər ay akt tərtib edərək məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, bu hal abonentin məsuliyyəti aradan qaldırmır. Çünki cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. İddiaçı vurulmuş ziyanı «SOKAR-ın Şurasının 14.03. 2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən hesablamışdır. Məhkəmə bu hesablamanı qanuni hesab etməyərək hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24.01.2003-cü il tarixli 844 №-li Fərmanı ilə təsdiq edilmiş "xxxx"nin 2.4-cü bəndində Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanma sı, təsdiq və tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin, «SOKAR-ın Şurasının 14.03.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii X1nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları» normativ hüquqi akt deyil. ARDNŞ dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Ona görə də məhkəmə hesab etmişdir ki, tərtib olunmuş qeyd olunan aktlar qış ayına təsadüf etdiyindən o aylar üzrə 60 manatın tutulması ədalətli olardı (6 ay x 60 manata = 360 manat). İddia ərizəsindən və abonentin saldosundan aktlar üzrə 90,82 manatın tutulduğu görünür. İddia 269,18 (360 – 90,82) manat hissədə təmin (iddia tələbinin 9 faizi), qalan hissədə rədd edilməlidir. İddia 9% hissəsində təmin edildiyindən 2,70 manat rüsum cavabdehdən tutulmalıdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alğı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. İş materialları arasında ümumilikdə “8” akt olmasına baxmayaraq, məhkəmə qətnamə çıxararkən qış aylarında (21 dekabr 21 mart) “6” aktın tərtib edildiyini göstərmiş və hər bir akt üzrə dəymiş ziyanı da 60 ma nat məbləği ilə qiymətləndirərəkhesablama aparmışdır. Məhkəmənin əsaslandırmasına görə 1-ci akt üzrə də iddia müddəti ötürülmüşdür. Bundan başqa 29.03.2019-cü il tarixli akt isə ümumiyyətlə nəzərə alınmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 30 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 268,82 manat məbləğində pul vəsaitinin tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi, 20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsi barədə aşağıdakı aktlar tərtib edilmiş və itirilmiş sərfiyyata görə zərər hesablanmışdır: 29.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 583,20 manat; 09.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 359,80 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 275,40 manat. Həmçinin iddia ərizəsindən görünür ki, cavabdeh tərəfindən aktlar üzrə 90,82 manat ödənilmişdir. Məhkəmə hesab et mişdir ki, 29.03.2017-ci il tarixli, ******* saylı akt üzrə birinci instansiya məhkəməsi iddia müddətini tədbiq etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, müqavilə münasibətləri və vaxtaşırı ödənişlərlə bağlı iddia müddətinin tədbiq edilməsi ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ərizə təqdim edilsə də, iddiaçının tələbi cavabdehin qanunsuz hərəkətləri, yəni qanunsuz olaraq, sayğacdan kənar xəttdən istifadə etməklə ona vurulmuş zərərin tutulmasını təşkil edir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllə 373-cü maddəsinin tələbləri hazırkı iş üzrə tədbiq edilə bilməz. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 29.03.2019-cu il tarixli ******* saylı akt üzrə hesablanmış 133,20 manat məbləğində borcun tutulmasını tələb etsə də, həmin akt ümu miyyətlə iş materiallarına əlavə edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən həmin akta hüquqi qiymət verilə bilməz. Məhkəmə ******* saylı 09.02.2018-ci il tarixli akta hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin akt cavabdeh tərəfindən imzalandığından və qəbul edildiyindən sayğacdan kənar xəttdən istifadə halı öz təstiqini tapır. Məhkəmə digər aktlarla (29.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 853,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 28.02.2019-cu il tarixli, ******* saylı) bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdehin sayğacdan kənar xətdən istifadə etməklə təbii qazın dəqiq hesabatının apa rılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının sonuncu tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd etmişdir ki, digər aktlar (29.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 583.20 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 853. 20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 28.02.2019-cu il tarixli, ******* saylı) üzrə cavabdehə məxsus fərdi yaşayış evinə «Azəriqaz» İstehsalat Birliyinə məxsus təbii qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulmanın olub-olmaması və qaz sərfiyyatına «Azəriqaz» İstehsalat Birliyinə hansı məbləğdə ziyanın vurulduğu müəyyən edilməmişdir. Belə ki, həmin aktlar üzrə qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə (evlərinə) quraşdırılmış qaz sayğaclarının, eləcə də sayğaca və onun plombuna cavabdeh tərəfindən müdaxilə edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərin tarixi qeyd olunmamış, iddia çının istinad etdiyi aktlar qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş və cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Cavabdehin özünə məxsus evdə təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi barədə sübutları iddiaçı iş materiallarına əlavə etmədiyinə görə, iddiaçınının apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, ******* saylı 09.02.2018-ci il tarixli akt üzrə hesablanmış borc məbləği 359,80 manatdan ödənilmiş 90,82 manat çıxılmaqla 268,82 manat Cavabdeh tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməlidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin iddia tələbinin təmin olu nmayan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in 372.6-cı maddəsinin tələblərini pozaraq qətnamənin mübahisələndirilməyən hissəsini, yəni iddia tələbinin təmin edilən hissəsini də yoxlamışdır. Apellyasiya şikayəti verilərkən qətnamənin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd olunmuş hissədə (mübahisələndirilən) təmin edilməsi apellyasiya məhkəməsindən xahiş olunmuşdur. Bunda başqa məhkəmə tərəfindən qətnamə qəbul edilərkən məhkəmə xərclərinin tutulması hissəsində də prosessual qanunvəri ciliyin tələbləri pozulmuşdur. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə (268,82 manat) münasib olaraq 20 manat məbləğində cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Lakin iddiaçı “Azəriqaz” İB dövlət rüsumu ödəməkdən azad edilməmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırılarkən Sabunçu Rayon Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də apellyasiya şikayəti qismən təmin edilərkən, qətnamədə göstərilən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı “Azeriqa z” İB-nın hesabına köçürülməli idi. Nəticədə məhkəmə MPM-nin 119-cu maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci ma ddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə
88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə ləğv etməklə apellyasiyanın həddləri ilə bağlı prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Baxılan işdə birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən yoxlasa da, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə deyil, tam ləğv etmiş və yeni qətnamə qəbul edərək iddia tələbini qismən təmin etmiş, nəticədə Mülki Prosessual Məcəlləsinin tələblərini, dispozitivlik prinsipinin tələblərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. Belə ki, MPM-nin 372.6-cı maddəsinə əsaəsn apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda is ə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır”. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnaməni tam deyil, iddianın rədd olunmuş hissəsində ləğv edilməsini, yeni qətnamə qəbul edərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Göründüyü kimi, qərarda qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsas lılığının şübhə altına alınmayan hissəsində ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir. MPM-nin 418.6-cı maddəsinə görə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Bunda başqa cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında vaxtilə kənar xəttin olduğunu və istifadə etdiyini, sonra isə istifadə etmədiyini göstərmişdir. Onun bu izahatı olduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsində də öz əksini tapmışdır. Bu hal dəlalət edir ki, cavabdeh iddianın təmin olunmuş hissəsindən narazı deyildir, iddiaçı tərəfindən tərtib olunmuş aktları da mübahisəlindirmir, kənar xətt çəkməklə qazdan qanunsuz istifadə etməsini inkar etmir. Cavabdehin izahatının iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılması təmin olunmamış və hüquqi qiymət verilməmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. MPM-in 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəm əsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3524/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə