Məhkəmə qərarları › İş №2(102)-4623/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4623/2019

14.06.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4623/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, cavabdeh X3 və Cavabdeh vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli, 2(103)2229/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və X2 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxxrayon məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2(011)-5748/2018 saylı qətnaməsi ilə (sədrlik edə n, hakim S.R.Səlimova) İddiaçı Cavabdeh və üçüncü şəxs “xxxx” MTK qarşı “ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma və dəymiş zərərə görə 200 manat pulun tutulması” barədə ilk iddia ərizəsi qismən təmin, X3 və Cavabdeh İddiaçı və “xxxx” MTK qarşı “mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi” barədə qarışılqılı iddia ərizəsi rədd edilərək, Cavabdeh Bakı şəhəri, xxx rayonu ünvan 1 evin “A”1 blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 124,7 kv.metr olan 9-cu mənzilindən çıxarılması və ilk iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət olunub. Cavabdeh və xxx qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli, 2(103)2229/2019 saylı qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev sədrlik edən, məruzəçi, R.Ə.Q urbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, xxxrayon məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıb. Cavabdeh və xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh və “xxxx”xxxx“müqavilə ilə ona məxsus olan MTK tərəfindən Bakı şəhəri, xxxrayonu ünvan 1 ünvanda inşa edilən hündür mərtəbəli yaşayış binasının “A” 1 blok, 6-cı mərtəbəsində yerləşən, 3 otaqlı 9-cu mənzilindən Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və dəymiş maddi zərərə görə 200 manat pulun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh və xxx isə məhkəmədə İddiaçı və “xxxx” MTK qarşı qarşılıqlı iddia qaldıraraq İddiaçıla MTK arasında Bakı şəhəri, xxxrayonu, ünvan 2 ünvanda inşa edilən hündür mərtəbəli yaşayış binasının “A” 1 blokunun 6-cı mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 124,7 kv.metr olan mənzilə dair bağlanmış 16 fevral 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qa ytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh xxx və Cavabdeh vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və vəkili XX 14 iyun 2019-cu il tarixdə saat 13:35-də keçirilən məhkəmə iclasında iştirak etsələr də, yazılı vəsatətlə məhkəməyə müraciət edib kassasiya şikayətinin surətinin rəsmi qaydada onlara verilmədiyini əsas tutub işə baxılmasının 14 gün müddətinə təxirə salınmasını xahiş etdiklərindən kassasiya şikayətinin surəti rəsmi qaydada 14 iyun 2019-cu il tarixdə, saat 13:45-də İddiaçı təqdim edilməklə, vəsatət qismən təmin edilərək, işə baxılması 14 iyun 2019-cu il tarixə, saat 17:00-a təxirə salınması na və bu barədə İddiaçı və vəkili XX rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Ona görə də kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların, o cümlədən Cavabdeh, üçüncü şəxslər “xxxx” MTK, xxx və xxxun iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, MTK tərəfindən İddiaçı adına verilən arayışda mənzilin nömrəsinin 9, Cavabdeh adına verilən arayışda mənzilin nömrəsinin 14 göstərilməsinə, ekspertin rəyinə görə İddiaçı 16 fevral 2013-cü il tarixli müqavilə əsasında aldığı 9 saylı mənzilin faktiki olaraq Cavabdeh istifadəsində olmasının müəyyən edilməsinə, bu səbəbdən də İddiaçı Cavabdeh qanunsuz sahibliyində olan öz mənzilini ondan geri tələb etməkdə haqlı olmasına, ilk iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəlməsinə və Cavab deh 9 saylı mənzilə dair İddiaçıla bağlanmış 16 fevral 2013-cü il tarixli müqaviləni mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 157.8, 178.8ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, MTK ilə payçı X4 arasında bağlanan 24 iyul 2009-cu il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, ünvan 1 ünvanda inşa etdiyi yük sək mərtəbəli binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 124,7 kv.metr olan 9-cu mənzilini inşa edib payçı xxx təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 56.188 manat pay haqqını MTK ödəməyi öhdəsinə götürüb. 24 iyul 2009-cü il tarixli maliyyə arayışına görə payçı xxx mənzilin dəyəri olan 56.188 manat pay haqqını tam məbləğdə MTK ödəyib və həmin maliyyə arayışının üzərində müvafiq qeydiyyat aparılmaqla “öz evimi İddiaçı satdım. Heç bir haqq tələb etmirəm” sözləri yazılmaqla imzalanıb. Eləcə də İddiaçıla MTK arasında bağlanan 16 fevral 2013-cu il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, xxx prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın A-1 blokunda, 6-cı mərtəbədə yerləşən, ümumi sahəsi 124,7 kv.metr olan mənzili inşa edib İddiaçı təhvil verməyi, sonuncu isə mə nzilin dəyəri olan 56188 manat pay haqqını MTK ödəməyi öhdəsinə götürüb. 16 fevral 2013-cü il tarixli maliyyə arayışına görə İddiaçı qeyd olunan mənzilin dəyərini təşkil edən 56.188 manat pay haqqını tam məbləğdə MTK ödəyib. X6 MTK arasında bağlanan 12 fevral 2011-ci il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, ünvan 1 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın A-1 blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 124,7 kv.metr olan mənzili inşa edib xxxa təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 62.350 manat pay haqqını MTK ödəməyi öhdəsinə götürüb. Cavabdeh ilə MTK arasında bağlanan 16 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, ünvan 1 ünvanda inşa etdiyi yüksək mərtəbəli binanın A-1 girişinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 124,7 kv.metr olan mənzi li inşa edib Cavabdeh təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 62.350 manat pay haqqını MTK ödəməyi öhdəsinə götürüb. 16 sentyabr 2014-cü il tarixli maliyyə arayışına əsasən payçı Cavabdeh qeyd olunan mənzilin dəyəri olan 62.350 manat pay haqqını tam məbləğdə MTK ödəyib və qalıq borcu yoxdur. Hazırda İddiaçı iddia edir ki, xxx 9 saylı mənzildən imtina etdiyi üçün sonuncunun razılığı ilə mənzil MTK tərəfindən ona satılıb. xxx la bağlanan müqavilədə mənzilin mərtəbəsi 5, onunla bağlanan müqavilədə isə mənzilin mərtəbəsi 6 göstərilib. Buna səbəb 2012-ci ildə binanın qeyri-yaşayış sahəsinin hündürlüyü 5,80 metr olduğu üçün 2 hissəyə ayrılması və bununla da binanın daha bir mərtəbəsinin artması olmuşdur. Mənzilin yeri və mərtəbələrin sıralanması dəyişmişdir. Mənzil ona 2017-ci ildə təhv il verilib və 2017-ci ilin fevral ayında giriş qapısını dəyişərək mənzildə təmir işləri aparıb. 2018-ci ilin fevral ayında mənzilin qıfılı tanımadığı şəxslər tərəfindən dəyişdirilib və sonradan ona məlum olub ki, mənzil Cavabdeh tərəfindən zəbt olunub. Halbuki, Cavabdeh 12 fevral 2011-ci il tarixli müqaviləyə əsasən binanın A blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 124,7 kv.metr olan 14-cü mənzil verilib. Yeni nömrələməyə görə 14-cü mənzil binanın 7-ci mərtəbəsinə düşür. Lakin 14 saylı mənzil MTK etibarnamə ilə idarə edən XX tərəfindən xxx adlı şəxsə qanunsuz satıldığı üçün Cavabdeh ona məxsus olan 9-cu mənzili zəbt edib və Cavabdeh məxsus mənzillə ona satılan mənzil eyni mənzillər deyil. Cavabdeh və xxx isə iddia edirlər ki, xxx 12 fevral 2011-ci il tarixli müqaviləyə əsasən aldığı mənzili anası Cavabdeh adına keçirib. 16 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən MTK inşa etdiyi Bakı şəhəri, xxxrayonu, ünvan 1 ünvanda inşa etdiyi A-1 blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 124,7 kv.metr olan mənzili 62.350 manata Cavabdeh satıb və sonuncu 16 sentyabr 2014-cü il tarixli maliyyə arayışına əsasən mənzilin pay haqqını tam məbləğdə MTK ödəyib və qalıq borcu qalmayıb. Mənzildə təmir işləri aparmaqla hazırda orada yaşayırlar. Bu yaxınlarda onlara məlum olub ki, onların yaşadıqları mənzili MTK 16 fevral 2013-cü tarixli müqaviləyə əsasən İddiaçı satıb. MTK onların razılığını almadan mənzilə dair İddiaçıla müqavilə bağlamaqla qanunvericiliyin tələblərini pozub. Belə ki, MTK ümumiyyətlə sözügedən mənzil üzərində sərəncam vermək hüququ olmamışdır. Göründüy ü kimi İddiaçı binanın 6-cı mərtəbəsində yerləşən 9 saylı mənzili xxxdan satın aldığını iddia edir, sonuncuya isə müqaviləyə və maliyyə arayışına əsasən binanın 5ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 124,7 kv.metr olan 9-cu mənzili satılıb. İddiaçıla bağlanan müqavilədə isə ona binanın A-1 blokunda, 6-cı mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 124,7 kv.metr olan 9-cu mənzilinin satıldığı qeyd edilib. Əvvəla, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia etdiyi mənzilə dair onunla MTK arasında, eləcə də sonuncu ilə xxx arasında bağlanan müqavilələrin şərtlərini, mahiyyətini müqayisəli şəkildə təhlil etmədən, xxxla bağlanan müqvilədə, onun adına verilən maliyyə arayışında 9-cu mənzilin ümumiyyətlə hansı blokda yerləşməsinin göstərilməməsinə, həmin mənzilin binanın 6-cı de yil, 5-ci mərtəbəsində yerləşməsinin qeyd edilməsinə, maliyyə arayışının üzərində xxx tərəfindən aparılan “öz evimi İddiaçı satdım. Heç bir haqq tələb etmirəm” qeydiynin həqiqilyini və onun tərəfindən yazıldığını qəbul etsək belə, xxxun sözügedən binanın bloku qeyd edilməyən 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 124,7 kv.metr olan 9-cu mənzili İddiaçı güzüştə getməsini nəzərə almadan, zərurət yarandığı halda bu ziddiyyətə aydınlıq gətirmək üçün xxxu şahid qismində işə baxılmağa cəlb edib, hazırki mübahisəli məsələyə onun münasibətini öyrənmədən, eləcə də İddiaçıla bağlanan müqavilədə ümumiyyətlə mənzilin nömrəsinin, otaqların sayının göstərilməməsinə, həmin mənzilin binanın A-1 blokunda yerləşməsinin qeydə edilməsinə əhəmiyyət vermədən, müqavilədən fərqli olaraq İddiaçı adına v erilən maliyyə arayışında isə nömrəsi göstərilən 9 saylı mənzilin binanın A-1 blokunun 6-cı mərtəbəsində yerləşməsinin qeyd edildiyini nəzərə almadan, bir sözlə məhkəmə icraatı üzrə əsl həqiqəti müəyyən etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halubki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nət icələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə köməklik göstərmələdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi MTK tərəfindən inşa edilən binada yerləşən qeyri-yaşayış sahəsinin iki hissəyə bölündüyünü, binada daha bir mərtəbənin yarandığını və nəticədə mənzillərin yeri və mərtəbələrinin sıralanmasında dəyişikliyin yarandığını göstərsə də, işdə, həmin faktları təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları təsdiq edən mötəbər yazılı sübutları, hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməyi MTK təklif etmədən, həmin sənədləri əldə ed ib onlara baxış keçirmədən, yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2018-ci il tarixli ekspet rəyinə əsaslanaraq, ilk iddia ərizəsini qəsmən təmin, qarşılıqlı iddia ərizəsini rədd etmişdir. Qeyd olunan ekspert rəyindən isə görünür ki, ekspert tərəfindən baxış zamanı faktiki vəziyyətə əsasən, Bakı şəhəri, xxxrayonu, ünvan 1 ünvanda yerləşən MTK tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının A-1 bloku üzrə ilkin eskiz layihəsində razılaşdırılmış qaydada dəyişiklik edilərək A1 blokunun 1-ci mərtəbəsinin iki səviyyəyə bölünməsi və həmin blokun mərtəbələrinin sayının artması ilə İddiaçıli MTK arasında 16 fevral 2013-cü il tarixdə bağlanmış müqavilədə göstərilən 9 saylı mənzilin faktiki olaraq Cavabdeh yaşadığı mənzil olduğu müəyyən edilir. Cavabdeh ilə MTK arasında 16 sentyabr 2014-cü il tarixdə bağlanmış müqavilədə isə Bakı şəhəri, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının A-1-ci blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 124,4 kv.metr olan mənzilin nömrəsi göstərilmədiyi üçün həmin müqavilə üzrə mənzilin konkret olaraq harada, yəni həmin mərtəbənin hansı hissəsində yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün deyil. Göründüyü kimi ekspert, Cavabdeh ilə bağlanan müqavilədə mənzilin nömrəsinin göstərilməməsini əsas tutub həmin mənzilin konkret olaraq harada, yəni həmin mərtəbənin hansı hissəsində yerləşməsini dəqiqliklə müəyyənləşdirə bilmədiyi halda, İddiaçıla bağlanan müqavilədə də mənzilin nömrəsi göstərilmədiyi və bu barədə işdə, mötəbər yazılı sübut olmadığı halda, binanın A-1 bloku üzrə ilkin eskiz l ayihəsində razılaşdırılmış qaydada dəyişikliyin edildiyini qeyd etməklə, A-1 blokunun 1-ci mərtəbəsinin iki səviyyəyə bölünməsi və həmin blokun mərtəbələrinin sayının artması ilə İddiaçıla bağlanan müqavilədə göstərilməyən mənzilin faktiki olaraq Cavabdeh yaşadığı mənzil olduğu qənaətinə gəlmişdir. Hansı ki, xxxla bağlanan müqavilədə 9 saylı mənzilin binanın hansı blokunda yerləşdiyi ümumiyyətlə qeyd olunmayıb, əksinə, həmin mənzilin binanın məhz 5ci mərtəbəsində yerləşdiyi qeyd olunub. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və həmin rəyi məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və ekspertin rəyi də məhkəmə tərəfindən MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə isə ekspertizanın hazırlanması; təyini; keçirilməsinin prosessual qaydasına riayət edilməsi; qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; rəyin tamlığının müəyyən edilməsi; rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi və sair daxildir. Qeyd olunan maddənin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “X Rusiyaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazovun Bolqarıstana” qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 mart 2008-ci il tarixli qərarında bir daha vurğulamışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Digər tərəfdən Cavabdeh və xxx 12 fevral 2011-ci il tarixli müqaviləyə əsasən ald ıqları mənzilin binanın məhz A-1 blokunun 6-cı mərtəbəsində yerləşdiyini, həmin mənzilin 3 otaqdan ibarət olmaqla, ümumi sahəsinin 124,7 kv.metr olduğunu, mənzili sonradan xxxun anası Cavabdeh adına keçirdiyini, müqavilədə mənzilin nömrəsi göstərilməsə də, həmin mənzilin məhz 9 saylı mənzil olduğunu, 16 sentyabr 2014-cü il tarixli müqavilədə, maliyyə arayışında mənzilin nömrəsinin səhvən 14 göstərildiyini və mənzildə tam təmir işləri aparılmaqla hazırda orada yaşadıqlarını iddia etmişlər. Daha sonra işdən görünür ki, xxxla MTK arasında bağlanan 12 fevral 2011-ci il tarixli müqavilənin üzərində müvafiq qeydiyyat aparılmaqla ləğv edildiyi qeyd olunub (iş vərəq 62, 63). Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə xxxla bağlanan 12 fevral 2011-ci il tarixli müqavilə üzrə heç bir araşdırma aparmadan, müqavilədə mənzilin nömrəsi göstərilməsə də, həmin mənzilin binanın məhz A-1 blokunda, 6-cı mərətəbə yerləşməklə ümumi sahəsinin 124,7 kv.metr olmasının qeyd edilməsinə əhəmiyyət vermədən, həmin müqavilə üzrə MTK saxlanılan sənədələrin, o cümlədən xxxun mənzildən anası Cavabdeh xeyrinə imtina etməsinə dair ərizəsinin, maliyyə arayışının, mənzilin eskizinin və sair sənədlərin surətlərini məhkəməyə təqdim etməyi MTK, eləcə də xxxa təklif etmədən, sonuncuya satılmış mənzillə, 16 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən anası Cavabdeh satılan sözügedən binanın A-1 blokunun 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 124,7 kv.metr olan 14 saylı mənzilin (hansıki müqavilədə mənzilin nömərəsi göstərilməyib, lakin maliyyə arayışında mənzilin nömrəsinin 14 olduğu qeyd edilib) eyni mən zillər olub-olmamasını araşdırmadan, ekspertin 24 sentyabr 2018-ci il tarixli rəyində də bu suallara aydınlıq gətirilməməsinə diqqət yetirmədən, zərurət yarandığı halda əlavə ekspertiza keçirib qeyd olunan suallara aydınlıq gətirmədən, eləcə də xxx, xxx, İddiaçı, Cavabdeh ilə bağlanmış müqavilələri MTK-nin qanuni təmsilçisi kimi imzalamış xxx məhkəmə iclasında iştirakını təmin edib hazırkı mübahisəli məsələyə onun münasibətini öyrənmədən, Cavabdeh yaşadığı mənzilin məhz İddiaçı iddia etdiyi mənzil olması və Cavabdeh 9 saylı mənzilə dair İddiaçıla bağlanmış 16 fevral 2013-cü il tarixli müqaviləni mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişdir. Halbuki, MPM-nin 77.3-cü maddəsinin mənasına görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkə mə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Eləcə də həmin Məcəllənin 102.1-ci maddəsində göstərilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Əksinə, işə əlavə edilmiş sübutlardan, o cümlədən ********* saylı cinayət işi üzrə təyin edilən auditor A.Əliyev tərəfindən ilkin olaraq hazırlanmış MTK qanuni təmsilçisi Hikmət Yigitdöl tərəfindən satılması müəyyən edilən sözügedən binanın A-1 blokunda yerləşən mənzillərin 23 iyul 2018-ci il tarixə olan vəziyyətinə dair cədvəldən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, həmçinin MTK qanuni təmsilçisi xxx təqsirləndirilməsinə dair cinayət işi üzrə verdiyi ifadədən görünür ki, MTK tərəfindən bininin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 124,7 kv.metr olan 9 saylı mənzil 12 fevral 2011-ci il tarixli müqaviləyə əsasən əvvəl xxxa satılmış, sonradan sonuncunun razılıq ərizəsinə əsasən həmin mənzil anası Cavabdeh adına keçirilib. xxx isə 24 iyul 2009-cu il tarixli müqaviləyə əsasən binanın 6-cı deyil, hansı blokda yerləşməsi göstərilməyən 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 124,7 kv.metr olan mənzil satılıb, İddiaçı isə həmin mənzili alıb. Mənzil İddiaçı adına rəsmiləşdirilərkən mənzilin mərtəbəsi səhvən 5 əvəzinə, 6 yazılıb. xxx ifadəsinə görə o, binanın 6-cı mərtəbəsində yerləşən mənzilin boş olduğunu zənn edib. Əslində isə binanın 6-cı mərtəbəsində yerləşən mənzil Cavabdeh, 5-ci mərtəbəsində yerləşən mənzil isə İddiaçı məxsus olub. Binanın 5-ci mərtəbəsində yerləşən İddiaçı məxsus olan mənzil isə 2017-ci ildə əvvəlki tarixə, yəni 07 noyabr 2012-ci il tarixdə imzaladığı müqaviləyə əsasən xxxa satıb. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallar üzrə heç bir araşdırma aparmadan, MTK qanuni təmsilçisi xxx təqsirləndirildiyi cinayət işi üzrə tərəflərin zərəçəkmiş şəxs kimi tanınıb-tanınmadıqlarını, mülki iddiaçı olub-olmadıqlarını, bu barədə cinayət işi üzrə müvafiq qərarın qəbul edilib-edilmədiyini araşıdırmadan, cinayət işi üzrə qəbul ediləcək qərarın gələcəkdə hazırkı mülki iş üzrə predyusial əhəmiyyət daşıyıbdaşımayacağını aydınlaşdırmadan və ümumiyyətlə cinayət işinin nəticəsi ilə maraqlanmadan, Cavabdeh ilə bağlanmış müqavilənin bu gün də qüvvədə olmaqla, sonuncunun mübahisəli mənzildə əsaslı təmir işləri aparmasını nəzərə almadan, onun, eləcə də İ ddiaçı həmin mənzil üzərində Mülki Məcəllənin 109-3, 111.3.3, 178.8-ci maddələrinin, həmçinin Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri baxımından hüquqlarının əmələ gəlmə əsaslarını tam, hərtərəfli və obyektiv yoxlamadan, bu barədə işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, həmin maddələrin mənasına görə, kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.Mənzil, bağ, qaraj və ya kooperativ üzvü, pay yığımına hüququ olan digər şəx slər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa ç alışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəyə maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdehlər Cavabdeh və X2 kas sasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2019-cu il tarixli, 2(103)-2229/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar