Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4627/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili X2, Cavabdeh vəkili Həmidov Səbuhi Maarif oğlunun iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim:C.T.Qədimov 2(010)-4 729/2018) İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi) R.Ə.Qurbanov və A.Ə.Hüseyn; 2(103)3338/2019) İddiaçı apellyasiya şikayəti qtəmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ****************** nömrəli evə azyaşlı uşağı ilə birlikdə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 oktyabr 2014-cü ildə nikah bağlamış, həmin nikahdan 31 iyul 2015-ci ildə X10 adlı uşaq doğul muşdur. Nikah bağlandıqdan sonra Bakı şəhəri, ************************* nömrəli evə gəlin köçmüşdür. Cehiz əşyalarını da həmin evə gətirmişdir. Cavabdehlə ailə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşib. Belə ki, cavabdeh "vəhabi" olduğuna görə ona ciddi şərtlər qoymağa başlamışdır. Cavabdeh ona televizora baxmağı, musiqi dinləməyi qadağan etmiş, onu yalnız qara rəngli paltar geyinməyi məcbur etmiş, musiqiyə qulaq asdığına görə cəzalandırırdı. Bütün bunlara etiraz etdiyinə görə cavabdeh onu və azyaşlı uşağını mübahisəli evdən faktik olaraq qovmuşdur. Belə ki, iddiaçı onu və uşağını 2018-ci ilin fevral ayında anasıgilə aparmış, sonra isə telefonla zəng edərək boşayacağını bildirmişdir. Həmçinin cavabdehlə ailə münasibətlərinin pozulmasının digər başlıca səbəbi sonuncunun anası olmuşdur. Eyni zamanda mübahisəli evə köçdüyü vaxt evin mülkiyyət sənədi olmamışdır. 10 fevral 2018-ci ildə Cavabdeh evdən qovduqdan sonra öyrənmişdir ki, mübahisəli ev ilk əvvəl cavabdehin anasının adına rəsmiləşdirilmiş, sonra cavabdehə bağışlanmış, daha sonra isə yenidən cavabdehin anasının adına rəsmiləşdirilmişdir. Hazırda azyaşlı uşağı ilə birlikdə hər gün bir qohumunun evində yaşayır. Mübahisəli evə köçmək istəmiş, lakin cavabdeh buna mane olmuşdur. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qərarın qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsinin 88-cı maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1,30.2-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında iddiaçı X5 vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasə n onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassas iya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən iç materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 05 may 2018-ci ildə verilmiş arayışdan görünür ki, Cavabdeh ilə X11 arasında 10 oktyabr 2014-cü ildə nikah bağlanmışdır. İddiaçı nikah bağladıqdan sonra “A6” soyadını qəbul etmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 31 iyul 2015-ci ildə X10 adlı uşaq doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 21 may 2018-ci il tarixli və 03 oktyabr 2018-ci il tarixli məktublarından, habelə onlara əlavə edilmiş sənəd surətlərindən görünür ki, Bakı şəhəri, ************************ nömrəli ev və ona aid torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 14 aprel 2017-ci ildə X3 adına qeydiyyata alınmış (mübahisəli evə aid torpaq sahəsinə dair ilk qeydiyyat Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2005-ci ildə X3 adına aparılıb), sonuncu sahəsi 155,4 kv.m təşkil edən fərdi yaşayış evini, habelə evə aid 0,059 ha t orpaq sahəsinin 0,0305 ha hissəsini özündə saxlamaqla torpağın qalan 0,0285 ha hissəsini 17 aprel 2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə X17 adlı şəxsə satmışdır. X1 12 sentyabr 2017-ci il tarixli bağışlama müqaviləsi ilə yuxarıda qeyd olunan daşınmaz əmlkı Cavabdeh bağİşlamış və sonuncunun mübahisəli əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30 sentyabr 2017-ci ildə qeydiyyata alınmışdır. 14 sentyabr 2018-ci il tarixli sazişlə yuxarıda qeyd olunan bağışlama müqaviləsinə xitam verilmiş və mübahisəli daşınmaz əmlak yenidən X4 qaytarılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yamnda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 03 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, *********** ******** nömrəli ev və ona aid torpaq sahəsi hazırda X3 mülkiyyətindədir. 06 dekabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı - X9 Bakı şəhəri, *************************** nömrəli evi alıcı-ipoteka qoyan X12 mülkiyyətinə vermişdir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli ev və ona aid torpaq sahəsi ilk olaraq X3 mülkiyyətində olmuşdur. Onun torpaq sahəsinə hüquqları 2005-ci ildə, evə (torpaq sahəsi ilə birlikdə) dair Hüquqları isə 14 aprel 2017-ci ildə qeydə alınmışdır. İddiaçı ilə cavabdehin nikahı 10 oktyabr 2014-cü ildə bağlanmışdır. İddiaçı mübahisəli evə köçdüyü dövrdə həmin evə aid torpaq sahəsi artıq X3 mülkiyyətində olmuş, həmçinin iddiaçı ilə cavabdehin nikahı dövründə ev ilk olaraq X3 mülki yyətinə rəsmiləşdirilmişdir. Mübahisəli ev X3 mülkiyyətində olduğu dövrdə iddiaçının həmin yaşayış sahəsinə münasibətdə ailə-hüquq münasibətlərindən irəli gələn istifadə hüququ yaranmamışdır. İddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən «Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər», «Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında b aşqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər...». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir». Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifad ə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə notariat qaydasında yazılırazılaşma bağlanmalı və şəxsin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin iddiaçı ilə mülkiyyətçi arasında belə bir yazılı razılaşma olmamış, onun mübahisəli yaşayış sahəsinə münasibətdə istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və iddiaçının mübahisəli evdən mülki hüquq münasibətlərindən irəli gələn istifadə hüququ da yaranmamışdır. Mübahisəli evin cavabdehin adına rəsmiləşdirilməsi bağışlama müqaviləsi əsasında baş vermişdir və bağışlamadan irəli gələn münasibətlər qısa müddət davam etmiş, yəni təxminən bir ildən sonra bağışlamaya xitam verilərək müqavilə tərəfləri arasında bununla bağlı notariat qaydasında saziş imzalanmışdır. Hazırda mübahisəli ev cava bdehin mülkiyyətində deyil. İddiaçı mübahisəli evdə həmin ev cavabdehin mülkiyyətində olduğu dövrdə uzun müddət yaşamamışdır. Belə ki, ev daşınmaz əmıakın dövlət reyestrində cavabdehin adına 30 sentyabr 2017-ci ildə qeydə alınmış, cavabdeh isə oradan təxminən 4 - 5 ay sonra - 2018ci ilin fevral ayında çıxmışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, bağışlama müqaviləsindən irəli gələn münasibətləri, eləcə də iddiaçı ilə cavabdehin 30 sentyabr 2017-ci il tarixindən sonrakı dövr üzrə mübahisəli evlə bağlı münasibətlərinin davamlı olmamasını, həmçinin mübahisəli evin sonradan ilk mülkiyyətçiyə qaytarılmasını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli evdən həmin ev cavabdehin mülkiyyətində old uğu dövrdə də istifadə hüququ yaranmamışdır. Belə olan halda da iddiaçının mübahisəli evə köçürülmə barədə tələbi əsassızdır eləcə də iddiaçının mübahisəli evdən istifadə hüququnun olmaması səbəbindən onun həmin evə köçürülməsi mümkün olmadığına görə iddia tələbinin - uşağın da iddiaçı ilə birlikdə mübahisəli evə köçürülməsi hissəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qayda sında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən mülkiyyətçi ilə istifadəçi arasında davamlı ailə münasibətləri (o cümlədən ər-arvad münasibətlərinin) mövcud olmalı, istifadəçi mülkiyyətçiyə məxsus yaşayış sahəsində davamlı olaraq yaşamalıdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, bağışlama müqaviləsindən irəli gələn münasibətləri, eləcə də iddiaçı ilə cavabdehin 30 sentyabr 2017-ci il t arixindən sonrakı dövr üzrə mübahisəli evlə bağlı münasibətlərinin davamlı olmamasını, həmçinin mübahisəli evin sonradan ilk mülkiyyətçiyə qaytarılmasını nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli evdən həmin ev cavabdehin mülkiyyətində olduğu dövrdə də istifadə hüququ yaranmamışdır. Belə olan halda da iddiaçının mübahisəli evə köçürülmə barədə tələbi əsassızdır və eləcə də iddiaçının mübahisəli evdən istifadə hüququnun olmaması səbəbindən onun həmin evə köçürülməsi mümkün olmadığına görə iddia tələbinin - uşağın da iddiaçı ilə birlikdə mübahisəli evə köçürülməsi hissəsi əsassızdır. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiy a instansiyası məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edərək, həmin dəlilləri yoxlanmış, lakin iddiaçının dəlili sürdüyü dəlillərin əsaslı olması öz təsdiqini tapmamışdır. Mülki proses qanun keçiciliyinin tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübuların toplnması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq qanuni və əsaslı olduğuna görə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasi ya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 mart 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4627/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4627/2019
01.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver